"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə12/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Arxeoloji qoruqlar






31

Xarabagilan

Aza, Ordubad rayonu

Ordubad rayonunun Aza kəndində yerləşən Son Tunc - Erkən Dəmir dövrlərinə aid olan abidələr kompleksidir. Sahəsi 100 hektardan çox olan Xarabagilan 1926-1929-cu illərdə və 1976-cı ildən tədqiq olunur. Abidənin qərb tərəfində eradan əvvəl II-I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilib.[52] Narınqalanın sahəsi 10 hektardan çoxdur və vaxtilə məhəllələrlə birlikdə qala divarları ilə əhatə olunmuşdu. Eyni zamanda qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdi. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və digər tikinti qalıqları aşkar edilmiş, xeyli maddi-mədəniyyət nümunəsi tapılmışdır. Tapıntılar zamanı XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsx xətləri ilə yazılara rast gəlinib.[52] Xarabagilan abidəsini tədqiq edən alimlər burada şəhər mədəniyyətinin antik dövrdə – e.ə. V-IV əsrlərdə yarandığını, orta əsrlərdən isə bu şəhərin Azərbaycanınmühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bildirirlər. Tədqiqatlar nəticəsində aydınlaşıb ki, Kiran şəhərinin dağıdılması monqol istilaları zamanı baş verib.[52] AMEAArxeologiya və Etnoqrafiya İnstitutununOrdubad ərazisində fəaliyyət göstərən Xarabagilan arxeoloji ekspedisiyasının tədqiqatları nəticəsində abidə ərazisindəki kurqanlardan Urmiyayaxınlığında yerləşən Göytəpəabidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Tədqiqatçı Bəhlul İbrahimlinin fikrincə, daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.[53] Xarabagilan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin qala divarının cənub – şərqində, divarın xarici tərəfində II – III əsrlərə aid edilən bir qəbirdən qədim arami yazısı ilə yazılmış mətn aşkarlanmışdır.[54]






Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin