mikrobiologiyası
Meyvə-tərəvəzin səthi epifit mikrobiota ilə zəngindir. Bunlar əsasən qeyri-
fəal olurlar. Çünki zədələnməmiş meyvə-tərəvəzin səthində onların inkişafı üçün
kifayət qədər qida maddələri və başqa şərait olmur. Meyvə-tərəvəz mexaniki
zədələndikdə səthinə şirə çıxır ki, onun da tərkibində mikrobların qidalanması üçün
karbohidratlar, zülallar, yağlar, vitaminlər və s. maddələr olur. Nəticədə
mikroorqanizmlərin miqdarı kəskin artır və onlar inkişaf edərək meyvə-tərəvəzin
çürüməsinə səbəb olurlar. Meyvə-tərəvəzin epifit mikroblarına müxtəlif süd
turşusu, sirkə turşusu bakteriyaları, maya göbələkləri, kif göbələkləri, eləcə də
Herbicola aureum, Pseudomonas fluoresceus aiddir. Hətta müəyyən edilmişdir ki,
bəzi epifit mikroblar antibiotik maddələr ifraz edərək fitopatogen mikrobların
inkişafına maneçilik törədirlər.
Zədələnməmiş meyvə-tərəvəzin səthinin 1 q-da 6-42 bakteriya, 100-266 min
maya və kif göbələkləri olur. Meyvənin zədələnməsi nəticəsində bu say 5-20 dəfə
arta bilir.
Meyvə-tərəvəz yığıldıqdan və dərildikdən sonra da canlı toxumalara malik
olur. Onda müxtəlif fizioloji, biokimyəvi proseslər gedir. Bu proseslər nə qədər
tədricən gedərsə, bir o qədər də onların saxlanma müddəti artıq olur.
Meyvə-tərəvəzdə mikrobların inkişaf etməsinin qarşısını almaq xassəsi, yəni
immunitet vardır. Bu xassə təzə meyvə-tərəvəzin yüksək turşuluğu, tərkibində
aşılayıcı maddələrin, qlükozidlərin, efir yağlarının və antibiotik xassəyə malik olan
maddələrin olması isə sıx əlaqədardır. Bitkilərdə olan antibiotik maddələrə
fitonsidlər deyilir. Fitonsidlərin miqdarı müxtəlif meyvə-tərəvəzdə eyni miqdarda
olmadığı üçün onların mikroblara davamlılığı da müxtəlif olur. Fitonsidlər
mikroorqanizmlərə bakteriostatik və bakteriosid təsir göstərirlər.
Soğan, sarımsaq və xardalın antibiotik maddələri dizenteriya, salmonella,
bağırsaq bakteriyalarını və stafilokokku 30-60 dəqiqəyə tələf edir. Antibiotik
maddələr ilə meyvə-tərəvəzin qabıq hissəsi və ona yaxın ətliyi daha zəngindir.
İnsan üçün patogen olan müxtəlif mikroorqanizmlər meyvə-tərəvəzlərə
torpaqdan, xəstə və xəstəlik törədən mikrobları daşıyan insanlardan, istifadə olunan
su vasitəsilə düşə bilər.
Müəyyən edilmişdir ki, Salmonella cinsinə aid bakteriyalar xiyar, turp, göy
soğan, pomidor, alma, üzüm və digər meyvələrdə 6-15 gün salamat qalırlar.
Dizenteriya törədiciləri göstərilən meyvə-tərəvəzlərdə 1-8 gün qalır. Helmintlərin
yumurtası tərəvəzdə 52,8%, üzümdə 7,4%, qurudulmuş ərikdə 14,8%, kişmişdə
31% miqdarda aşkar edilmişdir.
Patogen mikroblardan botulizm, dovşancıq, qarayara və s. meyvə-tərəvəz
vasitəsilə insanlara keçə bilər.
Odur ki, meyvə-tərəvəzin emalı, saxlanması və satışında sanitariya
qaydalarına ciddi riayət edilməlidir.
Meyvə-tərəvəzin əmtəə keyfiyyətinin uzun müddət dəyişməməsi üçün,
onların saxlanma reciminə, yəni temperaturaya, nisbi rütubət və s. ciddi riayət
edilməlidir. Zədələnmiş və yetişib ötmüş meyvə-tərəvəzdə ilk növbədə kif
göbələkləri inkişaf edirlər. Çünki turş mühit və karbohidratlar onların inkişafı üçün
daha əlverişlidir. Turşuluq zəiflədikdən sonra bakteriyaların inkişafı üçün əlverişli
şərait yaranır.
Bu zaman karbohidratlar, zülallar, yağlar daha sadə maddələrə etil spirtinə,
sirkə turşusuna, amin turşularına, yağ turşularına, karbon qazına, su və digər
birləşmələrə parçalanırlar. Nəticədə meyvə-tərəvəzin konsistensiyası yumşalır,
rəngi tündləşir, forması dəyişilir və o üfunət iyi verir.
2. Tərəvəz, meyvə və giləmeyvələrin xəstəlikləri
Meyvə-tərəvəzin göstərilən çürümələrindən başqa, spesifik kif göbələkləri,
viruslar və mikroblar tərəfindən törədilən xəstəlikləri də vardır ki, bunlar əmtəə
keyfiyyətinin aşağı düşməsinə, bəzən isə onun tam itməsinə səbəb olurlar.
Çürümə xəstəliyi. Bu xəstəlik alma, armud, heyva, gavalı, ərik, şaftalı, gilas
və albalıda müşahidə olunur. Xəstəliyin törədicisi kif göbələyi Monilia fructigena-
dır. Xəstəlik meyvə şirələnməyə başladığı dövrdə müşahidə edilir.
Xəstəliyin inkubasiya dövrü 5-10 gündür. Bundan sonra meyvədə ləkələr
əmələ gəlir. Çürümə xəstəliyi nəticəsində meyvələr məhv olur və ya keyfiyyəti
aşağı düşür.
Xəstəliyin başlanğıcında meyvənin üzərində qonur rəngdə ləkələr əmələ gəlir.
Sonra həmin ləkələr altında meyvə ləti (ətli hissə) yumşalır.Daha sonra meyvə ya
ağacdan qopub düşür və ya büzüşür.
Xəstəliyin törədicisi Monilia fructigena qeyri-müəyyən göbələklər sinfinə
aiddir. Göbələyin mitselisi meyvə lətini məhv edir, spor əmələ gətirən üzvü isə
meyvənin xarici təbəqəsində bozumtul-sarı rəngli topacıqlar şəklində inkişaf edir.
Dəmgil. Bu xəstəliyə alma, armud, ərik, şaftalı, albalı və gilas tutulur.
Xəstəliyi Fusicladium cinsli göbələklər törədir.
ABŞ-da alma dəmgilini Venturia inaegualis, armud dəmgilini isə Venturia
purna göbələyi törədir. MDB ölkələrində isə alma dəmgilinin törədicisi
F.dendriticum, armudlarda isə F.pirinum-dur. Hər növ göbələk yalnız bir bitkidə
xəstəlik əmələ gətirir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da
zədələyir(Şəkil 8.1). Göbələklər konidiya əmələ gətirməklə, həm qeyri-cinsi, həm
də askospor əmələ gətirməklə cinsi yolla artırılır.
Konidiyalar əsasən yazda və yayda dəmgil ləkələri üzərində, askosporlar isə
yazda tökülmüş yarpaqlar üzərində əmələ gəlirlər.
Xəstəliyə askosporlar və konidiyalar səbəb olanda inkubasiya dövrü 8-21 gün
olur.
Meyvələrin zədələnməsinə əsasən göbələyin konidiya mərhələsində olan
mitseliləri səbəb olur. Meyvənin zədələnmiş yerlərində qonur rəngli xırda dairəvi,
yaxud formasız ləkələr əmələ gəlir. Göbələk inkişaf etdikcə bu ləkələr də böyüyür
və üzərləri məxməri yaşıl təbəqə ilə örtülür. Meyvənin zədələnmiş yerləri ağaclaşır
və çatlar əmələ gəlir. Nisbətən köhnə ləkələr qəhvəyi rəngdə olur.
Çürümə xəstəliyindən fərqli olaraq, dəmgil ağacda meyvələrin inkişafı
zamanı qorxuludur. Lakin dəmgil ləkələri meyvələrin anbarda saxlandığı dövrdə
də inkişaf edib, yayıla bilər. Anbarda isə bu xəstəlik zədələnmiş meyvələrdən
sağlamlara keçir.
Bu zaman zədələnmiş meyvələrin əmtəə keyfiyyəti aşağı düşür.
Birinci növ meyvələrdə dəmgil zədələri olmamalıdır, ikinci növ meyvələrdə
isə yalnız xırda ləkələrin olmasına yol verilir.
Qara çürümə. Bu xəstəliyə alma, armud, heyva, üzüm və digər meyvələr
yoluxur. Onun törədicisi qeyri-müəyyən göbələklərə aid olan Sphaeropsis
malorum-dur. Xəstəliyin tipik mərhələsi möhkəm, qeyri-şəffaf qalın səthli
piknidiya yaranma mərhələsidir. Sporları əvvəl şəffaf, sonra isə tünd olur.
Meyvələr yetişməyə yaxın, habelə məhsul yığımı zamanı və çox vaxt isə anbarda
saxlanan zaman zədələnirlər. Əvvəlcə böyük olmayan qonur ləkələr əmələ gəlir.
Bu ləkələr əvvəl meyvəyə təsir etmir və onun toxumasını dağıdır, sonra isə zədə ya
meyvənin bir hissəsini, yaxud da hər tərəfini əhatə edir və o qaralır. Külli miqdarda
piknidiya əmələ gəlməsi nəticəsində almanın səthi codlaşır, özü büzüşüb quruyur.
Xəstəlik qış və payız almalarına nisbətən, yaz almalarında daha çox yayılır.
Meyvədə dəmgil xəstəliyi
Acı çürümə. Törədicisi Clomerella cingulata-dır. Acı çürümə ilə alma,
armud, heyva, gavalı, ərik, şaftalı, gilas, albalı, üzüm xəstələnir. Göbələyin
mitselisi meyvənin qabığından içərisinə keçib, onun hüceyrələrini dağıdır və məhv
edir. Meyvənin qabığı altında dairəvi qəhvəyi ləkələr əmələ gəlir. Ləkələr
böyüdükdən sonra onların üzərində gül rəngli, mərkəzləşmiş, həlqəvi qabarcıqlar
əmələ gəlir ki, bunlar da göbələyin konidiləridir. Sonralar gül rəngli sporlar tünd-
qəhvəyi və yaxud qara rəng alırlar.
Bitki səthinin üzərində yaşayan mikrobiota – epifit mikrobiota adlanır və
bitki hüceyrəsinin ifrazatı hesabına yaşayır.
Göbələyin inkişafının dayanması nəticəsində meyvənin üzərində üzü tünd və
nazik qabıqla örtülü konusşəkilli çöküntülər qalır.
Boz çürümə. Bu xəstəliklə alma, armud, moruq, üzüm zədələnir. Onun
törədicisi Botrytis cinerea və kif göbələkləridir. Bunlar ifraz etdikləri zəhərli
maddələrin hesabına meyvə hüceyrəsinin protoplazmasını məhv edir. Göbələklər
tərəfindən sintez edilən fermentlər hüceyrəarası maddəni həll edir ki, buna görə də
tədricən meyvə ləti yumşalır və çürüyür.
Sitrus meyvələrinin (limon, portağal, naringi və s.) çürüməsi. Bu
xəstəliyiəsasən iki növ göbələk – Penicilliumitalicum (mavikif) vəP. digitatum
(yaşıl
kif)
törədir.Birincihaldameyvələrinüzərindəyaşıl-mavikifəmələ
gəlir,
məhsulunsaxlanması
vəya
nəqledilməsizamanı
kütləvi
surətdəçürümə
müşahidəedilir.İkincihalda isəəmələ gələn yaşıl kifmeyvəni dərhalçürüdür.
Hər ikihalda göbələyin mitselisimeyvə lətinədaxilolur, meyvənin səthində
isəkonidi daşıyıcılarıiləbirlikdəçoxlukifəmələ gəlir.
Kartof çürüdücüsü (fitoftora).Xəstəliyin törədicisiPhytophthorainfestans–
dır.Bu göbələk pomidor və badımcanı da zədələyəbilir.İnkubasiya dövrühavanın
istiliyindən asılıdır.Göbələyin mitselisinininkişafıüçün minimal temperatur +1C;
+3C, maksimumtemperatur isə +30C hesab edilir. Fitoftora bitkinin həm
yarpaqlarını, həm də yumruları zədələyir.
Sahələrdə əvvəlcə kartofların üzərində tək-tək (seyrək), yaxud külli miqdarda
əzilmiş ləkələr əmələ gəlir (Şəkil 8.2). Ləkələr kəsildikdə onların altında boz,
yaxud qonurlaşmış sahələr görünür. Kartof anbarda saxlandığı dövrdə
onuntoxumasının zədələnmiş yerləri çürüməyə başlayır.Kəskin zədələnmələr
zamanı kartofun səthi codlaşır, rəngi isə bozumtul-qonur olur.
Daha sonra kartof saxlandıqca, ondanəm və quru çürümə xəstəlikləri də
təzahür edir.
Nəm çürümə. Xəstəliyin törədicisi – Bacillus cartovorus və Bacillus
phytophthorus-dur. Bu bakteriyalar zədələnmiş və yaralanmış yerlərdən kartofun
içərisinə daxil olur və onun parenximasına yayılırlar. Zədələnmiş kartoflar
yumşalır, qatı və ya sulu kütləyə çevrilir, pis qoxu verirlər.
Fuzarioz(quru çürümə). Fusarium cinsindən olan göbələklər kartofda
müxtəlif zədələr əmələ gətirə bilir. Bu cinsin külli miqdarda növləri (F.solani,
F.discolor, F.culmorum və b.) quru çürümə adlanan xəstəliyə səbəb olur. Bu
zaman kartofun zədələnmiş sahələrinin üzəri ağ rəngli cecəni xatırladır. Daha
sonra (əgər kartofun saxlandığı yerdə artıq nəmlik yoxdursa) kartof bürüşməyə
başlayır və nəhayət, sarımtıl-ağ rəngli unşəkilli kütləyə çevrilir. Əksinə, binada
artıq nəmlik varsa, proses «nəm çürümə» kimi gedir.
Kartofda fitoftora xəstəliyi
Zədələnmiş kartofdan xəstəlik sağlam kartoflara da keçir.
Kartofda qara dəmgil. Xəstəliyin törədicisi Rhizoctonia solani–dir. Kartofun
üzərində kif göbələyinin xırda və orta böyüklükdə çoxlu miqdarda sklerotisi yığılır.
Səthi sklerotisilər kartofun kimyəvi tərkibinə təsir etmir, onun dad və yeyinti
keyfiyyətini dəyişir.
Kartofda unlu dəmgil. Xəstəliyin törədicisi Spongospora subterranea-dır.
Bu xəstəliyə yoluxmuş kartofda əvvəl şişlər əmələ gəlir, sonra bu şişlər həcmcə
böyüyür, partlayır, şişlərin daxilindəki möhtəviyyat axır və quruyur. Əmələ gəlmiş
yarıqlar öz ulduzşəkilli formasını saxlayırlar. Saxlanma, daşınma prosesləri zamanı
kartoflar həmişə bir-birinə sürtündüyündən, əmələ gəlmiş yarıqlar da tədricən
itməyə başlayır.
Pomidorda zirvə çürüməsi. Xəstəlik Bact. lycopersicum tərəfindən törədilir.
Bu bakteriyalar aerobdur, spor əmələ gətirmir. Ətli- peptonlu aqarda əvvəl ağ,
sonra sarı koloniyalar verir.
Pomidorlar hələ sahədə inkişaf etməkdə ikən xəstəliyə tutulurlar. Xəstəlik
zamanı pomidorda çox da böyük olmayan tünd ləkələr əmələ gəlir, sonra bu ləkələr
böyüyür və qonurlaşır. Pomidorun zədələnmiş yerləri əzilmiş kimi olur, pomidorun
quruluşunu pozur. Əvvəlcə hüceyrələrarası maddə, sonra isə hüceyrələrin qılafı
həll olmağa başlayır. Bunun nəticəsində pomidor nəm çürüməyə uğrayır.
Pomidorda fitoftora. Xəstəliyin törədicisi Phytophthora infestans-dır.
Pomidorlar yetişmə zamanı zədələnir və bu zədə məhsul yığıldıqdan sonra daha da
genişlənir. Pomidorun üzərində boz, yaxud bozumtul-qonur rəngdə müxtəlif şəkilli
ləkələr əmələ gəlir.
Qara çürümə.Diplodina destructiva tərəfindən törədilir. Bu zaman həm
yetişməmiş, həm də tam yetişməmiş pomidorlar zədələnir. Qara çürümə ləkələri
pomidorun müxtəlif yerlərində baş verə bilir. Zədələnmiş sahələr əvvəl tünd-qonur
rəngdə olur, sonra isə qaralır.
Mozaika xəstəliyiniMyzodes virusu törədir. Xəstəlik zamanı həm yarpaqlar,
həm də pomidorlar zədələnir. Yarpaqların kənarı aşağıya doğru büzüşür və
kobudlaşır. Pomidorun üzərində külli miqdarda dolaşıq və qeyri-müəyyən şəkilli
ləkələr əmələ gəlir. Zədələnmiş sahələrqonurlaşır.
Bostan tərəvəzlərində stolbur xəstəliyi
Stolbur xəstəliyinə Lycopersicum virus səbəbolur. Bu zaman həm yarpaqlar,
həm də meyvələr zədələnir. Yarpaqlar formasını itirir (Şəkil8.3). Stolburun
törədicisi kartof, badımcan və b. bitkiləri də zədələyir.
Pomidorun bakterial xər-çənginin törədicisi Corynebacterium michiganense-
dir.Bak-teriya hərəkətsiz olmaqla, qram-müsbət boyanır, aerobdur. Əsasən
pomidorun şitilləri, vegetativ üzvləri və meyvələri zədələnir.
Bu zaman gövdə və budaqlar da solur və onlarda sarımtıl-ağ, daha sonra isə
bozumtul-qəhvəyi zolaqlar və yaralar müşahidə edilir. Xarici zədələnmələr zamanı
meyvələrdə külli miqdarda xırda ağ, çox zaman isə qabarşəkilli ləkələr əmələ
gəlir.Pomidorun belə ləkəliliyi «quş gözü» adı ilə məşhurdur. Bəzən pomidor
daxildən zədələnir və bu zədələnmə xaricdən hiss olunmur. Bu zaman pomidorun
içərisi yumşalır və sarımtıl rəng alır. Daxildən erkən zədələnmiş pomidor eybəcər
olur. Bakterial xərçəngə tutulmuş pomidor meyvələrində, həm də ləkələr olur,
bununla da həmin xəstəlik bakterial solma və zolaqsız ləkəlilik xəstəliklərindən
fərqlənir.
Mövcud sanitariya ekspertizası qaydalarına görə başqa tərəvəz kimi pomidor da
çürümüş, kiflənmiş, donmuş, öz şəklini itirmiş, xəstəliklər, ziyanvericilər və
gəmiricilərlə zədələnmiş, o cümlədən zəhərli olduqda və kimyəvi maddələr qoxusu
verdikdə satışa buraxılmır.
Kələmdə boz çürümə kif göbələyi tərəfindən törədilir. Zədələnmə məhsul
yığımı zamanı və məhsulun anbarda saxlandığı dövrdə baş verir. Zədələnmə xəstə
kələmdən sağlam kələmə keçir. Boz çürümənin törədicisi aşağı temperaturada arta
bilir.
Bu xəstəliyə tutulmuş kələmin yarpaqları üzərində boz kül rəngində təbəqə ilə
örtülmüş ləkələr əmələ gəlir. Əsasən kələmin üst yarpaqları zədələnir, sonra bunlar
yumşalır və çürüyür.
Qarpızın toksiki bakteriozu. Xəstəliyin etiologiyası hələ müəyyən
edilməmişdir. O.İ.Sirotina və L.İ.Popova bu xəstəlik zamanı Proteus cinsindən
olan bakteriyaları tapmışdır. Zədələnmiş qarpızı yeyən adamların mədə-bağırsaq
sistemində zəhərlənmə, ishal və ürək bulanması şəklində pozğunluq, habelə baş
gicəllənməsi və s. hallar müşahidə edilmişdir.
Zədələnmiş qarpızın qabığında boz rəngli noxud boyda dikəlmiş ləkələr əmələ
gəlir. Zədələnmiş sahədə qabıqaltı şişlər də ola bilər. Bu zaman qarpızın daxilində
çürümə prosesi gedir və qarpız saralır.
3. Tərəvəz, meyvə və giləmeyvələrin saxlanmasına göstərilən gigiyenik tələblər
Tərəvəz və meyvələr insanın qidalanmasında mühüm rol oynayırlar. Belə ki,
onlar vitaminlərin (xüsusilə C vitamini və karotinin), karbohidratların, üzvi
turşuların və müxtəlif mineral maddələrin, o cümlədən mikroelementlərin əsas
təmin edicisidirlər.
Lakin tərəvəz və meyvələrdə çoxlu miqdarda suyun olması, onların
saxlanmasını davamsız edir. Xüsusilə zədələnmiş və xəstəliklərə yoluxmuş meyvə
və tərəvəzlərə mikroorqanizmlər nisbətən asan daxil olduğu üçün, onlar xarab
olmaya məruz qalırlar.
Meyvə və tərəvəzlərin xəstəlik törədicilərinə mikroskopik göbələk
cinslərindən Fusarium, Penicillium, Aspergillus aid olub, onların müxtəlif növ
xarab olmalarına səbəb olurlar (quru çürümə, acı çürümə). Bu törədicilərlə
yoluxma prosesi zamanı meyvələr və tərəvəzdə onların metabolitləri –
mikotoksinləri toplanır. Tədqiqatlar göstərir ki, almanın acı çürüməsinə
konserogen xassələrə malik olan patulin səbəb ola bilər. Ona görə də qida
məhsullarında patulinin miqdarının sanitar normalarla yol verilə bilən səviyyəsi
gözlənilməlidir.
Sanitar tələblərinə uyğun olaraq, çürümüş meyvə və tərəvəzlərə, xəstəlik və
ziyanvericilərlə yoluxmuş, gəmiricilərin, həşərat və sürfə ilə, həmçinin kəskin
kənar iylərlə, zəhərli kimyəvi maddələrlə korlanmışlara satış üçün icazə verilmir.
Meyvələrin və tərəvəzin düzgün yığılması, saxlanması üçün yaxşı şəraitin
təmin olunması, xəstəliklərin inkişaf profilaktikasında və onların olmasının
qarşısının alınmasında təsirli tədbir hesab edilir. Saxlanma zamanı elə şərait
yaratmaq lazımdır ki, tərəvəz və kartofun göyərməsinə, cücərməsinə yol
verilməsin. Bu məqsədlə, kartofun metil efirinin a-nafitilsirkə turşusu ilə emal
olunması təklif olunur ki, 1kq yumruya 50-100mq, bu da yumrunun bir il
müddətində göyərməsinin – çürüməsinin qarşısını alır və askorbin turşusunun
saxlanmasına köməklik edir.
Tərəvəz və meyvələrin saxlanması üçün optimal temperatura 1-2°C, nisbi
nəmlik isə 80-85% hesab olunur.
Tərəvəz və meyvələr epidemioloji cəhətdən təhlükəli ola bilər. Belə ki,
tərəvəz mədə-bağırsaq infeksiyasının və helmintozun mənbəyi hesab oluna bilər.
Sanitar normalarına görə çirkab suları ilə bostan bitkilərini suvarmaq, onları çiy
şəkildə istifadə etmək (yerkökü, xiyar, pomidor, qarpız, yemiş, çiyələk, cəfəri,
turp) qəti qadağandır. Çirkli sularla suvarmaları aparılan meyvə-giləmeyvə
bitkilərinin vegetasiya yığılması iki ay qalmış, tərəvəzdə isə 20 gün qalmış
dayandırılır. Belə tarlada becərilmiş tərəvəzin (kartof, qabaq, badımcan)
istifadəsinə isti emal aparıldıqdan sonra icazə verilir.
Bitkilərin xəstəliklərdən və ziyanvericilərdən mühafizəsində kimyəvi
vasitələrin, həmçinin mineral və digər gübrələrin istifadəsi, müasir kənd təsərrüfat
məhsulları istehsalının intensivləşdirilməsinə gətirib çıxarır. Bitkilərin mühafizə
vasitələri sanitar-baytar və sanitar-epidemioloji xidmət orqanları tərəfindən ciddi
nizama salınır və onlara nəzarət edilir. Bununla bərabər yemlərin və bir sıra bitki
və heyvan mənşəli məhsulların hazırlanmasında gigiyenik normalara riayət
olunmadıqda pestisidlərlə çirklənmə baş verir. Kənd təsərrüfatı heyvanları üçün
yemlərdə pestisidlərin yol verilə bilən normaları da hazırlanmışdır. Onların
gözlənilməsi sağlam məhsullar əldə etməyə imkan verir.
Hazırda azot gübrələrini tətbiqi ilə əlaqədar torpaqda, süxur sularında, qida
məhsullarında və yemlərdə nitratların səviyyəsinin artması məsələsi də xüsusi
diqqət cəlb edir.
MÜHAZİRƏ 10. TAXIL VƏ UN MƏHSULLARININ
MiKROBİOLOGiYASI, SANİTARİYA VƏ GİGİYENASI
Plan
1. Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları
2. Təzə yığılmış taxılın mikrobiotası
3. Taxılın mikrobiotasının müxtəlif saxlanma şəraiti və emalı zamanı
dəyişilməsi
4. Rütubət və temperaturun taxıl kütləsinin mikroorqanizmlərinə təsiri
5. Havanın daxil olmasının taxıl kütləsindəki mikroorqanizmlərə təsiri
6. Taxıl kütləsində örtük toxumanın və qatışıqların vəziyyətindən asılı olaraq
formalaşan mikrobiota
7. Taxılın emalı proseslərində onun mikrobiotası
8. Taxılın öz-özünə qızışmasında mikroorqanizmlərin rolu
9. Taxılın ərzaq və yemlik keyfiyyətinin azalmasında mikroorqanizmlərin
iştirakı
10. Taxılın toxumluq keyfiyyətinin aşağı düşməsində mikroorqanizmlərin
iştirakı
11. Taxıl kütləsinin konservləşdirmə üsulları
12. Taxılın emal məhsullarının (unun) mikrobiotası
13. Çörək istehsalının mikrobiologiyası
14. Çörəyin mikrobiotası
15. Taxıl və un məhsullarının gigiyenası
1. Taxıl kütləsinə mikroorqanizmlərin düşməsi yolları
Bitkilər özlərinin inkişaf dövrünə torpaqda toxumun cücərməsi vaxtından
başlayır. Deməli, mikroorqanizmlərin bitki səthinə, sonra isə taxıla düşməsinin
ilkin mənbəyi torpaq hesab olunur.
Torpaqlarda, xüsusilə münbitliyi yüksək olanlarda kifayət qədər üzvi və
mineral maddələr, nəmlik və hava olur ki, bu da müxtəlif qrup mikroorqanizmlərin
– göbələk, bakteriya və aktinomisetlərin inkişafı üçün əlverişli mühit yaradır. Çox
zaman 1q torpaqda bir neçə milyona qədər mikroorqanizm olur.
Torpaqlarda mikroorqanizmlərin tərkibi müxtəlif və dəyişkəndir. O, torpağın
növündən, onun becərmə üsulundan, gübrələrdən, iqlim şəraitindən, havadan və bir
çox amillərdən asılıdır. Mikroorqanizmlərlə bitkinin kök kütləsinin olduğu torpaq
qatı, «rizosfer» xüsusilə zəngindir. Tədqiqatlar göstərir ki, buğdanın, qarğıdalının,
günəbaxanın, soyanın və digər kənd təsərrüfatı bitkilərinin rizosferində olan
mikrooranizmlərin sayı başqa torpaqlara müqayisədə 5-10 dəfə çoxdur. Rizosferdə
mikroorqanizmlərin güclü inkişafı, bitki kökünün onların istifadə edə biləcəyi qida
maddələrini – şəkərləri, amin turşularını və digər məhsulları ifraz etməsi ilə
əlaqədardır.
Bitkilərin rizosferində çoxlu miqdarda spor əmələgətirməyən çöp şəkilli
Pseudomonas cinsli bakteriyalara təsadüf edilir. Az miqdarda müxtəlif süd turşusu, yağ
turşusu, çürüdücü bakteriyalara da rast gəlinir.
Çürüdücü bakteriyalar arasında ən çox spor əmələgətirən çöplərə: Bacillus
mycoides, Bacillus mesentericus, Bacillus subtilis, Bacillus megatherium və başqa
növlər müşahidə olunur.
Bakteriyalardan başqa, rizosferin mikrobiotasında Penicillium, Fusarium,
Botrytis, Trichoderma cinslərinə aid olan göbələk nümayəndələri də tapılır.
Adları sayılmış mikroorqanizm qruplarının əksəriyyəti saprotrof həyat tərzi
keçirirlər.
Bitkilərin rizosferində saprotroflərlə yanaşı bitkilərdə müxtəlif xəstəlik
törədənlərə – fitoparazitlərə də rast gəlinə bilər.
Vegetasiya prosesində kök zonasında olan mikroorqanizmlərin bir hissəsi
tədricən bitkilərin yerüstü orqanlarına keçir və bu orqanlarda inkişaf etməkdə
davam edir.
Mikroorqanizmlər əvvəlcə gövdədə, yarpaqda, çiçəkdə məskunlaşır, sonra
bitkilər inkişaf etdikcə mikroorqanizmlər yumurtalığa və yetişən sünbülə, qıcaya
və başqa yerlərə keçir.
Mikroorqanizmlər bitkilərin səthinə qismən küləklə, tozla, yağışla,
həşəratlarla da aparılır.
Bitkilərin səthində qida maddələrin azlığı ilə əlaqədar çox məhdud miqdarda
spesifik mikroorqanizm növləri, başlıca olaraq bakteriyalar inkişaf edə bilər.
Bitkilərin epifit mikroorqanizmləri bitkilərin səthində yaşayan, təbii bitki
toxumasının ifrazatı və onda olan az miqdar çirkli üzvi birləşmələr hesabına
qidalanan mikroorqanizmlər epifit adlanır. Bu mikroorqanizmlər qlafdan bitki
hüceyrəsinə daxil olmaq qabiliyyətinə malik olmur və bir qayda olaraq bitkilərin
inkişafına zərərli təsir etmirlər.
Tipik epifitlərə spor əmələ gətirməyən, çöp şəkilli Pseudomonas cinsi, başlıca
olaraq Pseudomonas herbicola (ot çöpləri) və Pseudomonas flöoresceus kim
bakteriyalar aiddir. Pseudomonas herbicola çox xırda ölçülü (13 x 0,60,7 mkm),
hərəkətli çöplərdir. Onlar qram-mənfidir, spor əmələ gətirmir, aerobdur. Ətli
peptonlu aqarda dənəvər koloniya əmələ gətirir, əvvəlcə boza çalar, sonra tədricən
qızılı-sarı rəngli olur. Pseudomonas flöoresceus daha xırda ölçülü, hərəkətli
çöplərdir, qram-mənfidir, qidalı mühitdə bozvari yaxud rəngsiz koloniya verir,
yaşıla çalar, sarı flüoressensiyaedici piqment əmələ gətirir və substrata daxil olub
onu müvafiq rənglə rəngləyir.
Onlardan başqa bitkilərin səthində və yetişən taxılda müxtəlif kokklar, spor
əmələ gətirən bakteriyalar, həmçinin bəzi kif göbələyinin növlərinə də rast gəlinə
bilər.
Mikroorqanizmlərin bir qismi qida maddələrin və nəmliyin çatışmaması
nəticəsində sükut vəziyyətində olur.
Epifit mikrobiotanın miqdar və növ tərkibi əhəmiyyətli dərəcədə havanın
vəziyyətindən, başlıca olaraq havanın temperaturundan və nəmliyindən asılıdır.
İsti nəmli havada bitkinin səthində tipik epifit mikroorqanizmlər – spor əmələ
gətirməyən çöplər və kokklar üstünlük təşkil edir. Quru, isti havada spor əmələ
gətirməyən bakteriyalar tamamilə yox olur, yaxud onların miqdarı əhəmiyyətli
azalır, onların yerinə spor əmələ gətirən bakteriyalar, başlıca olaraq Bacillus
mesentericus, Bacillus subtilis, Bacillus mycoides meydana çıxır.
Rütubətli, sərin havada xeyli miqdarda kif göbələkləri aşkar edilir.
Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlər bitkilərin səthindən tədricən
yumurtalığa, sonra isə yetişən dənə keçir. Yetişmə artdıqca dəndə şəkərin miqdarı
azalır, lakin nişasta və hemisellülozanın ehtiyatı çoxalır, fermentativ proseslərin
fəallığı azalır, kəskin su itkisi gedir (25%-ə qədər və aşağı). Bu göstərilən
dəyişiklik nəticəsində dən mikroorqanizmlərin inkişafı üçün bir qədər az əlverişli
substrata çevrilir və onlardan çoxu quru dəndə müvəqqəti həyat fəaliyyətini
dayandırır (anabioz).
Dostları ilə paylaş: |