MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə4/24
tarix28.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Virusların  təsnifatı.  Viruslar  kəşf  edildikcə  onların  biologiyası  barədə  faktik 
materiallar  da  çoxalmış  və  bu  da  onları  təsnifləşdirməyə  imkan  vermişdir.  Hazırda 
virusları  təsnifləşdirdikdə  1965-ci  ildə  mikrobioloqların  Moskvada  keçirilən 
beynəlxalq  konqresdə  qəbul  olunan  təsnifatdan  istifadə  edilir.  Bu  təsnifatda 
nuklein turşuları nəzərə alınmaqla Vira tipi iki yarım tipə bölünür: 
1. Tərkibində RNTolanviruslara – Ribovira; 
2. DNT-yə malikolanviruslara – Deoxyvira. 
 
7. Bakteriofaqlar 
Viruslara  yaxın  orqanizmlərdən  olub  ilk  dəfə,  1898-ci  ildə  N.F.Hamaleya 
tərəfindən kəşf edilmişdir. O, bakteriyaların naməlum amil tərəfindən duruluşunun 
itirildiyini  müşahidə  etmiş  və  bunu  bakteriolizin  adlandırmışdır.  İngilis 
bakterioloqu  Tvort  isə  1915-ci  ildə  stafilokokkların  koloniyasının  görünüşünü 
dəyişən yoluxucu amili – faqı müşahidə etmişdir. 
Kanada  bakterioloqu  D’Errel  qanlı  ishal  çöplərini  yoluxduran  bakteriofaqı 
kəşf  etmişdir.  Tədqiqatlar  göstərmişdir  ki,  bir  çox  mikroorqanizmlərin  özlərinə 
məxsus  faqları  mövcuddur.  Bakteriyaların  faqları  bakteriofaq,  şüalı  göbələklərin 
faqı isə akrinofaq adlanır və s. 
Bakteriofaq  üç  formada  olur.  Onlar  yetkin  faq,  profaq  və  vegetativ  faq 
adlanırlar.  Yetkin  faq  maddələr  mübadiləsi  aparmır,  bakteriyaya  toxunaraq, 

hüceyrə  tərəfindən  adsorbsiya  olunur.  Sonra  isə  bakterial  hüceyrənin  əriməsi 
nəticəsində  faqlar  sərbəstləşir  və  yetkin  faqlara  çevrilirlər.  Profaq  isə  sahib 
hüceyrəni tələf etmir, əksinə  onunla  müştərək  həyat  keçirir. Profaq çoxalaraq onu 
dağıdır  və  vegetativ  formaya  keçir.  Hüceyrə  üçün  qeyri  əlverişli  şəraitdə  profaqı 
daşıyan  kultura  lizogen  adlanır  və  təbiətdə  bakteriofaqlar  belə  kulturalarda  öz 
nəsillərini qoruyub saxlayırlar. 
Bakteriofaqlar  vəba,  qarın  yatalağı,  qanlı  ishal,  difteriya  və  s.  xəstəliklərdə 
müalicəvi təsir göstərir. Onlardan cərrahiyyədə də istifadə oluna bilər. 
Kimyəvi  tərkibinə  görə  faqlar  zülal,  nuklein  turşuları  və  lipidlərdən 
ibarətdirlər. Onlar viruslar kimi yalnız canlı hüceyrələrdə yaşayıb çoxalırlar. 
Bunlardan  əlavə  təbiətdə  yosunlar  (Algae)  da  geniş  yayılmışdır.  Onlar  qida 
mənbələri kimi və s. məqsədlərlə istifadə olunurlar. 
 
8. Göbələklər (Funqi
Xlorofilsiz  ibtidai  bitkilərə  aid  olub  göbələklərin  90.000-ə  qədər  növü 
məlumdur.  Onlar  torpaqda,  suda,  bitkilərlə  müştərək  münasibətdə,  bir  çoxları  da 
bitki və heyvanlarda müxtəlif xəstəliklər törədirlər. 
Göbələklər  ən  mürəkkəb  üzvi  maddələrin  parçalanmasında  mühüm  rol 
oynayırlar.  Yaşayış  tərzi  ilə  əlaqədar  olaraq  onların  vegetativ  bədənləri  əsasən 
mitsell adlanan budaqlanmış nazik saplardan təşkil olunmuşdur. 
Göbələklər 
tipinə 
görə 
arximisetlər 
(Archmycetes), 
fikomitsetlər 
(Phycomycetes), 
kisəli 
göbələklər 
(Ascomycetes), 
bazidiomisetlər 
(Basidiomycetes),  natamam  göbələklər  (Fungi  imperfecti)  adı  altında  5  sinfə 
bölünürlər. 
Birinci və ikinci siniflər ibtidai, üç və dördüncü siniflər isə ali göbələklərə aid 
edirdilər. 
Mikrobioloji  baxımdan  marağlı  təsərrüfat  əhəmiyyətinə  malik  və  təbiətdə 
geniş  yayılmış  kif,  maya  göbələkləri  və  bəzi  natamam  göbələklərin  öyrənilməsi 
istehsal sahələri  üçün  vacibdir.  Kif  göbələkləri   (şəkil  1.3)  həm  ibtidai  və  həm  də 
ali  göbələklərə  aid  edilirlər.  Onların  təbiətdə  daha  çox  yayılmış  Mucor,  Rhizopus 
(şəkil  1.4)  nümayəndələri  məlumdur.  Bir  çox  nümayəndələri  müxtəlif  fermentlər 
və  turşular  ifraz  edirlər,  və  üzvi  maddələrin  parçalanmasında  mühüm  rol 
oynayırlar. Hər  iki cinsin  müxtəlif  növləri  meyvə  və tərəvəzlərin  xarab olmasında 
iştirak edirlər. 
 
Şəkil 1.3. Kif göbələkləri: 
 a – Penicillium: 1 – konidiya daşıyıcı; 2 – budaqlar; 3 – steriqmalar;  
4 – konidiyalar;  

b – Botrytis: 1 – konidiya daşıyıcı; 2 – budaqları; 3 – konidiyalar;  
c – Alternaria: 1 – konidiya daşıyıcı; 2 – çoxhüceyrəli konidiya. 
 
Aspergillus, Penicillium (bax şəkil 1.3), Fusarium, Alternaria və s. cinslərə daxil 
olan  göbələklərin  arakəsməli  mitselləri  olur  və  onlar,  ali  göbələklərə  aiddirlər.  Bu 
göbələklərə  aid  olan  bir  çox  kif  göbələklərinin  cinsi  çoxalmaları  məlum  olmadığına 
görə  bunları  natamam  göbələklər  qrupuna  daxil  edirlər.  Onlar  askomitsetlər  sinfinin 
Plectascales  sırasına  daxil  edilirlər.  Bu  cinslərin  bir  çox  nümayəndələri  torpaqda, 
müxtəlif  üzvi  qalıqlar  üzərində  konidial  dövrdə  yayılmışlar.  Ona  görə  də  belələri 
natamam  göbələklər  qrupuna  daxil  edilirlər.  Penisillium  cinsinin  göbələklərində 
konididaşıyan çox hüceyrəli olub, üç hissəsində 2-3 dəfə budaqlanır.  
Bunlardan  fərqli  olaraq,  Aspergillus  cinsinin  göbələklərinin  konididaşıyanı 
budaqlanmır, üç hissəsi başcıq və ya qovuq şəklində genişlənir. 
Göbələklərin bir çox növlərindən sənayedə müxtəlif antibiotik maddələr alınır 
ki,  bunlardan  da  penisillin,  notatin,  tardin,  aspergillin  və  s.  göstərmək  olar.  Bəzi 
penisillium növlərindən isə pendir və s. məhsullar istehsalında istifadə olunur. 
Maya  göbələklərinə  gəldikdə  isə,  onlar  bir  hüceyrəli  orqanizmlərdən  olub, 
hüceyrələrinin  forması  çox  vaxt  dairəvi,  oval-yumurta  formalı  və  ya  ellipsvarı, 
bəzən isə silindrik və ya limonşəkilli olurlar. Onlar bakteriyalara nisbətən iridirlər, 
hüceyrələrinin ölçüsü isə 5-8-10 mk diametrində olur. 
Mikroskop altında baxdıqda onların hüceyrəsinin qılaf və protoplastdan ibarət 
olduğu  müşahidə  edilir.  Maya  göbələklərinin  qılafının  elektron  mikroskopiyası 
göstərir ki, qılaf iki və bəzən daha artıq təbəqədən ibarət olub, tərkibində sellüloza 
vardır.Bakteriyalardan fərqli olaraq maya göbələklərində dairəvi və ya oval şəkilli, 
formalaşmış  nüvənin  olması  onları  bakteriyalardan  fərqləndirir.  Onlarda  hüceyrə 
yaşlaşdıqca onun sitoplazmasında çoxlu vakuollar əmələ gəlir. 
Onların çoxu tumurcuqlama, bəziləri isə hüceyrənin ikiyə bölünməsi yolu ilə 
çoxalırlar. Göbələklər sporlarla da çoxala bilirlər. 
Təsnifatına  görə  maya  göbələkləri  Ascomycetes  sinfinin  ibtidai  kisəlilər  – 
Protascales sırasına aiddirlər və onlar sadə bölünmə və ya tumurcuqlama yolu ilə, 
sporlarla çoxalan orqanizmlərdəndir. 
Maya göbələklərinin ibtidai kisəlilər sırasının yalnız bir fəsiləsi məlumdur ki, 
bunlar  da  Saccharomycetaceae  adlandırılırlar.  Onlar  12  cinsi  əhatə  edirlər  və 
aşağıdakılardan ibarətdirlər: 
 
Sporlar ilə çoxalan Schizosaccharomyceslər. 
 
İzo-  və  heteroqamiya  yolu  ilə  çoxalan  Zygosaccharomyceslər.  Onlar 
şəkər məhlulunda inkişaf edə bilirlər, qıcqırtma qabiliyyətinə malikdirlər. 
 
Üzəri çıxıntılı qılafla örtülü, dairəvi və bəzən oval formalı sporlar əmələ 
gətirən Debariomyceslər. 
 
Vegetativ  bədənləri  maya  hüceyrələrini  xatırladan  lakin  mitselləri 
olmayan Nadsoniyalar. 
 
Kisəsində  bir  və  ya  iki  spor  olan,  oval  formalı  hüceyrələri  olan 
Schwanniomyceteslər. 

 
Kisə  sporları  dairəvi,  üzəri  hamar  olan  Torulasporalar.  Hüceyrələri 
Torula-nı xatırladır. 
 
Sporları mitsel əmələgətirən Saccharomycodeslər. 
 
Sporlarının üzərində ikiqatlı qılaf olan Saccharomycopsislər. 
 
Sporları  dairəvi  formada  olan,  üzərləri  bir  qatlı  qılafla  örtülü 
Saccharomyceslər. Onların növlərindən sənayedə geniş istifadə edilir. 
 
Sadə  bölünmə  və  tumurcuqlama  vasitəsilə  çoxalan  Hansenula 
göbələkləri. 
 
Yalançı mitseliləri olan, kisə sporları limon formalı Pichia göbələkləri. 
 
Spirt  qıcqırması  əmələ  gətirməyən  sporları  limona  oxşar,  genişlənmiş 
qılafı olan Willopsis göbələkləri. 
Bunlardan  əlavə  mayaya  oxşar  və  ya  sporsuz  göbələklər  də  təbiətdə  geniş 
yayılmişlar. 
Bu  göbələklər  iki  fəsilləyə  bölünürlər  ki,  I  fəsilə  rənqli,  piqment 
əmələgətirənChromotorulaceae
II 
fəsilə 
isə 
rəngsiz 
piqment 
əmələ 
gətirməyənTorulopsidaceae  adlanır.Chromotorulaceae  fəsiləsinin  hüceyrələri  maya 
göbələklərinə bənzəyir və bunlar müxtəlif rəngli piqment əmələ gətirən cinsləri əhatə 
edir. 
Bütövlükdə götürdükdə maya göbələklərinin yabanı və mədəni növlərinə daha 
çox  təsadüf  olunur.  Onlar  çörək  bişirmədə,  spirt  qıcqırmasında,  çaxırçılıqda,  pivə 
istehsalında,  yem  mayası  istehsalında  işlədilirlər. Südlü  məhsullardan kefir, qımız 
hazırlanmasında geniş istifadə olunurlar. 
Torulopsidaceae  fəsiləsi  isə  rəngsiz piqment əmələ  gətirməyən cinsləri əhatə 
edir.  Onların  hüceyrələri  uzunsov,  oval,  sapşəkilli,  tək-tək,  yaxud  da  zəncir 
formasında rast gəlinir. 
Qeyri-müəyyən  (natamam)  göbələklər  (Fungi  imperfecti)  isə  təbiətdə  geniş 
yayılmış orqanizmlərdən olub, 25 minə qədər növü əhatə edirlər. Bunlara arakəsməli 
mitselləri  olan  göbələklər  daxildirlər.Onların  əksər  nümayəndələri  cinsi  prosesləri 
itmiş kisəli göbələklərdir.  
Bu göbələklərin təsnifatı ədəbiyyatda hələ tam dəqiqləşdirilməmişdir. Bununla 
belə, bir sıra müəlliflərə, o cümlədən A.A.Potebniyə görə qeyri müəyyən göbələklər 
5 sıraya bölünürlər. 
 
9. Mikroorqanizmlərin böyüməsi və çoxalması 
 
Fiziologiya  mikroorqanizmlərin  qidalanmasını,  tənəffüsünü,  inkişafını, 
çoxalmasını və s. məsələləri öyrənir. 
Bütün  canlı  orqanizmlərin  əsas  xüsusiyyətlərindən  biri  əlverişli  şəraitdə 
onların  böyümə  və  çoxalmalarıdır.  Böyümə  fizioloji  proses  olub  hüceyrənin 
həcmcə  ölçüsünün  artması-böyüməsidir.  Hüceyrənin  böyüməsində  3  mərhələ 
nəzərə  çarpır:  Hüceyrənin  fəal  böyüməsi,  böyümənin  zəifləməsi  və  tələf  olma. 
Böyümə  prosesi  çoxalma  ilə  nəticələnir.  Bakterialar  əlverişli  şəraitdə  çoxalır  və 
çoxalmaları  əsasən  sadə  yolla  hüceyrənin  ikiyə  bölüməsi  yolu  ilə  olur.Adətən 
balterialar  15-30  dəqiqədən  bir  bölünür.  Bölünmə  zamanı  əmələ  gələn  arakəsmə 

tədricən  hüceyrəni  2  hissəyə  bölür.  Bakteriya  bölünməzdən  əvvəl  onun 
hüceyrəsində  böyük  dəyişiliklər  baş  verir.  Əvvəlcə  hüceyrənin  protoplastında 
nukleoproteidlər  və  ehtiyyat  qida  maddələri  çoxalır.  Bölünmədən  əvvəl  bakterial 
xromosomun  DNT-sinin 
replikasiyası  (ikiləşməsi)  baş 
verir.  DNT-nin 
replikasiyasında  sonra  hüceyrənin  bölünməsi  başlayır.  Əvvəlcə  2  qatlı 
sitoplazmatik  membran  sintez  olunur,  sonradan  hüceyrənin  daxili  divarında  iki 
çıxıntı  törəyir  və  bunlar  sürətlə  inkişaf  edərək  halq  formasında  hüceyrəni  ikiyə 
bölən  ikiqatlı  arakəsmə  əmələ  gıtirir  və  protoplat  iki  hissəyə  bölünür,  bu  hissələr 
bir-birindən  protoplazmatik  membran  ilə  ayrılır.  Bundan  sonra  yeni  əmələ  gəlmiş 
hüceyrələrin  arasında  hüceyrə  divarı  əmələ  gəlir  və  nəticədə  iki  cavan  hüceyrələr 
bir-birindən ayrılır. Əgər əmələ gəlmiş cavan hüceyrələr morfoloji oxşardırsa, belə 
bölünməyə  izomorf,  bir-birindən  fərqli  hüceyrələr  əmələ  gələrsə  buna  heteromorf 
bülünmə deyilir.  
Son  zamanlar  alimlər  bəzi  bakteriyaların  maya  göbələyində  olduğu  kimi 
tumurcuqlanma  ilə  gedən  çoxalmanın  olduğunu  da  qeyd  edirlər.  Aktinomisetlər 
qeyri-cinsi  partenogenez  yolla  əmələ  gələn  sporlarla  çoxalırlar.  Bakteriyalarda 
sadə yolla gedən cinsi çoxalma da müəyyən edilmişdir.  
Bakteriyalar  təzə  qidalı  mühitə  daxil  edildikdə  onlar  qidalı  maddələri 
minimuma  endirənə  qədər  çoxalır.  Sonra  isə  çoxalma  dayanır.  Əgər  çoxalma 
prosesinin gedişində mühitə əlavə qidala maddələr daxil edilməzsə və əmələ gələn 
ifrazat məhsulları mühitdən ayrılmazsa, buradakı kultura statik və ya dövrü kultura 
adlanır.  Belə  kultural  papulyasiyalarda  çoxalma  s  formalı  çoxalma  əyrisi  üzrə  4 
fazada  gedir:  embrional  inkişaf  və  ya  laq  faza,  intensiv  loqarifmik  və  ya 
eksponensial faza, stasionar çoxalma və tələf olma fazaları. 

faza 
embrional 
inkişaf 
və 
ya 
laq 
faza 

böyünmənin 
dayanmsı)dövründəhüceyrələrdə  fermentlər,nuklein  turşuları  və  zülallar  sizntez 
olunur.  Bu dövrdə  hüceyrələr bölünmür,  lakin  mühitə  uyğunlaşır. Onlar  morfoloji 
və və fizioloji dəyişkənliyə uğrayır, ölçüsü böyüyür və hüceyrələr bu dövrdə xarici 
mühit amillərinə qarşı çox həssas olurlar.  
II  faza  loqarifmik  və  ya  eksponensial  fazalaq  fazanı  əvəz  edir.  Bu  dövrdə 
hüceyrələr  kifayət  qədər  qidalı  maddələrlə  təmin  olunmuş,  mühitdə  isə  hələlik 
maddələr  mübadiləsinin  zərərli  məhsulları  toplanmışdır.  Ona  görə  də  bu  fazada 
hüceyrənin  çoxalması  hər  növün  özünə  məxsus  müddətdə  eyni  maksimal  sürətlə 
həndəsi  proqreslə  gedir,  Qidalı  maddələr  sürətlə  istifadə  olunur.  Lazımsız 
metabolizm  məhsulları  toplanır,  çoxalmanın  zəifləməsi  gedir.  Bəzi  hüceyrələr 
bölünmədən qalır, hətta tək-tək tələf olan hüceyrələr də müşahidə olunur.  
III faza stasionar çoxalma fazası - Bu zaman qidalı  maddələrin sərf olunub 
azalması  və  ifrazat  məhsullarının  əmələ  gəlməsi  hüceyrələrin  bölünməsinə  mənfi 
təsir  göstərir.  Ona  görədə  bu  fazada  çoxalan  hüceyrələrlə  tələf  olan  hüceyrələrin 
miqdarı nisbi bərabər olur. 
IV  faza  tələf  olma  fazası  –  Burada  tələf  olan  hüceyrələrin  miqdarı  bölünən 
hüceyrələrdən  artıq  olur.  Ona  görə  dəbu  dövrə  tələfolmanın  laqorifmik  fazası 
deyilir. 
 
 

 
 
10. Mikroorqanizmlərin qidalanması 
Mikroorqanizmlər yaşamaq,  inkişaf etmək, çoxalmaq  üçün qidalanmalıdırlar. 
Xarici  mühitdən qida  maddələrinin  mikrob hüceyrəsinə daxil olması  və  mikrobun 
həyat  fəaliyyəti  nəticəsində  əmələ  gəlmiş  maddələrin  ifraz  olunmasına  maddələr 
mübadiləsi deyilir.  Bütün canlı orqanizmlər kimi  mikroblar  maddələr  mübadiləsiz 
yaşaya  bilmirlər.  Mikrobların  qidalanması  dedikdə,  biz  maddələrin  daxil  olub 
həzmə getməsini, yəni assimilyasiyanı başa düşürük.  
Mikroorqanizmlərin qidalanması diffuziya (sərbəst daxil olma) və osmos ( hər 
hansı bir təsiri altında daxil olma) yolu ilə yarımkeçirici membran hüceyrələrindən 
hüceyrəyə maye qida maddələrinin daxil  olması və  metabolizm məhsulların kənar 
edilməsidir.  Qida  maddələrinin  membrandan  daxil  olma  sürəti  hüceyrənin 
quruluşundan,  o  cümlədən  onda  və  ətraf  mühitdə  olan    qida  maddələrinin 
konsentrasiyasındanvə ətraf mühit amillərindən asılıdır. 
Mikroorqanizmlər  qida  kimi  müxtəlif  maddələrdən  istifadə  edirlər.  Onların 
tərkibinə    həm  orqanogen  maddələr,  yəni  üzvi  maddələrin  tərkibinə  daxil  olan 
maddələr (oksigen, hidrogen, karbon və azot), həm də mineral  maddələr  (kükürd, 
fosfor,  kalium,  kalsium,  maqnezium,  dəmir)  daxildirlər.  Bundan  əlavə 
mikroorqanizmlərin  normal  inkişafı  üçün  təbi  suda  və  mineral  qatlarda  olan  cüzi 
miqdarda mikroelementlər də tələb olunur (sink, bor, kobalt və marqansovka).   
Bəzi mikroorqanizmlərin inkişafı üçün xüsusi maddələr də -boy maddələri, boy 
stimulyatorları  da tələb olunur. Bu maddələrdə həyat üçün vacib olan vitaminlər, 
amin turşuları və onlara oxşar maddələr olurlar.  
Mikroorqanizmlər oksigen və hidrogenisu və üzvi birləşmələrdən alırlar. Bəzi 
bakteriyalar havanın sərbəst oksigenini də mənimsəyirlər. 
Karbondan istifadə mənbəyinə görə mikroorqanizmlər autotrof (avtos-özü, trofe -
qidalanma) və heterotrof (heteros - başqqası) qruplara bölünürlər.   
Autotrof  mikroorqanizmlər  karbonun  üzvi  maddələrə  çevrilməsində  zəruri  olan 
enerjidən istifadə etmələrinə görə 2 qrupa ayrılırlar: 
1.  Günəş enerjisindən istifadə edənlər- fototroflar və ya fotosintezedicilər.  
2.  Kimyəvi reaksiyada əmələ gələn enerjidən istifadə edənlər- xemotroflar və 
ya xemosintezedicilər. 
Karbonun  reduksiyasında  hidrogen  daşıyıyıcısı  kimi  üzvi  və  mineral 
maddələrdən  istifadə  oluna  bilər.Bunlara  görə  də  mikroorqanizmlər  2  qrupa: 
orqanotroflara-  üzvi  maddələri  mənimsəyənlərə  və  litotroflara  mineral 
maddələrdən istifadə edənlərə bölünürlər.  
Fototrof  bakteriyalar  karbon  qazını  mənimsəmələrinə  görə  yaşıl  bitkiləri 
xatırladırlar.  Bu  bakteriyalar  tipik  su  orqanizmləri  olub  şirin  və  duzlu  sularda 
yayılmışlar.Bunların  təsnifatı  Nil  tərəfindən  verilmiş  vəo  bu  bakteriyaları  3  qrupa 
bölmüşdür. 
1.  Kükürd mənimsəyən qırmızı rəngli bakteriylar (Athiorhodaceae
2.  Kükürd mənimsəyən purpur bakteriyalar (Thiorhodaceae
3.  Kükürd mənimsəyən yaşıl bakteriyalar (Chlorobiaceae

Bakterial  fotosintez  anaerob  şəraitdə  gedir  və  burada  oksigen  xaric  olmur. 
Bunlar  bitkilərin  hidrogen  donoru  kimi  istifadə  etdikləri  sudan  deyil,hidrogenin 
müəyyən  donatorundan,  məs:  hidrogen  sulfid,  tiosulfat,  molekulyar  hidrogen  və 
bəzi üzvi maddələrdən istifadə edirlər. Məs: 
2CO

+ H
2
S+ 2H
2
= 2(CH
2
O) +H
2
SO

Bu mikroorqanizmlər karbon mənbəyinə görə də 2 qrupa: 
1.  Fototlitotroflara-karbon mənbəyi kimi CO
2-
dən istifadə edənlərə və  
2.  Fotoorqanotroflara-karbon  mənbəyi  kimi  üzvi  maddələrdən  istifadə 
edənlərəbölünürlər. 
Xemotrof mikroorqanizmlər  fototroflara  nisbətən daha  geniş  yayılmışdır. Bu 
prosesdə  mikroorqanizmlər  CO
2
-ni  mənimsəyərkən  günəş  enerjisindən  deyil,  üzvi 
maddələrin  oksidləşmə-reduksiya  prosesində  əmələ  gələn  enerjidən  və  qeyri-üzvi 
maddələrdən  istifadə  edir.  Ona  görə  də  belə  orqanizmlərə  xemotroflar  deyilir. 
Xemotroflar 2 qrupa ayrılırlar : 
1.  Xemolitotroflar - enerjini qeyri üzvi maddələrdən, məs: NH
3
, NO
2
, CO, 
Fe
+2
, H
2
, H
2
S və kükürdün digər tam oksidləşmiş birləşmələrindən alırlar. 
2.  Xemoorqanotroflar 

enerjiniüzvi 
maddələrdən 
alırlar. 
Bura 
bakteriyaların əksəriyyəti daxildir. 
3.  Xemotrof  xemosintez  prosesi  rus  alimi  Vinoqradski  tərəfindən  1887-ci 
ildə  rəngsiz  kükürd  mənimsəyən  və  nitritləşdirici  bakteriyalarda 
öyrənilmişdir.  
Mühit  şəraitində  asılı  olaraq  bəzən  öz  autotrof  qidalanmasını  heterotrofla  əvəz 
edən mikroblar da vardır ki, bunlara fakultativ xemoautotroflar adı verilir. 
Həm  autotrof  qidalanmada  CO
2
-dən,    həm  də  heterotrof  qidalanmada  üzvi 
maddələrdən istifadə edən mikroorqanizmlərə miksotroflar deyilir. 
 
11. Mikroorqanizmlərin tənəffüsü 
Mikrobların  tənəffüsü  dedikdə,  bakteriya  hüceyrələrində  mürəkkəb  üzvi 
maddələrin sadə maddələrə parçalanmasını, yəni dissimilyasiyanı başa düşürük. Bu 
vaxt enerji əmələ gəlir ki, onu mikroblar özlərinin müxtəlif fəaliyyəti üçün istifadə 
edirlər. 
Tənəffüs  prosesində  hidrogen  atomları  (və  ya  elektronlar)  üzvi  maddədən 
molekulyar  oksigenə  köçürülür,    yəni  tənəffüsdə  oksigen  hidrogen  akseptoru 
rolunu oynayır.  
Bütün  bakteriyalar  tənəffüs  tipinə  görə  obliqat  aeroblar,  mikroaerofillər, 
fakulatativ anaeroblar və obliqat anaeroblara bölünürlər. 
Obliqat aeroblar  - atmosferdə 20%-ə qədər oksigen olduqda normal yaşaya 
bilir. 
Mikroaerofillər  öz  inkişafı  üçün  nisbətən  az  oksigen  tələb  edir.  Molekulyar 
oksigen  çox  olduqda  bunlar  tələf  olmasa  da  inkişafdan  qalır.  Məs:  aktinomisetlər 
və s. 
Fakultativ  anaeroblar  -    həm  molekulyar  oksigenli  və  həm  də  oksigensiz 
şəraitdə çoxala bilir.  
Obliqat  anaeroblar  -  molekulyar  oksigensiz  şəraitdə  normal  inkişaf  edirlər. 
Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar.  

 
Beləliklə,  mikroblarda  maddələr  mübadiləsi  zamanı  daima  hüceyrənin 
qidalanmasını  və  tənəffüsünü  təmin  edən  müxtəlif  maddələrin  parçalanması  və 
sintezi  prosesi  gedir.  Belə  müxtəlif  biokimyəvi  proseslərin  həyata  keçməsini 
mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər. 
Mikroorqanizmlərin  bədənində  bitki  və  heyvan  orqanizmlərində  olan  kimyəvi 
maddələr vardır. 
Bakterial  hüceyrə orta  hesabla 80-85% sudan, 15-20%  isə quru  maddələrdən 
ibarətdir.  Su  hüceyrədə  gedən  kimyəvi  proseslərdə  iştirak  edir.  Su  hüceyrədə  iki 
formada  olur:  sərbəst  və  birləşmiş  halda.  Sərbəst  su  hüceyrə  hissəcikləri  arasında 
əlaqə yaradır, birləşmiş su isə hüceyrə kolloidləri ilə əlaqədardır. 
Quru maddələr əsasən üzvi birləşmələrdən ibarətdir. 
Üzvimaddələrdən 
əsasyeri 
zülallartutur.Bəzibakteriyalarda 
zülallarqurumaddənin 
50-80%-ni, 
maya 
göbələklərində 
40-60%-ni, 
kif 
göbələklərində isə 15-40%-ni təşkiledir. 
Hüceyrənin  quru  maddəsinin  12-28%-nikarbohidratlar  təşkil  edirlər. 
Hüceyrələrin 
tərkibindəyağlar 
və 
yağa 
bənzər 
maddələr 
dəvardır.Bunlarqurumaddələrin 1,7-3,7%-nitəşkiledirlər. 
Mikrobların quru  maddələrinin  müəyyənhissəsini (15%-ni)  mineral  maddələr 
təşkiledir.  Yuxarıda  qeyd  olunan  maddələrdən  başqa,  hüceyrə  tərkibində  70-ə 
qədər makro- və mikro-elementlər vardır. 
Mikrobların 
qidalanması, 
tənəffüsü 
və 
b. 
fiziolojiproseslər 
fermentativyollabaşverir.Fermentlər  kimyəvi  reaksiyalarda  iştirak  etmirlər, 
katalizator rolunu oynayırlar. 
Fermentlərinbir çox xüsusiyyətləri vardır: 
1) Onlar spesifikdirlər. Bu o deməkdir ki, bir ferment yalnız bir maddəyə təsir 
göstərir.  
2)  Fermentlər  yüksək  fəallıq  qabiliyyətinə  malikdirlər.  Məsələn,  1  ton 
nişastanı şəkərə çevirmək üçün 1 qr amilaza fermenti lazımdır.  
3)  Fermentlər  müxtəlif  amillərin  təsirinə  həssasdırlar,  tezliklə  öz  fəaliyyətini 
itirirlər.  Onlar  üçün  optimal  temperatura  40-50°C  arasında  yerləşir,  temperaturun 
daha  da  yüksəlməsi  isə  fermentlərin  aktivliyinin  zəifləməsi  və  ya  tamamilə 
itirilməsi ilə nəticələnir. 
Fermentlər  –  zülal  təbiətli  birləşmələrdir.  Onların  bir  hissəsi  sadə  zülallar  – 
proteinlər  qrupuna  aid  edilir.  Belə  fermentlərin  hidroliz  məhsulları  yalnız  amin 
turşularından  ibarət  olurlar.  Oksidləşmə-reduksiya  reaksiyalarını  kataliz  edən 
fermentlərin  hamısı  mürəkkəb  zülallar  –  proteidlər  qrupuna  daxildir.  Bunların 
molekulunda  zülali  hissədən  başqa,  qeyri-zülali  hissə,  yəni  prostetik  qrup  olur. 
Belə  fermentlərin  nə  zülali  hissəsi,  nə  də  prostetik  qrupları  bir-birindən  ayrılmış 
vəziyyətdə  fermentativ  aktivliyə  malik  olmur.  Onlar  yalnız  bir-birilə  birləşdikdən 
sonra fermentlər üçün səciyyəvi olan xüsusiyyətlər əldə edirlər. Mürəkkəb zülallar 
qrupuna  daxil  olan  fermentlərin  zülal  hissəsi  –  apoferment,  qeyri-zülali 
komponentləri isə koferment (tərkibinə üzvi  maddə daxil olduqda) və ya aktivator 
(ancaq  metal  ionundan  ibarət  olduqda)  adlanır.  Məsələn,  polifenoloksidaza 

fermentində  zülalla  möhkəm  birləşmiş  bir  ədəd  mis  ionu  vardır.  Bəzilərində 
prostetik qrupunda vitaminlər, şəkərlər, fosfat turşusu, mononukleoidlər olur.  
Hazırda  2000-ə  qədər  ferment  məlumdur.  Buna  görə  fermentlərin 
öyrənilməsini  asanlaşdırmaq  üçün  onları  təsniflşdirirlər.  Beynəlxalq  Biokimyaçılar 
İttifaqının fermentlər üzrə komissiyası fermentlər üçün yeni təsnifat təklif etmişdir. 
Bu  təsnifat  1961-ci  ildə  biokimyaçıların  Moskvada  keçirilən  beynəlxalq 
konqresində  bəyənilmiş  və  qəbul  edilmişdir.  Yeni  təsnifata  əsasən  fermentlər 
kataliz  etdikləri  reaksiyaların  növlərinə  görə  aşağıdakı  altı  sinfə  bölünürlər.  1) 
Oksireduktazalar.  2)  Transferazalar.  3)  Hidrolazalar.  4)  Liazalar.  5)  İzomerazalar. 
6)  Liqazalar  (  sintetazalar).  Bu  siniflərin  hər  biri  müəyyən  sayda  yarımsiniflərə, 
qruplara bölünür. 
1.  Oksireduktazalar  sinfinə  bioloji  oksidləşmə  proseslərini  kataliz  edən, 
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir. 
Buraya peroksidaza, katalaza və s. fermentləri daxildir. Peroksidaza və katalaza ya 
hidrogen  atomlarını  substratdan  hidrogen  –  peroksid  molekuluna  keçirir 
(peroksidaza), ya da hidrogen–peroksidi suya və molekulyar oksigenə parçalayır:  
2H
2
O
2
 O
2
 + 2H
2
O. 
2.  Transferazalar  –  müxtəlif  kimyəvi  qrupların  bir  molekuldan  digərinə 
keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edirlər. Məsələn, fosfotransferazalar, 
aminotransferazalar,  metiltransfera-zalar.  Burada  aminotransferazalar  –  amin 
qrupunu amin turşulardan ketoturşulara daşıyan fermentlərdir. 
3.  Hidrolazalar  –  molekuldaxili  rabitələrin  hidrolitik  (su  molekulunun 
birləşməsi  ilə  müşayiət  olunan)  parçalanma  reaksiyalarını  kataliz  edən 
fermentlərdir.  Məsələn,  fosfotazalar  fosfat  turşusunun  mürəkkəb  efirlərini  hidroliz 
edirlər.  Karboksiesterazalar  –  üzvi  turşuların  mürəkkəb  efirlərini  hidroliz  edir, 
qlükozidazalar  isə  qlükozidlərin  hidrolizini  sürətləndirən  fermentlərdir.  Buraya 
mürəkkəb karbohidratları hidrolitik yolla parçalayan fermentlər, məsələn, amilaza, 
sellülaza  kimi  fermentlər  də  daxildir.  Peptid  rabitəsini  hidroliz  edən  fermentlər 
(pepsin, tripsin və s.) də bu sinfin nümayəndələrinə aiddir.  
4.  Liazalar  substratdan  bu  və  ya  digər  kimyəvi  radikalı  ayıran  fermentlərdir. 
Karboksilazaları  bu  qrupun  fermentlərinə  misal  göstərmək  olar.  Karboksilazalar 
aminturşuların tərkibində olan karboksil qruplarını onların molekulundan ayırır və 
karbon qazına çevirirlər. 
5.  İzomerazalar  üzvi  birləşmələrin  müxtəlif  izomerlərin  qarşılıqlı 
çevrilmələrini kataliz edir. Bura sis-trans-izomerazalar aiddir. 
6.  Liqazalar  sinfinə  pirofosfat  rabitələrinin  parçalanmasından  alınan 
enercidən  istifadə  edərək,  sadə  birləşmələrdən  mürəkkəb  maddələrin  sintezini 
sürətləndirən  fermentlər  daxildir.  Liqazalar  zülalların,  nuklein  turşularının 
sintezində mühüm rol oynayırlar. 
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə