Şəkil 1.2 Bakteriya hüceyrəsinin quruluş sxemi
1 – hüceyrə qişası (divarı); 2 – sitoplazmatik membran; 3 – mitoxondriya; 4 –
qlikogen; 5 – ribosomlar; 6 – yağ qatları; 7 – DNT sapları ilə nukleotid; 8 –
volyutin.
5. Nüvə – hüceyrənin mərkəzi hissəsində olub, nukleoid adlanır və tərkibinə
görə DNT maddəsi kimi toplanmışdır.
DNT-də irsiyyət daşıyıcısı olan genlər düz xətt üzrə düzülmüşdür.
Bakteriyada nukleotidin DNT maddəsini həm də bakterial xromosom
adlandırırlar.
3. Bakteriyaların hərəkəti. Bakteriyaların sporları
Hərəkət bütün bakteriyalara xas olan xüsusiyyət deyildir. Kokkların
əksəriyyəti hərəkətsizdir. Çöp və silindrik formalar arasında hərəkətli formalar
çoxdur. Belə formalar cavan kulturalarda hərəkətli olur, yaşlandıqca isə öz
qamçılarını itirir və tamamilə hərəkətsiz vəziyyətə düşürlər.
Bakterial hüceyrənin hərəkət orqanı qamçılardır. İlk dəfə bakteriyaların
qamçılarla olan hərəkətini alimlərdən 1838-ci ildə Erenberq müşahidə etmiş və
1897-ci ildə Miqula bunların morfoloji təsvirini vermişdir.
Qamçıların elektron mikroskopunda tədqiqi göstərir ki, hər bir qamçı
sitoplazmatik membranın daxilində olan və ibtidai heyvanların kirpikciklərinin
çıxdığı bazal cisimciklərinə bənzər sərt qranullardan çıxan nazik, uzun və incə
fibrillərdir.
Bakteriyalardakı qamçıların qalınlığı 0,01 mkm olduğu halda uzunluğu
bakterial hüceyrənin uzunluğundan dəfələrlə çox olur (20 mkm). Qamçılar
sporşəkilli olurlar.
Qamçıların yerləşməsinə görə bütün hərəkətli bakteriyaları 4 qrupa bölmək
olar:
1) tək-qamçılılar-monotrixlər;
2) hüceyrənin hər iki ucunda birər qamçıları olanlar – amfitrixlər;
3) dəstə qamçılılar – lofotrixlər;
4) hüceyrənin bütün səthini əhatə edən kirpiklilər – peritrixlər.
Bakteriyaların hərəkətini duru, qidalı mühitlərdə becərilmiş bir sutkalıq
kulturada müşahidə etmək olar. Müxtəlif bakteriyalarda hərəkət surəti müxtəlifdir.
Ən hərəkətli forma bir qamçı ilə hərəkət edən vəba vibrionlarında müşahidə
olunur. Uzunluğu 2 mkm olan bu bakteriya saniyədə 30-60 mkm-ə qədər məsafəni
qət edə bilir.
Bakteriyalarda qamçı və kirpikciklərdən əlavə hüceyrənin müəyyən
nahiyyəsində əmələ gələn çoxlu miqdarda çıxıntılar da olur.
Fibril adı latın sözü olub, sap, saçaq, yumşaq tük mənasında işlədilir. Çöpvari
və dairəvi formalı bakteriyalarda fibrilərə təsadüf olunur. Hüceyrələrdə fibrilərin
miqdarı çox dəyişkəndir: qalın olduqda 200-400 ədədə qədər, nazik olduqda isə
400-700 ədədə qədər sapdan və saçaqdan ibarət olur. Bu çıxıntıların uzunluğu
0,07-3,28 mkm, eni isə 0,01-0,04 mkm-dir.
Spiroxetlər qamçısız olur. Bunlar hüceyrənin yığılıb açılması ilə hərəkət edir.
Miksobakteriyalarda və bəzi göy-yaşıl yosunlarda isə qamçılar yoxdur, bunlar
bərk substratın üzəri ilə selik ifraz edib sürüşməklə hərəkət edirlər (1 saniyədə 5
mkm).
Təbii halda qamçıları yalnız elektron mikroskopunda görmək olar.
Spor əmələgəlmə. Mühitin müxtəlif amillərinə qarşı əsasən çöp və ya
silindrik formalı (Bacillus, Clostridium - cinslərində) bakteriyalarda hüceyrə
daxilində davamlı forma olan spor əmələ gəlir. Spor dairəvi və ya dəyirmi formalı
olub, hüceyrənin mərkəzi hissəsində və ya ucunda yerləşə bilər. Sporların işıq
sındırma əmsalı yüksək olduğundan, mikroskopiya zamanı onlar aydın görünürlər.
Hər bakterial hüceyrədə yalnız bir spor əmələ gələ bilər və bu endospor adlanır.
Sporəmələgəlmə mürəkkəb proses olub, hüceyrənin daxili möhtəviyyatının ya
hamısı və ya çox hissəsini əhatə edir.
Tədqiqatlar göstərir ki, spor əmələ gəlmədə 4 mərhələ nəzərə çarpır: hazırlıq,
spor qabağı – prospor, qılaf əmələgəlmə və sporun yetişməsi mərhələsi.
1. Hazırlıq mərhələsində hüceyrədə zülal sintezi sürətlənir, vegetativ
hüceyrədə olmayan dipokolin turşusu hüceyrədaxili aminturşular hesabına sintez
olunur. Bu dipokolin turşusu Ca duzu şəklində sporun quru çəkisinin 15%-ni təşkil
edir. Spor əmələ gəlmə – sporogenez prosesi hüceyrənin genetik aparatı ilə tənzim
olunur və burada 100-ə qədər genlər iştirak edir.
2. Sporqabağı mərhələdə spor hüceyrənin tam genetik informasiyasını alır.
3. Üçüncü mərhələdə çox tez (10 dəqiqə müddətində) qılaf əmələ gəlir.
Sporqabağı mərhələdə bakterial membran bakteriyanın hüceyrə divarının
komponentlərini sintez edir və bunlardan ilk sporun divarı və daxili qılafı əmələ gəlir.
Xarici qılafı isə ana hüceyrənin sitoplazmatik membranından əmələ gəlir və ona görə
də çoxqatlı olur.
4. Sporun yetişmə mərhələsində spor özü üçün səciyyəvi olan görünüş və
ölçüyə malik olub, hüceyrədə müəyyən vəziyyət alır.
Sporun kimyəvi tərkibi vegetativ hüceyrələrdən fərqlənmir (dipokolin
turşusundan başqa), lakin tərkibində olan maddələrin nisbəti dəyişilmiş olur.
Sporda sərbəst suyun miqdarı çox azdır (40%). Ona görə də buradakı su
biokimyəvi reaksiyalarda iştirak etmir və yüksək temperaturun təsirindən
hüceyrədəki zülallar parçalanmır. Güman olunur ki, sporun tərkibində olan
dipokolin turşusunun kalsium duzu onun metabolizminin qeyri-fəal olmasını,
temperaturaya davamlılığını və zəif boyanmasını təmin edir. Vegetativ hüceyrədən
fərqli olaraq sporda lipidlərin iştirakı xeyli yüksəkdir.
Sporlarda vegetativ hüceyrələrdə olan bütün fermentlər vardır, bununla belə
onlar qeyri-fəal vəziyyətdədirlər. Sporlar əlverişli (rütubətli) şəraitə düşüb inkişaf
etdikcə, fermentlər də fəallaşır. Sporlar inkişafa başlayan zaman əvvəlcə onlar su
toplayıb şişir deyə, bu biokimyəvi fəallığın yüksəlməsinə səbəb olur. Spor
daxilində olan litik fermentlərin köməyi ilə əvvəlcə sporun daxili, sonra xarici
qılafları əriyir, spordan dipokolin turşusunun Ca duzu və müəyyən qədər
qlikopeptid ayrılıb xaric olduqdan daha sonra isə sporun əsl inkişafı başlayır (4-5
saat müddətində).
Mikrobun növündən asılı olaraq sporların yerləşməsi müxtəlif olur. Bəzi
bakteriyalarda spor hüceyrə mərkəzində, bəzilərində mərkəzə yaxın, bəzilərində isə
hüceyrənin bir ucunda yerləşir.
Bakteriyalarda 3 tip spor məlumdur: basilyar, qlostridial, plektridial.
Basilya tipdə spor əmələ gələnə qədər hüceyrənin forması dəyişmir, həm də
spor hüceyrənin mərkəzində yerləşir.
Qlostridial tipli spor əmələ gələrkən hüceyrənin orta hissəsi genişlənir, ucları
sivri olub, düyünçəni xatırladır.Spor isə hüceyrənin tam mərkəzinə yaxın
vəziyyətdə (subterminal) yerləşirPlektridial tipli spor əmələ gəlmədə hüceyrənin
bir ucu genişlənib təbil çubuğunu xatırladır (terminal vəziyyət) və spor da həmin
sahədə yerləşir.
Bəzi
bakteriyalar
sporəmələgətirmə
qabiliyyətinə
malikdirlər.Bu
xüsusiləçöpşəkilli formaya aiddir. K+okklarda sporəmələgəlməaz hallarda baş
verir, vibrionlar və spirillərdə isə ümumiyyətlə olmur. Sporəmələgəlmə prosesi
ondan ibarətdir ki, bakterial hüceyrənin müəyyən yerində sitoplazma yığışaraq
qatılaşır, sonra bu sahə daha möhkəm qatla örtülür.Hüceyrənin qalan hissəsi
tədricən parçalanır.Beləliklə, bakterial hüceyrə bir neçə saata (4-8 saata və daha
çox) spora çevrilir.
Sporəmələgəlmə zamanı hüceyrə 60%-ə qədərsuyunuitirir. Sitoplazma
tədricən qatılaşır, hüceyrənin müəyyən hissəsinə yığılır və möhkəm qılafla(qatran
və lipoid maddələrdən ibarət) örtülür.
Sporlardakı möhkəm qılaf, suyun az miqdarı, Ca və Mg metallarının
qatılığının çox olması onların xarici mühitin zərərli təsirinə qarşı davamlılığını
yüksəldir. Sporlar yüksək temperatura, kimyəvi maddələrin yüksək qatılığına,
quraqlığa asanlıqla davam gətirirlər. Bəzi basillərin sporları 1-3 saat və daha çox
müddətdə qaynatdıqda belə öz həyat fəaliyyətlərini saxlayırlar.
4. Mikroorqanizmlərin sistematikası
Heyvanlar və bitkilər öz həyat tərzi və aydın nəzərə çarpan əlamətlərinə görə bir-
birlərindən kəskin fərqlənirlər ki, bu da həmin canlıları iki aləmə – heyvanlar və bitkilər
aləminə aid etməyə imkan verir.
Mikroorqanizmlər aləminə isə bir-birinə oxşamayan, yalnız mikroskopda
görünən, differensiasiya olunmamış, ölçüləri və sadə quruluşları ilə oxşar olan
mikroorqanizmlər toplanmışdır. Digər canlılardan fərqli olaraq bunların xarici
nəzərə çarpan aləmətləri də bir-birinə çox oxşardır. Digər canlılarda olduğu kimi,
bunların hüceyrələri eyni plan üzrə qurulub, vahid struktura malik olub qidalanır,
tənəffüs edir, çoxalır, müəyyən vəzifə daşıyır, ifraz edir. Ona görə də
mikroorqanizmlər kəşf edildikdən sonra bunların hansı aləmə aid edilməsi böyük
çətinlik törətmişdir. 1886-cı ildə tanınmış alim Hekkelin təklifi ilə mikroorqanizmlər
III aləmə – protistlərə daxil edilmişdir.
Protistlərə bitki və heyvanlardan fərqli olan, morfoloji görünüşcə zəif
diferensiasiya olunmuş, əsasən birhüceyrəli orqanizmlər aiddirlər. Hüceyrə
quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara
və bitkilərə oxşar olan ali protistlər qrupudur ki, bunlara eukaroitlər deyilir. Bu
qrupa (göy-yaşıl yosunlardan başqa) bütün yosunlar, göbələklər və ibtidailər
daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir.
İbtidai protistlərə isə hüceyrə quruluşuna görə yuxarıdakılardan kəskin
fərqlənən çox sadə quruluşa malik olan bakteriyalar və göy-yaşıl yosunlar aiddir.
Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.
Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı
hüceyrələrdən kənarda sərbəst çoxala bilmədiklərinə görə digər orqanizmlərdən
fərqlənirlər (yalnız canlı hüceyrə daxilində çoxalırlar).
Eukariot orqanizmlərdən yosunları alqologiya, göbələkləri mikologiya,
mikroskopik ölçülü ibtidailəri isə (protozoalar) protozoologiya elmi öyrənir.
Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır.
Prokariotları fərqləndirən əlamətlərdən əsası membranla əhatə olunmuş
nüvənin olmamasıdır. Bundan əlavə prokariotların mitoxondrii və xloroplastları
yoxdur.
Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə
görə bunların formaları məhduddur (dairəvi, düzgün və əyilmiş çöplər,
qıvrımlılar).
Eukariotların həyatı oksigendən asılı olduğu halda, prokariotların isə
müəyyən qrupları anaerob şəraitdə yaşaya bilir və inkişafına lazım olan enercini
qıcqırma və ya anaerob tənəffüs prosesindən alırlar. Hətta bəzi bakteriyalar isə
enercini qeyri-üzvi maddələrdən və ya elementlərin oksidləşməsindən alırlar.
Eukariotlardan fərqli olaraq bakteriyaların, aktinomisetlərin və göy-yaşıl
yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər.
5. Prokariot orqanizmlərin sistematikası
Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən
olmasına baxmayaraq, az işlənilmişdir. Ona görə də canlı varlıqların sistemində
mikroorqanizmlərin vəziyyəti bu vaxta qədər mübahisəlidir. Bu, bir tərəfdən
mikroorqanizmlərin spesifik görünüşə malik olmamaları, quruluşlarının çox
sadəliyi və vizual əlamtlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin
və sıraların fiziologiyası barədə faktıki materialların nisbətən az olması ilə
əlaqədardır.
Mikroorqanizmlərin təsnifləşdirilməsi barədə ilk təşəbbüs V əsrin 2-ci
yarısında olmuşdur. 1786-cı ildə O.Müller o vaxta qədər məlum olan
mikroorqanizmləri tərliklərə aid edib, hamısını Monas və Vibrio cinslərinə bölmüş
və bunlara yalnız bakteriyaları daxil etmişdir.
Sonra X.Erenberq (1838) yenə də bakteriyaları tərliklərə daxil edib, onları iki
fəsiləyə bölmüşdür: monodinlər və vibrionillər. Bu alim Müllerdən fərqli olaraq
çoxlu yeni mikrob növlərinin təsnifini vermişdir.
İlk dəfə F.Kon (1857) bakteriyaları ibtidai bitkilərə, Nigeli (1857) isə bunları
xüsusi qrupa – şizomisetlərə daxil etmişlər. Sonralar Leman və Neyman (1896)
bakteriyaları növlərə ayırmaq istəyərkən, onları 3 fəsiləyə bölmüşdür: dairəvilər,
çöpvarilər, qıvrılmışlar. Lakin bu təsnifatda əsasən morfoloji xüsusiyyətlər nəzərə
alındığından, nəzəri və təcrübi tələblər ödənilə bilmirdi. Mikroorqanizmlər barədə
məlumatlar toplandıqca, bu təsnifatlar getdikcə mükəmməlləşirdi. Hazırda
mikrobiologiyada mikroorqa-nizmlərin sistemləşdirilməsində iki istiqamətdə
aparılan təsnifatdan istifadə olunur. Birinci təbii təsnifat olub, 1936-1950-ci illərdə
Klyuver, Van-nil və Stepner tərəfindən irəli sürülmüşdür.
Keçmiş SSRİ-də N.Krasilnikov (1949) bu istiqaməti müdafiə etmiş və öz
təsnifatını təbii təsnifat əsasında tərtib etmişdir. Təbii təsnifat tərəfdarları iddia
edirlər ki, təsnifat orqanizmin tarixi inkişafını əks etdirməli və filogenetik əsasda
qurulmalıdır.
İkinci istiqamət tərəfdarları təsnifatı, mikroorqanizmlərin ümumi əlamətlərinə
görə düzəltməyi irəli sürürlər. Bu süni təsnifat adlanır. Süni təsnifat əsasında
hazırda mikroorqanizmlərin təsnifləşdirilməsində Amerika alimi D.Bercinin (1974)
təyinedicisi qurulmuşdur. Bu təyinedici Amerika bakterioloqlar cəmiyyətinin
qərarına əsasən 1923-cü ildən dövri olaraq nəşr olunur.
Müasir mikrobiologiyada mikroblar təsnifləşdirildikdə onlarda olan
əlamətlərin kompleksi nəzərə alınır. Bunlardan morfoloji, kultural, fizioloji,
biokimyəvi, toksigenlik, patogenlik, antigen quruluşu və s. nəzərə alınır.
Orqanizmləri
qruplaşdırmaq
üçün
mikrobiologiyada
aşağıdakı
kateqoriyalardan istifadə olunur.
Növ - bir və ya bir neçə növ müxtəlifliyi olan orqanizmləri əhatə edir: cins –
yaxın növlər, fəsilə - yaxın cinslər, sıra – yaxın fəsilələr, sinif – yaxın sıralar, tip –
yaxın siniflər qruplarından ibarət olur.
Mikroorqanizmlər İsveç alimi K.Linneyin bitkilərə tətbiq etdiyi binar
nomenklaturasına
müvafiq
adlandırılır.
Məsələn,
vərəm
törədicisi
–
Mycobacterium tuberculosus adlanırlar. Burada Mukobakterium – bakteriyanın aid
olduğu cinsi göstərir, tuberkulosus isə spesifik epitetdir (xəstəlikdir). Bu adlar
beynəlxalq miqyasda qəbul edildiyindən yer kürəsinin hər yerində eynidir.
Mikroorqanizmlər qrupu çox genişdir. Mikroorqanizmlərə rəngarəng
orqanizmlər daxil olduğuna görə, bunların təsnifləşdirilməsi çox vacib
məsələlərdən biridir. Bu vaxta qədər müxtəlif alimlərin təsnifatından istifadə
olunur. Son zamanlarda əsasən N.Krasilnikovun və Bercinin təyinediciləri ilə
mikro-orqanizmləri təsnifləşdirirlər. Həmin təsnifata əsasən mikroorqanizmləri,
daha dəqiqi bakteriyaları prokariotlar aləminə aid edirlər ki, onlar da iki şöbəyə
bölünürlər:
1.Sianobakteriyalara.
2.Bakteriyalara.
N.Krasilnikovun (1949) təsnifatında onlar mikroorqanizmlərə (Protophyta)
aid edilib, 2 qrupa bölünürlər.
a) tərkibindəxlorofillolanlara
b) xlorofilsizlərə.
Bunlar da sıralara, fəsillərə, cinslərə və növlərə bölünürlər. Lakin Bercinin
(1974) təyinedicisində bütün prokariot mikroorqanizmlər ayrı-ayrı aləmə daxil
edilir və bu barədə iki istiqamət vardır. Birincidə prokariotlar aləmi 2 şöbəyə
bölünür.
Birinci şöbə – fototrof prokariotlar (Photobacteria) adlanır.
İkinci şöbə – işığa laqeyd olan prokariotlardır (Scotobacteria).
Onların hər biri 3 sinifə bölünür. Birinci şöbənin siniflərinə aiddir:
sinif – göy-yaşıl yosunlar.
sinif – qırmızı rəngli fotobakteriyalar.
sinif – yaşıl rəngli fotobakteriyalar.
İkinci şöbəyə 3 sinif aid edilir:
sinif – bakteriyalar.
sinif – rikketsilər (eukariot hüceyrələrin obliqat parazitləri).
sinif – mikoplazmalar (hüceyrə divarı olmayan bakteriyalar).
İkinci istiqamətdə də prokariotlar aləmi 2 şöbəyə bölünür: bakteriyalara və
sianobakteriyalara.
Bercenin 1974-cüil təyinedicisində Bacteria şöbəsinə üstünlük verilir.
Bakteriyaları təsnif edərkən hüceyrənin forması, fizioloji əlaməti, maddələr
mübadiləsi və qohumluq əlaqəsi nəzərə alınır.
Bütün bakteriyalar 4 sinfə bölünürlər:
1. Aktinomisetlərə – Actinomycetes;
2. Əsil bakteriyalara – Bacteriaceae;
3. Miksobakteriyalara (selikli bakteriyalar) – Myxobacteriaceae;
4. Spiroxetlərə - Spirochaetaceae.
Bakteriyalar və viruslar
Buraya aid edilən mikroorqanizmlər morfoloji və funksional xüsusiyyətləri ilə
bir-birindən kəskin fərqləndiklərinə görə bu orqanizmləri 19 qrupa toplayırlar:
1-ciqrup. Fototrofbakteriyalar. Fotosintezedici bakteriyalar olub, xüsusi
piqmentlərə malik olmaları və fotosintez prosesini həyata keçirmələri ilə
səciyyələnirlər. Göy-yaşıl yosunların və yaşıl bitkilərin fotosintezindən fərqli
olaraq bunların fotosintezi zamanı oksigen xaric olmur.
şöbə sianobakteriyalar – göy-yaşıl yosunlar. Bunlara birhüceyrəli,
koloniya
halında
və
ya
sapşəkilli
müxtəlif
rəngli
yosunlar
aiddir.
Sianobakteriyaları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlərdən biri onların
qılafının daxili hissəsinin mursindən ibarət olması, lizosinə həssaslığı, nüvə
maddəsinin hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması,
mitoxondrii və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onları
prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir.
Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar
durğun sularda, nohurlarda, göllərdə və sakit axan çaylarda (plankton kimi) da
geniş yayılmışdır. Bu yosunlar adətən yay zamanı sürətlə inkişaf edərək suyu
bozumtul-göy rəngə boyayırlar. Göy-yaşıl yosunlar qeyri-əlverişli şəraitə çox
davamsız olub, qidalara az tələbkardır. Hindistanda, Yaponiyada, Çində bu
yosunlardan düyü əkinlərinin məhsuldarlığını artırmaq, yəni torpağı bu
orqanizmlərin hesabına azotla zənginləşdirmək üçün istifadə edilir. Bu yosunlar
üzvi maddələrlə zəngin olan çirkli sularda daha sürətlə çoxalırlar. Bunlar həddən
artıq çoxalmaqla su hövzələrində onurğasız heyvanların, balıqların tələf olmasına
səbəb olurlar.
6. Viruslar
Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial
süzgəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara
viruslar adı verilir (latınca virus – heyvan mənşəli zəhər deməkdir). «Virus»
termini ilk dəfə Hollandiya alimi Beyerinq tərəfindən təklif edilmişdir. Bu
canlıların varlığını əvvəllər xəstə heyvan və bitkilərdən sürüntünü sağlam
orqanizmə daxil etdikdə, orada xəstəliyin əmələ gəlməsi ilə müşahidə etmişlər.
Viruslar cansızlarla canlı təbiət arasında keçid təşkil edən, hüceyrə quruluşu
olmayan bioloji fəal varlıqdır. Onların özlərinə məxsus bioloji xüsusiyyətini
saxlamaqla kristallaşması, virusların ikili təbiətli olmasını göstərir. Amerika alimi
Stenli 1945-ci ildə tütündə alabəzək xəstəliyi törədən virusun iynəvari kristallarını
almışdır. Sonralar heyvanların virusları, 1965-ci ildə isə bakteriofaqın kristalları
alınmışdır. Kristallaşma virusların xüsusi qabiliyyəti olduğundan, onların
birmənalı canlılara aid olmasına şübhə yaradır.
Virusların canlı varlıqlara daxil olmasına şübhə yaradan ikinci xüsusiyyət,
onlarda canlı maddəyə xas olan sərbəst maddələr mübadiləsinin olmamasıdır. Viruslar
da biopolimerlərin sintezini aparan fermentlərin olmamasına görə inert hissəciyə
bənzəyirlər. Bunların bioloji fəallığı yalnız yoluxdurduğu hüceyrədə müşayət olunur.
Viruslar sahib hüceyrələrdə çoxalaraq onları tələf edirlər. Virusları hüceyrə quruluşlu
orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət, onlarda yalnız bir tip nuklein turşusu –
ya DNT və ya RNT-nın olmasıdır. Bitkiləri yoluxduranda əsasən RNT, heyvan və
insanları yoluxduranda isə həm RNT, həm də DNT tərkibli viruslar olur.
Bununla bərabər, viruslarda canlılara xas olan xüsusiyyətlər də vardır. Virusların
tərkibində zülal molekulu, bəzilərində hətta lipid və karbohidrat molekulları da olur.
Digər canlılar kimi viruslarda da dəyişkənlik və irsi xüsusiyyətləri nəsildən nəslə
keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət onların çoxalmasıdır,
amma bu, hüceyrənin maddələr mübadiləsi və enerci ehtiyatı hesabına gedir.
Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mənşəyi məlum
deyil və bu barədə yalnız müəyyən fərziyyələr vardır. Virusların təbiətini, xarici
görünüşünü, kimyəvi tərkibini, çoxalmasını, yayılmasını, müxtəlif xəstəliklərdə
rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə virusologiya deyilir. Bu
da öz növbəsində ümumi və xüsusi virusologiyaya bölünür. Virusların təbiətini,
çoxalmasını,
təsnifatını,
morfologiyasını,
quruluşunu,
kimyəvi
tərkibini,
dəyişkənliyini, hüceyrələrlə nisbətini ümumi virusologiya öyrəndiyi halda, xüsusi
virusologiya virus xəstəliklərinin etiologiyasını, yayılmasını, diaqnostikasını,
profilaktika və müalicə üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın
mühüm bioloji fənn kimi meydana çıxması rus alimlərinin adı ilə bağlıdır. 1886-cı
ildə məşhur mikrobioloq N.Hamaley qaramalın taun xəstəliyini öyrənərkən, xəstə
heyvanın qanını mikrobları keçirməyən bakterioloji süzgəcdən süzüb, sağlam heyvana
keçirir və onun xəstələndiyini görür.
1892-ci ildə botanik D.İ. İvanovski krım tarlasında tütünün alabəzək
xəstəliyini öyrənərkən bunun adi mikroblardan fərqli, xırda ölçülü «mikroblar»
tərəfindən əmələ gəlməsini kəşf edir, xəstə bitkinin şirəsini Şamberlap süzgəcindən
süzdükdə, xəstəlik əmələ gətirən canlıların həmin süzgəcdən keçdiyini,
laboratoriya şəraitində adi qidalı mühitlərdə yetişmədiyini göstərmiş, hətta
virusların kristallarını da müşahidə etmişdir.
Viruslar formalarına görə bir neçə qrupa bölünürlər:
1) dəyirmi formalı viruslar - heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən
viruslar (qrip, qızılca);
2) kubvariformadaolanviruslar (çiçək);
3) basilformalı viruslar (arpanınxətlivirusu);
4) çöp formalı viruslar (tütündə, kartofda alabəzəklik xəstəliyi törədən
viruslar);
5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan
virus).
Dostları ilə paylaş: |