1 Firmanın fəaliyyəti və idarə edilməsi


-6.Menecment əsas prinsipləri və nəzəri əsasları (Menecmentin mahiyyəti)



Yüklə 34,18 Kb.
səhifə2/13
tarix13.05.2023
ölçüsü34,18 Kb.
#112697
1   2   3   4   5   6   7   8   9   ...   13
mikroiqtisadiyat imtahan sualları

5-6.Menecment əsas prinsipləri və nəzəri əsasları (Menecmentin mahiyyəti)
“Menecment” sözü ingilis dilindən götürülüb, mənası idarəetmə, təşkiletmə deməkdir. Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir. Menecmentin obyekti bazar münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan sistemlər başa düşülür. İdarəetmənin formaları aşağıdakılardır:
1.Canlı aləmin idarə edilməsi.
2.Cansız aləmin idarə edilməsi.
İdarəetmə özü bir sistemdir. Bu sistem üç səviyyədən ibarətdir:
1. Ali səviyyə
2. Orta səviyyə
3. Aşağı səviyyə
Hər üç səviyyədə idarəetmə fəaliyyəti menecmentdir.

7.Menecmentin prinsipləri
Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir).
«Menecment» sözünə dörd məna vermək olar: insanlarla davranış üsulu (manerası), idarəetmə ustalığı; spesifik qabiliyyətlər və inzibati vərdişlər; idarəetmə orqanı; inzibatçılıq vahid
A.Fayol müəssisədə aparılan bütün əməliyyatları altı qrupa bölür:
1) Texniki, 2) Kommersiya, 3) Maliyyə, 4) Mülkiyyətin və şəxsin mühafizəsi, 5) Uçot, 6) İnzibati.
Sistemlilik prinsipi. Sistemlilik prinsipi idarəetməyə sistem kimi baxmağı nəzərdətutur.
Elmilik prinsipi-yerinə yetirilən fəaliyyət elmi cəhətdən əsaslandırılmalıdır.
Hüquq və məsuliyyət prinsipi-hər bir şəxs öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Tabeçilik prinsipi. Tabeçilik prinsipi idarəetmənin yuxarı və aşağı pillələrinin bir-birindən asılılığını təmin edir.
Müstəqillik prinsipi. Müstəqillik prinsipi hər bir işçiyə əmək fəaliyyətində azadlıq və sərbəstlik verilməsi ilə əlaqədardır.
Vahid rəhbərlik prinsipi-müəssisə rəhbəri onun səlahiyyətlərinə daxil olan məsələləri təkbaşına həll etmək hüququna malikdir.


Yüklə 34,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin