Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 320.27 Kb.
PDF просмотр
səhifə2/2
tarix26.11.2016
ölçüsü320.27 Kb.
1   2

Məhkəmə istintaqı və proses iştirakçılarının çıxışları:  

 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən  özü, müdafiəçisi Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş şəxs Məmmədov Ceyhun 

Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda    verilmiş 

apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş 

apellyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən    müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil 

Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu  tərəfindən  ayrı-ayrılıqda  tərəfindən 

verilmiş apellyasiya şikayətləri  və dövlət  ittihamçısı  Məmmədov  Anar Ələsgər oğlu tərəfindən  verilmiş 

apellyasiya protestinin dəlillərini müdafiə etdiyini  bildirdi. 

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlu Lənkəran Ağır 

Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum 

edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu, 

məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş 

oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Məmmədov  Anar 

Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs  Məmmədov  Aqil  Məhəmməd oğlunun 

müdafiəçisi  Şirinov  Bağban  Səfər  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il 

tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu, 

onun birinci instansiya məhkəməsində müdafiəçisi olmuş Musazadə Elşən Möhrab oğlu, məhkum edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda    verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu 

tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlunun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10  fevral 

2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun 

Məhəmməd  oğlunun  birinci  instansiyası  məhkəməsində  müdafiəçisi  olmuş  Əzimov  Əbdülhəsən  Əliş 

oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən 

Möhrab  oğlu  tərəfindən  ayrı-ayrılıqda  tərəfindən  verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı 

Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protestinin  dəlillərini  müdafiə  etdiyini  

bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Həmidov  Əfqan  Əli  oğlunun 

müdafiəçisi    Allahverdiyev  Arif  Tariverdi  oğlu    Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral 

2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil 

Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov 

Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda 

tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən 

verilmiş apellyasiya protestinin dəlillərinə etiraz etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun  Dövlət 

ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələrində  dövlət 

ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  Sadıqov  Səyavuş  Köçəri  oğlu 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin 

dəlillərini müdafiə etdiyini,  məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi 

Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 



 

 

 



8

müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  

dəlillərinə etiraz etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu 

Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3-cü  maddələri  ilə  elan  edilmiş  ittiham  üzrə  özünü 

təqsirli  bilməyərək  ifadəsində  göstərdi  ki,  02  iyun  2015-ci  ildə    saat  18  radələrində    “Köhnə  Bazar” 

şadlıq evində keçirilən toy mərasimində arvadı, qardaşı Aqil və Aqilin arvadı ilə birlikdə iştirak etmiş, 

həmin toy  mərasimi  başlayandan  bir qədər sonra həmkəndlisi  Ruhiyyə  Həmidova oturduqları  masanın 

yanına gəlib, masanı əlləri ilə tutub silkələyib, heç bir səbəb olmadan qardaşı Aqili söyüb təhqir etmiş, 

həmin  vaxtı  oraya  Ruhiyyənin  qaynanası,  əri  Əfqan,  qayını  Cavid  də  gəlmiş,  Ruhiyyə  masanın 

üstündən  dolu  vəziyyətdə  olan  bir  litrlik,  plastik  materialdan  olan  «Qax»  mineral  su  qabını  götürüb 

Aqilin sinəsinə vurmuş, toy dayanmış, həmin vaxtı orada olan şəxslər onları sakitləşdirərək aralamışlar. 

Sonra  qardaşı  Aqillə  birlikdə  şadlıq  evindən  çıxmış,  Aqilə  «gəl  gedək  evə,  camaatın  toyunda  dava 

düşməsin»  deyərək  evə  getmək  istəyərkən  toy  sahibi  onları  geri  qaytarmış,  təkrar  qayıdıb  əvvəlki 

yerlərində  oturduqdan  bir  qədər  sonra  Ruhiyyə  qızı  Tünzalə  ilə  birlikdə  şadlıq  evini  tərk  etmiş, 

Ruhiyyənin  qayınanası  da  Aqili  söyərək  şadlıq  evindən  çıxdıqdan  sonra  Əfqan  onların  oturduqları 

masaya  yaxınlaşaraq,  Aqili  söymüş,  sonra  isə  masanın  üstündə  qara  rəngli  dolu  araq  şüşəsini  əlinə 

götürdüyüündən, Aqil də masanın üstündə olan digər dolu araq şüşəsini əlinə götürmüşdür. O, yaranmış 

vəziyyəti  görüb  məhkumluğunun  olduğuna  görə  münaqişəyə  qarışmaq  istəməsə  də  axırda  qardaşının 

döyülməsini  gördüyündən  həmin  vaxt  butulkanı  qıraraq  şüşə  parçası  ilə  onun  üstünə  gələn  Həmidov 

Əfqan  Əli  oğlunun  üzünə  çəkmişdir.  O,  həm  ibtitai  istintaq  zamanı,  həm  də  birinci  instansiya 

məhkəməsində  bu  barədə  ifadə  verərkən  Həmidov  Əfqan Əli oğlunu  vurmasını,  yəni  butulkanın  qırığı 

ilə  onun  üzünə  zərbə  endirməsini  etiraf  etməmişdir.  Buna  səbəb  o  olmuşdur  ki,  rayon  prokurorunun 

köməkçisi  Həmidov  Əfqan  Əli  oğlunun  qohumu  olduğundan  cinayət  işinin  istintaqını  birtərəfli 

aparmışdır. O da bundan qəzəblənərək həm birinci instansiya, həm də məhkəmə istintaqı zamanı  Əfqan 

Həmidovu  vurmasını  bildirməmişdir.  Amma  o,  əslində  Əfqan  Həmidovu  rezakla  yox,  əlindən  aldığı 

butulka qırığı ilə vurmuşdur.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu 

Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  ona  elan  edilmiş  ittihamla  özünü  təqsirli 

bilməyərək ifadəsində göstərdi ki, Əfqan Həmidovla qonşuluqda yaşayırlar. Əvvəllər Əfqanın atası Əli 

onun ev tikdirdiyi torpaq sahəsini oğlu Cavidə almaq istəsə də həmin torpaq sahəsi bələdiyyə tərəfindən 

ona  verildiyi  üçün  Əli  ilə  onun  atası  Məhəmmədin  arasında  narazılıqları  olmuşdur.  Bundan  başqa 

qardaşı  Azərin  oğlu  Azimin  Bakı  şəhərində  hərbi  liseydə  təhsil  alarkən  mütəmadi  olaraq  dərsdən 

yayınıb  kəndə  gəlməsinə  görə  təhsilini  davam  etdirə  bilməyib  litseydən  qovulmasında  Əfqanın  arvadı 

Ruhiyyə ilə gizli münasibətlərinin səbəb olmasından Ruhiyəyə narazılıq etdiyinə görə onun ailə üzvləri 

ilə  aralarında  münasibətləri  kəskinləşmişdir.  02  iyun  2015-ci  ildə  həmkəndliləri  Alim  Məmmədovun 

oğlu  Teymurun  Xırdapay  kəndində  yerləşən  «Köhnə  Bazar»  şadlıq  evində  saat  18-də  keçirilən  toy 

məclisində iştirak edərkən şadlıq evinin giriş qapısından sol tərəfdə yerləşən masanın arxasında qardaşı 

Ceyhunla  üzbəüz  əyləşmiş,  həmin  vaxt  Kamran  və  Müzadil  də  onunla  eyni  masa  arxasında  olmuşlar. 

Toy  məclisi  başladıqdan  bir  qədər  sonra  Əfqanın  arvadı  Ruhiyyə  onların  masasına  yaxınlaşıb  heç  bir 

səbəb  olmadan  qışqıraraq,  onların  oturduqları  masanı  əlləri  ilə  tutub  silkələyərək,  onu  söyüb  təhqir 

etmiş,  şadlıq  evindən  çıxıb  getməsini  tələb  etmişdir.  Həmin  vaxt  Əfqan  da  oraya  gələrək,  onu  söyüb 

təhqir  etməklə  şadlıq  evindən  çıxıb  getməsini  tələb  etmiş,  Ruhiyyə  oturduqları  masanın  üstündə  olan 

«Qax»  suyu  qabını  götürərək ona tərəf  atmış, su qabı  sinəsinə  dəymişdir. Toy  sahibləri  və tanımadığı 

şəxslər  Ruhiyyə  ilə  Əfqanı  həmin  yerdən  aralayaraq  şadlıq  evindən  çölə  çıxarmış,  5-10  dəqiqə  toyda 

fasilə  yarandıqdan sonra onlar yenidən qayıdıb həmin masada oturmuşlar. Bir qədər sonra Ruhiyyə öz 

az  yaşlı  qızı Tünzalə  ilə  şadlıq evindən çıxıb getmiş,  dərhal sonra onun  arxasınca qaynanası  da  şadlıq 

evindən çıxarkən onun masasına tərəf əyilərək əllərini ona tərəf uzadaraq onu söymüş, Əfqan və Cavid 

onlara  yaxınlaşaraq,  onu    söyərək  şadlıq  evindən  çıxıb  getmələrini  tələb  etmiş  və  Əfqan  onların 

oturduqları  masanın  üstündə  olan  dolu  araq  şüşəsini  götürüb  masanın  üstünə  vuraraq  sındırıb,  həmin 

şüşənin  əlində  qalan  hissəsini  ona  tərəf  atmış,  şüşə  qırığı  onun  sinəsinə  dəyərək  xəsarət  yetirmiş, 

əynində olan  köynəyi  isə  zədələnmişdir. O  isə  masanın üstündə  bir qədər  içilmiş, o da ağzı  bağlı  olan 

digər  qara  rəngli  araq  şüşəsini  götürüb  Əfqana  tərəf  atsa  da  həmin  şüşə  Əfqana  dəyməyib,  döşəməyə 


 

 

 



9

düşüb  sınmış,  Əfqanın  qardaşı  Cavid  oturduğu  masanın  üstündən  götürüb  ona  atdığı  stəkan  onun  sağ 

yanaq nahiyəsinin yuxarı hissəsinə dəyib xəsarət yetirmiş, bundan sonra o, Əfqanın atdığı sınmış şüşəni 

götürüb  ona  atsa  da,  həmin  şüşə  də  Əfqana  dəyməyib  yaxınlığında  olan  Vüsal  adlı  şəxsin  qılçasına 

dəyərək  xəsarət  yetirmişdir.  Həmin  vaxt  toyun  gedişi  pozulmuşdur.  Həmin  anda  Əfqanın  sol  sifət 

nahiyəsini  əli  ilə  tutduğunu,  sifətindən  qan  axdığını  görmüşdür.  Əfqanın  kim  tərəfindən  vurulmasını 

görməmişdir.  

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Həmidov Əfqan Əli oğlu göstərdi ki, 02 

iyun 2015-ci ildə «Köhnə Bazar» şadlıq evində saat 18-də başlanmış toy mərasimində arvadı Ruhiyyə, 

qızı  Tünzalə,  anası  Mıxsə,  atası  Əli  və  qardaşı  Cavidlə  birlikdə  iştirak  etmiş,  həmin  toyda  Aqil 

Məmmədov  və  qardaşı  Ceyhun  Məmmədov  və  onların  arvadları  da  olmuşlar.  Aqilin  əvvəllər  onun 

ailəsi  haqqında  böhtanlar  yaydığına  görə  aralarında  ədavətləri  olduğu  üçün  anası  Mıxsə  toy  sahibinə 

narahatlıq  olmaması  üçün  tərəflərdən  birinin  toydan  çıxıb  getməsini  bildirmiş,  lakin  toy  sahibinin 

xahişindən sonra yenidən masada oturmuşlar. Bu zaman Aqil və Ceyhun oturduqları masadan ona baxıb 

xoşagəlməz  hərəkətlər  etsə  də  o  əhəmiyyət  verməmiş,  sonra  da  Aqil  oturduğu  masadan  Ruhiyyəyə 

baxaraq ona qarşı göz-qaşı və əli pis hərəkətlər etmiş, buna görə də arvadı Ruhiyyə və anası Mıxsə Aqil 

və  Ceyhuna  yaxınlaşaraq  onlara  irad  tutarkən  onların  anasını  söydüyünü  eşidib  həmin  masaya 

yaxınlaşmış,  sonra  Ruhiyyə  onu  kənara  çəkərək  sakit  olmasını  demiş,  toy  sahibinə  Aqillə  aralarında 

ədavətinin  olmasını  və  münaqişəli  olan  hər  iki  ailəni  eyni  vaxtda  toya  dəvət  etmələrinin  düzgün 

olmadığını demiş, bu zaman toy dayanmış, toy sahibinin isə onları sakitləşdirdikdən bir qədər keçəndən 

sonra  arvadı  Ruhiyyə  və  qızı  Tünzalə    toydan  çıxmış,  onların    arxasınca  anası  da  toy  məclisini  tərk 

edərkən Aqilin onun anasını söydüyünü eşitmiş, ona görə də o, Aqilgilin oturduqları  masaya yaxınlaşıb 

bunun səbəbini soruşarkən Aqil masanın üstündə olan  dolu araq şüşəsini  ona  tərəf atmış, lakin həmin 

şüşə  ona  dəyməmiş,  Aqil  masanın  üstündə  olan  ikinci  araq  şüşəsini  götürüb  masanın  üstünə  vuraraq 

sındırıb ona tərəf atmış, sınmış şüşə parçası əyildiyi üçün ona deyil, toyda iştirak edən Vüsalın ayağına 

dəymiş,  o  əyildiyi  zaman  yanında  olan  Ceyhun  əlindəki  «rezak»ın  kəsici  hissəsi  ilə  bir  dəfə  onun 

sifətinin  sol  tərəfinə  vuraraq  kəsmiş,  dərhal  da  oradan  qaçmışdır.  Onun  üzündən  qan  axdığı  üçün 

qohumlarının köməkliyi  ilə onu Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə vaxtı Aqilə 

şüşə atmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Aldığı xəsarətlə əlaqədar olaraq müalicə olunan 

zaman 3.017 manat məbləğində xərci çıxmışdır. Bununla əlaqədar olaraq ibtidai istintaq zamanı mülki 

iddia qaldırmaqla mülki iddiaçı kimi tanınmışdır.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  Azərbaycan  Respublikası  Baş 

prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  Sadıqov 

Səyavuş  Köçəri  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-

40/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi 

Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin 

dəlilləri  ilə  razı  olmadığını,  törədilmiş  cinayət  hadisəsinin  iş  materialları  ilə  tam  sübut  edildiyini  və 

birinci  instansiya  məhkəməsi  tərəfindən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlunun 

barəsində qanuni və ədalətli cəza təyin edildiyini bildirdi. Eyni zamanda, dövlət ittihamçısı S.K.Sadıqov 

göstərdi  ki,  məhkəmə  Azərbaycan  Respublikası  CM-nin  67-ci  maddəsinə  əsasən  hökmlərin  məcmusu 

üzrə  Ceyhun  Məmmədova  cəza  təyin  edərkən  və  cəzaçəkmənin  əvvəlinin  hesablanmasında  səhvə  yol 

vermişdir.  Belə  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin 

19.09.2011-ci  il  tarixli  hökmünə  əsasən  CM-nin  29,149.1-ci  maddəsi  ilə  təqsirli  bilinib  4  il  6  ay 

müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 13 iyul 2011-ci il 

tarixdən  tarixdən  hesablanmışdır.  Təqsirləndirilən  şəxs  məntəqə  tipli  cəzaçəkmə  müəssisəsində  olarkən 

hazırki  cinayət  əməlini  törətmiş,  19  avqust  2015-ci  il  tarixdə  həbsə  alınmışdır.  Göründüyü  kimi  həmin 

cəzanın 4 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19.09.2011-

ci  il  tarixli  hökmü  ilə  Ceyhun  Məmmədova  təyin  edilmiş  4  il  6  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzasının çəkilməmiş qalan 4 ay 24 gün hissəsi hazırki 10 fevral 2016-cı il tarixli hökmlə təyin olunmuş 

cəzaya  birləşdirilməli olduğu  halda,  məhkəmə qanunsuz və əsassız olaraq 3 ay 24 gün  hissəsini qismən 

birləşdirmişdir.  Bundan  əlavə  məhkəmə  Ceyhun  Məmmədovun  cəzaçəkməsinin  əvvəlini  onun  həbsə 


 

 

 



10

alındığı  tarixdən,  yəni  19.08.2015-ci  il  tarixdən  hesablamalı  olduğu  halda  həmin  hissədə  də  səhvə  yol 

verərək  C.Məmmədovun  cəzaçəkməsinin  əvvəlini  19.09.2015-ci  il  tarixdən  hesablamışdır.  Odur  ki, 

Lənkəran  Ağır  Cinayətlər Məhkəməsinin  10  fevral 2016-cı  il tarixli  hökmünün Ceyhun Məmmədov və 

Əfqan  Həmidova  aid  hissədə  dəyişdirilməsini  cinayət  qanunu  normaları  düzgün  tətbiq  edilməklə 

Ə.Həmidov  barəsində  Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsinin  tətbiq  edilməsinə  dair 

müddəaların hökmdən xaric edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə çıxışları zamanı  məhkum edilmiş  şəxs Məmmədov 



Aqil  Məhəmməd  oğlunun  müdafiəçisi  Şirinov  Bağban  Səfər  oğlu  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu  tərəfindən  verilmiş 

apellyasiya şikayətlərinin təmin edilməsini, hökmün Aqil Məmmədova aid hissədə ləğv edilməsini, onun 

barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə çıxışları zamanı  məhkum edilmiş  şəxs Məmmədov 



Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Fərəcov  Salman  Böyükağa  oğlu  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmünü  Məmmədov  Ceyhun 

Məhəmməd  oğluna  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmünün  çıxarılmasını  məhkəmə 

kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs  Həmidov 



Əfqan  Əli  oğlunun  müdafiəçisi  Allahverdiyev  Arif  Tariverdi  oğlu    Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu 

tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 

Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs Həmidov Əfqan 

Əli oğlu  Lənkəran  Ağır Cinayətlər Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli 

hökmündən məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd oğlu, onun müdafiəçisi Musazadə Elşən 

Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov 

Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda    verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı 

Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini məhkəmə 

kollegiyasından xahiş etdi. 

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun 

Məhəmməd  oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli  1(089)-40/2016 

nömrəli  hökmünü  ona  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmü  çıxarılmasını  məhkəmə 

kollegiyasından xahiş etdi. 

Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Məmmədov Aqil Məhəmməd 

oğlu  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən özünün  və  müdafiəçisinin  verdiyi apellyasiya  şikayətlərinin təmin edilməsini,  hökmün  ləğv 

edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

 

     Hüquqi  məsələlər: 

 

   

Azərbaycan  Respublikası  Konstitusiyasının  72-ci  maddəsində  göstərilir  ki,  dövlət  və  cəmiyyət 

qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin 

üzərinə  vəzifələr  yalnız  bu  Konstitusiya  ilə  və  ya  qanunla  qoyula  bilər.  Hər  bir  şəxs  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  etməli,  başqa  şəxslərin  hüquq  və  azadlıqlarına 

hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.  

Konstitusiyanın  60-cı  maddəsində  isə  qeyd  olunur  ki,  hər  kəsin  hüquq  və  azadlıqlarının 

məhkəmədə müdafiəsinə təminat verilir. 

Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində 

çıxarılmış  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada  yuxarı  məhkəmədə  yenidən  baxılması,  habelə 

özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.  


 

 

 



11 

İnsan  Hüquqlarının  və  Əsas  Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiyanın  6-cı  maddəsinin 

(«Ədalətli məhkəmə araşdırması hüququ»)  1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və 

vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında 

yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq 

araşdırılması hüququna malikdir.  

Həmin  Konvensiyaya  dair  22  noyabr  1984-cü  il  tarixli  7  saylı  Protokolun  2-ci  maddəsinin  1-ci 

bəndində  isə  qeyd  olunur  ki,  cinayət  törətməyə  görə  məhkəmə  tərəfindən  məhkum  edilmiş  hər  kəsin, 

barəsində  çıxarılmış  hökmə  və  ya  təyin  olunmuş  cəzaya  yuxarı  məhkəmə  instansiyasında  yenidən 

baxılması  hüququ  vardır.  Bu  hüququn  həyata  keçirilməsi  və  onun  həyata  keçirilə  biləcəyi  əsaslar 

qanunla tənzimlənir. 

Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının 

cinayət-prosessual  qanunvericiliyi  qanunçuluğun,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına  hörmətin 

bərqərar olmasına imkan yaradır. 

Həmin  Məcəllənin  12.1-ci  maddəsində  isə  qeyd  göstərilir  ki,  cinayət  prosesini  həyata  keçirən 

orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş 

hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 

Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin 

faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq 

edilməsinin düzgünlüyünü yoxlayır. 

Həmin Məcəllənin 397.2-ci  maddəsinə əsasən,  birinci  instansiya  məhkəməsi tərəfindən  müəyyən 

edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya 

apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət 

qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən 

apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.  

   


Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  cinayət  işinin  materiallarını  araşdıraraq, 

qismən məhkəmə istintaqı apararaq, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri barədə 

proses  iştirakçılarının  mövqeyini  dinləyərək  hesab  edir  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

Azərbaycan Respublikası  CM-nin 126.2.4, 221.3-cü  maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun 

və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum 

edilmələri barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10  fevral 2016-cı il tarixli, 1(089)-40/2016 

nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi 

Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətləri 

təmin  edilməməli,  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protesti isə qismən təmin edilməli və hökm həmin apellyasiya protestinə əsasən dəyişdirilməlidir.  

 Belə  ki,  birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  məhkum  edilmiş  şəxslər  

Məmmədov  Ceyhun  Məhəmməd  oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan  Əli 

oğlunun  törətdikləri, qərarın təsviri-əsaslandırıcı hissəsinin «İşin halları» bölməsində göstərilən cinayət 

əməlləri  özlərinin  ifadələri  ilə  yanaşı,  zərərçəkmiş  şəxs  Qurbanov  Vüsal  Hikmət  oğlu,    şahidlər 

Həmidov  Cavid  Əli  oğlu,  Həmidova  Ruhiyyə  Süleyman  qızı,  Həmidova  Mıxsə  Soltan  qızı,  Həmidli 

Tünzalə  Əfqan  qızı,  Məmmədova  Sədaqət  Soltan  qızı,  Məmmədov  Alim  Oruc  oğlu,  Məmmədova 

Samirə  Qismət  qızı,    Kərimova  Züleyxa  Asim  qızı,  Mövlayev  Kamran  Rəşid  oğlu  və  Məmmədov 

Müzadil Ağamməd oğlunun ifadələri, məhkəmədə tədqiq edilmiş şahid Əzimzadə Hacı İldırım oğlunun 

ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ibtidai 

istintaq  orqanının  qərar  və  ptotokolları,  üzləşdirmədə  dindirmə  protokolları,  məhkəmə-tibbi 

ekspertizasının  rəyləri,  məhkəmə-bioloji  ekspertizasının  rəyi,  məhkəmə-trassoloji  ekspertizasının  rəyi,  

kompleks  məhkəmə-psixiatrik  və  psixoloji  ekspertizasının  rəyi,  məhkəmə-psixiatrik  ekspertizasının 

rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, protokollar, fotoşəkillər və işdə olan digər sənədlərlə tam 

sübuta  yetirilmiş,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  əməlləri  birinci  instansiya  məhkəməsi 

tərəfindən  Azərbaycan  Respublikası    CM-nin  126.2.4,  221.3-cü  maddələri,  Məmmədov  Aqil 

Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun əməlləri isə  CM-nin 221.3-cü maddəsi ilə ilə tövsif 

edilmişdir.  



 

 

 



12

İş  materiallarında  olan,  şahid  Əzimzadə  Hacı  İldırım  oğlunun  ibtidai  istintaq  zamanı  vermiş 

olduğu  ifadəsindən  görünür ki, o  həmin  ifadəsində  göstərmişdir ki, 02.06.2015-ci  ildə təxminən  saat 

19  radələrində  taksi  fəaliyyəti  ilə  məşğul  olduğu  “VAZ-2106”  markalı  99-GZ-658  dövlət  nömrə 

nişanlı avtomaşınıyla Kürdəmir şəhərindən Yenikənd kəndinə sifariş üçün getmiş, sifariş verən şəxslə 

Yenikənd  kəndinə  dönən  yolda  körpünün  üstündə  rastlaşıb  avtomaşını  saxlayarkən,  bu  zaman  bir 

nəfər  şəxs  tələsik,  həyəcanlı  vəziyyətdə  avtomaşının  qabaq  sağ  tərəfindən  qapını  sol  əli  ilə  açıb 

əyləşmiş,  həmin  şəxsin  Şıxımlı  kənd  sakini  Ceyhun  olduğunu  bilmiş,  Ceyhunun  onu  tez  Şıxımlı 

kəndinə  aparmasını  xahiş  etsə  də,  Ceyhuna  müştərisi  olduğu  üçün  tələsdiyini  deyib  onu  aparmamış, 

həmin vaxt Ceyhunun əlində «rezak»a oxşar dəstəyi yaşıl rəngli kəsici alət görmüşdür.  

İş  materiallarında  olan,  hadisə  yerinə  baxış  keçirilməsi  haqqında  protokoldan  görünür  ki, 

hadisə yerinə baxış keçirilərkən  müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi  yer Kürdəmir 

rayonunun  Xırdapay  kəndində  yerləşən  «Köhnə  Bazar»  şadlıq  evidir.  Şadlıq  evi  İmişli-Kürdəmir-

Ağsu  yolunun  Xırdapay  kəndindən  keçən  hissəsində  Ağsu  istiqamətində  sol  tərəfdə  yerləşir.  Şadlıq 

evi  birmərtəbəlidir,  içərisində  üç  cərgə  ilə  düzülmüş  masalar  və  ətrafında  stullar  vardır.  Baxışda 

iştirak  edən  şadlıq  evinin  sahibi  Aqil  Seyfullayev  bildirmişdir  ki,  02.06.2015-ci  ildə  baş  vermiş 

cinayət hadisəsi şadlıq evinin giriş qapısının sol tərəfində olan birinci masanın arxasında oturmuş Aqil 

və Ceyhun Məmmədov qardaşları ilə həmin masaya yaxınlaşan həmkəndlisi Əfqan Həmidov arasında 

yaranmış  mübahisə  ilə  əlaqədar  olmuş,  əvvəlcə  sözlə  mübahisə  edən  tərəflər  sonra  masanın  üstündə 

olan araq şüşələrini bir-birinə qarşı istifadə edərək dalaşmışlar.  Baxış zamanı iş üçün əhəmiyyət kəsb 

edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir.  

İş  materiallarında  olan,  ibtidai  istintaq  orqanının  qərar  və  ptotokolundan  görünür  ki,  istifadə 

edilmiş  və  sınmış  iki  ədəd,  üzərində  «Delovaya  rus»  sözləri  yazılmış  araq  şüşələri  sınıqları  və 

təqsirləndirilən  şəxslər Əfqan Həmidova  məxsus şalvar  və  Aqil  Məmmədova  məxsus köynək  iş  üzrə 

maddi  sübut  kimi  tanınmaqla  saxlanması  üçün  Kürdəmir  rayon  prokurorluğunun  maddi  sübutların 

saxlanc otağına təhvil verimişdir.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı  Həmidov  Əfqan  Əli  oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Məmmədov  Ceyhun 

Məhəmməd  oğlu  ilə  ifadələrində  olan  ziddiyətlərlə  bağlı  üzləşdirilmiş,  üzləşmə  zamanı  tərəflər 

ifadələrində  göstərilənləri  bir  daha  təsdiq  edərək  eyni  xüsusatları  bir-birlərinin  üzünə  qarşı 

bildirmişlər.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı Ruhiyyə Həmidova və Mıxsə Həmidova  Aqil Məmmədov və Ceyhun Məmmədovla üzləşmə 

zamanı ifadələrində göstərdiklərini  bir daha onların üzünə qarşı deməklə  ifadələrini təsdiq etmişlər.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı  Əzimzadə  Hacı  İldırım  oğlu  təqsirləndirilən  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  ilə 

üzləşmə  zamanı  ifadəsində  göstərdiklərini    bir  daha  onun  üzünə  qarşı  deməklə    ifadəsini  təsdiq 

etmişdir.  

İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki,  Həmidov Cavid Əli 

oğlu  təqsirləndirilən  şəxslər  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlu ilə üzləşmə zamanı  ifadəsində göstərdiklərini olduğu kimi həmin şəxslərin üzünə qarşı deməklə 

ifadəsini bir daha təsdiq etmişdir.  

İş  materiallarında  olan,  məhkəmə-tibbi  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Aqil 

Məmmədovun  bədənində  döş  qəfəsinin  ön  səthində  döş  sümüyünün  üst  səviyyəsində,  döş  qəfəsinə 

nüfuz  etməyən  kiçik  ölçülü  cərrahi  tikişə  ehtiyacı  olmayan  yara  və  yaraya  uyğun  çapıq  toxuması, 

üzündə  almacıq  sümüyünün  üstü    səviyyəsində  sıyrıq,  sağ  dirsək  oynağında  sıyrıq  yeri  müəyyən 

edilmişdir.  Həmin  xəsarətlərdən--döş  qəfəsinin  ön  səthində  yara  və  yaraya  uyğun  çapıq  toxuması  iti 

uclu  və  kənarı  kəsici  əşyanın  təsirindən  əmələ  gəlmişdir,  zərərçəkmişin  dediyi  kimi  sınmış  şüşə 

parçası  ilə  yetirilməyə  xarakterikdir, 1  litrlik  dolu plastik  su  qabı  ilə  yetirilməsi  mümkün deyil.  Belə 

ki,  dolu  plastik  su  qabı  hamar  səthlidir,  müəyyən  edilmiş  yara  isə  uc  hissəsi  batıcı,  kənarları  kəsici 

xüsusiyyətə malik əşya ilə yetirməyə xarakterikdir. Yaranın ətrafında hər hansı bir qançır və ya sıyrıq 

müəyyən edilməmişdir. Almacıq sümüyünün üstü nahiyəsində sıyrıq hamar səthli küt əşya ilə vurma 

nəticəsində, sağ dirsək oynağında olan sıyrıq  yerləri  isə küt əşyanın təsirindən əmələ gəlmişdir, dava 


 

 

 



13 

zəminində  hamar  səthli  küt  əşya  dəymə  və  sürtünmə  nəticəsində  əmələ  gəlməyə  xarakterikdir, 

müddətləri  02.05.2015-ci  il  tarixinə  uyğundur,  ayrı-ayrılıqda  və  məcmu  halında  sağlamlığa 

zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.  

İş  materiallarında  olan,  məhkəmə-tibbi  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Qurbanov 

Vüsal  Hikmət  oğlunun  məhkəmə  tibbi  müayinəsi  zamanı  bədənində  aşağıdakı  xəsarət  aşkar 

edilmişdir. Sol baldır nahiyəsində çapıq toxuması. Həmin xəsarət kəsici-deşici alətin təsirindən əmələ 

gəlmişdir,  müddəti  02.06.2015-ci  il  tarixə  uyğun  gəlir  və  sağlamlığa  zərər  vurmayan  xəsarət  olduğu 

üçün dərəcəsi təyin edilmir.  

İş 


materiallarında  olan, 

məhkəmə-tibbi  eskpertizasının  rəyində 

göstərilmişdir  ki, 

Ə.Ə.Həmidovda  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və  mimika  pozğunluğu  törədən,  üz 

sinirinin  və  tüpürcək  vəzisinin  zədələnməsi  ilə  müşayiət  olunan  sifətin  sol  yarısının  kəsilmiş 

yarasından  sonrakı  kobud  çapıq  aşkar  olundu.  Həmin  xəsarət  kəsici  kənarı  olan  alətin  (əşyanın) 

təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 02.06.2015-ci  il tarixinə 

uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır 

zərər  vurmaya  aiddir. Ə.Ə.Həmidovda  aşkar edilmiş üz  sinirin  və tüpürcək  vəzisinin  zədələnməsi  ilə 

müşayiət  olunan  sifətin  sol  yarısının  kəsilmiş  yarası,  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və 

mimika pozğunluğu törətdiyindən izi silinməz xəsarətlərə aid edilir.  

İş  materiallarında  olan,  məhkəmə-bioloji  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Həmidov 

Əfqan  Əldi oğlunun  ABO  sistemi  üzrə qan  qrupu 0  alfa,  beta/1/-dir  (təqdim olunan sənədin  surətinə 

əsasən).  Ekspertizaya  təqdim  edilmiş  Həmidov  Əfqan  Əli  oğluna  məxsus  şalvar  üzərində  insan  qanı 

ləkələri  aşkar  edildi.  Bu  ləkələrdə  qanın  qrup  göstəricisi  ABO  sistemi  üzrə  təsdiq  olunduqda  yalnız 

«H»  antigeni  alındı.  «H»  antigeni  0  alfa,  beta/I/  qrupunun  əsasını  təşkil  edir.  Bu  qan  ləkələri  0  alfa, 

beta /I/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Həmidov Əfqan Əli oğluna məxsus ola bilər.  

İş  materiallarında  olan,  məhkəmə-trassoloji  ekspertizasının  rəyindən  görünür  ki,  tədqiqata 

təqdim edilmiş paltarlardan köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi 

yeri  və ölçüsü  verilib. Həmin  zədə kəsici, ucu deşici  xassəyə  malik olan  predmetin təsiri  nəticəsində 

yaranmağa xarakterikdir. Belə predmetə kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də aiddir. 

Təqdim edilmiş şalvarın üzərində hər hansı bir zədə yoxdur. A.M.Məmmədovun bədəni üzərində olan 

xəsarətlə ona  məxsus  köynəyin  üzərində olan zədə uyğunluq təşkil  edir  və üst-üstə düşürlər. Təqdim 

edilmiş  köynəyin  üzərində  olan  zədə  qərarın  təsviri  hissəsində  qeyd  olunan  şəraitdə  (dolu  şüşə  ilə) 

yaranması istisna olunur.  

İş  materiallarında  olan,  kompleks  məhkəmə-psixiatrik  və  psixoloji  ekspertizasının  rəyindən 

görünür  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  ona  şamil  edilən  hazırkı  cinayət  hadisəsini 

törədərkən  patoloji  və  yaxud  fizioloji  affekt  vəziyyətində  olmamışdır  (keçirməmişdir).  Ceyhun 

Məmmədov  ona  şamil  edilən  hazırkı  cinayət  hadisəsini  törədərkən  onda  hərəkətlərinə  mühüm  təsir 

göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır.  

İş  materiallarında  olan,  məhkəmə-psixiatrik  ekspertizasının  rəyindən  görünür  ki,  Məmmədov 

Ceyhun Məhəmməd oğlu ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki 

xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni 

anlaqlı  olmuşdur.  Ceyhun  Məmmədovun  əməli  CM-nin    21.1  və  22-ci  maddələrinin  təsiri  altına 

düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.  

İş  materiallarında  olan,  məhkəmə  narkoloji  ekspertizasının  rəyindən  görünür  ki,  Məmmədov 

Ceyhun  Məhəmməd  oğlu  narkotik  vasitələrdən  istifadə  etmir,  narkomaniya  ilə    xəstə  deyil, 

narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.  

İş  materiallarında  olan,  ibtidai  istintaq  orqanının  qərarından  görünür  ki,  Həmidov  Əfqan  Əli 

oğlu mülki iddiaçı kimi tanınmışdır.  

«Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 

Plenumunun  23  mart  2004-cü  il  tarixli  01  №-li  Qərarının  2-ci  bəndində  göstərilir  ki,  izah  edilsin  ki, 

Cinayət Məcəlləsinin  xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci  maddəsinin  mətnində nəzərdə 

tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, 

əxlaq  normaları  ilə,  habelə  qüvvədə  olan  qanunvericiliklə  müəyyən  edilən  qarşılıqlı  davranış  və 

birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, 



 

 

 



14

ictimai  və  ya  şəxsi  mənafelərə  əhəmiyyətli  zərər  vuran  və  ya  cəmiyyətdə  insanlar  arasında  bərqərar 

olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa 

düşülür.  Cəmiyyətə  açıqca  hörmətsizlik  etmə  dedikdə  isə  təqsirkarın  ətrafdakı  şəxslər  üçün  aşkar 

surətdə  ictimai  qaydaya  əhəmiyyətli  dərəcədə  laqeydlik,  etinasızlıq  göstərməsi,  cəmiyyətdə  hamı 

tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir 

çox  insanın  və  ya  cəmiyyətin  hər  hansı  bir  üzvünün  mənafelərinə  toxunan  hərəkətlər  etməsi  başa 

düşülür. 

Həmin  Qərarın  8-ci  bəndində  qeyd  olunur  ki,  xuliqanlıq  hərəkətlərinin  odlu  silah,  soyuq  silah, 

habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşayiət 

edilməsi,  təqsirkar  şəxsin  əməlinin  Cinayət  Məcəlləsinin  221.3-cü  maddəsilə  tövsif  edilməsi  üçün 

əsasdır. 

Həmin  Qərarın  9-cu  bəndində  göstərilir  ki,  izah  edilsin  ki,  xüsusilə  qərəzli  xuliqanlığa  görə 

məsuliyyət  nəzərdə  tutan  Cinayət  Məcəlləsinin  221.3-cü  maddəsinin  mənasına  görə,  silah  dedikdə, 

hücum  və  ya  müdafiə  üçün  uyğunlaşdırılmış  texniki  cəhətdən  yararlı  olan  vasitələrin  məcmusu  başa 

düşülür.  Buraya  cinayət  qanunu  ilə  qadağan  edilib-edilməməsindən  asılı  olmayaraq,  zavodda  və  ya 

kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə 

silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic 

və s.) başa düşülür. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  işləri  və  inzibati  hüquqpozmalara  dair  işlər  üzrə 

məhkəmə  kollegiyasının  2005-ci  il  07  mart  tarixli  Qərarının  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına  dair”  17  fevral  2006-cı  il  tarixli 

Qərarında  qeyd  olunur  ki,  ...ictimai  qaydanı  kobud  surətdə  pozan  hərəkətlər  təqsirkarın  nəqliyyatın, 

müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin 

pozulmasına,  yaxud  vətəndaşların  hüquqlarının  və  qanuni  mənafelərinin  toxunulmazlığına  təhlükə  və 

həyəcanın  yaranmasına  səbəb  olan,  habelə  qanunvericiliklə  tənzimlənən  birgəyaşayış  qaydalarının 

qərəzli  surətdə  pozulmasında  ifadə  olunan  hərəkətləridir.  Cəmiyyətə  açıqca  hörmətsizlik  ifadə  edən 

hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə 

laqeydlik,  etinasızlıq,  cəmiyyətdə  hamı  tərəfindən  qəbul  olunmuş  davranış  qaydalarına,  əxlaq  və 

mənəviyyat  normalarına  qarşı  saymamazlıq  göstərən,  bir  qrup  şəxsin  və  ya  cəmiyyətin  hər  hansı  bir 

üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.  

 

    Azərbaycan  Respublikası  Konstitusiyasının  125-ci  maddəsinin  VII  hissəsinə  görə,  məhkəmə 



icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 

 Konstitusiyanın  129-cu  maddəsinin  III  hissəsinə  görə,  məhkəmə  qərarı  qanuna  və  sübutlara 

əsaslanmalıdır. 

 Azərbaycan  Respublikasının  CPM-nin  28.5-ci  maddəsinə  əsasən,  şəxsin  cinayət  törətməkdə 

təqsirli  olmasına  dair  məhkəmə  qərarı  mülahizələrə  əsaslana  bilməz  və  işə  aid  biri  digərinə  kifayət 

qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 

 Həmin  Məcəllənin  144-cü  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  tam, 

hərtərəfli  və  obyektiv  yoxlanılmalıdır.  Yoxlama  zamanı  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  təhlil 

olunur  və  bir-biri  ilə  müqayisə  edilir,  yeni  sübutlar  toplanır,  əldə  olunmuş  sübutların  mənbəyinin 

mötəbərliliyi müəyyənləşdirilir. 

 Həmin  Məcəllənin  145.1-ci  maddəsinə  əsasən,  hər  bir  sübut  mənsubiyyəti,  mümkünlüyü, 

mötəbərliyi  üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış  bütün sübutların  məcmusuna  isə 

ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 

 Həmin  Məcəllənin  145.2-ci  maddəsinə  əsasən,  hakim  qanunu  və  vicdanını  rəhbər  tutaraq 

sübutların  məcmusunu  hərtərəfli,  tam  və  obyektiv  baxılmasına  əsaslanmaqla  öz  daxili  inamına  görə 

sübutları qiymətləndirir. 

          Həmin  Məcəllənin  146.1-ci  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə  toplanmış  sübutların  kifayət 

etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar 

sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 


 

 

 



15 

Həmin  Məcəllənin  318.1-ci  maddəsinə  əsasən,  məhkəmə  baxışı  zamanı  cinayət  işinə, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə  yalnız 

təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.  

Həmin  Məcəllənin  349.5.1-ci  maddəsinə  əsasən,  məhkəmənin  gəldiyi  nəticələr  yalnız  məhkəmə 

istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 

«Məhkəmə  hökmü  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  27  dekabr 

1996-cı  il tarixli 4 №-li Qərarının 2-ci  bəndində  qeyd olunur ki,  izah edilsin ki,   məhkəmənin  hökmü 

yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, 

məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və 

məhkəmə  iclas  protokolunda  öz  əksini  tapmayan  sübutlara  istinad  edə  bilməz.  Müttəhimin, 

zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o 

vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli 

şəkildə təhqiq edilmiş olsun. 

  Cinayət  işinin  materiallarından  görünür  ki,  ibtidai  araşdırma  zamanı  yuxarıda  sadalanan 

sübutların  əldə  olunması,  həmçinin  həmin  sübutların  birinci  instansiya  məhkəməsi  tərəfindən  tam, 

hərtərəfli  və  obyektiv  araşdırılması  zamanı  hər  hansı  bir  qanun  pozuntusuna  yol  verilməmiş,  işə 

Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı 

yolverilməz  sübutlardan  istifadə  olunmamış,  cinayət  prosesinin  iştirakçıları  tərəfindən  təqdim  edilmiş 

sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum 

edilmiş şəxslər Məmmədov Ceyhun Məhəmməd oğlu, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov 

Əfqan  Əli  oğlunun  Azərbaycan  Respublikası  CPM-nin  91-ci  maddəsində  nəzərdə  tutulmuş  bütün 

hüquqları  tam  həcmdə  təmin  edilmiş  və  məhkəmə  baxışı  zamanı  hər  hansı  kobud  prosessual  qanun 

pozuntusuna  yol  verilməmişdir.  Həmçinin  məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsi  tərəfindən  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  tam,  hərtərəfli  və  obyektiv  yoxlanılmış, 

yoxlama  zamanı  cinayət  təqibi  üzrə  toplanılmış  sübutlar  təhlil  edilərək,  bir-biri  ilə  müqayisə  edilmiş, 

hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmişdir.  

   Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumunun  «Azərbaycan  Respublikası 

Cinayət  Məcəlləsinin  244.1-ci  maddəsinin  şərh  edilməsinə  dair»  17  mart  2011-ci  il  tarixli  Qərarında 

qeyd  edilmişdir  ki,  cinayətin  tövsifi  törədilən  konkret  cinayət  əməlinin  cəhətləri  ilə  cinayət-hüquq 

normasının  dispozisiyasında  nəzərdə  tutulan  tərkib  əlamətləri  arasında  uyğunluğu  müəyyən  etməklə, 

müvafiq  prosessual  sənəddə  öz  əksini  tapan  və  cinayət-hüquqi  nəticələrə  səbəb  olan  əmələ  verilən 

cinayət hüquqi qiymətdir. 

Beləliklə,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  cinayət  hadisəsi  baş  vermişdir  və  Məmmədov 

Ceyhun  Məhəmməd  oğlunun  əməllərində  Azərbaycan  Respublikası  CM-nin  126.2.4,  221.3-cü 

maddələri, Məmmədov Aqil Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun əməllərində isə CM-nin 

221.3-cü  maddəsinin  tərkib  əlamətləri  vardır.  İbtidai  istintaq  orqanı  və  birinci  instansiya  məhkəməsi 

tərəfindən C.M.Məmmədovun əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, 

A.M.Məmmədov  və  Ə.Ə.Həmidovun  əməlləri  isə  CM-nin  221.3-cü  maddəsi  ilə  düzgün  tövsif 

olunmuşdur.  

Məhkum  edilmiş  şəxslər  Ceyhun  Məmmədov,  Aqil  Məmmədov  və  Əfqan  Həmidova  birinci 

instansiya  məhkəməsi  tərəfindən  təyin  edilmiş  cəzaların  cinayətin  ağırlığına  və  məhkum  edilmiş 

şəxslərin  şəxsiyyətlərinə  uyğun  olub-olmaması  məsələsini  də  müzakirə  edərək,  məhkəmə  kollegiyası 

hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  bu  məsələnin  həlli  zamanı  Azərbaycan  Respublikasının 

Cinayət  Məcəlləsinin  58-ci  maddəsinin  tələblərinə  əməl  etməklə,  törədilmiş  cinayətin  xarakterini  və 

ictimai  təhlükəlilik  dərəcəsini,  təqsirkar  şəxsin  şəxsiyyətini,  habelə  cəzanı  yüngülləşdirən  və 

ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və 

ədalətli cəza təyin etmişdir. 

Belə  ki,  iş  materiallarında  olan,  Kürdəmir  Rayon  Məhkəməsinin  19  avqust  2015-ci  il  tarixli 

qərarından görünür ki, həmin qərara əsasən Məmmədov Ceyhun Məhəmməd oğlunun barəsində həbs 

qətimkan tədbiri seçilmişdir.  


 

 

 



16

İş  materiallarında  olan,  hüquqi  sənədlərdən  görünür  ki,  təqsirləndirilən  şəxslər  Aqil 

Məmmədov  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  qeydiyyatda  olmaqla  həmin  kənddə  yaşayır.  O, 

yaşayış yerindən müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşaqları vardır.  

İş  materiallarından  görünür  ki,  təqsirləndirilən  şəxs  Ceyhun  Məmmədovun  da  himayəsində  2 

nəfər azyaşlı uşaqları vardır.  

  İş  materiallarından  görünür  ki,  iş  üzrə  zərərçəkmiş  şəxs  Vüsal  Qurbanovun  təqsirləndirilən 

şəxslərdən heç bir tələb və şikayəti yoxdur. 

İş  materiallarında  olan,  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  BƏSİİ-nin 

məlumatlarından  və  işə  əlavə  edilmiş  hökmlərin  surətlərindən  görünür  ki,  təqsirləndirilən  şəxs 

Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Kürdəmir  rayon  məhkəməsinin  05  sentyabr  2006-cı  il  tarixli 

hökmünə  əsasən  CM-nin  128-ci  maddəsi  ilə  təqsirli  bilinib  200  manat  cərimə  cəzasına  məhkum 

edilmiş, 21 may 2007-ci il tarixli amnistiya aktına əsasən o həmin cəzadan azad edilmişdir. Lənkəran 

Ağır  Cinayətlər  Məhkəməsinin 19.09.2011-ci  il tarixli  hökmünə  əsasən  CM-nin 29,149.1-ci  maddəsi 

ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.  

İş  materiallarında  olan,  Azərbaycan  Respublikası  ƏN-nin  Penitensiar  Xidmətinin  4  saylı 

Məntəqə Tipli Cəza Çəkmə Müəsisəsinin məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 

03 oktyabr 2014-cü  il tarixli  qərarına  əsasən Ceyhun  Məmmədova təyin edilmiş rejim  dəyişdirilərək 

cəza çəkməsindən ötrü qeyd edilən müəssisəyə göndərilmişdir.  

İş  materiallarından  görünür  ki,  təqsirləndirilən  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu 

Kürdəmir Rayon Məhkəməsinin 09 iyul 2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi 

ilə  təqsirli  bilinərək  3  il  müddətə  azadlıqdam  məhrum  etmə  cəzasına  məhkum  edilmişdir.  Kürdəmir 

Rayon Məhkəməsinin 02 dekabr 2008-ci il tarixli hökmünə əsasən CM-nin 150.1 və 152-ci maddələri 

ilə  təqsirli  bilinib  CM-nin  66.3-cü  maddəsinin  tələbinə  əsasən  cəzalar  qismən  toplanılmaqla  o,  05  il 

müddətə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmiş,  Şirvan  Apelyasiya  məhkəməsinin 

11.03.2009-cu  il tarxli  qərarına  əsasən onun  cəzası  4  ilə  endirilmiş, 07.08.2012-ci  il tarixdə  cəzasını 

çəkib qurtarmışdır.  

İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həmidov Əfqan Əli oğlu əvvəllər məhkum 

edilməmişdir.  

İş  materiallarında  olan,  hüquqi  sənədlərdən  görünür  ki,  təqsirləndirilən  şəxs  Əfqan  Həmidov  

Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin kənddə  yaşayır. Yaşayış  yerindən 

müsbət səciyyələndirilir. Himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. 

İş materiallarında olan, əlillik haqqında vəsiqənin surətindən və xəstəlik tarixlərindən  görünür 

ki, təqsirləndirilən şəxs Əfqan Həmidovun arvadı Ruhiyyə Həmidova II qrup ümumi xəstəlik əlilidir. 

Habelə  birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  məhkəmə  təqsirləndirilən 

şəxslər  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan 

Əli oğluna törətdikləri cinayətlərə görə cəza təyin edərkən  hər  birinin  himayəsində azyaşlı uşaqlarının 

olmasını  və  zərərçəkmiş  şəxsin  onlardan  heç  bir  şikayət  və  tələbinin  olmamasını  Azərbaycan 

Respublikası CM-nin 59.1-ci  maddəsinə əsasən onların cəzalarını  yüngülləşdirən  hallar, eyni  zamanda 

təqsirləndirilən şəxs Əfqan Həmidovun arvadı Ruhiyyə Həmidovanın II qrup əlil olmaqla onun  ailədə 

yeganə  qazanc  gətirən  olmasını  CM-nin  59.2-ci  maddəsinə  əsasən    Ə.Ə.Həmidovun  cəzasını 

yüngülləşdirən  hal  kimi,  Aqil  Məmmədovun  əməlində  cinayətlərin  residivi,  Ceyhun  Məmmədovun 

əməlində  isə  cinayətlərin  təhlükəli  residivinin  olmasını  isə  onların  cəzalarını  ağırlaşdıran  hal  kimi 

nəzərə almışdır.  

Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən 

şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin  müddəaları  nəzərə  alınmaqla  Xüsusi  hissəsinin  müvafiq 

maddələrində  nəzərdə  tutulmuş  hədlərdə  ədalətli  cəza  təyin  edilir.  Törədilmiş  cinayətə  görə  nəzərdə 

tutulmuş  cəzalardan  daha  ciddi  cəza  növü  yalnız  o  halda  təyin  edilir  ki,  az  ciddi  cəza  növü  cəzanın 

məqsədlərini təmin edə bilmir. 

Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai 

təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar, 

habelə  təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun  ailəsinin  həyat  şəraitinə  təsiri  nəzərə 

alınır. 


 

 

 



17 

Həmin  Məcəllənin  2.1-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 

vəzifələri  sülhü  və  bəşəriyyətin  təhlükəsizliyini  təmin  etməkdən,  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını,  mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi,  ətraf  mühiti, 

Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu  cinayətkar  qəsdlərdən  qorumaqdan,  habelə 

cinayətlərin qarşısını almaqdan ibarətdir. 

Həmin  Məcəllənin  8.1-ci  maddəsinin  tələblərinə  görə  cinayəti  törətmiş  şəxs  haqqında  tətbiq 

edilən  cəza  və  ya  cinayət-hüquqi  xarakterli  tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və 

ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin 

şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin  Məcəllənin  41.2-ci  maddəsinin  məzmununa  görə,  cəza  sosial  ədalətin  bərpası, 

məhkumun  islah  edilməsi  və  həm  məhkumlar,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni  cinayətlərin 

törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə 

görə bu Məcəllənin Xüsusi hissəsinin  müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün 

son  həddinin  yarısından,  təhlükəli  residivə  görə  üçdə  ikisindən,  xüsusilə  təhlükəli  residivə  görə  isə 

dörddə üçündən az ola bilməz. 

Həmin  Məcəllənin  70.1-ci  maddəsinə  görə,  islah  işləri,  hərbi  xidmət  üzrə  məhdudlaşdırma, 

intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  növündə 

cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın 

şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 

Həmin  Məcəllənin  70.2-ci  maddəsinə  əsasən,  məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən 

törədilmiş  cinayətin  xarakterini,  ictimai  təhlükəlilik  dərəcəsini,  məhkumun  şəxsiyyətini,  habelə  cəzanı 

yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.  

 «Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  Azərbaycan 

Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı  Qərarının 1-ci maddəsinə 

görə  məhkəmələrə  izah  edilmişdir  ki,  hər  bir  konkret  halda  təqsirləndirilən  şəxslərə  cəzaların  təyin 

edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 

və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun 

ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən 

cəza  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  şəraitinə,  təqsirkarın 

şəxsiyyətinə uyğun olmalıdır. 

 Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın 

növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin 

islah olunmasına xidmət etməlidir. 

 «Məhkəmə  hökmü  haqqında»  Azərbaycan Respublikası  Ali  Məhkəməsi Plenumunun 27 dekabr 

1996-cı  il  tarixli  4  №-li  Qərarının  13-cü  bəndində  qeyd  olunur  ki,  məhkəmələr  cəza  təyini  zamanı 

təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına 

yol  verməməlidirlər...Məhkəmə  cəza  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini  və  ictimai 

təhlükəlilik  dərəcəsini,  təqsirkarın  şəxsiyyətini,  məsuliyyətini  yüngülləşdirən  və  ağırlaşdıran  halları 

nəzərə  almalıdır.  Məhkəmə  tərəfindən  cəza  tədbiri  seçilərkən  hökmdə  cinayətin  xarakteri  və  ictimai 

təhlükəlilik    dərəcəsini,  habelə  təqsirkarın  şəxsiyyətini  göstərən  hansı  konkret  halların  nəzərə  alındığı 

göstərilməlidir. 

Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 

17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De 

Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: 

«Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də  aydın 

görünməlidir».  

Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər 

edilməsi  barədə» 11  iyun 2004-cü  il tarixli 688-İİQD saylı  Azərbaycan Respublikası Qanununun 3-cü 

hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası  Konstitusiyasının 

130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsi Plenumunun 25  yanvar  2005-ci  il tarixli Qərarının  izahına əsasən,  «istənilən 


 

 

 



18

məhkəmə  aktının  qanuni  və  əsaslı  hesab  edilməsi  üçün  mütləq  şərtlərdən  biri  onun  ədalətli  olmasıdır, 

çünki  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də  aydın 

görünməlidir». 

Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyalarında altı ildən on bir ilədək 

müddətə,  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsinin  sanksiyasında  isə  üç  ildən  yeddi 

ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin 

hökmündən  görünür  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Azərbaycan  Respublikası  CM-nin 

126.2.4 və 221.3-cü maddələri  ilə  nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli  bilinərək, CM-

nin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 221.3-cü 

maddəsi  ilə  5  (beş)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına    məhkum  edilmiş, 

Azərbaycan  Respublikası  CM-nin  66.3-cü  maddəsinin  tələbinə  əsasən  təyin  edilmiş    cəzaları  qismən  

toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 

təyin  edilmiş,  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci  maddəsinə  əsasən  Ceyhun  Məmmədova 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü üzrə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan 

məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 24 gün  hissəsi  hazırki  hökm üzrə təyin  edilmiş cəzaya 

qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 

təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 

sentyabr 2015-ci  il tarixdən  hesablanmış, Məmmədov Aqil Məhəmməd oğlu  Azərbaycan Respublikası 

CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 

(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə 

müəsisəsində  çəkməklə  cəza  çəkmə  müddətinin  əvvəli  10  fevral  2015-ci  il  tarixdən  hesablanmış, 

Həmidov  Əfqan  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  nəzərdə  tutulan 

cinayət  əməlini  törətməkdə  təqsirli  bilinərək  3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzasına  məhkum  edilmiş,  barəsində  Azərbaycan  Respublikası CM-nin 70-ci  maddəsi tətbiq edilməklə 

ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən 

edilməklə  şərti  olaraq  tətbiq  edilmişdir.  Yəni  C.M.Məmmədova    birinci  instansiya  məhkəməsi 

tərəfindən  təqsirli  bilindiyi  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3-cü  maddələrinin, 

A.M.Məmmədova və Ə.Ə.Həmidova isə CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan 

Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin edilmişdir. 

Odur  ki,  məhkəmə  kollegiyası  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun 

müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya 

şikayətlərinin dəlillərini qeyri-məqbul hesab edir. 

Məhkəmə  kollegiyası  eyni  zamanda  qeyd  etməyi  zəruri  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsi  təqsirləndirilən  şəxs  Həmidov  Əfqan  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü 

maddəsi  ilə  təyin  edilmiş  3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasını  Azərbaycan 

Respublikası  CM-nin  70-ci  maddəsinə  əsasən  şərti  olaraq  tətbiq  etməkdə  haqlı  olmuşdur.  Belə  ki, 

yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, habelə baş vermiş hadisə nəticəsində ən çox ona 

zərər dəyməsi (üz  sinirinin  və tüpürcək vəzisinin  zədələnməsi  ilə  müşayiət olunan sifətin  sol  yarısının 

kəsilmiş  yarası,  habelə  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və  mimika  pozğunluğu  ilə  müşayiət 

edilən izi silinməz xəsarətlər alması) məhz Əfqan Həmidovun barəsində  Azərbaycan Respublikası CM-

nin  70-ci  maddəsinin  tətbiq  edilməsi  üçün  əsas  olmuşdur.  Odur  ki,  məhkəmə  kollegiyası  dövlət 

ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlunun  apellyasiya  protestinin  “Ə.Həmidovun  barəsində 

Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsinin  tətbiq  edilməsinə  dair  müddəalar  hökmdən  xaric 

edilməlidir”  hissəsini  məqbul  hesab  etmir  və  apellyasiya  protestinin  həmin  hissəsinin  təmin  edilməsi 

üçün hər hansı bir əsas görmür.  

