3.2. Müəssisənin tikilməsi üçün yerin əsaslandırılması və meydançanın seçilməsi
Pambığın ilkin emalı müəssisəsinin tikilməsi üçün yerin əsaslandırılması pambıqtəmizləmə sənayesinin perspektivli inkişafı ilə uyğunluqda aparılır, özüdə texniki-iqtisadi əsaslandırmanın əsasında. Layihə tapşırığında qeyd edilmiş tumanda (rayonda) və məntəqədə müəssisənin tikilməsi üçün meydançanın düzgün seçilməsinin əsaslandırılması verilir.
Müəssisənin tikilməsi regionun yaxud məntəqəsinin seçilməsi zamanı aşağıdakı amilləri əsas götürürlər: müəssisənin gələcəyinin xammal bazasının olması; xammalın və lifin tələbkara nəql edilməsi üçün nəqliyyat yollarının vəziyyəti və istifadə imkanı; gələcək muəssisənin yanacaqla təminatı; elektirik enerjisilə təchizatın mənbəi və şəraitləri; terli inşaat materiallarının və işçi qüvvəsilə təminatı; yaşayış məntəqələrinin yerləşməsinin yaxınlığı; tikinti üçün yararlı olan sərbəst meydançaların olması; su təchizatı mənbələrinin olması; məqsədyönlü iqlim və meteoroloji şəraitlərin olması.
Müəssisənin xammal bazasını nəzərdə tutulan tikinti regionunda pambıq tarlasının orta məhsuldarlığı və bu bitkinin altında məşğul olan əkin sahəsi üzrə təyin etmək olar.
Layihələndirilən müəssisənin xammal zonasında pambıq tarlasının ümumi məhsul yığımını bu düsturla təyin etmək olar:
burada Qpam – müəssisənin xammal zonasında pambıq xammalın ümumi yığımı, t; F – pambıq tarlasının əkinaltı məşğul olan sahə, ha; X – 1 ha-dan pambıq üzrə orta məhsuldarlıq, T/ha; k – çiyidlərin çıxmasını nəzərə alan əmsal, əkinin müntəzəmliyi, (k=0.95 .
Gələcək müəssisənin xammal bazalarını həm də izafi pambığın olması ilə təyin etmək olar:
Qpam =
burada regionda pambıq-xammalın ümumi yığımı, harda ki, layihələndirilən pambıq zavodu tikiləcəkdir, ton;
verilmiş regionda işləyən pambıq zavodlarının emal edilən pambıq üzrə cəm gücü, ton.
Xammal zonasında müəssisənin yerləşməsi ən yaxşı yerdə (nöqtədə) seçilə bilər, hansı ki, istismar zamanı həyat fəaliyyətini təmin edir, lakin əsasən işləyən pambıq hazırlama məntəqəsinin ərazisini seçməli olursan. Bu zaman seçilmiş məntəqələr öz coğrafi verilənlərinə, yeraltı yolların vəziyyətinə, tikinti materiallarının, su təchizatı mənbələrinə və işçi qüvvəsilə təmin edilməsinə görə inşaat meydançalarına qoyulmuş bütün tələbləri ödəməlidirlər. lakin verilmiş məntəqələrin hansında müəssisəni tikmək lazımdırsa, bu məsələ əlavə tədqiqat tələb edir. Belə əlavə tədqiqatla müəssisəyə nəql edilən xammalın orta uzaqlığı təyin edilə bilər.
Xammalın daşınmasının orta uzaqlığını təyin etmək üçün xammal zonasının xəritəsi üzrə pambıq işləyən təsərrüfatları və pambıq hazırlama məntəqələrinin sərhədlərini müəyyən etmək və təsərrüfat mərkəzindən yaxud pambıq hazırlama məntəqəsindən müəssisənin tikintisinin qeyd olunmuş yerinədək orta məsafəsini hesablamaq lazımdır.
Pambıq-xammalın pambıq hazırlama məntəqələrinin ərazisində hazırlanmış miqdarına əsasən və layihələndirilən müəssisəyədək məsafəyə xammalın daşınmasının orta uzaqlığını bu düsturla təyin etmək olar:
,
Burada: - pambıq hazırlama məntəqələrin ərazisində hazırlanmış pambıq-xammalın miqdarları, ton; - müəssisədə xammalın pambıq hazırlama məntəqələrindən daşınma uzaqlıqları, km.
Digər bərabər şəraitlərdə müəssisəni 0 nöqtədə tikmək lazımdır ki, onun üçün xammalın daşınmasının orta uzaqlığı minimal olacaqdır.
Müəssisənin tikilməsi üçün yeri müəyyən edərək, inşaat meydançasını seçmək lazımdır. Inşaat meydançasının seçilməsi layihə işlərinin ümumi kompleksinə daxildir. Inşaat meydançası layihə tapşırığı ilə birlikdə təsdiq edilir.
Müəssisənin tikilməsi üçün yerin yaxud nöqtənin müəyyən edilməsindən sonra, bu yerin həddlərində sahənin seçilməsini etmək lazımdır. Inşaat meydançasının keyfiyyəti binaların və müəssisənin ayrı-ayrı obyektlərinin planlaşdırılması üçün mühüm əhəmiyyətə malikdir.
Inşaat meydançasının üstünlükləri və qüsurları planlaşdırmanın müəyyən xarakterini şərtləşdirirlər. Uğurla seçilmiş inşaat meydançası imkan verir ki, daha çox səmərəli, yüngül və sadə tərzdə müəssisənin ümumi planlaşdırılmasını işləyəsən. Uğursuz seçilmiş sahə bir sıra çətinliklər törədir ki, bunlarda texniki düzgün və iqtisadi faydalı həllini almağa maneçilik edir.
Sahənin seçilməsi zamanı aşağıdakı nəzərə almaq lazımdır:
Sahənin kifayət ölçülərini və konfiqurasiyasını, nəql etmək üçün zavod binalarının, tikintilərinin və gedişlərinin rahat yerləşməsini təmin edənləri (sahənin ən çox rahat forması düzbucaqlıdır yaxud konturuna görə düzbucaqlıya yaxındır); əgər o nəzərdə tutularsa, zavodun sonrakı genişləndiilməsi imkanı;
Energetik bazanın yaxın yerləşməsi, özüdə rayon elektrik stansiyasının olması bu sahənin vəziyyətinin üstünlüyünü təyin edir;
Su təchizatı mənbələrinin, kanalizasiya magistrallarının və səmt sularının buraxılması üçün yerin olması;
Sahənin qruntunun kifayət edici xassələri, özü də binalardan və tikililərdən normal yükə yol verənlər; bu zaman nəzərə almaq lazımdır ki, sahənin qruntunun pis keyfiyyəti tikintini bahalaşdırır yaxud da bəzən məcbur edir ki, verilmiş sahədən istifadə etməkdən tamam imtina edəsən, çünki dərin binövrələr yaxud qruntun bərkidilməsi binaların tikilməsinə xərcləri xeyli çox artırırlar;
Sahənin və onun bitişik ərazisinin rahat relyefi (profili) binalar altı meydançanın və nəqliyyat yollarının düzəldilməsi üzrə torpaq işlərinə minimal xərcləri tələb edənin;
Sahənin ərazisində dəmiryol budağının çəkilməsi imkanı, həm də yolların relssiz nəqliyyat üçün salınmasının;
Sahənin çayların daşınmasından və qrunt sularının çıxmasından mümkün olan sulaşmanın olmaması; qruntaltı suların yaxınlığının olmaması;
Sahənin kifayət dərəcəli sanitar-gigiyena vəziyyəti (bataqlıqlaşmış, zibillənmiş, uçma yerlərinin olmaması, özü də sağlamlaşdırma tədbirləri tələb edənləri);
Yaşayış ərazisinə kifayət qədər yaxınlıq, haradan ki, müəssisə üçün işçi qüvvəsini cəlb etmək mümkün olardı;
Yaxınlıqda sənaye müəssisələrinin olması, hansılar ki, elektrik enerjisilə, istiliklə, qazla, buxarla, su ilə təchizatın əməkdaşlığını etmək olar, həm də kanalizasiya və təmizləmə tikililərini, ümum zavod tərtibatlarının, yaşayış qəsəbələrinin və s. müştərək tikilməsini aparmaq olar.
Təcrübə göstərdiyi kimi, iki və daha çox sayda zavodların bitişik sahələrində belə əməkdaşlığı yaxud yaxın yerləşmiş tikintiyə xərclərin xeyli qənaət edilməsini verir.
Sahənin seçilməsi zamanı nəzərdə tutmaq lazımdır ki, sənaye müəssisələri və yaşayış rayonları arasında sanitar-müdafiə zonası olmalıdır, hansı ki əhatə ərazisinin əhalisini tüstüdən, qazlardan, hisdən, tozdan və səsdən qorusun.
Istehsal binaları, anbarlar yaxud qurğular arasındakı ərazi sanitar baxımından zərərli və yaşayış rayonu binaları-yaşayış, müalicəvi-profilaktika sanitar tipli və mədəni-məişət sanitar-müdafiə zonası adlanır.
Pambığın ilkin emalı müəssisəsisanitar müdafiəsi üzrə üçüncü sinifə aiddir. Müdafiyə zonasının eni 300m təşkil edir.
Müəssisəyə bitişik olan ərazisinin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədlərilə, nəzərdə tutulmalıdır ki, texnoloji proseslər atmosferə zərərli tullantıları ayırmamalıdırlar, eyni zamanda tozun, hisin, tüstünün, qazın təmizlənməsi tərtibatının, səsin yatırılması və s. eyni zamanda tədbiq edilsinlər.
Müəssisəyə bitişik ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması üçün tozun və iylərin atmosferə ayrılmasından qoruyan tərtibatları nəzərdə tutmaq lazımdır.
Sanitar-müdafiə zonası yaşıllaşdırılmalıdır. Bunun üçün yaşıl əkinlər ağacların və kolların çoxcərgəli şəklində əkilməsi nəzərdə tutulur. Bu zonanı yalnız yardımçı və xidmətetmə təyinatlı (depo, qarajlar, ambarlar və s.) tikinti üçün istifadə etmək olar.
Sahənin seçilməsi zamanı həm də o tələbləri nəzərə almaq lazımdır ki, hansıları general plana qoyurlar. Sahə yuxarıda göstərilmiş tələblərə nə qədər böyük ölçüdə ödəyəcəkdirsə,bir o qədər yaxşı bu sahədə yerləşmiş zavodun general planını işləmək mümkün olacaqdır.
Lakin seçilmiş sahə bütün lazım olan tələblərə həmişə cavab vermir; tez-tez bir münasibətdə o üstünlüklərə, dgər münasibətdə isə qüsurlara malikdir. Bu halda lazımdır ki, bütün faydaları maksimal istifadə etmək lazımdır, hansılar verilmiş sahədə vardır və mümkün olduqca onun qüsurlarının general planın strukturuna təsirini aradan qaldırır yaxud onları minimuma gətirir.
Dostları ilə paylaş: |