səhifə 3/4 tarix 10.05.2023 ölçüsü 22,75 Kb. #110662
Özünüməşğul şəxslərin formal məşğulluğunu təmin etmək üçün təklif olunan mobil tətbiq (application) layihəsi
SWOT analiz
Üstünlükləri:
Əhalinin məşğulluğu təmin ediləcək
Özünüməşğul şəxslərin təklif etdiyi məhsul və xidmətlərin bazarını genişləndiriləcək.
Bazarda rəqabət mühitinə müsbət təsir göstərəcək
Geniş əhali kütləsinin ehtiyaclarının sürətli və effektiv ödənilməsi təmin ediləcək
Əmək bazarı barədə dövlət qurumlarında zəruri məlumatlar formalaşacaq
Bu məlumatlar layihə və proqramların hazırlanmasında mühüm rol oynacaq
Qeyri-fromal məşğulluğun səviyyəsi azalacaq
Dövlət büdcəsinə vergi daxilolmaları artacaq
DSMF-ə sosial sığorta ödənişləri artacaq
Özünüməşğul şəxslərin öz bacarıq və kvalifikasiyalarını artırmağa stimul verəcək.
Dövlət tərəfindən formalaşdırıldığı və idarə edildiyi üçün təhlükəsizlik baxımından vətəndaşlar tərəfindən etibar qazanacaq.
Zəif cəhətləri:
Tətbiqdən istifadə yalnız smartfon vasitəsilə həyata keçirildiyindən bu cihazdan istifadə etməyənlər layihədən kənar qala bilərlər.
Smartfondan istifadə bacarığına malik olmayan nisbətən yaşlı nəslin nümayəndləri üçün rəqabət mühitinə mənfi təsir göstərə bilər
İmkanlar:
Proqramın daha da genişləndirilərək ona yeni funksiyaların əlavə edilməsi
Peşəsi və ixtisası olmayan işsiz şəxslər üçün mobil tətbiqin üstünlüklərindən yararlanmaq üçün yeni peşə öyrənməyə həvəs yaradacaq
İşsizliyin göstəricisi aşağı düşəcək
İnsanlarda vergi mədəniyyəti formalaşacaq
Təhlükələr:
Bazarda rəqib oxşar tətbiqlər yaradıla bilər və daha aşağı istifadə tarifləri tətbiq oluna bilər ki, bu da istifadəçiləri həmin dövlət mobil tətbiqindən uzaqlaşdıra bilər
Tətbiq şəxsi məlumatların əldə edilməsi məqsədilə təyinatından kənar istifadə edilə bilər.
Dostları ilə paylaş: