Paleocoğrafiyada genetik tədqiqat üsulu


Paleocoğrafi xəritələrin mahiyyəti və tərtib üsulları



Yüklə 0,58 Mb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#39864
1   2   3   4
Fasial və paleocoğrafi xəritələr

Paleocoğrafi xəritələrin mahiyyəti və tərtib üsulları

Paleocoğrafiya qədim geoloji epoxalarda materiklərin, dənizlərin paylanmasını, yayılma qanunauyğunluqlarını, iqlim şəraitini və ondan asılı olaraq bitki və heyvanlar aləminin dəyişməsini öyrənən elmdir. Paleocoğrafiya elmi ilə geologiyanın müxtəlif sahələri – tektonika, stratiqrafiya, litologiya və s., məşğul olur. Yuxarıda qeyd etdiyimiz kimi, dəqiq paleocoğrafi xəritələr litoloji tədqiqatlara əsaslanır. Təsadüfi deyildir ki, SSRİ-nin və ABŞ-ın yaxın vaxtlarda tərtib olunmuş paleocoğrafi atlası (1:5000000, 1:10000000) məşhur litoloqların iştirakı ilə yerinə yetirilmişdir.

Müəyyən bir sahənin paleocoğrafi xəritəsini tərtib etmək üçün bir sıra mühüm məlumatlar olmalıdır. Qeyd etmək lazımdır ki, yüksək səviyyəli paleocoğrafi xəritələrin tərtibi bir sıra çətinliklərlə əlaqədardır. Paleocoğrafi xəritəni tərtib edən geoloq litoloji məlumatlardan əlavə stratiqrafik, tektonik və geofiziki məlumatlardan da istifadə etməyi bacarmalıdır.

Paleocoğrafi xəritələrin tərtibi üçün birinci vacib şərt öyrənilən epoxaya, dövrə aid çöküntülərin tam stratiqrafik sxeminin olmasıdır. Əgər stratiqrafik sxem yerli xarakter daşıyırsa, onun stratiqrafik vahidləri beynəlxalq şkala ilə əsaslı sürətdə əlaqələndirilməlidir. Çünki beynəlxalq stratiqrafik vahidlər, geoxronoloji vahidlərə uyğun gəlir.

İkinci şərt həmin stratiqrafik vahidlər üzrə litoloji və fasial tədqiqatların aparılmasıdır.

Üçüncü şərt öyrənilən dövr üzrə maleoiqlim tədqiqatının nəticələridir.

Dördüncü şərt geofiziki məlumatlardan (depresiyalarda özülün yatma dərinliyi, çökmə qatının qalınlığı, lokal qrafitasiya anamaliyaları, qədim massivlərin olması və s.) məqsədə uyğun istifadə edilməsidir.

Beşinci şərt izopaxit xəritələrin tərtib edilməsi və onların əsasında akkumulyasiya və denudasiya sahələrinin aşkar edilməsidir.

Akad. Stepanov göstərmişdir ki, yer kürəsinin geoloji inkişafında bir-birindən kəskin fərqlənən iki paleocoğrafi şərait olmuşdur. Birinci şəraitdə okeanın səviyyəsi yüksək və onun ümumi sahəsi maksimal, materiklərin səviyyəsi isə alçaq və ümumi sahələri minimal olmuşdur. Bunun nəticəsində tropik iqlim dominat rol oynamış və fəsillər arasındakı keçid çox zəif ifadə olunmuşdu. Buna talossokratik epoxa deyilir.

İkinci şərait tektonik hərəkətlərin kəskin inkişafı dövrüdür. Bu dövrdə geosinklinal sahələrdə dağ əmələgəlmə prosesləri üstünlük təşkil edir; okeanların sahəsi aşağı, materiklərin ümumi sahəsi indikinə yaxın, bəzən də ondan yüksək olmuşdur. Belə paleocoğrafi şərait yerli inkişaf tarixində geokratik epoxa adlanır. Talossokratik epoxalarda okeanların səviyyəsi yüksək olduğundan epikontinental dənizlərin okeanlı əlaqəsi yaxşı olmuşdur. Bu da heyvanlar aləminin miqrasiyasına əlverişli şərait yaratmışdır; odur ki, belə epoxaların çökmə süxur qatlarında stratiqrafik vahidlərin hüdudları müxtəlif yerlərdə bir-birinə uyğun gəlir. Talossokratik epoxalarda beynəlxalq stratiqrafik vahidlər üzrə paleocoğrafi tədqiqatlar aparmaq, ayrı-ayrı materiklərin paleocoğrafi xəritələrini tərtib etmək mümkündür. Həmin epoxaya Karbon, Üst və Orta Yura, Aşağı Tabaşir, Oliqosen epoxalarını misal göstərmək olar.

İri miqyaslı paleocoğrafi xəritələrin tərtibi üçün vacib olan regional stratiqrafik vahidlər aşağıdakılardır: seriya, lay dəstəsi və horizont, Beynəlxalq şkalada seriya şöbəyə, lay dəstəsi yarusa və horizont yarımyarusa uyğun gəlir.

Paleocoğrafi tədqiqatda istifadə olunan geoxronoloji şkala vahidləri – period, era, epoxa, əsirdir.

Paleocoğrafi xəritəni tərtib etmək üçün stratiqrafik sxemi əsas götürüb (beynalxalq və ya regional), onun üzərində lazımi tədqiqatlar aparmaq lazımdır. Hər şeydən əvvəl aparılmış litoloji tədqiqatlar əsasında fasial və bəzən terrigen-mineraloji vilayət xəritələri tərtib edilir. bu xəritələr sonradan paleocoğrafi xəritələrin tərtibində geniş istifadə olunur.

V.B.Belousov Qafqazın inkişaf tarixini aydınlaşdırarkən ilk dəfə qalınlıq və izopaxit xəritələrin paleocoğrafiyaya tətbiqindən istifadə etmişdir. İzopaxit xəritələr paleocoğrafi tədqiqat aparılan dövrün çöküntüləri qalınlığının dəyişməsi əsasında tərtib edilir (izo-bərabər, paxit-xətt deməkdir). Bu üsulun əsasında tektonistlər rayonun geoloji inkişaf, tarixini aydınlaşdırırlar. İzopaxit xəritələrin əsasında litoloqlar denudasiya sahələrinin qalxma dərəcəsini və akkumulyasiya sahələrinin enmə xüsusiyyətlərini təyin edirlər. Eyni zamanda bu xəritələrin köməyi ilə litoloq akkumulyasiya sahələrinin zaman ərazidə inversiyasını izah etmək imkanına malik olur.

Paleocoğrafi xəritələrin əsas məqsədi qədim geoloji dövrlərdə fiziki-coğrafi şəraitin yaılmasını, inkişafını göstərməkdir. Belə xəritələr bir sıra əlamətlərinə, xüsusiyyətlərinə görə fasial və digər geoloji xəritələrdən fərqlənir. Belə ki:

1. Paleocoğrafi xəritələrdə müxtəlif tip çökmə süxurların göstərilməsi məcburi deyildi.

2. Paleocoğrafi xəritələrdə nəinki tədqiq edilən sahənin, hətta qonşu sahələrin paleocoğrafi elementlərinin bərpasında ekstropolyasiya və interpolyasiyaya geniş yer verilir.

3. Geoloji xəritələrdən fərqli olaraq paleocoğrafi xəritələrin dəqiqliyi miqyasdan asılı deyildir. Bu, başqa amillərdən daha çox asılıdır. belə xəritə nə qədər qısa bir geoloji dövr üçün tərtib edilərsə, dəqiqliyi bir oqədər çox olar.

Xəritənin dəqiqliyi onun əsaslandığı faktiki materialların müxtəlif mənbələrdən olmasından, paleocoğrafi tədqiqatın kompleks xarakterindən (litoloji, tektonik, geokimyəvi, geofiziki və s.) asılıdır. bir daha qeyd etmək lazımdır ki, paleocoğrafi xəritələrin əsasını fasial litoloji tədqiqat təşkil etməlidir. Məsələn, Q.F.Kraşeninnikov, Çelyabinsk Kömür hövzəsinin Məhsuldar qat əsri üçün çox maraqlı və dəqiq paleocoğrafi xəritə tərtib etmişdir (şək. 3). Şəkildə qədim allüvial düzənlik və onunla əlaqədar olan bataqlıq sahələrin paleocoğrafi elementləri məharətlə rekonstruksiya edilmişdir.

Paleocoğrafi elementlər yer qabığının iri tektonik strukturları ilə əlaqədardır. Tektonik əsaslı paleocoğrafi xəritələr daha yüksək dəqiqliyə malikdir. Digər tərəfdən, paleocoğrafi xəritələrin tərtibində iri qırışıq strukturların ölçücünü və sahəsini nəzərə almaq lazımdır. Çünki layların yatım bucağı 300 olarsa, deməli, ilk sedimentasiya sahəsi qırışıq əmələ gələndən sonra 12% azalmışdır.

Nəhayət, paleocoğrafi xəritələrin tərtibi üçün seçilmiş stratiqrafik vahid, kəskin dəyişikliklər olan geoloji dövrə uyğun gəlməlidir.

