Göz qapaqları, göz yaşı vəziləri və yaş aparıcı
yolların xəstəlikləri
Sayı / nəfər 53 (100%)
Ümumi
Qadın
Kişi
Yaş aparıcı yolların patologiyası
12 (22,64%)
10 (18,87%)
2 (3,77%)
Meybomit
16 (30,19%)
8 (15,09%)
8 (15,09%)
Xalazion
3 (%)
2 (3,77%)
1 (1,89%)
Quru göz sindromu
15 (5,66%)
9 (16,98%)
6 (11,32%)
Entropion
1 (1,89%)
0 (0%)
1 (1,89%)
Blefarit
6 (11,32%)
2 (3,77%)
4 (7,55%)
Cəmi:
53 (100%)
31 (58,5%)
22 (41,5%)
Buynuz qişa xəstəlikləri (keratitlər, posttravmatik distrofiyalar) 28 nəfərdə (7%) aşkarlanmışdır, onların da
32,14%-i qadınlarda, 67,86%-i kişilərdə rast gəlinmişdir. Aşkarlanmış ümumi xəstəliklərin 8%-ni katarakta, 3%-ni
qlaukoma, 1%-ni isə digər epizodik rast gəlinmiş xəstəliklər (episklerit, ödemli ekzoftalm) təşkil etmişdir.
Yekun
Beləliklə, həyata keçirdiyimiz araşdırmaya əsasən Xızı rayonunda yaşayan və müayinə olunmuş 18 yaşdan
yuxarı şəxslər arasında həm qadınlarda, həm də kişilərdə refraksiya qüsurlarının və konyunktivanın xəstəliklərinin
yayılmasının daha geniş olması, göz dibi xəstəliklərindən isə diabetik retinopatiyanın və miopik xorioretinal
distrofiyanın üstünlük təşkil etməsi qeyd edilmişdir.
Dispanserizasiya xəstəlikləri vaxtında, ağırlaşmadan, fəsadlaşmadan aşkarlamağa yardım edir, eləcə də təcili
terapiyaya və əməliyyata ehtiyacı olan xəstələrin sayını bilib, vaxtında müalicəyə başlamağa imkan yaradır. Bu
baxımdan belə profilaktik yoxlamaların aparılması vacibdir.
|