MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə24/24
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24

Tullantı  kamerası.  Yeyinti  qalıqlarının  yığılması  üçün  nəzərdə  tutulmuş  zibil 
qabları  (tullantı  kamerası)  saxlandığı  yerdə  təcrid  olunmuş  şəkildə  yerləşməli, 
maksimum qısa yolla vaxtında aparılmalıdır. 
Tullantı  kamerası  birinci  mərtəbədə,  həyətə  doğru  isidilmiş  dəhlizdən  yolu 
olan  soyuducu  blokda  yerləşdirilir.  Əgər  soyuducu  blok  zirzəmi  yerində  olarsa, 
onda  kamera  birinci  mərtəbədə  ayrıca  yerləşdirilir.  Bir  mərtəbəli  binada 
layihələndirilən  müəssisələrdə  tullantı  kamerası  yuma  şöbəsi  ilə  bir  yerdə,  çox 
mərtəbəlidə isə o xüsusi qaldırıcı-liftlə yuma şöbələri ilə birləşdirilir. Tullantıların 
yuyucu  şöbələrdən  tullantı  kamerasına  araba  ilə  aparılması  nöqsan  hesab  edilir, 
çünki  bu  halda  müəssisələrdə  daşınmanın  sanitar  rejimi  pozula  bilər.  Yuma 
şöbələrindən  yeyinti  tullantılarının  paylama  və  istehsal  yerlərindən  keçməklə 
aparılması qadağandır. 
Tullantı kamerası çənlərinin yuyulması üçün isti və soyuq suyun çəkilməsi də 
layihələndirilməlidir. 
Müştərilər  üçün yer. Müştərilər  üçün  yer qruplarına  xörək paylama  xətti  ilə 
birlikdə  zallar,  bufet,  paltar  saxlanılan  yerlə  birlikdə  vestibül  və  ayaqyolu  otağı, 
xörəyin  evə  buraxılması  üçün  yer,  kulinariya  maqazası  daxildir.  Binanın 
yerləşməsi,  daxili  planlaşdırılması  və  təchizatı  müştərilərə  xidmət  etmək  üçün 
əlverişli olmalı, istifadə olunmuş və təmiz qablar, hazır məhsullar və s. maksimum 
dərəcədə əlaqəsiz olmalıdır. Yemək zalı bilavasitə binanın girişinin yaxınlığında və 
vestibüldən  təcrid  olunmuş  halda  layihələndirilməlidir.  Onun,  paylama  xətti 
vasitəsilə  isti  və  soyuq  sexlərlə  (öz-özünə  xidmətdə),  servis  otağı  və  bufetlə 

bilavasitə əlaqəsi olmalıdır. Zalın  yeməkxana qabları  yuma şöbəsinə  yaxın olması 
sanitar cəhətdən əhəmiyyətlidir.  
Ticarət  zalı  ilə  istehsal  bölmələri  arasında  əlaqələndirici  hissə  paylama 
xəttidir. Özü-özünə xidmətdə, o xüsusi gigiyenik əhəmiyyət kəsb edir. Belə ki, bu 
xəttin  necə  yerləşməsi  müştərilərin  hərəkətini  müəyyən  edir.  Onun  düzgün 
qurulması,  tipinin  seçilməsi  və  piştaxta  toplusunun  sayı  xörəyin  qidalıq  dəyərinin 
saxlanmasını təmin edir. 
Özü-özünə xidmət zamanı, paylama xətti mətbəx olan sahədə də yerləşə bilər 
və  ondan  arakəsmə  ilə  ayrılır.  Paylama  xətti  ilə  mətbəx  arasında  tavandan 
döşəməyə  qədər  ekran  (sipər)  buraxılmalıdır.  Sipər  mətbəxdən  iyin,  buxarın  zala 
daxil olmasının qarşısını alır və hava axınının konvensiyası hesabına onları otağın 
yuxarısına yayır. 
Müxtəlif  mərtəbələrdə  layihələndirilən  zallar  müstəqil  paylama  şöbəsi  (xətti) 
və  yuma  şöbəsi  ilə  təmin  edilməlidir.  Qoşa  paylama  xəttinin  istifadəsi  zamanı, 
onun  soyuq  və  şirin  xörəklər  üçün  soyuducu  piştaxta-vitrinlə  təchiz  olunmasının 
nəzərdə tutulması da çox vacibdir. 
Müştərilərə ofisiantla xidmət etdikdə isə paylama xətti  müstəqil, ayrıca yerdə 
layihələndirilir  və  zaldan  əsas  divarla,  dekorativ  ekranla  (sipərlə)  yaxud  hərəkətli 
arakəsmə ilə ayrılır. 
Özü-özünə  xidmət  müəssisələrində  mühüm  gigiyenik  şərt  yeməkxana 
qablarının  yuma  şöbəsi  ilə  zal  arasında  əlaqə  formasının  yaradılmasıdır.  Belə  ki, 
istifadə  olunan  qabların  yığılıb  toplanması  müəssisənin  sanitar  vəziyyətini  poza 
bilər.  İri  müəssisələrdə  qabların  yuyulmaq  üçün  pəncərədən  verilməsi  gigiyenik 
tələblərə  cavab  vermir.  Zaldan  çirkli  qabların  vaxtında  aparılmasını  təmin  edən 
lentşəkilli nəqliyyat bölməsinin layihələndirilməsi daha münasib hesab edilir. 
Kafe  zalında,  yeməkxanada  və  xüsusilə  restoranlarda  istirahət  yerinin 
layihələndirilməsi müştərilərdə müsbət emosiya yaradır. Gigiyenik cəhətdən ticarət 
zalının iki tərəfdən təbii işıqlandırılması və onun cənuba istiqamətlənməsi optimal 
hesab edilir. 
Müəssisələrin  sanitar  qovşağında  ayaqyolu  otağı  yerinin  düzgün  təşkil 
olunmasının da böyük əhəmiyyəti vardır. 60 yerlik zal üçün bir unitaz olmaqla, azı 
iki  ayaqyolunun  olması  layihələndirilir.  Əlüzyuyan  ayaqyolunun  girəcəyində  və 
əlavə  olaraq  vestibüldə  (50  yerə  bir  əlüzyuyan  hesabı  ilə)  qoyulur.  Qəlyanaltı 
müəssisələrdə əlüzyuyan birbaşa zalda nəzərdə tutulur. 
Kulinariya maqazaları bir qayda olaraq birinci mərtəbədə layihələndirilir. 
Evə xörək buraxılma üçün yer, isti və soyuq sexlə sıx əlaqədə olmaqla ayrıca 
(təcrid edilmiş) layihələndirilir. 
İnzibati-məişət  binaları.  İnzibati  binalar,  digər  binalar  ilə  əlverişli  əlaqəsi 
olan  yerdə yerləşdirilir. Belə ki,  mühasiblik, direktorun kabineti,  iri  müəssisələrdə 
isə  sanitar  həkimin  kabineti  birinci  mərtəbədə  nəzərdə  tutulur.  Bu  zaman 
direktorun kabineti və mühasibat şöbəsi yaxşı olardı ki, xidmət girişinə yaxın yerdə 
planlaşdırılsın,  müştərilər  istehsal  yoluna  yox,  istehsal  binasına  yaxın  –  həkim 
kabinetinə düşə bilsinlər. 
Məişət otaqları (yeri) hər bir müəssisədə planlaşdırılır və vahid blok şəklində 
birinci  mərhələdə,  yaxud  zirzəmi  mərtəbəsində  yerləşdirilir.  Bu  yerin 

layihələndirilməsi  zamanı  gigiyenik  normanın  həyata  keçirilməsi,  heyətin  şəxsi 
gigiyena qaydalarını yerinə yetirməyə riayət etməsinə imkan verilməsidir. Heyətin 
üst paltarda müəssisə üzrə çox qısa yol ilə hərəkətini nəzərdə tutmaq çox vacibdir. 
Bunun  üçün  iri  müəssisələrdə  inzibati-məişət  binaları  otaqları  təsərrüfat  həyəti 
tərəfdə,  ayrıca  girişi  olan  və  heyətə  qulluq  etmək  üçün  pilləkənli  sahədə 
layihələndirilir.  Məişət  yerinin  istehsal  yerindən  şlüzlərlə,  koridor,  damalı 
pilləkənlə təcrid edilməsi məcburi sanitar tələbi hesab edilir. 
Sanitar  şəbəkənin  layihələndirilməsi  xüsusi  diqqət  tələb  edir:  ayaqyolu 
otağında  əlüzyuyanla  birlikdə  axma  üçün  şlüz  və  paltar  üçün  xüsusi  paltarasan 
olmalıdır. 
Tualet  otağının  dəhlizində  heyət  üçün  döşəmədən  0,5m  hündür-lükdə  isti  və 
soyuq su kəməri olan ayrıca su kranı nəzərdə tutulur. 
Məişət  otaqlarının  sayı  və  ölçüsü  yerin  sayı  ilə,  təchizatı  isə  istehlakçıların 
sayı  nəzərə  alınmaqla  müəyyən  edilir.  Belə  ki,  100-dən  çox  işçisi  olan 
müəssisələrdə  xüsusi  otaq  və  ev  paltarının  ayrı  saxlanması  yeri  nəzərdə  tutulur. 
Heyət  üçün otaq 150  və  daha çox oturacaq yeri olan  yeməkxanalarda, 75  və daha 
çox  yer  olan  restoranlarda  nəzərdə  tutulur.  Paltarasılanın  ölçüsü,  duşxana 
şəbəkəsinin  sayı  (işləyənlərin  50%-i  üçün),  qadınlar  üçün  ayaqyolu  kabinəsinin 
sayı və s. ilə həmçinin sanitar normalarla müəyyən edilir. 
 
4. Qarşılıqlı yerləşmiş binalarda istehsalın fasiləsizliyinin arası 
kəsilmədən təminatı və onların bir-birilə əlaqəsi 
 İaşə  müəssisələri,  həmçinin  digər  qida  müəssisələrinin  layihələndirilməsi 
zamanı  vacib  məsələ,  istehsalın  fasiləsizliyini  və  texnoloji  proseslərin  ardıcılılığını 
təmin  etməkdir.  Ümumiliyi  mümkün  olan  şərtlərdən  xammal  axınının  görüşən  və 
qabağını  kəsən  hissələri  götürmək,  yarımfabrikatları,  hazır  məhsulları  və  yeyinti 
yükü  olmayanı,  heyətin  təcridliyini,  üst  geyimlərdə  olanları  istehsal  prosesindən 
çıxarmaqdır. 
Müəssisələrdə  sanitariya  vəziyyətinin  yaxınlığı  və  istehsal  proseslərinin 
fasiləsizliyi  binaların  qarşılıqlı  yerləşməsindən  və  onlar  arasında  əlaqədən 
əhəmiyyətli  dərəcədə  asılıdır.  Müəssisələr  iki  və  daha  çox  mərtəbədə  yerləşən 
zaman,  gigiyenik cəhətdən ən əlverişlisi  (məhsulun  hərəkətinin qısa  yolunu təmin 
edən)  binanın  şaquli  əlaqəsidir.  Liftin  sayı  və  ölçüsü,  şaxtanın  yerləşməsi 
xammalın,  yarımfabrikatların,  hazır  məmulatların  və  qida  tullantılarının  qısa 
müddətdə  daşınmasını  təmin  etməlidir.  Belə  ki,  xammal  daşıyan  liftin  şaxtası 
birinci mərtəbədə anbar binası qrupunda, yuxarı mərtəbələrdə hazırlanma sexlərinə 
qədər və digər istehsal sexinə qədər yerləşir. Bu da anbar binası otaqlarını istehsal 
sexləri  ilə  əlverişli  əlaqələndirir,  sexlərinə  isə  xammal  və  yarımfabrikatların  qısa 
yolla hərəkətini təmin edir. 
Qida  qalıqlarının  xaric  olunması  üçün  yaxşı  olardı  ki  lift  birbaşa  yeməkxana 
qablarının  yuma  hissəsində  yerləşsin,  onun  şaxtası  birinci  mərtəbədə  tullantı 
kamerasına yaxınlaşdırılsın. 
 
5. Binanın tikinti materialına və daxili interyerinə gigiyenik tələblər 
 

 Qida məhsulları istehsal edən müəssisə binasının quruluşu və daxili interyeri, 
müəssisədə  əlverişli  mikroiqlimin  yaranmasına  və  sanitar  rejiminin  riayət 
olunmasına  imkan  verməlidir,  yəni burada asan yuyulma təminatı  və dezinfeksiya 
təminatı olmalı, həmçinin estetik və texniki təhlükəsizlik şərtləri müvafiq tələblərə 
cavab verməlidir. 
Tikinti  materialları.  Tikinti  materiallarını  seçərkən  onların  fiziki  xassələrini 
–  istilik  keçirməsini,  istilik  tutumunu,  hiqroskopikliyini  və  səs  keçirməməsini, 
həmçinin nəmliyinin təmizlənmə imkanını nəzərə almaq lazımdır. 
Qida  müəssisələri  üçün  istifadə  olunan  tikinti  materialları  istilikkeçirmə 
xassəsinə  malik  olmalıdır.  Bu  isə  müəssisənin  fəsillər  üzrə  temperatura 
dəyişməsindən  qorunmasını  təmin  edir  və  otaqları  müxtəlif  temperatur-nəmlik 
rejimindən  təcrid  edir.  Bu  cəhətdən  istilik  keçirmə  əmsalı  0,15-0,25  olan  ağac 
materialı  daha  gigiyenikdir.  Kərpiç  üçün  isə  bu  qiymət  0,5-0,75,  əhəngli  suvaqda 
0,33-0,75, betonda 0,9-1,25, dəmir betonda 1,4 təşkil edir. 
Binanın  daxili  və  xarici  hissəsinin  tikintisinə  gedən  materiallar  kiçik 
hiqroskopikliyə  malik  olmalı,  yəni  havanın  nəmliyini  özünə  çəkməməli  və 
atmosfer  çöküntüsünə  davamlı  olmalıdır.  Belə  ki,  məsamələrin  su  ilə  dolması 
divarın istilik keçirmə xassəsini pisləşdirir. 
Materialların  yarımkeçirici  xassəyə,  yəni  su  buxarını  özündən  keçirmə 
qabiliyyətinə  malik  olması  da  gigiyenik  cəhətdən  əhəmiyyətlidir.  Tikinti 
materialının  düzgün  olmayan  ölçüləri  divarda  nəmin  tutulmasına  və  onun 
rütubətlənməsinə səbəb olur. 
Materialların belə  xassəsinin,  xüsusilə,  yüksək temperatur-nəmlik rejimi olan 
binalar  üçün  (isti  və  qənnadı  sexi,  yuyucu,  duşxana,  soyuducu  kameralarda) 
mühüm gigiyenik əhəmiyyəti vardır. 
Tikinti materialları həmçinin kiçik səskeçirmə ilə səciyyələnməlidir. 
Qeyd  etmək  lazımdır  ki,  tikinti  materialının  hava  keçirməsi  müasir  tikintidə 
təbii  küləkləmə  amili  kimi  bir  qədər  əhəmiyyətli  rol  oynamır.  Belə  ki,  divarın 
düzəldilməsi (suvaq, örtüyün vurulması, xüsusilə yuyulan örtüklə, sintetik və yağlı 
rənglərlə rəngləməsi) praktiki olaraq onu sıfıra endirir. 
Tikinti materialının ən mühüm gigiyenik xassəsi onun istilik mənimsəməsidir, 
yəni orqanizm istiliyinin materiala toxunan zaman verilməsi intensivliyidir. 
Məlumdur  ki,  ağac  və  kərpicə  toxunma  hissi  müxtəlifdir.  Eyni  temperatur 
şəraitində  kərpic  soyuq,  ağac  isə  isti  görünür.  Bu  xassəni  döşəmə  üçün  material 
seçdikdə və divara üz çəkəndə nəzərə almaq lazımdır. 
Hazırda tikintidə müxtəlif təbii və sintetik materiallardan istifadə edilir. Ağac 
material  gigiyenik  cəhətdən  daha  çox  əlverişli  olub,  ondan  binanın  daxilinin 
düzəldilməsi və qida müəssisəsinin çox da böyük olmayan tikintisində (kafe, kurort 
zonasında  restoran)  istifadə  edilməsi  tamamilə  özünü  doğruldur.  Kərpic,  beton, 
dəmirbeton materialları da həmçinin gigiyenik tələbatları kafi ödəyir. 
İstilik  texniki  xassəni  artırmaq  və  səskeçirməni  azaltmaq  üçün  yastı  formalı, 
istiliyi və səsi izolyasiya edən (təcrid edən) materiallardan və tutqun üzvi və qeyri-
üzvi  materiallardan  –  minerallı  pambıqlı,  ağac-lifli,  samanşəkilli-fibrolit 
plitələrdən, tikinti keçələrindən istifadə edilir. 

Sintetik  tikinti  materialları  yüksək  tikinti  və  iqtisadi  effektinə,  həmçinin 
gigiyenik  effektə  malikdirlər.  Onların  çoxunun  zəif  istilik  və  səskeçirməsi  olur, 
hamar,  asan  təmizlənən  səthə  malikdirlər.  Onlar  tikinti  konstruksiyası  elementi, 
döşəmə üçün örtük, istilik və səs izolyasiya materialı və s. kimi istifadə edilirlər. 
Polimerləri  bir  tikinti  materialı  kimi  gigiyenik  cəhətdən  qiymətləndirərkən 
nəzərə  almaq  lazımdır  ki,  onlardan  bəziləri  ətraf  mühitə  toksiki  kimyəvi  maddələr 
ayırmaq qabiliyyətinə  malikdir. Bundan başqa, polimer  materialların səthində xeyli 
statik elektrik yükləri toplana bilər ki, bu da materiala toxunan zaman insanda xoşa 
gəlməyən  hisslər  yaradır.  Ona  görə  də  polimer  materiallarından  tikintidə  istifadə 
üçün, sanitar-gigiyenik tövsiyələrə ciddi olaraq riayət olunmalıdır. 
Binanın  içərisinin  düzəldilməsi.  Binanın  içərisi  (interyeri)  düzəldilərkən 
təmizləməni  çətinləşdirən  artıq  arxitektura  hissələrdən  (barelyef,  qabartma  naxış, 
mürəkkəb  karniz,  kələ-kötür  tavan)  qaçmaq  lazımdır.  Döşəmə  düz,  sıx, 
sürüşkənsiz, asan təmizlənə bilən olmalıdır. 
Döşəmənin  örtülməsinə  olan  gigiyenik  tələblər  binanın  təyinatından  asılı 
olaraq  fərqlənir.  Belə  ki,  döşəməsi  çox  nəmlənən  və  çirklənən  istehsal  otaqları, 
soyuducu  anbar,  ayaqyolu  otağı,  duşxana,  vestibüllər  sukeçirməyən  möhkəm 
keramik  plitələrlə  örtülür.  Bəzən  bu  məqsədlər  üçün  beton  və  yaxud  nəmliyə 
davamlı  sintetik  materiallardan  da  istifadə  edilir.  Sement  döşəmə  yük  boşaltma 
yerləri,  həmçinin  tərəvəz  və  quru  məhsul  anbarı  üçün  nəzərdə tutulur.  Asfalt  örtük 
bu  binalara  qadağan  edilir.  İnzibati  binaları,  paltarasılanı,  dəyişmə  anbarını  və 
inventar  otağını  adətən  ağac  döşəmə  ilə  düzəldirlər,  yağlı  boya  ilə  rəngləyir  və 
yaxud parça əsası olan linoleumla örtürlər. 
Parket  döşəmə  az  gigiyenikdir,  bundan  yalnız  restoran  zalında  istifadə  edilir. 
Lakin zalda sintetik  materialdan da  istifadə  məqsədəuyğundur.  Aşağı  mərtəbədəki 
döşəmə  quruluşunun  böyük  gigiyenik  əhəmiyyəti  vardır.  Belə  ki,  etibarlı 
döşəmənin  olmadığı  halda  onun  kifayət  qədər  qızdırılmaması,  isitmə  dövründə 
temperaturun  şaquli  istiqamətdə  bərabər  paylanmamasına  səbəb  olur.  Digər 
binadan  izolyasiya  üçün  döşəmənin  hündürlüyünün  dəyişilməsinin  də  əhəmiyyəti 
az  deyildir.  Belə  ki,  anbar  və  məişət  binası  otaqlarnın  eyni  mərtəbədəki 
döşəməsində,  bütün  anbar  binası  döşəməsi  məişət  binasındakı  kanalizasiyanın 
pozulmasından izolyasiya olunmaq üçün 0,5 m hündürlükdə yerləşməlidir. 
Bütün  istehsalat  sexlərində,  yuyucu  şöbələrdə,  yükboşaltma  yerlərində, 
döşəməyə  meyilli  istiqamətdə,  su  axıb  getmək  üçün  döşəmədə  xüsusi  dəlik  (trap) 
və  qapaqlar  qoyulur.  Vannaların  çıxışının  yanından  döşəmənin  axın  yerinə  olan 
meyilliyi 0,015 m-dən az olmamalıdır. 
Müəssisənin tavanı və divarı suvanmalı və rənglənməlidir. Divarı yaxşı olar ki 
yağlı  boya  ilə  rənglənsin,  bu  da  yığışdırma  aparmaq  üçün  əlverişlidir.  Yaxşı 
gigiyenik effektə və divarın suya davamlılığına, onun sintetik boya ilə rənglənməsi 
nəticəsində  nail  olunur.  Eyni  zamanda,  anbar,  istehsalat  və  məişət  binasının 
divarının  tərtibatında  vacib  şərtlər  panelin  düzəldilməsi,  örtüyün  xarakteri  və 
hündürlüyüdür  ki,  bu  da  binanın  təyinatından  asılıdır.  Belə  ki,  istehsalat  və  anbar 
binasının,  duşxananın,  ayaqyolu  otağının  paneli  1,8  m  hündürlüyündə  olmalı  və 
ona  şirələnmiş  plitə  ilə  üz  çəkilməli,  sonra  isə  suya  davamlı  sintetik  materialla 
örtülməli,  yaxud  yağlı  boya  ilə  rənglənməlidir.  Soyuducu  kameralarda  panelin 

hündürlüyü  2,5  m-ə  çatır.  Koridor  divarına  üz  çəkilməli  yaxud  o,  1,5  m 
hündürlüyündə  rənglənməlidir.  Pəncərə  çərçivəsi  və  qapısı  isə  açıq  fonda  yağlı 
boya ilə rənglənməlidir. 
 
 
 
 
 
 
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə