P L a n təfəkkür və onun formaları



Yüklə 24,76 Kb.
səhifə1/7
tarix25.11.2022
ölçüsü24,76 Kb.
#70463
  1   2   3   4   5   6   7
5327 (4


Tələbə: Məmmədzadə Məhəmməd


Fənn: Ali məktəb psixologiyası
Müəllim: Validə Əliyeva
İxtisas: Qida təhlükəsizliyi
Qrup: 720
Kurs: 2
Mövzu:Problemli situasiyada və məsələ həlli prosesində təfəkkürün xüsusiyyətləri.

P L A N

  1. Təfəkkür və onun formaları

  2. Təfəkkürün fərdi xüsusiyyətləri

  3. Təfəkkür proseslərinin psixoloji təbiəti

  4. Fikri proseslərin əsas əməliyyatları

Problemli situasiyada və məsələ həlli prosesində


təfəkkürün xüsusiyyətləri

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.


Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir. Məfhumlar xüsusi, ümumi, konkret olabilir.



  • Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.

  • Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Həmin məfhum altında gələcəyin mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.

  • Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məsələn, «ev», «ağac» məfhumları konkret məfhumlardır.
    Təsəvvürlər obrazlı – əyanidir, bilvasitə verilmiş informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür əlamətlərinin birləşməsinə uyğun gəlmir. Təsəvvür obrazlarında predmetin əyani əlamətləri ön planda özünü göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir.

    Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur. Di­gər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı axarı həmişə təsəvvürlərlə bağlıdır, amma anlayışlar təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar halda daxil edilir.



Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri müşayət edən əyani material fikri proseslərə cəlb edilir. Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafınməhsuludur.



Yüklə 24,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin