Çox geniş yayılmış sistemlər: • Helsi sistemi; bu sistemə görə hər hansı müəyyən işin yerinə yetirilməsi üçün vaxt ayrılır.
• Barta sistemi; bu sistemdə əməkhaqqı, saat norması ilə deyil, real yerinə yetirilmiş işə sərf olunmuş vaxt əsasında hesablanır.
• Bedo sistemi; bu sistemdə vaxtın və hərəkətin nəzərə alınması ilə yerinə yetirilmiş işə vaxt norması müəyyənləşdirilir
36-37.İqtisadi artım(İqtisadi artımın mahiyyəti) İqtisadi artımdedikdə, həyat səviyyəsinin yüksəldilməsinə imkan verən kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmtəə və xidmətlərin istehsalı başa düşülür.
İqtisadi artım mahiyyətcə müəyyən müddət ərzində istehsal edilmiş ümumi milli məhsulun və ya xalis milli məhsulun faizlə artımını və ya onların adambaşına düşən kəmiyyətini əks etdirir. iqtisadi artım - ümumi müvazinətin pozulması səbəblərini əks etdirməklə, müvazinətin bir vəziyyətdən digər vəziyyətə düşməsinə səbəb olur.
38.İqtisadi artımın amilləri İqtisadi artımları altı əsas amildən asılıdır. Təbii resurslar dedikdə, burada adətən torpaq, xammal resurslarını, fərqləndirmək lazımdır.Xammal resurslarına gəldikdə göstərməliyik ki, onlar iki qismə bölünür:birinci, tükənən resurslara və ikinci, yeniləşən resurslara. Tükənən xammallara, bir qayda olaraq, neft, qaz, daş nömür və s., yeniləşən xammallara isə balıqçılığı, meşəçiliyi misal göstərə bilərik. texniki tərəqqi dedikdə, burada yeni texnologiyanın, yüksək keyfiyyət göstəricilərinə malik olan alət və avadanlıqların yaradılması, yaxud da tamamilə yeni metodla aparılan istehsal prosesl başa düşülür.
39.İqtisadi artımın tipləri. İqtisadi artımın iki mühüm tipi mövcuddur: ekstensiv və intensiv.
Ekstensiv tipi dedikdə, burada iqtisadi artımın elə amillər qrupundan istifadə etmək deməkdir ki, onlar istehsal prosesinin həm miqyasının genişlənməsinə səbəb olur,Artımın ekstensiv tipi əgər onun kəmiyyət tərəfini daha çox əks etdirirsə, intensiv tipi isə onun keyfiyyət göstəricilərini əks etdirir.İntensiv tipinin başlıca olaraq üç forması mövcuddur: fondtutumlu, resursqoruyucu, fondaneytral.Fondtutumlu formacanlı əməyin qənaətini əks etdirməkiə, məsrəflərdə istehsal vasitələrinin payının artması ilə əməyin fondlarla silahlanmasının yüksəldilməsiki göstərir.