Beləliklə,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  hazırkı  iş  üzrə  birinci  instansiya  məhkəməsi 

Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərini nəzərə 

almaqla işin faktiki  halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş, Azərbaycan Respublikası CM-nin, 

Azərbaycan Respublikası CPM-nin, Azərbaycan  Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə 

hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 №-li, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin 

edilməsi  təcrübəsi  haqqında»  25  iyun  2003-cü  il  tarixli  4  №-li,  «Xuliqanlıq  işləri  üzrə  məhkəmə 


 

 

 



19 

təcrübəsi  haqqında»  23  mart  2004-cü  il  tarixli  01  №-li,  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsi  Plenumunun  «Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və 

dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  saylı  Azərbaycan  Respublikası 

Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası 

Konstitusiyasının  130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  25  yanvar 

2005-ci il tarixli və “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət 

işləri  və  inzibati  hüquqpozmalara  dair  işlər  üzrə  məhkəmə  kollegiyasının  2005-ci  il  07  mart  tarixli 

Qərarının  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına 

dair”  17  fevral  2006-cı  il  tarixli  qərarlarının  yuxarıda  sadalanan  normalarının  tələblərini,  eləcə  də 

Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  yuxarıda  göstərilən  presedentlərini  nəzərə  almaqla  məhkum 

edilmiş şəxsə ədalətli  cəza təyin etmişdir.  

Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məmmədov Ceyhun Məhəmməd 

oğluna  hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edərkən  məhkəmə  səhvə  yol  vermişdir.  Belə  ki, 

məhkəmənin  hökmündən  görünür  ki,  Ceyhun  Məmmədova  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci 

maddəsinə əsasən  Lənkəran  Ağır Cinayətlər Məhkəməsinin  19.09.2011-ci  il tarixli  hökmü  ilə CM-nin 

29,149.1-ci  maddəsi  ilə  təyin  edilmiş  4  il  6  ay  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasının 

çəkilməmiş  qalan  3  ay  24  gün  hissəsi  həmin  hökm  üzrə  təyin  edilmiş  cəzaya  qismən  birləşdirilməklə 

ona  hökmlərin  məcmusu  üzrə  qəti  olaraq  9  (doqquz)  il  2  (iki)  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzası  təyin  edilmişdir.  Lakin  iş  materiallarından  görünür  ki,  Ceyhun  Məmmədov  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  19.09.2011-ci  il  tarixli  hökmünə  əsasən  CM-nin  29,149.1-ci  maddəsi  ilə 

təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin 

əvvəli  13  iyul  2011-ci  il  tarixdən  hesablanmışdır.  Ceyhun  Məmmədov  məntəqə  tipli  cəzaçəkmə 

müəssisəsində  olarkən  hazırki  cinayət  əməlini  törətmiş,  19  avqust  2015-ci  il  tarixdə  həbsə  alınmışdır. 

Göründüyü  kimi  həmin  cəzanın  4  ay  24  gün  hissəsi  çəkilməmiş  qalmışdır.  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay müddətə 

azadlıqdan  məhrum  etmə  cəzasının  çəkilməmiş  qalan  4  ay  24  gün  hissəsi  hazırkı  10  fevral  2016-cı  il 

tarixli hökmlə təyin olunmuş cəzaya birləşdirilməli olduğu halda məhkəmə qanunsuz və əsassız olaraq 3 

ay  24  gün  hissəsini  qismən  birləşdirmişdir.  Bundan  əlavə  məhkəmə  Ceyhun  Məmmədovun 

cəzaçəkməsinin  əvvəlini  onun  həbsə  alındığı  tarixdən,  yəni  19.08.2015-ci  il  tarixdən  hesablamalı 

olduğu  halda,  həmin  hissədə  də  səhvə  yol  verərək  C.Məmmədovun  cəzaçəkməsinin  əvvəlini 

19.09.2015-ci il tarixdən hesablamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilir 

ki,  hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən,  məhkəmə  yeni  hökm  üzrə  təyin  edilmiş  cəzaya 

əvvəlki  hökm üzrə təyin  edilmiş cəzanın çəkilməmiş  hissəsini tamamilə  və  ya qismən  birləşdirir.  Ona 

görə  də  məhkəmə  kollegiyası  həmin  hissədə  apellyasiya  protestinin  dəlillərini  məqbul  hesab  edir  və 

həmin  əsasla  apellyasiya  protestini  qismən  təmin  etməklə  birinci  instansiya  məhkəməsinin  hökmünün 

dəyişdirilməsi qənaətinə gəlir. 

 

Bununla da məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə 



iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, 

həmçinin  apellyasiya  şikayətləri  və  apellyasiya  protesti  üzrə  apellyasiya  instansiyasında  aparılmış 

qismən  məhkəmə  istintaqının  nəticələrinə  əsaslanıb,  eyni  zamanda  onlara  obyektiv  hüquqi  qiymət 

verərək Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü 

maddələri,  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum  edilmələri  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 10  fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli  hökmünü  ləğv edərək  iş üzrə  yeni 

hökm çıxarmağı, yaxud həmin  hökmü ləğv edərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar 

qəbul etməyi, yaxud Məmmədov Ceyhun Məhəmməd oğlunun törətdiyi cinayət əməllərini Azərbaycan 

Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələrindən,  Məmmədov Aqil Məhəmməd oğlunun əməlini 

isə 

Azərbaycan 



Respublikası 

CM-nin 


221.3-cü 

maddəsindən 

həmin 

Məcəllənin 



digər 

maddəsinə(maddələrinə) tövsif etməyi, yaxud da C.M.Məmmədova və A.M.Məmmədova təyin edilmiş 

cəzaları  yüngülləşdirməklə  və  (və  ya)  Ə.Ə.Həmidova  təyin  edilmiş  cəzanı  ağırlaşdırmaqla  həmin 

hökmü dəyişdirməyi məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyası Məmmədov Ceyhun 

Məhəmməd oğlunun  Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, Məmmədov Aqil 


 

 

 



20

Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə 

Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi 

Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  təmin 

edilməməsini,  lakin  dövlət  ittihamçısının  apellyasiya  protestinin  qismən  təmin  edilməsini  və  hökmün 

həmin  apellyasiya  protestinə  və  Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən  əvvəlki 

hökm  üzrə  təyin  edilmiş  və  çəkilməmiş  qalan    cəzanın  yeni  hökm  üzrə  təyin  edilmiş  cəzaya  qismən 

birləşdirilməklə qəti cəza təyin edilməsi və cəza çəkilməsinin əvvəlinin müəyyənləşdirilməsi hissəsində 

dəyişdirilməsini məqsədəuyğun sayır.  

Azərbaycan  Respublikası  CPM-nin  398.1.4-cü  maddəsinə  əsasən,  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya  protestinin  baxışı  nəticəsində  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya 

məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. 

         Həmin  Məcəllənin  399.3-cü  maddəsinə  görə,  işin  bütün  hallarının  araşdırılması  nəticəsində 

çıxarılmış  və  mahiyyətcə  düzgün  olan  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarı  yalnız  bu 

Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. 

 

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397-399,  403,    407-410  və  412-ci 



maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 

 

Q Ə R A R A    A L D I : 



 

   Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4,  221.3-cü 

maddələri,  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum  edilmələri  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli  hökmündən  məhkum edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin.  

     Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,    1(089)-40/2016  nömrəli 

hökmündən  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protesti 

qismən təmin edilsin. 

  Lənkəran  Ağır  Cinayətlər Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli,  1(089)-40/2016  nömrəli 

hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən dəyişdirilsin.  

  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci  maddəsinə  əsasən,  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Məmmədov Ceyhun Məhəmməd oğluna təyin edilmiş  

04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 24 

(iyirmi  dörd)  gün  hissəsi  hazırkı  hökmlə  təyin  edilmiş  cəzaya  qismən  birləşdirilməklə  ona  hökmlərin 

məcmusu  üzrə  qəti  olaraq  09  (doqquz)  il  02  (iki)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  təyin 

edilsin. 

  Məmmədov Ceyhun Məhəmməd oğlunun cəza çəkməsinin  əvvəli 19 avqust 2015-ci il tarixdən 

hesablansın.  

  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,    1(089)-40/2016  nömrəli 

hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən qalan hissədə 

dəyişdirilməsin. 

 Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

 Qərardan  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu  maddəsində 

nəzərdə  tutulmuş  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  Kollegiyasına 

kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

           Sədrlik edən: İmza var. 

          Hakimlər:      İmzalar var. 

          Əsli ilə düzdür: Sədrlik edən:                  

 

   Amil Dosiyev 


 

 

 



21 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                Sədrlik edən:                                                           Amil Dosiyev    

 

 

                Hakimlər:   

 

                                     Zəki Babayev  

                                                                                                  Ələsgər Novruzov 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



22

 

           



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



23 

 

 

 

 

 

 

 
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə