Nəticələr və onların müzakirəsi
Tədqiqat nəticəsində müayinə olunanlar arasında 416 müxtəlif oftalmoloji xəstəlik aşkarlanmışdır. Aşkarlanan
xəstəlik halından 210-u qadınlarda (50,49%) və 206-sı kişilərdə (49,51%) rast gəlinmişdir (şəkil 1).
Refraksiya qüsurları aşkarlanmış xəstəliklərin 144-nü (35%) təşkil edir. Onların 47,22%-ni qadınlar, 52,78%-
ni kişilər təşkil etmişdir. Refraksiya qüsurlarından 47,92%-i miopiyanın (zəif, orta və yüksək dərəcəli), 21,53%-i
hipermetropiyanın (zəif, orta və yüksək dərəcəli), 4,86%-i refraksion ambliopiyanın, 7,64%-i çəpgözlüyün payına
düşmüşdür (cədvəl 1). Son onilliklərin çoxsaylı elmi tədqiqatları və oftalmoloji elmi ədəbiyyatı dünyanın bir çox
ölkələrində miopiyanın davamlı artımını göstərir [6,7].
|