1961-ci ildə Novosibirskdə çağırılmış Ümumittifaq litoloji müşavirədə müəyyən edilmişdir ki, paleocoğrafi xəritələrin məzmunu belə ifadə olunmalıdır. Paleocoğrafi xəritələr qədim geoloji dövrlərdə fiziki-coğrafi şəraitin yayılmasını, paylanmasını göstərməlidir.



Çelyabinsk kömür hövzəsi Məhsuldar qat əsrinin paleocoğrafi xəritəsi (Q.F.Kraşeninnikova görə, 1970).

1-çay çöküntülərinin yayıldığı sahə, 2-əsas bataqlıqlar sahəsi, 3-prolüvial çöküntülər, 4-yuyulma sahəsinin kənar zonası, 5-Çelyabinsk qrabeninin müasir hüdudları.

Ümumiyyətlə, bütün paleocoğrafi xəritələr iki məqsəd daşıyır:

a) yerin qədim coğrafiyasını, onun səthinin, litosferin dönməyən təkamülündə fiziki-coğrafi şəraitin daim dəyişməsini öyrənmək;

b) mənşəyi paleocoğrafi şəraitdən asılı olan faydalı qazıntıların çökmə süxur qatlarında yayılma qanunauyğunluqlarını və onların metallogeniyasını aydınlaşdırmaq.

Paleocoğrafi xəritələr miqyaslarına görə aşağıdakı növlərə ayrılır:

1. Dünyanın paleocoğrafi xəritəsi (miqyası 1:25000000). Bu xəritə qlobal miqyasda fiziki-coğrafi şəraitin dəyişməsi, iqlim qurşaqlarının və materiklərin, nəhəng dağ silsilələrinin, okean, dəniz hövzələrinin təsiri altında faydalı qazıntıların yer qabığında paylanmasını izah edir.

2. Materiklərin paleocoğrafi xəritələri (25000000-2500000). Materiklərin daxili ərazisində fiziki-coğrafi şəraitin dəyişməsini və faydalı qazıntıların yayılma qanunauyğunluqlarını aşkar edir.

3. Regional paleocoğrafi xəritələr (2500000-500000). İri tektonik zonaların paleocoğrafi inkişaf tarixini, həmin zonalarda faydalı qazıntıların yayılma qanunlarını əks etdirir.

4. Yerli paleocoğrafi xəritələr (200000-50000). Bunlar çox vaxt geoloji idarələrin istehsalat tapşırıqları əsasında tərtib edilir. əsas məqsədi faydalı qazıntı yatağının mənşəyini, fasial dəyişikliklərin səbəblərini və filiz yatağı sahəsinin geoloji inkişaf tarixini aydınlaşdırır.

5. İri miqyaslı paleocoğrafi xəritələr (10000-5000). Çökmə mənşəli faydalı qazıntı yataqlarının sahədə qalınlığının və keyfiyyətinin dəyişməsini, genezisini və perspektivli olmalarını aydınlaşdırır.

Paleocoğrafi xəritələr fasial tədqiqat əsasında tərtib edilmişsə, buna litoloji-paleocoğrafi xəritələr deyilir. A.N.Vinoqradovun (1961) rəhbərliyi ilə tərtib edilmiş Rus plitası və onun geosinklinal qurşağının litoloji-paleocoğrafi atlasını və SSRİ-nin (1965-1970) litoloji-paleocoğrafi atlasını buna misal göstərmək ola. Hər bir paleocoğrafi xəritə üçün xüsusi izahat tərtib edilir. xəritələrin izahat hissəsində qəbul olunmuş üsulların xüsusiyyəti və faktiki materialların xarakteri haqqında məlumat verilir. Həmin izahatdan əlavə, müxtəlif qrafiki materialların mahiyyəti göstərilir. Qrafiki materiallar icərisində faktiki materiallar xəritəsi, fasial-paleocoğrafi profillər, litogenetik kəsilişlər və sütünların olması vacibdir. Çünki bu materiallar, oxucuya müəllifin paleocoğrafi tədqiqatının ekstropolyasiyasının əsaslı olduğuna qiymət vermək imkanı yaradır.

Xəritələrin izahat hissəsində fasial komplekslərin təyin edilməsi üçün istifadə olunmuş genetik əlamətlərin təsviri mətn hissəsində onların tərtibi üçün qəbul olunmuş stratiqrafik sxemin mübahisəli olması haqqında, yaxud stratiqrafik vahidlərin paleontoloji və litoloji xarakteristikasına dair məlumat da verilməlidir. Qeyd etmək lazımdır ki, paleocoğrafi xəritələrə izahat mətninin hazırlanması üçün xüsusi norma yoxdur. Bu, tədqiqatçının bilik və bacarığından, paleocoğrafi xəritənin miqyasından və qarşıya qoyulan vəzifələrdən asılıdır.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin