İnstitusionalistlərin yanaşmasında, iş qüvvəsinin və müvafiq olaraq əməkhaqqının səviyyəsində mövcud olan fərqin təhlilində onun peşə və sahə xüsusiyyətindən asılı olan fərqə diqqət yetirməyi tövsiyə edirdilər.
Marksizm yanaşmasında, əmək bazarı xüsusi növ bazar kmi qeyd olunur.
34.Əmək haqqının kəmiyyəti və ona təsir edən amillər Tarixən əmək-haqqının yüksəlməsinə üç başlıca amil təsir göstərmişdir:
• kapital resurslarının son məhsuldarlıq səviyyəsinin yüksəlməsi; ağac emalında elektrik və əl maşmlarının müqayisəsi ilə kifayətlənmək olar;
• təhsilli və nisbətən ixtisaslı işçilərin, təhsilsiz və ixtisassız işçilərə görə son məhsuldarlığının yüksəlməsi;
• texnoloji bilik səviyyəsi.
Əməkhaqqının pul gəlirlərinin strukturunda payının artırılması bilavasitə:
• əməyin təşkilinin təkmilləşdirilməsindən;
• əməkhaqqı normalarının təkmilləşdirilməsindən;
• əmək məhsuldarlığının yüksəldilməsindən;
35.Əmək haqqının formaları Əməkhaqqının əsasən iki forması mövcuddur:
• Vaxtamuzd və ya günəmuzd əməkhaqqı; • İşəmuzd və ya dənəmuzd əməkhaqqı. Vaxtamuzd əməkhaqqını şərtləndirən səbəblərə daxildir:
• istehsal və xidmət prosesində tətbiq olunan əməyin yüksək keyfıyyətə malik olması;
• İşin ahəngindəki sabitlik; metroda çalışan maşinistin broyler fabrikində quşabaxanın, kitabxana işçisinin və s.
• Fəaliyyət sahəsinin qeyri-məhdudiuğu; çilingərin, qaynaqçının, ibtidai sinif müəlliminin və s.
• Xüsusi təyinatlı avadanlıq və hissələrə qulluq. kassa aparatlarına, təyyatə motorlarına, transformatorlara qulluq və s.
Vaxtamuzd əməkhaqqının təşkilinin tarifi üç mühüm hissəyə ayrılır; • tarif dərəcəsinə - müəyyən vaxt ərzində işçilərin əməyinin ödənilməsinin ölçüsü daxildir;
• tarif setkasına - birinci dərəcəli işçinin ixtisas səviyyəsinə nisbətən ikinci, üçüncü və digər dərəcəli işçilərin tarif dərəcələrini müəyyən edən şkala daxildir;
• tarif - ixtisas məlumatına - işin tarifləşdirilməsinə əsas verən normativ sənədlər daxildir ki, işçilərin ixtisaslarına uyğunluğu əks olunur.