MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə3/24
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Şəkil 1.2 Bakteriya hüceyrəsinin quruluş sxemi 
1 – hüceyrə qişası (divarı); 2 – sitoplazmatik membran; 3 – mitoxondriya; 4 – 
qlikogen; 5 – ribosomlar; 6 – yağ qatları; 7 – DNT sapları ilə nukleotid; 8 – 
volyutin. 
 
5. Nüvə –  hüceyrənin  mərkəzi  hissəsində  olub,  nukleoid adlanır  və tərkibinə 
görə DNT maddəsi kimi toplanmışdır.  
DNT-də irsiyyət daşıyıcısı olan genlər düz xətt üzrə düzülmüşdür. 
Bakteriyada  nukleotidin  DNT  maddəsini  həm  də  bakterial  xromosom 
adlandırırlar. 
 3. Bakteriyaların hərəkəti. Bakteriyaların sporları 
Hərəkət  bütün  bakteriyalara  xas  olan  xüsusiyyət  deyildir.  Kokkların 
əksəriyyəti  hərəkətsizdir.  Çöp  və  silindrik  formalar  arasında  hərəkətli  formalar 
çoxdur.  Belə  formalar  cavan  kulturalarda  hərəkətli  olur,  yaşlandıqca  isə  öz 
qamçılarını itirir və tamamilə hərəkətsiz vəziyyətə düşürlər. 
Bakterial  hüceyrənin  hərəkət  orqanı  qamçılardır.  İlk  dəfə  bakteriyaların 
qamçılarla  olan  hərəkətini  alimlərdən  1838-ci  ildə  Erenberq  müşahidə  etmiş  və 
1897-ci ildə Miqula bunların morfoloji təsvirini vermişdir. 
Qamçıların  elektron  mikroskopunda  tədqiqi  göstərir  ki,  hər  bir  qamçı 
sitoplazmatik  membranın  daxilində  olan  və  ibtidai  heyvanların  kirpikciklərinin 
çıxdığı  bazal  cisimciklərinə  bənzər  sərt  qranullardan  çıxan  nazik,  uzun  və  incə 
fibrillərdir. 
Bakteriyalardakı  qamçıların  qalınlığı  0,01  mkm  olduğu  halda  uzunluğu 
bakterial  hüceyrənin  uzunluğundan  dəfələrlə  çox  olur  (20  mkm).  Qamçılar 
sporşəkilli olurlar. 
Qamçıların  yerləşməsinə  görə  bütün  hərəkətli  bakteriyaları  4  qrupa  bölmək 
olar:  

1) tək-qamçılılar-monotrixlər;  
2) hüceyrənin hər iki ucunda birər qamçıları olanlar – amfitrixlər; 
3) dəstə qamçılılar – lofotrixlər;  
4) hüceyrənin bütün səthini əhatə edən kirpiklilər – peritrixlər. 
Bakteriyaların  hərəkətini  duru,  qidalı  mühitlərdə  becərilmiş  bir  sutkalıq 
kulturada müşahidə etmək olar. Müxtəlif bakteriyalarda hərəkət surəti müxtəlifdir. 
Ən  hərəkətli  forma  bir  qamçı  ilə  hərəkət  edən  vəba  vibrionlarında  müşahidə 
olunur. Uzunluğu 2 mkm olan bu bakteriya saniyədə 30-60 mkm-ə qədər məsafəni 
qət edə bilir. 
Bakteriyalarda  qamçı  və  kirpikciklərdən  əlavə  hüceyrənin  müəyyən 
nahiyyəsində əmələ gələn çoxlu miqdarda çıxıntılar da olur. 
Fibril adı latın sözü olub, sap, saçaq, yumşaq tük  mənasında işlədilir. Çöpvari 
və  dairəvi  formalı  bakteriyalarda  fibrilərə  təsadüf  olunur.  Hüceyrələrdə  fibrilərin 
miqdarı  çox  dəyişkəndir:  qalın  olduqda  200-400  ədədə  qədər,  nazik  olduqda  isə 
400-700  ədədə  qədər  sapdan  və  saçaqdan  ibarət  olur.  Bu  çıxıntıların  uzunluğu 
0,07-3,28 mkm, eni isə 0,01-0,04 mkm-dir. 
Spiroxetlər qamçısız olur. Bunlar hüceyrənin yığılıb açılması ilə hərəkət edir. 
Miksobakteriyalarda və bəzi göy-yaşıl yosunlarda isə qamçılar yoxdur, bunlar 
bərk  substratın  üzəri  ilə  selik  ifraz  edib  sürüşməklə  hərəkət  edirlər  (1  saniyədə  5 
mkm). 
Təbii halda qamçıları yalnız elektron mikroskopunda görmək olar. 
Spor  əmələgəlmə.  Mühitin  müxtəlif  amillərinə  qarşı  əsasən  çöp  və  ya 
silindrik  formalı  (Bacillus,  Clostridium  -  cinslərində)  bakteriyalarda  hüceyrə 
daxilində davamlı forma olan spor əmələ gəlir. Spor dairəvi və ya dəyirmi formalı 
olub,  hüceyrənin  mərkəzi  hissəsində  və  ya  ucunda  yerləşə  bilər.  Sporların  işıq 
sındırma əmsalı yüksək olduğundan, mikroskopiya zamanı onlar aydın görünürlər. 
Hər  bakterial  hüceyrədə  yalnız  bir  spor  əmələ  gələ  bilər  və  bu  endospor  adlanır. 
Sporəmələgəlmə  mürəkkəb  proses  olub,  hüceyrənin  daxili  möhtəviyyatının  ya 
hamısı və ya çox hissəsini əhatə edir. 
Tədqiqatlar göstərir ki, spor əmələ gəlmədə 4 mərhələ nəzərə çarpır: hazırlıq, 
spor qabağı – prospor, qılaf əmələgəlmə və sporun yetişməsi mərhələsi. 
1.  Hazırlıq  mərhələsində  hüceyrədə  zülal  sintezi  sürətlənir,  vegetativ 
hüceyrədə  olmayan  dipokolin  turşusu  hüceyrədaxili  aminturşular  hesabına  sintez 
olunur. Bu dipokolin turşusu Ca duzu şəklində sporun quru çəkisinin 15%-ni təşkil 
edir. Spor əmələ gəlmə – sporogenez prosesi hüceyrənin genetik aparatı ilə tənzim 
olunur və burada 100-ə qədər genlər iştirak edir. 
2. Sporqabağı mərhələdə spor hüceyrənin tam genetik informasiyasını alır. 
3.  Üçüncü  mərhələdə  çox  tez  (10  dəqiqə  müddətində)  qılaf  əmələ  gəlir. 
Sporqabağı  mərhələdə  bakterial  membran  bakteriyanın  hüceyrə  divarının 
komponentlərini sintez edir və bunlardan ilk sporun divarı və daxili qılafı əmələ gəlir. 
Xarici qılafı isə ana hüceyrənin sitoplazmatik membranından əmələ gəlir və ona görə 
də çoxqatlı olur. 
4.  Sporun  yetişmə  mərhələsində  spor  özü  üçün  səciyyəvi  olan  görünüş  və 
ölçüyə malik olub, hüceyrədə müəyyən vəziyyət alır. 

Sporun  kimyəvi  tərkibi  vegetativ  hüceyrələrdən  fərqlənmir  (dipokolin 
turşusundan  başqa),  lakin  tərkibində  olan  maddələrin  nisbəti  dəyişilmiş  olur. 
Sporda  sərbəst  suyun  miqdarı  çox  azdır  (40%).  Ona  görə  də  buradakı  su 
biokimyəvi  reaksiyalarda  iştirak  etmir  və  yüksək  temperaturun  təsirindən 
hüceyrədəki  zülallar  parçalanmır.  Güman  olunur  ki,  sporun  tərkibində  olan 
dipokolin  turşusunun  kalsium  duzu  onun  metabolizminin  qeyri-fəal  olmasını, 
temperaturaya davamlılığını və zəif boyanmasını təmin edir. Vegetativ hüceyrədən 
fərqli olaraq sporda lipidlərin iştirakı xeyli yüksəkdir. 
Sporlarda  vegetativ  hüceyrələrdə  olan  bütün  fermentlər  vardır,  bununla  belə 
onlar  qeyri-fəal  vəziyyətdədirlər.  Sporlar  əlverişli  (rütubətli)  şəraitə  düşüb  inkişaf 
etdikcə,  fermentlər  də  fəallaşır.  Sporlar  inkişafa  başlayan  zaman  əvvəlcə  onlar  su 
toplayıb  şişir  deyə,  bu  biokimyəvi  fəallığın  yüksəlməsinə  səbəb  olur.  Spor 
daxilində  olan  litik  fermentlərin  köməyi  ilə  əvvəlcə  sporun  daxili,  sonra  xarici 
qılafları  əriyir,  spordan  dipokolin  turşusunun  Ca  duzu  və  müəyyən  qədər 
qlikopeptid  ayrılıb  xaric  olduqdan  daha  sonra  isə  sporun  əsl  inkişafı  başlayır  (4-5 
saat müddətində).  
Mikrobun  növündən  asılı  olaraq  sporların  yerləşməsi  müxtəlif  olur.  Bəzi 
bakteriyalarda spor hüceyrə mərkəzində, bəzilərində mərkəzə yaxın, bəzilərində isə 
hüceyrənin bir ucunda yerləşir. 
Bakteriyalarda 3 tip spor məlumdur: basilyar, qlostridial, plektridial.  
Basilya  tipdə  spor  əmələ  gələnə  qədər  hüceyrənin  forması  dəyişmir,  həm  də 
spor hüceyrənin mərkəzində yerləşir. 
Qlostridial tipli spor əmələ gələrkən hüceyrənin orta hissəsi genişlənir, ucları 
sivri  olub,  düyünçəni  xatırladır.Spor  isə  hüceyrənin  tam  mərkəzinə  yaxın 
vəziyyətdə  (subterminal)  yerləşirPlektridial  tipli  spor  əmələ  gəlmədə  hüceyrənin 
bir  ucu  genişlənib  təbil  çubuğunu  xatırladır  (terminal  vəziyyət)  və  spor  da  həmin 
sahədə yerləşir. 
Bəzi 
bakteriyalar 
sporəmələgətirmə 
qabiliyyətinə 
malikdirlər.Bu 
xüsusiləçöpşəkilli  formaya  aiddir.  K+okklarda  sporəmələgəlməaz  hallarda  baş 
verir,  vibrionlar  və  spirillərdə  isə  ümumiyyətlə  olmur.  Sporəmələgəlmə  prosesi 
ondan  ibarətdir  ki,  bakterial  hüceyrənin  müəyyən  yerində  sitoplazma  yığışaraq 
qatılaşır,  sonra  bu  sahə  daha  möhkəm  qatla  örtülür.Hüceyrənin  qalan  hissəsi 
tədricən  parçalanır.Beləliklə,  bakterial  hüceyrə  bir  neçə  saata  (4-8  saata  və  daha 
çox) spora çevrilir. 
Sporəmələgəlmə  zamanı  hüceyrə  60%-ə  qədərsuyunuitirir.  Sitoplazma 
tədricən  qatılaşır,  hüceyrənin  müəyyən  hissəsinə  yığılır  və  möhkəm  qılafla(qatran 
və lipoid maddələrdən ibarət) örtülür. 
Sporlardakı  möhkəm  qılaf,  suyun  az  miqdarı,  Ca  və  Mg  metallarının 
qatılığının  çox  olması  onların  xarici  mühitin  zərərli  təsirinə  qarşı  davamlılığını 
yüksəldir.  Sporlar  yüksək  temperatura,  kimyəvi  maddələrin  yüksək  qatılığına, 
quraqlığa  asanlıqla  davam  gətirirlər.  Bəzi  basillərin  sporları  1-3  saat  və  daha  çox 
müddətdə qaynatdıqda belə öz həyat fəaliyyətlərini saxlayırlar. 
 
4. Mikroorqanizmlərin sistematikası 

Heyvanlar və bitkilər öz həyat tərzi və aydın nəzərə çarpan əlamətlərinə görə bir-
birlərindən kəskin fərqlənirlər ki, bu da həmin canlıları iki aləmə – heyvanlar və bitkilər 
aləminə aid etməyə imkan verir. 
Mikroorqanizmlər  aləminə  isə  bir-birinə  oxşamayan,  yalnız  mikroskopda 
görünən,  differensiasiya  olunmamış,  ölçüləri  və  sadə  quruluşları  ilə  oxşar  olan 
mikroorqanizmlər  toplanmışdır.  Digər  canlılardan  fərqli  olaraq  bunların  xarici 
nəzərə  çarpan  aləmətləri  də  bir-birinə  çox  oxşardır.  Digər  canlılarda  olduğu  kimi, 
bunların  hüceyrələri  eyni  plan  üzrə  qurulub,  vahid  struktura  malik  olub  qidalanır, 
tənəffüs  edir,  çoxalır,  müəyyən  vəzifə  daşıyır,  ifraz  edir.  Ona  görə  də 
mikroorqanizmlər  kəşf  edildikdən  sonra  bunların  hansı  aləmə  aid  edilməsi  böyük 
çətinlik törətmişdir. 1886-cı ildə tanınmış alim Hekkelin təklifi ilə mikroorqanizmlər 
III aləmə – protistlərə daxil edilmişdir.  
Protistlərə  bitki  və  heyvanlardan  fərqli  olan,  morfoloji  görünüşcə  zəif 
diferensiasiya  olunmuş,  əsasən  birhüceyrəli  orqanizmlər  aiddirlər.  Hüceyrə 
quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara 
və  bitkilərə  oxşar  olan  ali  protistlər  qrupudur  ki,  bunlara  eukaroitlər  deyilir.  Bu 
qrupa  (göy-yaşıl  yosunlardan  başqa)  bütün  yosunlar,  göbələklər  və  ibtidailər 
daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir. 
İbtidai  protistlərə  isə  hüceyrə  quruluşuna  görə  yuxarıdakılardan  kəskin 
fərqlənən  çox  sadə  quruluşa  malik  olan  bakteriyalar  və  göy-yaşıl  yosunlar  aiddir. 
Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.  
Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı 
hüceyrələrdən  kənarda  sərbəst  çoxala  bilmədiklərinə  görə  digər  orqanizmlərdən 
fərqlənirlər (yalnız canlı hüceyrə daxilində çoxalırlar). 
Eukariot  orqanizmlərdən  yosunları  alqologiya,  göbələkləri  mikologiya, 
mikroskopik  ölçülü  ibtidailəri  isə  (protozoalar)  protozoologiya  elmi  öyrənir. 
Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır. 
Prokariotları  fərqləndirən  əlamətlərdən  əsası  membranla  əhatə  olunmuş 
nüvənin  olmamasıdır.  Bundan  əlavə  prokariotların  mitoxondrii  və  xloroplastları 
yoxdur. 
Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə 
görə  bunların  formaları  məhduddur  (dairəvi,  düzgün  və  əyilmiş  çöplər, 
qıvrımlılar).  
Eukariotların  həyatı  oksigendən  asılı  olduğu  halda,  prokariotların  isə 
müəyyən  qrupları  anaerob  şəraitdə  yaşaya  bilir  və  inkişafına  lazım  olan  enercini 
qıcqırma  və  ya  anaerob  tənəffüs  prosesindən  alırlar.  Hətta  bəzi  bakteriyalar  isə 
enercini  qeyri-üzvi  maddələrdən  və  ya  elementlərin  oksidləşməsindən  alırlar. 
Eukariotlardan  fərqli  olaraq  bakteriyaların,  aktinomisetlərin  və  göy-yaşıl 
yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər. 
 
 
5. Prokariot orqanizmlərin sistematikası 
Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən 
olmasına  baxmayaraq,  az  işlənilmişdir.  Ona  görə  də  canlı  varlıqların  sistemində 
mikroorqanizmlərin  vəziyyəti  bu  vaxta  qədər  mübahisəlidir.  Bu,  bir  tərəfdən 

mikroorqanizmlərin  spesifik  görünüşə  malik  olmamaları,  quruluşlarının  çox 
sadəliyi və vizual əlamtlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin 
və  sıraların  fiziologiyası  barədə  faktıki  materialların  nisbətən  az  olması  ilə 
əlaqədardır. 
Mikroorqanizmlərin  təsnifləşdirilməsi  barədə  ilk  təşəbbüs  V  əsrin  2-ci 
yarısında  olmuşdur.  1786-cı  ildə  O.Müller  o  vaxta  qədər  məlum  olan 
mikroorqanizmləri tərliklərə aid edib, hamısını Monas və Vibrio cinslərinə bölmüş 
və bunlara yalnız bakteriyaları daxil etmişdir. 
Sonra X.Erenberq (1838) yenə də bakteriyaları tərliklərə daxil edib, onları iki 
fəsiləyə  bölmüşdür:  monodinlər  və  vibrionillər.  Bu  alim  Müllerdən  fərqli  olaraq 
çoxlu yeni mikrob növlərinin təsnifini vermişdir. 
İlk dəfə F.Kon (1857) bakteriyaları ibtidai bitkilərə, Nigeli (1857) isə bunları 
xüsusi  qrupa  –  şizomisetlərə  daxil  etmişlər.  Sonralar  Leman  və  Neyman  (1896) 
bakteriyaları  növlərə  ayırmaq  istəyərkən,  onları  3  fəsiləyə  bölmüşdür:  dairəvilər, 
çöpvarilər, qıvrılmışlar.  Lakin bu təsnifatda əsasən  morfoloji  xüsusiyyətlər  nəzərə 
alındığından, nəzəri  və təcrübi tələblər ödənilə  bilmirdi. Mikroorqanizmlər barədə 
məlumatlar  toplandıqca,  bu  təsnifatlar  getdikcə  mükəmməlləşirdi.  Hazırda 
mikrobiologiyada  mikroorqa-nizmlərin  sistemləşdirilməsində  iki  istiqamətdə 
aparılan təsnifatdan istifadə olunur. Birinci təbii təsnifat olub, 1936-1950-ci illərdə 
Klyuver, Van-nil və Stepner tərəfindən irəli sürülmüşdür. 
Keçmiş  SSRİ-də  N.Krasilnikov  (1949)  bu  istiqaməti  müdafiə  etmiş  və  öz 
təsnifatını  təbii  təsnifat  əsasında  tərtib  etmişdir.  Təbii  təsnifat  tərəfdarları  iddia 
edirlər  ki,  təsnifat  orqanizmin  tarixi  inkişafını  əks  etdirməli  və  filogenetik  əsasda 
qurulmalıdır. 
İkinci istiqamət tərəfdarları təsnifatı, mikroorqanizmlərin ümumi əlamətlərinə 
görə  düzəltməyi  irəli  sürürlər.  Bu  süni  təsnifat  adlanır.  Süni  təsnifat  əsasında 
hazırda mikroorqanizmlərin təsnifləşdirilməsində Amerika alimi D.Bercinin (1974) 
təyinedicisi  qurulmuşdur.  Bu  təyinedici  Amerika  bakterioloqlar  cəmiyyətinin 
qərarına əsasən 1923-cü ildən dövri olaraq nəşr olunur. 
Müasir  mikrobiologiyada  mikroblar  təsnifləşdirildikdə  onlarda  olan 
əlamətlərin  kompleksi  nəzərə  alınır.  Bunlardan  morfoloji,  kultural,  fizioloji, 
biokimyəvi, toksigenlik, patogenlik, antigen quruluşu və s. nəzərə alınır. 
Orqanizmləri 
qruplaşdırmaq 
üçün 
mikrobiologiyada 
aşağıdakı 
kateqoriyalardan istifadə olunur. 
Növ  -  bir    və  ya  bir  neçə  növ  müxtəlifliyi  olan  orqanizmləri  əhatə  edir:  cins  – 
yaxın  növlər,  fəsilə  -  yaxın  cinslər,  sıra  –  yaxın  fəsilələr,  sinif  –  yaxın  sıralar,  tip  – 
yaxın siniflər qruplarından ibarət olur.  
Mikroorqanizmlər  İsveç  alimi  K.Linneyin  bitkilərə  tətbiq  etdiyi  binar 
nomenklaturasına 
müvafiq 
adlandırılır. 
Məsələn, 
vərəm 
törədicisi 
– 
Mycobacterium tuberculosus adlanırlar. Burada Mukobakterium – bakteriyanın aid 
olduğu  cinsi  göstərir,  tuberkulosus  isə  spesifik  epitetdir  (xəstəlikdir).  Bu  adlar 
beynəlxalq miqyasda qəbul edildiyindən yer kürəsinin hər yerində eynidir. 
Mikroorqanizmlər  qrupu  çox  genişdir.  Mikroorqanizmlərə  rəngarəng 
orqanizmlər  daxil  olduğuna  görə,  bunların  təsnifləşdirilməsi  çox  vacib 
məsələlərdən  biridir.  Bu  vaxta  qədər  müxtəlif  alimlərin  təsnifatından  istifadə 

olunur.  Son  zamanlarda  əsasən  N.Krasilnikovun  və  Bercinin  təyinediciləri  ilə 
mikro-orqanizmləri  təsnifləşdirirlər.  Həmin  təsnifata  əsasən  mikroorqanizmləri, 
daha  dəqiqi  bakteriyaları  prokariotlar  aləminə  aid  edirlər  ki,  onlar  da  iki  şöbəyə 
bölünürlər: 
1.Sianobakteriyalara. 
2.Bakteriyalara.  
N.Krasilnikovun  (1949)  təsnifatında  onlar  mikroorqanizmlərə  (Protophyta) 
aid edilib, 2 qrupa bölünürlər. 
a) tərkibindəxlorofillolanlara 
b) xlorofilsizlərə. 
Bunlar  da  sıralara,  fəsillərə,  cinslərə  və  növlərə  bölünürlər.  Lakin  Bercinin 
(1974)  təyinedicisində  bütün  prokariot  mikroorqanizmlər  ayrı-ayrı  aləmə  daxil 
edilir  və  bu  barədə  iki  istiqamət  vardır.  Birincidə  prokariotlar  aləmi  2  şöbəyə 
bölünür. 
Birinci şöbə – fototrof prokariotlar (Photobacteria) adlanır. 
İkinci şöbə – işığa laqeyd olan prokariotlardır (Scotobacteria). 
Onların hər biri 3 sinifə bölünür. Birinci şöbənin siniflərinə aiddir: 
 sinif – göy-yaşıl yosunlar. 
 sinif – qırmızı rəngli fotobakteriyalar. 
 sinif – yaşıl rəngli fotobakteriyalar. 
İkinci şöbəyə 3 sinif aid edilir: 
 sinif – bakteriyalar. 
 sinif – rikketsilər (eukariot hüceyrələrin obliqat parazitləri). 
sinif – mikoplazmalar (hüceyrə divarı olmayan bakteriyalar). 
İkinci  istiqamətdə  də  prokariotlar  aləmi  2  şöbəyə  bölünür:  bakteriyalara  və 
sianobakteriyalara. 
Bercenin 1974-cüil təyinedicisində Bacteria şöbəsinə üstünlük verilir. 
Bakteriyaları  təsnif  edərkən  hüceyrənin  forması,  fizioloji  əlaməti,  maddələr 
mübadiləsi və qohumluq əlaqəsi nəzərə alınır. 
Bütün bakteriyalar 4 sinfə bölünürlər: 
1. Aktinomisetlərə – Actinomycetes; 
2. Əsil bakteriyalara – Bacteriaceae; 
3. Miksobakteriyalara (selikli bakteriyalar) – Myxobacteriaceae; 
4. Spiroxetlərə - Spirochaetaceae. 
 
 Bakteriyalar və viruslar 
Buraya aid edilən mikroorqanizmlər morfoloji və funksional xüsusiyyətləri ilə 
bir-birindən kəskin fərqləndiklərinə görə bu orqanizmləri 19 qrupa toplayırlar: 
 1-ciqrup.  Fototrofbakteriyalar.  Fotosintezedici  bakteriyalar  olub,  xüsusi 
piqmentlərə  malik  olmaları  və  fotosintez  prosesini  həyata  keçirmələri  ilə 
səciyyələnirlər.  Göy-yaşıl  yosunların  və  yaşıl  bitkilərin  fotosintezindən  fərqli 
olaraq bunların fotosintezi zamanı oksigen xaric olmur. 
  şöbə  sianobakteriyalar  –  göy-yaşıl  yosunlar.  Bunlara  birhüceyrəli, 
koloniya 
halında 
və 
ya 
sapşəkilli 
müxtəlif 
rəngli 
yosunlar 
aiddir. 

Sianobakteriyaları  bakteriyalarla  əlaqələndirən  tipik  xüsusiyyətlərdən  biri  onların 
qılafının  daxili  hissəsinin  mursindən  ibarət  olması,  lizosinə  həssaslığı,  nüvə 
maddəsinin  hüceyrənin  digər  elementlərindən  xüsusi  membranla  ayrılmaması, 
mitoxondrii  və  xloroplastların  olmamasıdır.  Göstərilən  bu  əlamətlər  onları 
prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir. 
Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar 
durğun  sularda,  nohurlarda,  göllərdə  və  sakit  axan  çaylarda  (plankton  kimi)  da 
geniş  yayılmışdır.  Bu  yosunlar  adətən  yay  zamanı  sürətlə  inkişaf  edərək  suyu 
bozumtul-göy  rəngə  boyayırlar.  Göy-yaşıl  yosunlar  qeyri-əlverişli  şəraitə  çox 
davamsız  olub,  qidalara  az  tələbkardır.  Hindistanda,  Yaponiyada,  Çində  bu 
yosunlardan  düyü  əkinlərinin  məhsuldarlığını  artırmaq,  yəni  torpağı  bu 
orqanizmlərin  hesabına  azotla  zənginləşdirmək  üçün  istifadə  edilir.  Bu  yosunlar 
üzvi  maddələrlə  zəngin  olan  çirkli  sularda  daha  sürətlə  çoxalırlar.  Bunlar  həddən 
artıq  çoxalmaqla  su  hövzələrində  onurğasız  heyvanların,  balıqların  tələf  olmasına 
səbəb olurlar. 
6. Viruslar 
Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial 
süzgəclərdən  süzülüb  keçən  və  müəyyən  hüceyrə  quruluşu  olmayan  canlılara 
viruslar  adı  verilir  (latınca  virus  –  heyvan  mənşəli  zəhər  deməkdir).  «Virus» 
termini  ilk  dəfə  Hollandiya  alimi  Beyerinq  tərəfindən  təklif  edilmişdir.  Bu 
canlıların  varlığını  əvvəllər  xəstə  heyvan  və  bitkilərdən  sürüntünü  sağlam 
orqanizmə daxil etdikdə, orada xəstəliyin əmələ gəlməsi ilə müşahidə etmişlər. 
Viruslar  cansızlarla  canlı  təbiət  arasında  keçid  təşkil  edən,  hüceyrə  quruluşu 
olmayan  bioloji  fəal  varlıqdır.  Onların  özlərinə  məxsus  bioloji  xüsusiyyətini 
saxlamaqla kristallaşması,  virusların  ikili təbiətli olmasını  göstərir.  Amerika alimi 
Stenli 1945-ci ildə tütündə alabəzək xəstəliyi törədən virusun iynəvari kristallarını 
almışdır.  Sonralar  heyvanların  virusları,  1965-ci  ildə  isə  bakteriofaqın  kristalları 
alınmışdır.  Kristallaşma  virusların  xüsusi  qabiliyyəti  olduğundan,  onların 
birmənalı canlılara aid olmasına şübhə yaradır. 
Virusların  canlı  varlıqlara  daxil  olmasına  şübhə  yaradan  ikinci  xüsusiyyət, 
onlarda canlı maddəyə xas olan sərbəst maddələr mübadiləsinin olmamasıdır. Viruslar 
da  biopolimerlərin  sintezini  aparan  fermentlərin  olmamasına  görə  inert  hissəciyə 
bənzəyirlər. Bunların bioloji fəallığı yalnız yoluxdurduğu hüceyrədə  müşayət olunur. 
Viruslar sahib hüceyrələrdə çoxalaraq onları tələf edirlər. Virusları hüceyrə quruluşlu 
orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət, onlarda yalnız bir tip nuklein turşusu – 
ya  DNT  və  ya  RNT-nın  olmasıdır.  Bitkiləri  yoluxduranda  əsasən  RNT,  heyvan  və 
insanları yoluxduranda isə həm RNT, həm də DNT tərkibli viruslar olur. 
Bununla bərabər, viruslarda canlılara xas olan xüsusiyyətlər də vardır. Virusların 
tərkibində zülal  molekulu,  bəzilərində  hətta  lipid  və  karbohidrat  molekulları da olur. 
Digər  canlılar  kimi  viruslarda  da  dəyişkənlik  və  irsi  xüsusiyyətləri  nəsildən  nəslə 
keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət onların çoxalmasıdır, 
amma  bu,  hüceyrənin  maddələr  mübadiləsi  və  enerci  ehtiyatı  hesabına  gedir. 
Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mənşəyi məlum 
deyil  və  bu  barədə  yalnız  müəyyən  fərziyyələr  vardır.  Virusların  təbiətini,  xarici 
görünüşünü,  kimyəvi  tərkibini,  çoxalmasını,  yayılmasını,  müxtəlif  xəstəliklərdə 

rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə virusologiya deyilir. Bu 
da  öz  növbəsində  ümumi  və  xüsusi  virusologiyaya  bölünür.  Virusların  təbiətini, 
çoxalmasını, 
təsnifatını, 
morfologiyasını, 
quruluşunu, 
kimyəvi 
tərkibini, 
dəyişkənliyini,  hüceyrələrlə  nisbətini  ümumi  virusologiya  öyrəndiyi  halda,  xüsusi 
virusologiya  virus  xəstəliklərinin  etiologiyasını,  yayılmasını,  diaqnostikasını, 
profilaktika və müalicə üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın 
mühüm  bioloji  fənn  kimi  meydana  çıxması  rus  alimlərinin  adı  ilə  bağlıdır.  1886-cı 
ildə  məşhur  mikrobioloq  N.Hamaley  qaramalın  taun  xəstəliyini  öyrənərkən,  xəstə 
heyvanın qanını mikrobları keçirməyən bakterioloji süzgəcdən süzüb, sağlam heyvana 
keçirir və onun xəstələndiyini görür.
 
1892-ci  ildə  botanik  D.İ.  İvanovski  krım  tarlasında  tütünün  alabəzək 
xəstəliyini  öyrənərkən  bunun  adi  mikroblardan  fərqli,  xırda  ölçülü  «mikroblar» 
tərəfindən əmələ gəlməsini kəşf edir, xəstə bitkinin şirəsini Şamberlap süzgəcindən 
süzdükdə,  xəstəlik  əmələ  gətirən  canlıların  həmin  süzgəcdən  keçdiyini, 
laboratoriya  şəraitində  adi  qidalı  mühitlərdə  yetişmədiyini  göstərmiş,  hətta 
virusların kristallarını da müşahidə etmişdir. 
Viruslar formalarına görə bir neçə qrupa bölünürlər:  
1) dəyirmi formalı viruslar - heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən 
viruslar (qrip, qızılca); 
2) kubvariformadaolanviruslar (çiçək); 
3) basilformalı viruslar (arpanınxətlivirusu); 
4)  çöp  formalı  viruslar  (tütündə,  kartofda  alabəzəklik  xəstəliyi  törədən 
viruslar); 
5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan 
virus). 
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə