26.Torpağ və torpağ rentası V.Petti demişdir ki, əmək sərvətin atası, torpaq isə anasıdır. «Torpaq» anlayışına (neft, filiz, qaz, kömür və s.), daxildir. İpoteka daşınmaz əmlakın: torpağın, tikililərin girov qoyulması müqabilində borc pul götürülməsidir. İpoteka - torpaq rentasının hamısının və ya bir hissəsinin satılması deməkdirKapitalist torpaq rentası iki əsas formada mövcuddur: diferensial və mütləq.. Hər iki renta formasının mənbəyi, artıq qeyd olunduğu kimi, kənd təsərrüfatında, hasilat sənayesində və s. muzdlu fəhlələrin izafi əməyidir.
27.Torpağ bazarında qiymətin əmələ gəlməsi xüsusiyyətləri Torpaq sahəsinin satış qiyməti:
P torpaq = Renta (illik) /Borc faizi dərəcəsi x 1OO% Torpağın qiyməti kapitallaşdırılmış torpaq rentasıdır. Torpaq rentası kəmiyyəti icarəyə verilən torpaq sahələri bazarında tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşır. Torpaq bazanmn özünəməxsusluğu ondadır ki, milli iqtisadiyyat çərçivəsində torpaq və təbii resursların təklifi tamamilə elastik deyil, çünki həmin Ölkədə həmin məqam üçün resursların miqdan təsbit olunmuş kəmiyyətdir.
28-29.İstehlakçı davranışı nəzəriyyəsi(İstehlahkı davranışı və əmtəənin faydalılığı) «Faydalılıq» məfhumunun özü elm aləminə ilk dəfə ingilis sosioloqu T.Bentam tərəfindən daxil edilmişdir. Lakin əmtəənin qiymətliliyi ilə onun istehlakından alınan faydalılıq arasındakı əlaqəni yalnız A.Smit izah edə bilmişdi. . O, “istehlakdakı qiymətlilik”lə (faydalılıq) və “mübadilədəki qiymətliliyi” fərqləndirmişdi. İqtisadi nəzəriyyədə onun ölçülməsində iki yanaşma məlumdur: kardinalistvə oridinalist. Faydalılığın ölçülməsində kardinalist yanaşma faydalılığın miqdarının tam dəqiq, kəmiyyət müəyyənliyini nəzərdə tutur. kardinalistlər faydalılıq ölçüsü kimi “yutib şərti-subyektiv vahiddən istifadə edirlər.. “Ordinar” məfhumunun özü dərəcələnmiş və ya müəyyən qaydada düzümlənmiş deməkdir. Müasir ordinalistlər (t.Fişer, C.Hiks) faydalılıq dedikdə, yalnız üstünlüklərin sıralanmasını başa düşürlər.