ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın



Yüklə 154,94 Kb.
səhifə29/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
Özünütəhlil hesabatı

7.5. Aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın,
ixtisaslaşmış şuraların işi).
Universitet üzrə elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması haqqında hesabatın müfaviq bölmələr və bəndlərində qeyd edilmişdir.
Metodik Şura öz işində universitetdəki ixtisasların profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, metodik vəsaitlərin, metodik göstərişlərin, metodik tövsiyələrin və s. nəşr olunması məsələlərini nəzərdən keçirir və müvafiq qərar ilə universitetin Elmi Şurasına təqdimat verir.
XXX Universiteti nəşr olunma məsələlərinə xüsusi önəm verərək, bu məsələyə çox diqqətlə yanaşır. Belə ki, dərsliklər, dərs vəsait, fənn proqramı, metodik vəsait, metodik göstəriş, metodik tövsiyələr və s. hazırlamış müəllif (müəlliflər) tələb olunan sənədləri Metodik Şuranın katibinə təqdim edirlər.
Metodik Şurası fəaliyyət göstərdiyi müddət ərzində 9 dərs vəsaitinin, 2 metodik vəsaitin, 1 metodik göstərişin (Ali cəbr kursu, Azərbaycan dilində nitqin formaları, Texnoloji proseslərin etibarlığı, Riyazi analiz kursunda məsələ və misallar, Multikulturalizmə giriş, Azərbaycan iqtisadiyyatı, İqtisadiyyata giriş, Qazodinamika, Avtomatlaşdırmanın əsasları, Kurs işlərinin yerinə yetirilməsinə dair metodik göstəriş, Sistemli analiz və kompüterdə modelləşdirmə fənnindən laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik vəsait, Menecment fənni üzrə metodik vəsait) nəşr olunmasına icazə verilməsi barədə tövsiyə xarakterli müsbət qərar çıxararaq universitetin Elmi Şurasına təqdim etmişdir (universitet Elmi Şurasında onların hamısının nəşr olunmasına icazə verilməsi barədə müsbət qərar qəbul edilmişdir).
Universitetin yeni yaradılması və hələlik universitetdə kifayət qədər elmlər doktoru elmi dərəcəsi və professor elmi adı olan alimlərin olmaması fəlsəfə və elmlər doktoru üzrə ixtisaslaşdırılmış dissertasiya şuralarının formalaşdırılması işini ləngidir. Qeyd edilən səbəblər üzündən universitetdə fəlsəfə və elmlər doktoru üzrə doktoranturaya qəbul da hələlik planlaşdırılmır. Bununla belə hazırda universitetin 35 nəfər əməkdaşı (universitet üzrə əməkdaşların 22,0%-i), o cümlədən 32 nəfər fəlsəfə, 3 nəfər elmlər doktorluğu üzrə respublikanın ali təhsil müəssisələrinin və AMEA-nın sahə elmi-tədqiqat institutlarının doktorant və dissertantlarıdır.
Doktorant və dissertantlara müfaviq sahələr üzrə respublikanın müxtəlif ali təhsil müəssisələrinin və elmi tədqiqat institutlarının aparıcı alimlərindən elmi rəhbərlər təyin edilmiş və mövzuları təsdiq edilərək, respublika koordinasiya Şuralarında qeydiyyatdan keçmişlər. Doktorant və dissertantlar mütamadi olaraq kafedra iclaslarında, fakultə və universitet Elmi Şuralarında dissertasiya işlərinin yerinə yetirilməsi vəziyyəti, elmi əsərlərin nəşri, namizədlik imtahanların plana uyğun verilməsi və s. haqqında hesabatlar verirlər. Araşdırmalar göstərir ki, son illər universitetin əməkdaşları elmi-tədqiqat işləri ilə məşğul olmağa və beləliklə, elmi dərəcəyə nail olmağa daha çox səy göstərirlər. Təsadüfi deyil ki, hər il universitetin azı 3 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülürlər.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin