Paleocoğrafi xəritələr və sxemlər. Paleocoğrafi tədqiqatların son nəticəsi paleocoğrafi xəritələrin tərtib olunması hesab olunur. Əsaslandırma dərəcəsindən asılı olaraq onlar aşağıdakılara ayrılır:
- paleocoğrafi xəritələr;
- sxematik xəritələr;
- sxemlər;
- eskiz çəkilişləri (cızmaqaları).
Paleocoğrafi və sxematik xəritələr tipində - müxtəlif paleocoğrafi elementlərin ayrılmasının əsasını təşkil edən faktiki material mütləq göstərilməlidir. Paleocoğrafi xəritələr miqyasından, əhatə etdiyi ərazidən və məsələlərdən asılı olaraq qlobal, icmal, regional və dəqiq ola bilər. Yadda saxlamaq lazımdır ki, istənilən paleocoğrafi xəritədə uzun zaman müddəti üzrə ümumiləşdirilmiş coğrafi situasiya göstərilir. Zaman periodları çöküntülərin qədimliyinə görə artırılır.
Xüsusi paleocoğrafi xəritələrdə mövcudddur ki, orada müəyyən proseslər, təbiət komponenti və ya elementlərin (obyektlərin) əlaqələri əks olunur. Onlara aşağıdakılar aiddir: paleolitoloji, paleotektonik, paleogeomorfoloji, paleobotaniki və floristik, paleoklimatoloji, paleofaunistik, paleolimnoloji. Faydalı qazıntıların paleocoğrafi yaranma şəraitləri, xəritələri tərtib edilir. Paleocoğrafi xəritələrə litoloji-fasial profillər də əlavə olunur ki, onların vasitəsilə paleocoğrafi situasiyanın zaman və məkanda dəyişməsini izləmək mümkündür.
Paleocoğrafi xəritənin işlənilməsi mərhələləri özündə aşağıdakılar birləşdirir:
Kəsilişlərin və quyuların (maddi tərkibi) təsviri tərtib olunur.
Tədqiqatçını maraqlandıran zaman intervalları ayrılır.
Seçilmiş zaman interval üzrə məkanda fasiyaların litologiyası öyrənilir və miqyasla xəritəyə köçürürlər. Nəticədə litoloji-fasial xəritə hasil olur.
Litoloji-fasial profil qurulur.
Çöküntü toplanma mühitinin şəraitləri (paleoekoloji) müəyyənləşdirilir.
Paleogeomorfoloji analiz aparılır, nəticədə relyef, gətirilmə oblastları və kontinental çöküntütoplanmanın xususiyyətləri müəyyən edilir.
Rənglərlə paleocoğrafi şərait göstərilir – normal duzluluqlu su hövzələri göy rəngin çalarları ilə (dərinlikdən asılı olaraq), yüksək duzluluğa malik laqunlar və dənizlər – mavi rənglə, aşağı duzluluğa malik və şirin olanlar isə – yaşıl rənglə göstərilir.
Denudasiya düzənlikləri – Sarı rənglə, daha yüksək sahələr çəhrayı və qəhvəyi rənglərlə verilir. Proseslərin dinamikası (terrigen materialların daşınma, çayların axma istiqaməti) oxlar vasitəsilə göstərilir.
Xüsusi işarələrlə (kimyəvi işarə, rəqəm və b.) faydalı qazıntı yataqları göstərilir. Ayrı-ayrı paleocoğrafi elementlərin dəqiqləşdirilməsi üçün zəritəyəalma mərhələləri də əlavə edilə bilər. Məsələn, orqanizmlərin qidalanma şəraitlərinin xəritələri, çöküntü əmələgəlmə, filiz və autigen minerallar xəritələri və b. paleoiqlim xarakteristikalarının və paleocoğrafi xəritələrin kompleks analizinin əlavə olaraq işlənilməsini tələb edir. Nəticədə landşaft-iqlim xəritəsi hasil olur. Orada aşağıdakılar əks olunur:
a) denudasiya və akkumulyasiya landşaftları;
b) zoo- və fitosenozların inkişaf etmə oblastları;
c) iqlimin zonal xarakteristikaları və onların əyalət xüsusiyyətləri;
d) atmosfer çöküntülərinin miqdarı və onların paylanma xüsusiyyətləri
Litosferin plitələrinin tektonikası haqqında təlimə transformasiya olunmuş A.Vegenerin mobilizm ideyalarının dirçəlməsi ilə və paleomaqnit tədqiqatlarının inkişafı sayəsində paleocoğrafi xəritələr coğrafi qütblərin, qurunun və okeanın keçmişdə mövcud olmuş paylanması əsasında qurulmağa başlandı. Bu xəritələri palinspastik adlandırırlar, onlar kifayət qədər sxematik olub, qlobal və regional miqyasda tərtib olunur.
Son zamanlarda akademik K.K.Markov tərəfindən dayaq kəsilişlərinin paleocoğrafiya ilə əlaqədar analiz metodu işlənib hazırlanmışdır.
Dayaq kəsilişi – bunlar konkret bir rayonda (sahədə, regionda) çöküntülərin tərkibi, onların stratifikasiyası və rayonların yerləşdiyi sahələrin paleocoğrafiyası haqqında tam informasiya daşıyan və eyni zamanda bir-birini tamamlayan, bir və ya bir neçə daha çox təsvir edilmiş təbii açılışlardır (və ya quyular). Dayaq kəsilişləri üçün qarşıya qoyulan əsas tələb – onun öyrənilməsi prosesində realizə olunan maksimal dərəcədə yüksək stratopaleocoğrafi informativlikdir. Bu materialların əsasında paleocoğrafi rayonlaşdırma xəritələri tərtib olunur.
Dostları ilə paylaş: |