Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi
Yekun müddəalar Dövlətin idarəedilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə nəinki idarəetmənin keyfiyyətini artırır, həmçinin şəffaflığın və səmərəliliyin təmin edilməsinə, maliyyə, insana və vaxt resurslarından qənaətlə istifadə edilməsinə şərait yaradır. Eyni zamanda, son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərdə informasiya texnologiyaları geniş tətbiq edilir ki, bu da xoşagəlməz hallarının qarşısının alınmasına yardımçı olur, vətəndaş məmnunluğuna müsbət təsir göstərir və dövlət qurumuna vətəndaşlar tərəfindən inamını möhkəmləndirir.
Təklif edilən layihənin də cəmiyyət tərəfindən müsbət qarşılanması ehtimalı çox yüksəkdir. Keyfiyyətli, təhlükəsiz, çoxfunksiyalı proqram və ən əsası güclü PR mobil tətbiqin əhali arasında rəğbətlə qarşılanmasına, onun geniş istifadə edilməsinə və nəhayət bizim yuxarıda qeyd etdiyimiz məqsədlərə nail olmağımıza imkan yaradacaqdır.