1 Firmanın fəaliyyəti və idarə edilməsi


Firma və onun başlıca məqsədi



Yüklə 34,18 Kb.
səhifə6/13
tarix13.05.2023
ölçüsü34,18 Kb.
#112697
1   2   3   4   5   6   7   8   9   ...   13
mikroiqtisadiyat imtahan sualları

17.Firma və onun başlıca məqsədi
Firmanın əsas funksiyası-istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Strategiya, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Hücum xarakterli strategiyaya aşağıdakı dörd istiqamət daxil edilir:
1. Yeniləşdirmə strategiyası - burada yenilikiərin həyata keçirilməsi üçün resursların artırılması nəzərdə tutulur.
2. İkvotanın diferensiasiyası (fərqləndirilməsi) strategiyası. Bu, yüksək mənfəəti təmin etməklə bazarın əsas hissəsinin firma üçün qorunması, saxlanılması məqsədinə xidmət edir.
3. İnnovasiya strategiyası. Məhsul, xidmət və eləcə də əsas kapitalın istehsalının təzələnməsini, yeni texnologiyanın mənimsənilməsini nəzərdə tutur.
4. Yeniliyin öyrənilməsi və bazar boşluğunun doldurulması strategiyası. Bu istiqamətin reallaşdırılması elmi-tədqiqat işlərinə çəkilən böyük xərclərlə və işgüzar risklə bağlıdır.
18.Firma haqqında konsepsiyalar
Həmin konsepsiyalar aşağıdakılardır:
a) firma haqqında neoklassik nəzəriyyə;
b) firma haqqında institutsional nəzəriyyə;
c) firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi.
Neoklassik nəzəriyyəyə görə firma, istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir. İnstitutsional nəzəriyyəyə görə firma, bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır. İnstitutsional nəzəriyyəyə görə firma sövdələşmə xərclərinə xərclərin nisbətini optimallaşdıran təşkilatdır. «Firma» məhfumunun məzmununu açıqlayan iqtisadçıları 2 qrupa bölmək olar:
a) firma kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır;
b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir


Yüklə 34,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin