Məhkəmə istintaqı və proses iştirakçılarının çıxışları:
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən özü, müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun
Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş
apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş
apellyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu, məhkum edilmiş şəxs Məmmədov Aqil
Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu tərəfindən ayrı-ayrılıqda tərəfindən
verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş
apellyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlu Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum
edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu,
məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş
oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar
Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlunun
müdafiəçisi Şirinov Bağban Səfər oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il
tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu,
onun birinci instansiya məhkəməsində müdafiəçisi olmuş Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş
şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən
ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu
tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd
oğlunun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral
2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Ceyhun
Məhəmməd oğlunun birinci instansiyası məhkəməsində müdafiəçisi olmuş Əzimov Əbdülhəsən Əliş
oğlu, məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən
Möhrab oğlu tərəfindən ayrı-ayrılıqda tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı
Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə etdiyini
bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlunun
müdafiəçisi Allahverdiyev Arif Tariverdi oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral
2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil
Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov
Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda
tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən
verilmiş apellyasiya protestinin dəlillərinə etiraz etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət
ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Sadıqov Səyavuş Köçəri oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin
dəlillərini müdafiə etdiyini, məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi
Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun
8
müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin
dəlillərinə etiraz etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlu
Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü
təqsirli bilməyərək ifadəsində göstərdi ki, 02 iyun 2015-ci ildə saat 18 radələrində “Köhnə Bazar”
şadlıq evində keçirilən toy mərasimində arvadı, qardaşı Aqil və Aqilin arvadı ilə birlikdə iştirak etmiş,
həmin toy mərasimi başlayandan bir qədər sonra həmkəndlisi Ruhiyyə Həmidova oturduqları masanın
yanına gəlib, masanı əlləri ilə tutub silkələyib, heç bir səbəb olmadan qardaşı Aqili söyüb təhqir etmiş,
həmin vaxtı oraya Ruhiyyənin qaynanası, əri Əfqan, qayını Cavid də gəlmiş, Ruhiyyə masanın
üstündən dolu vəziyyətdə olan bir litrlik, plastik materialdan olan «Qax» mineral su qabını götürüb
Aqilin sinəsinə vurmuş, toy dayanmış, həmin vaxtı orada olan şəxslər onları sakitləşdirərək aralamışlar.
Sonra qardaşı Aqillə birlikdə şadlıq evindən çıxmış, Aqilə «gəl gedək evə, camaatın toyunda dava
düşməsin» deyərək evə getmək istəyərkən toy sahibi onları geri qaytarmış, təkrar qayıdıb əvvəlki
yerlərində oturduqdan bir qədər sonra Ruhiyyə qızı Tünzalə ilə birlikdə şadlıq evini tərk etmiş,
Ruhiyyənin qayınanası da Aqili söyərək şadlıq evindən çıxdıqdan sonra Əfqan onların oturduqları
masaya yaxınlaşaraq, Aqili söymüş, sonra isə masanın üstündə qara rəngli dolu araq şüşəsini əlinə
götürdüyüündən, Aqil də masanın üstündə olan digər dolu araq şüşəsini əlinə götürmüşdür. O, yaranmış
vəziyyəti görüb məhkumluğunun olduğuna görə münaqişəyə qarışmaq istəməsə də axırda qardaşının
döyülməsini gördüyündən həmin vaxt butulkanı qıraraq şüşə parçası ilə onun üstünə gələn Həmidov
Əfqan Əli oğlunun üzünə çəkmişdir. O, həm ibtitai istintaq zamanı, həm də birinci instansiya
məhkəməsində bu barədə ifadə verərkən Həmidov Əfqan Əli oğlunu vurmasını, yəni butulkanın qırığı
ilə onun üzünə zərbə endirməsini etiraf etməmişdir. Buna səbəb o olmuşdur ki, rayon prokurorunun
köməkçisi Həmidov Əfqan Əli oğlunun qohumu olduğundan cinayət işinin istintaqını birtərəfli
aparmışdır. O da bundan qəzəblənərək həm birinci instansiya, həm də məhkəmə istintaqı zamanı Əfqan
Həmidovu vurmasını bildirməmişdir. Amma o, əslində Əfqan Həmidovu rezakla yox, əlindən aldığı
butulka qırığı ilə vurmuşdur.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu
Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli
bilməyərək ifadəsində göstərdi ki, Əfqan Həmidovla qonşuluqda yaşayırlar. Əvvəllər Əfqanın atası Əli
onun ev tikdirdiyi torpaq sahəsini oğlu Cavidə almaq istəsə də həmin torpaq sahəsi bələdiyyə tərəfindən
ona verildiyi üçün Əli ilə onun atası Məhəmmədin arasında narazılıqları olmuşdur. Bundan başqa
qardaşı Azərin oğlu Azimin Bakı şəhərində hərbi liseydə təhsil alarkən mütəmadi olaraq dərsdən
yayınıb kəndə gəlməsinə görə təhsilini davam etdirə bilməyib litseydən qovulmasında Əfqanın arvadı
Ruhiyyə ilə gizli münasibətlərinin səbəb olmasından Ruhiyəyə narazılıq etdiyinə görə onun ailə üzvləri
ilə aralarında münasibətləri kəskinləşmişdir. 02 iyun 2015-ci ildə həmkəndliləri Alim Məmmədovun
oğlu Teymurun Xırdapay kəndində yerləşən «Köhnə Bazar» şadlıq evində saat 18-də keçirilən toy
məclisində iştirak edərkən şadlıq evinin giriş qapısından sol tərəfdə yerləşən masanın arxasında qardaşı
Ceyhunla üzbəüz əyləşmiş, həmin vaxt Kamran və Müzadil də onunla eyni masa arxasında olmuşlar.
Toy məclisi başladıqdan bir qədər sonra Əfqanın arvadı Ruhiyyə onların masasına yaxınlaşıb heç bir
səbəb olmadan qışqıraraq, onların oturduqları masanı əlləri ilə tutub silkələyərək, onu söyüb təhqir
etmiş, şadlıq evindən çıxıb getməsini tələb etmişdir. Həmin vaxt Əfqan da oraya gələrək, onu söyüb
təhqir etməklə şadlıq evindən çıxıb getməsini tələb etmiş, Ruhiyyə oturduqları masanın üstündə olan
«Qax» suyu qabını götürərək ona tərəf atmış, su qabı sinəsinə dəymişdir. Toy sahibləri və tanımadığı
şəxslər Ruhiyyə ilə Əfqanı həmin yerdən aralayaraq şadlıq evindən çölə çıxarmış, 5-10 dəqiqə toyda
fasilə yarandıqdan sonra onlar yenidən qayıdıb həmin masada oturmuşlar. Bir qədər sonra Ruhiyyə öz
az yaşlı qızı Tünzalə ilə şadlıq evindən çıxıb getmiş, dərhal sonra onun arxasınca qaynanası da şadlıq
evindən çıxarkən onun masasına tərəf əyilərək əllərini ona tərəf uzadaraq onu söymüş, Əfqan və Cavid
onlara yaxınlaşaraq, onu söyərək şadlıq evindən çıxıb getmələrini tələb etmiş və Əfqan onların
oturduqları masanın üstündə olan dolu araq şüşəsini götürüb masanın üstünə vuraraq sındırıb, həmin
şüşənin əlində qalan hissəsini ona tərəf atmış, şüşə qırığı onun sinəsinə dəyərək xəsarət yetirmiş,
əynində olan köynəyi isə zədələnmişdir. O isə masanın üstündə bir qədər içilmiş, o da ağzı bağlı olan
digər qara rəngli araq şüşəsini götürüb Əfqana tərəf atsa da həmin şüşə Əfqana dəyməyib, döşəməyə
9
düşüb sınmış, Əfqanın qardaşı Cavid oturduğu masanın üstündən götürüb ona atdığı stəkan onun sağ
yanaq nahiyəsinin yuxarı hissəsinə dəyib xəsarət yetirmiş, bundan sonra o, Əfqanın atdığı sınmış şüşəni
götürüb ona atsa da, həmin şüşə də Əfqana dəyməyib yaxınlığında olan Vüsal adlı şəxsin qılçasına
dəyərək xəsarət yetirmişdir. Həmin vaxt toyun gedişi pozulmuşdur. Həmin anda Əfqanın sol sifət
nahiyəsini əli ilə tutduğunu, sifətindən qan axdığını görmüşdür. Əfqanın kim tərəfindən vurulmasını
görməmişdir.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlu göstərdi ki, 02
iyun 2015-ci ildə «Köhnə Bazar» şadlıq evində saat 18-də başlanmış toy mərasimində arvadı Ruhiyyə,
qızı Tünzalə, anası Mıxsə, atası Əli və qardaşı Cavidlə birlikdə iştirak etmiş, həmin toyda Aqil
Məmmədov və qardaşı Ceyhun Məmmədov və onların arvadları da olmuşlar. Aqilin əvvəllər onun
ailəsi haqqında böhtanlar yaydığına görə aralarında ədavətləri olduğu üçün anası Mıxsə toy sahibinə
narahatlıq olmaması üçün tərəflərdən birinin toydan çıxıb getməsini bildirmiş, lakin toy sahibinin
xahişindən sonra yenidən masada oturmuşlar. Bu zaman Aqil və Ceyhun oturduqları masadan ona baxıb
xoşagəlməz hərəkətlər etsə də o əhəmiyyət verməmiş, sonra da Aqil oturduğu masadan Ruhiyyəyə
baxaraq ona qarşı göz-qaşı və əli pis hərəkətlər etmiş, buna görə də arvadı Ruhiyyə və anası Mıxsə Aqil
və Ceyhuna yaxınlaşaraq onlara irad tutarkən onların anasını söydüyünü eşidib həmin masaya
yaxınlaşmış, sonra Ruhiyyə onu kənara çəkərək sakit olmasını demiş, toy sahibinə Aqillə aralarında
ədavətinin olmasını və münaqişəli olan hər iki ailəni eyni vaxtda toya dəvət etmələrinin düzgün
olmadığını demiş, bu zaman toy dayanmış, toy sahibinin isə onları sakitləşdirdikdən bir qədər keçəndən
sonra arvadı Ruhiyyə və qızı Tünzalə toydan çıxmış, onların arxasınca anası da toy məclisini tərk
edərkən Aqilin onun anasını söydüyünü eşitmiş, ona görə də o, Aqilgilin oturduqları masaya yaxınlaşıb
bunun səbəbini soruşarkən Aqil masanın üstündə olan dolu araq şüşəsini ona tərəf atmış, lakin həmin
şüşə ona dəyməmiş, Aqil masanın üstündə olan ikinci araq şüşəsini götürüb masanın üstünə vuraraq
sındırıb ona tərəf atmış, sınmış şüşə parçası əyildiyi üçün ona deyil, toyda iştirak edən Vüsalın ayağına
dəymiş, o əyildiyi zaman yanında olan Ceyhun əlindəki «rezak»ın kəsici hissəsi ilə bir dəfə onun
sifətinin sol tərəfinə vuraraq kəsmiş, dərhal da oradan qaçmışdır. Onun üzündən qan axdığı üçün
qohumlarının köməkliyi ilə onu Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə vaxtı Aqilə
şüşə atmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Aldığı xəsarətlə əlaqədar olaraq müalicə olunan
zaman 3.017 manat məbləğində xərci çıxmışdır. Bununla əlaqədar olaraq ibtidai istintaq zamanı mülki
iddia qaldırmaqla mülki iddiaçı kimi tanınmışdır.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı Azərbaycan Respublikası Baş
prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası
məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Sadıqov
Səyavuş Köçəri oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-
40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi
Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun
müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin
dəlilləri ilə razı olmadığını, törədilmiş cinayət hadisəsinin iş materialları ilə tam sübut edildiyini və
birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlunun
barəsində qanuni və ədalətli cəza təyin edildiyini bildirdi. Eyni zamanda, dövlət ittihamçısı S.K.Sadıqov
göstərdi ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu
üzrə Ceyhun Məmmədova cəza təyin edərkən və cəzaçəkmənin əvvəlinin hesablanmasında səhvə yol
vermişdir. Belə ki, Məmmədov Ceyhun Məhəmməd oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
19.09.2011-ci il tarixli hökmünə əsasən CM-nin 29,149.1-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 13 iyul 2011-ci il
tarixdən tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində olarkən
hazırki cinayət əməlini törətmiş, 19 avqust 2015-ci il tarixdə həbsə alınmışdır. Göründüyü kimi həmin
cəzanın 4 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19.09.2011-
ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə
cəzasının çəkilməmiş qalan 4 ay 24 gün hissəsi hazırki 10 fevral 2016-cı il tarixli hökmlə təyin olunmuş
cəzaya birləşdirilməli olduğu halda, məhkəmə qanunsuz və əsassız olaraq 3 ay 24 gün hissəsini qismən
birləşdirmişdir. Bundan əlavə məhkəmə Ceyhun Məmmədovun cəzaçəkməsinin əvvəlini onun həbsə
10
alındığı tarixdən, yəni 19.08.2015-ci il tarixdən hesablamalı olduğu halda həmin hissədə də səhvə yol
verərək C.Məmmədovun cəzaçəkməsinin əvvəlini 19.09.2015-ci il tarixdən hesablamışdır. Odur ki,
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmünün Ceyhun Məmmədov və
Əfqan Həmidova aid hissədə dəyişdirilməsini cinayət qanunu normaları düzgün tətbiq edilməklə
Ə.Həmidov barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair
müddəaların hökmdən xaric edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Məmmədov
Aqil Məhəmməd oğlunun müdafiəçisi Şirinov Bağban Səfər oğlu Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Aqil Məhəmməd oğlu və müdafiəçisi Musazadə Elşən Möhrab oğlu tərəfindən verilmiş
apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün Aqil Məmmədova aid hissədə ləğv edilməsini, onun
barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Məmmədov
Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmünü Məmmədov Ceyhun
Məhəmməd oğluna münasibətdə ləğv edib, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə
kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Həmidov
Əfqan Əli oğlunun müdafiəçisi Allahverdiyev Arif Tariverdi oğlu Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş
şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən
ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu
tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Həmidov Əfqan
Əli oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən
Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov
Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı
Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə
kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Məmmədov Ceyhun
Məhəmməd oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 1(089)-40/2016
nömrəli hökmünü ona münasibətdə ləğv edib, onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmə
kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd
oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən özünün və müdafiəçisinin verdiyi apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün ləğv
edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət
qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin
üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına
hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə
özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
11
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin
(«Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və
vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında
yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq
araşdırılması hüququna malikdir.
Həmin Konvensiyaya dair 22 noyabr 1984-cü il tarixli 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci
bəndində isə qeyd olunur ki, cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin,
barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən
baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar
qanunla tənzimlənir.
Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının
cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin
bərqərar olmasına imkan yaradır.
Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən
orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş
hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin
faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq
edilməsinin düzgünlüyünü yoxlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən
edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya
apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət
qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdıraraq,
qismən məhkəmə istintaqı apararaq, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri barədə
proses iştirakçılarının mövqeyini dinləyərək hesab edir ki, Məmmədov Ceyhun Məhəmməd oğlunun
Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun
və Həmidov Əfqan Əli oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum
edilmələri barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016
nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi
Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun
müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri
təmin edilməməli, dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya
protesti isə qismən təmin edilməli və hökm həmin apellyasiya protestinə əsasən dəyişdirilməlidir.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxslər
Məmmədov Ceyhun Məhəmməd oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli
oğlunun törətdikləri, qərarın təsviri-əsaslandırıcı hissəsinin «İşin halları» bölməsində göstərilən cinayət
əməlləri özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs Qurbanov Vüsal Hikmət oğlu, şahidlər
Həmidov Cavid Əli oğlu, Həmidova Ruhiyyə Süleyman qızı, Həmidova Mıxsə Soltan qızı, Həmidli
Tünzalə Əfqan qızı, Məmmədova Sədaqət Soltan qızı, Məmmədov Alim Oruc oğlu, Məmmədova
Samirə Qismət qızı, Kərimova Züleyxa Asim qızı, Mövlayev Kamran Rəşid oğlu və Məmmədov
Müzadil Ağamməd oğlunun ifadələri, məhkəmədə tədqiq edilmiş şahid Əzimzadə Hacı İldırım oğlunun
ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ibtidai
istintaq orqanının qərar və ptotokolları, üzləşdirmədə dindirmə protokolları, məhkəmə-tibbi
ekspertizasının rəyləri, məhkəmə-bioloji ekspertizasının rəyi, məhkəmə-trassoloji ekspertizasının rəyi,
kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi, məhkəmə-psixiatrik ekspertizasının
rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, protokollar, fotoşəkillər və işdə olan digər sənədlərlə tam
sübuta yetirilmiş, Məmmədov Ceyhun Məhəmməd oğlunun əməlləri birinci instansiya məhkəməsi
tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, Məmmədov Aqil
Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun əməlləri isə CM-nin 221.3-cü maddəsi ilə ilə tövsif
edilmişdir.
12
İş materiallarında olan, şahid Əzimzadə Hacı İldırım oğlunun ibtidai istintaq zamanı vermiş
olduğu ifadəsindən görünür ki, o həmin ifadəsində göstərmişdir ki, 02.06.2015-ci ildə təxminən saat
19 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-2106” markalı 99-GZ-658 dövlət nömrə
nişanlı avtomaşınıyla Kürdəmir şəhərindən Yenikənd kəndinə sifariş üçün getmiş, sifariş verən şəxslə
Yenikənd kəndinə dönən yolda körpünün üstündə rastlaşıb avtomaşını saxlayarkən, bu zaman bir
nəfər şəxs tələsik, həyəcanlı vəziyyətdə avtomaşının qabaq sağ tərəfindən qapını sol əli ilə açıb
əyləşmiş, həmin şəxsin Şıxımlı kənd sakini Ceyhun olduğunu bilmiş, Ceyhunun onu tez Şıxımlı
kəndinə aparmasını xahiş etsə də, Ceyhuna müştərisi olduğu üçün tələsdiyini deyib onu aparmamış,
həmin vaxt Ceyhunun əlində «rezak»a oxşar dəstəyi yaşıl rəngli kəsici alət görmüşdür.
İş materiallarında olan, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki,
hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi yer Kürdəmir
rayonunun Xırdapay kəndində yerləşən «Köhnə Bazar» şadlıq evidir. Şadlıq evi İmişli-Kürdəmir-
Ağsu yolunun Xırdapay kəndindən keçən hissəsində Ağsu istiqamətində sol tərəfdə yerləşir. Şadlıq
evi birmərtəbəlidir, içərisində üç cərgə ilə düzülmüş masalar və ətrafında stullar vardır. Baxışda
iştirak edən şadlıq evinin sahibi Aqil Seyfullayev bildirmişdir ki, 02.06.2015-ci ildə baş vermiş
cinayət hadisəsi şadlıq evinin giriş qapısının sol tərəfində olan birinci masanın arxasında oturmuş Aqil
və Ceyhun Məmmədov qardaşları ilə həmin masaya yaxınlaşan həmkəndlisi Əfqan Həmidov arasında
yaranmış mübahisə ilə əlaqədar olmuş, əvvəlcə sözlə mübahisə edən tərəflər sonra masanın üstündə
olan araq şüşələrini bir-birinə qarşı istifadə edərək dalaşmışlar. Baxış zamanı iş üçün əhəmiyyət kəsb
edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir.
İş materiallarında olan, ibtidai istintaq orqanının qərar və ptotokolundan görünür ki, istifadə
edilmiş və sınmış iki ədəd, üzərində «Delovaya rus» sözləri yazılmış araq şüşələri sınıqları və
təqsirləndirilən şəxslər Əfqan Həmidova məxsus şalvar və Aqil Məmmədova məxsus köynək iş üzrə
maddi sübut kimi tanınmaqla saxlanması üçün Kürdəmir rayon prokurorluğunun maddi sübutların
saxlanc otağına təhvil verimişdir.
İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki, ibtidai istintaq
zamanı Həmidov Əfqan Əli oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Məmmədov Ceyhun
Məhəmməd oğlu ilə ifadələrində olan ziddiyətlərlə bağlı üzləşdirilmiş, üzləşmə zamanı tərəflər
ifadələrində göstərilənləri bir daha təsdiq edərək eyni xüsusatları bir-birlərinin üzünə qarşı
bildirmişlər.
İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki, ibtidai istintaq
zamanı Ruhiyyə Həmidova və Mıxsə Həmidova Aqil Məmmədov və Ceyhun Məmmədovla üzləşmə
zamanı ifadələrində göstərdiklərini bir daha onların üzünə qarşı deməklə ifadələrini təsdiq etmişlər.
İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki, ibtidai istintaq
zamanı Əzimzadə Hacı İldırım oğlu təqsirləndirilən şəxs Məmmədov Ceyhun Məhəmməd oğlu ilə
üzləşmə zamanı ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deməklə ifadəsini təsdiq
etmişdir.
İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki, Həmidov Cavid Əli
oğlu təqsirləndirilən şəxslər Məmmədov Aqil Məhəmməd oğlu və Məmmədov Ceyhun Məhəmməd
oğlu ilə üzləşmə zamanı ifadəsində göstərdiklərini olduğu kimi həmin şəxslərin üzünə qarşı deməklə
ifadəsini bir daha təsdiq etmişdir.
İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Aqil
Məmmədovun bədənində döş qəfəsinin ön səthində döş sümüyünün üst səviyyəsində, döş qəfəsinə
nüfuz etməyən kiçik ölçülü cərrahi tikişə ehtiyacı olmayan yara və yaraya uyğun çapıq toxuması,
üzündə almacıq sümüyünün üstü səviyyəsində sıyrıq, sağ dirsək oynağında sıyrıq yeri müəyyən
edilmişdir. Həmin xəsarətlərdən--döş qəfəsinin ön səthində yara və yaraya uyğun çapıq toxuması iti
uclu və kənarı kəsici əşyanın təsirindən əmələ gəlmişdir, zərərçəkmişin dediyi kimi sınmış şüşə
parçası ilə yetirilməyə xarakterikdir, 1 litrlik dolu plastik su qabı ilə yetirilməsi mümkün deyil. Belə
ki, dolu plastik su qabı hamar səthlidir, müəyyən edilmiş yara isə uc hissəsi batıcı, kənarları kəsici
xüsusiyyətə malik əşya ilə yetirməyə xarakterikdir. Yaranın ətrafında hər hansı bir qançır və ya sıyrıq
müəyyən edilməmişdir. Almacıq sümüyünün üstü nahiyəsində sıyrıq hamar səthli küt əşya ilə vurma
nəticəsində, sağ dirsək oynağında olan sıyrıq yerləri isə küt əşyanın təsirindən əmələ gəlmişdir, dava
13
zəminində hamar səthli küt əşya dəymə və sürtünmə nəticəsində əmələ gəlməyə xarakterikdir,
müddətləri 02.05.2015-ci il tarixinə uyğundur, ayrı-ayrılıqda və məcmu halında sağlamlığa
zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.
İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Qurbanov
Vüsal Hikmət oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədənində aşağıdakı xəsarət aşkar
edilmişdir. Sol baldır nahiyəsində çapıq toxuması. Həmin xəsarət kəsici-deşici alətin təsirindən əmələ
gəlmişdir, müddəti 02.06.2015-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu
üçün dərəcəsi təyin edilmir.
İş
materiallarında olan,
məhkəmə-tibbi eskpertizasının rəyində
göstərilmişdir ki,
Ə.Ə.Həmidovda sifətdə kəskin nəzərə çarpan asimmetiriya və mimika pozğunluğu törədən, üz
sinirinin və tüpürcək vəzisinin zədələnməsi ilə müşayiət olunan sifətin sol yarısının kəsilmiş
yarasından sonrakı kobud çapıq aşkar olundu. Həmin xəsarət kəsici kənarı olan alətin (əşyanın)
təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 02.06.2015-ci il tarixinə
uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır
zərər vurmaya aiddir. Ə.Ə.Həmidovda aşkar edilmiş üz sinirin və tüpürcək vəzisinin zədələnməsi ilə
müşayiət olunan sifətin sol yarısının kəsilmiş yarası, sifətdə kəskin nəzərə çarpan asimmetiriya və
mimika pozğunluğu törətdiyindən izi silinməz xəsarətlərə aid edilir.
İş materiallarında olan, məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Həmidov
Əfqan Əldi oğlunun ABO sistemi üzrə qan qrupu 0 alfa, beta/1/-dir (təqdim olunan sənədin surətinə
əsasən). Ekspertizaya təqdim edilmiş Həmidov Əfqan Əli oğluna məxsus şalvar üzərində insan qanı
ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təsdiq olunduqda yalnız
«H» antigeni alındı. «H» antigeni 0 alfa, beta/I/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,
beta /I/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Həmidov Əfqan Əli oğluna məxsus ola bilər.
İş materiallarında olan, məhkəmə-trassoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata
təqdim edilmiş paltarlardan köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi
yeri və ölçüsü verilib. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində
yaranmağa xarakterikdir. Belə predmetə kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də aiddir.
Təqdim edilmiş şalvarın üzərində hər hansı bir zədə yoxdur. A.M.Məmmədovun bədəni üzərində olan
xəsarətlə ona məxsus köynəyin üzərində olan zədə uyğunluq təşkil edir və üst-üstə düşürlər. Təqdim
edilmiş köynəyin üzərində olan zədə qərarın təsviri hissəsində qeyd olunan şəraitdə (dolu şüşə ilə)
yaranması istisna olunur.
İş materiallarında olan, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən
görünür ki, Məmmədov Ceyhun Məhəmməd oğlu ona şamil edilən hazırkı cinayət hadisəsini
törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Ceyhun
Məmmədov ona şamil edilən hazırkı cinayət hadisəsini törədərkən onda hərəkətlərinə mühüm təsir
göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır.
İş materiallarında olan, məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Məmmədov
Ceyhun Məhəmməd oğlu ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki
xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni
anlaqlı olmuşdur. Ceyhun Məmmədovun əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına
düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.
İş materiallarında olan, məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Məmmədov
Ceyhun Məhəmməd oğlu narkotik vasitələrdən istifadə etmir, narkomaniya ilə xəstə deyil,
narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
İş materiallarında olan, ibtidai istintaq orqanının qərarından görünür ki, Həmidov Əfqan Əli
oğlu mülki iddiaçı kimi tanınmışdır.
«Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 23 mart 2004-cü il tarixli 01 №-li Qərarının 2-ci bəndində göstərilir ki, izah edilsin ki,
Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə
tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,
əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və
birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə,
14
ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar
olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa
düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar
surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı
tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir
çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa
düşülür.
Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah,
habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşayiət
edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün
əsasdır.
Həmin Qərarın 9-cu bəndində göstərilir ki, izah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə
məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə,
hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa
düşülür. Buraya cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya
kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə
silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic
və s.) başa düşülür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə
məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli
Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın,
müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin
pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və
həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının
qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən
hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə
laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və
mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir
üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara
əsaslanmalıdır.
Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə
təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət
qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam,
hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil
olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin
mötəbərliliyi müəyyənləşdirilir.
Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,
mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə
ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq
sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə
sübutları qiymətləndirir.
Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət
etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar
sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
15
Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə,
məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə
istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr
1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü
yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə,
məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və
məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin,
zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o
vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli
şəkildə təhqiq edilmiş olsun.
Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan
sübutların əldə olunması, həmçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam,
hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə
Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı
yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş
sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum
edilmiş şəxslər Məmmədov Ceyhun Məhəmməd oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov
Əfqan Əli oğlunun Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün
hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun
pozuntusuna yol verilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya
məhkəməsi tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış,
yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil edilərək, bir-biri ilə müqayisə edilmiş,
hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında
qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq
normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,
müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən
cinayət hüquqi qiymətdir.
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Məmmədov
Ceyhun Məhəmməd oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü
maddələri, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun əməllərində isə CM-nin
221.3-cü maddəsinin tərkib əlamətləri vardır. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi
tərəfindən C.M.Məmmədovun əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri,
A.M.Məmmədov və Ə.Ə.Həmidovun əməlləri isə CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif
olunmuşdur.
Məhkum edilmiş şəxslər Ceyhun Məmmədov, Aqil Məmmədov və Əfqan Həmidova birinci
instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaların cinayətin ağırlığına və məhkum edilmiş
şəxslərin şəxsiyyətlərinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası
hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və
ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və
ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və
ədalətli cəza təyin etmişdir.
Belə ki, iş materiallarında olan, Kürdəmir Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli
qərarından görünür ki, həmin qərara əsasən Məmmədov Ceyhun Məhəmməd oğlunun barəsində həbs
qətimkan tədbiri seçilmişdir.
16
İş materiallarında olan, hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər Aqil
Məmmədov Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O,
yaşayış yerindən müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşaqları vardır.
İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Ceyhun Məmmədovun da himayəsində 2
nəfər azyaşlı uşaqları vardır.
İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs Vüsal Qurbanovun təqsirləndirilən
şəxslərdən heç bir tələb və şikayəti yoxdur.
İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin
məlumatlarından və işə əlavə edilmiş hökmlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxs
Məmmədov Ceyhun Məhəmməd oğlu Kürdəmir rayon məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli
hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum
edilmiş, 21 may 2007-ci il tarixli amnistiya aktına əsasən o həmin cəzadan azad edilmişdir. Lənkəran
Ağır Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmünə əsasən CM-nin 29,149.1-ci maddəsi
ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
İş materiallarında olan, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 4 saylı
Məntəqə Tipli Cəza Çəkmə Müəsisəsinin məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin
03 oktyabr 2014-cü il tarixli qərarına əsasən Ceyhun Məmmədova təyin edilmiş rejim dəyişdirilərək
cəza çəkməsindən ötrü qeyd edilən müəssisəyə göndərilmişdir.
İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məmmədov Aqil Məhəmməd oğlu
Kürdəmir Rayon Məhkəməsinin 09 iyul 2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi
ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmişdir. Kürdəmir
Rayon Məhkəməsinin 02 dekabr 2008-ci il tarixli hökmünə əsasən CM-nin 150.1 və 152-ci maddələri
ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla o, 05 il
müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya məhkəməsinin
11.03.2009-cu il tarxli qərarına əsasən onun cəzası 4 ilə endirilmiş, 07.08.2012-ci il tarixdə cəzasını
çəkib qurtarmışdır.
İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həmidov Əfqan Əli oğlu əvvəllər məhkum
edilməmişdir.
İş materiallarında olan, hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Əfqan Həmidov
Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yerindən
müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşaqları vardır.
İş materiallarında olan, əlillik haqqında vəsiqənin surətindən və xəstəlik tarixlərindən görünür
ki, təqsirləndirilən şəxs Əfqan Həmidovun arvadı Ruhiyyə Həmidova II qrup ümumi xəstəlik əlilidir.
Habelə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən
şəxslər Məmmədov Ceyhun Məhəmməd oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan
Əli oğluna törətdikləri cinayətlərə görə cəza təyin edərkən hər birinin himayəsində azyaşlı uşaqlarının
olmasını və zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan
Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar, eyni zamanda
təqsirləndirilən şəxs Əfqan Həmidovun arvadı Ruhiyyə Həmidovanın II qrup əlil olmaqla onun ailədə
yeganə qazanc gətirən olmasını CM-nin 59.2-ci maddəsinə əsasən Ə.Ə.Həmidovun cəzasını
yüngülləşdirən hal kimi, Aqil Məmmədovun əməlində cinayətlərin residivi, Ceyhun Məmmədovun
əməlində isə cinayətlərin təhlükəli residivinin olmasını isə onların cəzalarını ağırlaşdıran hal kimi
nəzərə almışdır.
Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən
şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə
tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın
məqsədlərini təmin edə bilmir.
Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,
habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə
alınır.
17
Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və
azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,
Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə
cinayətlərin qarşısını almaqdan ibarətdir.
Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq
edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin
şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə
görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün
son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə
dörddə üçündən az ola bilməz.
Həmin Məcəllənin 70.1-ci maddəsinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma,
intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə
cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın
şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən
törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı
yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci maddəsinə
görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin
edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2
və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun
ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın
şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın
növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin
islah olunmasına xidmət etməlidir.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr
1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı
təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına
yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai
təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları
nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı
göstərilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə
17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De
Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir:
«Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın
görünməlidir».
Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü
hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən
18
məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır,
çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın
görünməlidir».
Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyalarında altı ildən on bir ilədək
müddətə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında isə üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin
hökmündən görünür ki, Məmmədov Ceyhun Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin
126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-
nin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 221.3-cü
maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,
Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən təyin edilmiş cəzaları qismən
toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası
təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ceyhun Məmmədova
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü üzrə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan
məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 24 gün hissəsi hazırki hökm üzrə təyin edilmiş cəzaya
qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası
təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19
sentyabr 2015-ci il tarixdən hesablanmış, Məmmədov Aqil Məhəmməd oğlu Azərbaycan Respublikası
CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6
(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə
müəsisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 10 fevral 2015-ci il tarixdən hesablanmış,
Həmidov Əfqan Əli oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan
cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə
ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən
edilməklə şərti olaraq tətbiq edilmişdir. Yəni C.M.Məmmədova birinci instansiya məhkəməsi
tərəfindən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin,
A.M.Məmmədova və Ə.Ə.Həmidova isə CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan
Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin edilmişdir.
Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun
müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd
oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya
şikayətlərinin dəlillərini qeyri-məqbul hesab edir.
Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya
məhkəməsi təqsirləndirilən şəxs Həmidov Əfqan Əli oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü
maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan
Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq etməkdə haqlı olmuşdur. Belə ki,
yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, habelə baş vermiş hadisə nəticəsində ən çox ona
zərər dəyməsi (üz sinirinin və tüpürcək vəzisinin zədələnməsi ilə müşayiət olunan sifətin sol yarısının
kəsilmiş yarası, habelə sifətdə kəskin nəzərə çarpan asimmetiriya və mimika pozğunluğu ilə müşayiət
edilən izi silinməz xəsarətlər alması) məhz Əfqan Həmidovun barəsində Azərbaycan Respublikası CM-
nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas olmuşdur. Odur ki, məhkəmə kollegiyası dövlət
ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinin “Ə.Həmidovun barəsində
Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric
edilməlidir” hissəsini məqbul hesab etmir və apellyasiya protestinin həmin hissəsinin təmin edilməsi
üçün hər hansı bir əsas görmür.
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi
Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərini nəzərə
almaqla işin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş, Azərbaycan Respublikası CM-nin,
Azərbaycan Respublikası CPM-nin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə
hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 №-li, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin
edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №-li, «Xuliqanlıq işləri üzrə məhkəmə
19
təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli 01 №-li, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası
Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar
2005-ci il tarixli və “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli
Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair” 17 fevral 2006-cı il tarixli qərarlarının yuxarıda sadalanan normalarının tələblərini, eləcə də
Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda göstərilən presedentlərini nəzərə almaqla məhkum
edilmiş şəxsə ədalətli cəza təyin etmişdir.
Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məmmədov Ceyhun Məhəmməd
oğluna hökmlərin məcmusu üzrə cəza təyin edərkən məhkəmə səhvə yol vermişdir. Belə ki,
məhkəmənin hökmündən görünür ki, Ceyhun Məmmədova Azərbaycan Respublikası CM-nin 67.1-ci
maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə CM-nin
29,149.1-ci maddəsi ilə təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının
çəkilməmiş qalan 3 ay 24 gün hissəsi həmin hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə
ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə
cəzası təyin edilmişdir. Lakin iş materiallarından görünür ki, Ceyhun Məmmədov Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmünə əsasən CM-nin 29,149.1-ci maddəsi ilə
təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin
əvvəli 13 iyul 2011-ci il tarixdən hesablanmışdır. Ceyhun Məmmədov məntəqə tipli cəzaçəkmə
müəssisəsində olarkən hazırki cinayət əməlini törətmiş, 19 avqust 2015-ci il tarixdə həbsə alınmışdır.
Göründüyü kimi həmin cəzanın 4 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay müddətə
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 24 gün hissəsi hazırkı 10 fevral 2016-cı il
tarixli hökmlə təyin olunmuş cəzaya birləşdirilməli olduğu halda məhkəmə qanunsuz və əsassız olaraq 3
ay 24 gün hissəsini qismən birləşdirmişdir. Bundan əlavə məhkəmə Ceyhun Məmmədovun
cəzaçəkməsinin əvvəlini onun həbsə alındığı tarixdən, yəni 19.08.2015-ci il tarixdən hesablamalı
olduğu halda, həmin hissədə də səhvə yol verərək C.Məmmədovun cəzaçəkməsinin əvvəlini
19.09.2015-ci il tarixdən hesablamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilir
ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya
əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona
görə də məhkəmə kollegiyası həmin hissədə apellyasiya protestinin dəlillərini məqbul hesab edir və
həmin əsasla apellyasiya protestini qismən təmin etməklə birinci instansiya məhkəməsinin hökmünün
dəyişdirilməsi qənaətinə gəlir.
Bununla da məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə
iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara,
həmçinin apellyasiya şikayətləri və apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış
qismən məhkəmə istintaqının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət
verərək Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü
maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun və Həmidov Əfqan Əli oğlunun Azərbaycan
Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmünü ləğv edərək iş üzrə yeni
hökm çıxarmağı, yaxud həmin hökmü ləğv edərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar
qəbul etməyi, yaxud Məmmədov Ceyhun Məhəmməd oğlunun törətdiyi cinayət əməllərini Azərbaycan
Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələrindən, Məmmədov Aqil Məhəmməd oğlunun əməlini
isə
Azərbaycan
Respublikası
CM-nin
221.3-cü
maddəsindən
həmin
Məcəllənin
digər
maddəsinə(maddələrinə) tövsif etməyi, yaxud da C.M.Məmmədova və A.M.Məmmədova təyin edilmiş
cəzaları yüngülləşdirməklə və (və ya) Ə.Ə.Həmidova təyin edilmiş cəzanı ağırlaşdırmaqla həmin
hökmü dəyişdirməyi məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyası Məmmədov Ceyhun
Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, Məmmədov Aqil
20
Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə
Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi
Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin
edilməməsini, lakin dövlət ittihamçısının apellyasiya protestinin qismən təmin edilməsini və hökmün
həmin apellyasiya protestinə və Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə əsasən əvvəlki
hökm üzrə təyin edilmiş və çəkilməmiş qalan cəzanın yeni hökm üzrə təyin edilmiş cəzaya qismən
birləşdirilməklə qəti cəza təyin edilməsi və cəza çəkilməsinin əvvəlinin müəyyənləşdirilməsi hissəsində
dəyişdirilməsini məqsədəuyğun sayır.
Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya
apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya
məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır.
Həmin Məcəllənin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində
çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu
Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 403, 407-410 və 412-ci
maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası
Q Ə R A R A A L D I :
Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü
maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun və Həmidov Əfqan Əli oğlunun Azərbaycan
Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş
şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən
ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmündən dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protesti
qismən təmin edilsin.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən dəyişdirilsin.
Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Məmmədov Ceyhun Məhəmməd oğluna təyin edilmiş
04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 24
(iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin
məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin
edilsin.
Məmmədov Ceyhun Məhəmməd oğlunun cəza çəkməsinin əvvəli 19 avqust 2015-ci il tarixdən
hesablansın.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(089)-40/2016 nömrəli
hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən qalan hissədə
dəyişdirilməsin.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində
nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına
kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: İmza var.
Hakimlər: İmzalar var.
Əsli ilə düzdür: Sədrlik edən:
Amil Dosiyev
21
Sədrlik edən: Amil Dosiyev
Hakimlər:
Zəki Babayev
Ələsgər Novruzov
Dostları ilə paylaş: |