7.9. Universitetin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı. Son illər universitet beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirak etməmişdir. Maliyyə vəsaitlərinin catışmamazlığı universiteti beynəlxalq və respublika müsabiqələrindən, sərgilərindən kənarda qoyur. Buna baxmayaraq universitet rəhbərliyi və əməkdaşları beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirak etməyə cəhd göstərirlər.
Özünütəhlil komissiyası təqdim edilmiş sənədləri təhlil edərək belə qənaətə gəlir ki, XXX Universitetinin elmi-tədqiqat fəaliyyəti Dövlət Təhsil Standartlarının tələblərinə uyğun deyildir.
Nəticə: XXX Universitetinin elmi-tədqiqat fəaliyyəti Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.
8. Universitetin beynəlxalq əməkdaşlığı. 8.1. Beynəlxalq əlaqələrin yaradılması. Ali Təhsil Müəssisəsinin beynəlxalq əlaqələri Azərbaycan Respublikasının mövcud qanunvericiliyi və tərəfdaş çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Universitetin beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, magistr və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir. İlk dəfə 2013-2017-ci illəri əhatə edən Avropa İttifaqınin təşkil etdiyi və maliyyələşdirdiyi “Erasmus Mundus” proqramının tabeliyində olan “İNFİNİTY“ layihəsinə qoşulmuş, XXX Universitetinin əməkdaş universitet seçilmişdir ki, bu proqram təqaüdlü olmaqla müəllim-tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tuturdu. Heyət üzvü kimi universitetin X kafedrasının müəllimi Portuqaliyanın Lissabon Texniki Universitetində Beynəlxalq əlaqələr üzrə bir ay müddətində (10.09.2014- 10.10.2014) kurs keçmiş, həmin müddətdə Lissabon Texniki Universitetində, eləcə də proqrama daxil olan, Portuqaliyanın digər ali təhsil müəssisəsi, Leiriya Politexnik İnstitutunda şöbənin gündəlik işlərində fəal iştirak etmişdir. Həmin il, 2014-cü ilin noyabr ayında Sloveniyanın Nova Qorisiya Universiteti ilə ikili əməkdaşlıq (saziş) haqqında müqavilə imzalamışdır.
2016-cı ildən universitetdə artıq Beynəlxalq əlaqələr sektoru fəaliyyətə başlamış və əldə olunan təcrübə əsasında XX şəxs bu sahə üzrə mütəxəssis təyin olunmuşdur. Universitet təhsil mübadilə proqramları üzrə bir sıra müqavilələr imzalamışdır.
Universitet 2017-cü ilin sentyabr ayında Avropa İttifaqınin təşkil etdiyi və maliyyələşdirdiyi “Erasmus+” proqramının çərçivəsində daha iki layihə imzalayib. Proqram təqaüdlü olmaqla müəllim-tələbə mübadiləsini həyata keçirir. Proqramda Avropanın iki ali təhsil müəssisəsi, İspaniyanın Valladoli Universiteti və Sloveniyanın Nova Qorisiya Universiteti iştirak edir.
17-19 may 2017-ci il tarixlərində Rusiya Federasiyası, Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində təşkil olunmuş “Rusiya Federasiyası və Azərbaycan Respublikası universitetləri birliyinin II forumu” adlı tədbirdə universitetin iştitakı təmin olunmuş və Rusiya Federasiyasının beş ali məktəbi ilə ikitərəfli saziş imzalanmışdır.