Az ərbaycan respubli kasi t əHSİ L nazi rli Yİ G



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#625
1   2   3   4   5

 

 
28 
Göründüyü kimi Sarı Aşığın həyat  və  yara-
dıcılığının dəqiq öyrənilməsinə maneçilik  törədən  
başlıca  səbəblərdən  biri Lələ  adlı  bayatı  ustası  
ilə  Sarı  Aşığın  həyat  macəralarının,  hekayət  və   
rəvayətlərinin, hətta bayatılarının bir-birinə  qarış-
ması  olmuşdur.  Lələnin  mənəvi  anasının,  Sarı  
Aşığın  isə sevgilisinin adı  Yaxşıdır. Yaxşının  da  
özündən başqa  iki  bacısı  var:  Günəş  və  Liqa. 
Günəş, Liqa  və Yaxşı  haqqındakı  bayatılar bir-
biri    ilə    çox    əlaqədardır.  Daha    doğrusu,  eyni  
bayatılı  dastanda    üç    bacının    üçü    də    iştirak  
edir. “Yaxşı-Yaman” dastanının “Aşıq və Yaxşı” 
dastanından  daha  əvvələ  aid  olduğunu  nəzərə 
alaraq  qəti  nəticəyə  gəlirik  ki,  Yaxşı,  Günəş  və 
Liqa obrazları “Yaxşı-Yaman” dastanında forma-
laşmışdır.  Onlar şübhəsiz qeyd etmək lazımdır ki, 
Günəş  və  Liqa    Lələnin  mənəvi  anası  Yaxşının 
bacılarıdırlar.  Ona  görə  mənəvi  anası  deyirik  ki, 
Lələ “Yaxşı-Yaman” dastanına görə, daşdan  ya-
ran
mışdır.  Lələ ilə  bağlı  “Yaxşı-Yaman” dastanı  
və  Sarı  Aşıqla  əlaqədar  “Aşıq  və  Yaxşı”  dastanı 
çap olunubdur.
1
 
“Yaxşı-Yaman” dastanında bədii 
obraz  kimi  Yaxşı  və  onun  bacıları Günəş və 
Liqa    iştirak    edirlər.  Lakin  ara-sıra  Sarı    Aşığın  
bayatılarında  Günəşin  də  adına  rast  gəlirik. 
                                                 
1
 
“Ашыг  вя  Йахшы”  дастаны,  топлайаны  Ящлиман  Ахундов, 
“Ядябиййат вя инcясянят”,  8 март 1974, № 10. 

 
29 
Lələ barədəki yuxarıda adı çəkilən dastandan  
bəllidir ki, Yaxşı  Lələnin mənəvi anasının adıdır. 
Ola  bilsin  ki,  Yaxşının  mənəvi  yüksəkliyi  Sarı 
Aşığın xoşuna gəlmiş, elə buna görə də sevgilisini  
bu  adla  çağırmışdır.  Bunun  bir  yox,  bir  neçə 
səbəbi var. Əvvəla, Sarı Aşığın sevdiyi qızın ailəsi  
əzəlindən  bu  sevgiyə  etiraz  etmiş,  ikincisi  Yaxşı  
adl
andırılan qız  Sarı  Aşıqdan yaşca çox  kiçikdir. 
Hətta,  öləndə  onu  uşaq  qəbristanlığında  dəfn 
etmişlər.  Molla  Cümə  məcburiyyət  qarşısında öz 
sevgilisini  
İsmipünhan    adlandırdığı  kimi,  Sarı 
Aşıq da öz sevgilisini  bayatılarında Yaxşı, onun  
bacılarını  isə  Günəş  və  Liqa  adı  ilə  təqdim  
etmişdir. 
Aşağıda gətiriləcək faktlar, ehtimal və tutuş-
durmalar  göstərir  ki, Lələ  Sarı Aşıqdan  əvvəl  
yaradıcılığa  başlamışdır. Araşdırıcıların qənaətinə  
görə    Lələ  haqqında    yazılı  mənbə  1721-ci  ildə 
Elyas Muşeqin “Nəğmələr  kitabı”na  gedib çıxır. 
Matedaranda  Lələnin  60-a  yaxın  bayatısının  sax-
landığı  məlumdur.  Lələnin  Füzuli  rayonunun  
Əhmədallar kəndinin yaxınlığındakı “Arqalı qəb-
ristan
lığı”nda  qəbrinin  sənduqə-daşı  olduğu 
müəyyənləşdirilmişdir.  Lələnin  Arqalı    kümbəzi 
və Arqalı  qəbristanlığı ilə bağlılığını  təsdiq  edən 
bir    bayatıya  da  A.Məmmədovanın  Respublika 

 
30 
Əlyazmaları  fondunda  saxlanılan  bayatılar 
əsasında tərtib etdiyi kitabda rast  gəlirik: 
 
Lələ yerin arqalı, 
Mələməz ay arqalı. 
Kəsəkəs meydanında, 
Namərd qaçar, ər qalı.
1
  
 
Maraqlı  faktlardan  biri də  odur ki, vaxtilə  
Elyas  Muşeqin  “Nəğmələr  kitabı”na  düşmüş  
Lələnin üç  bayatısı verilmişdir. 
Lələnin    arzusuna    görə  “gözəl    şah”    onun  
qəbri  üstə  gəlməli    idi.  Xalq    arasında    gəzən 
başqa  bir bayatıya  görə  gözəl  şah  onun qəbri  
üstə  gəlir,  hətta    onun    üstündə  bir    kümbəz    də  
tikdirir: 
 
Lələ də ölüb getdi, 
Dünyanı böldü getdi. 
Qoy Lələ də bilsin ki, 
Gözəl şah gəldi, getdi.  
 
Bir  neçə mülahizəyə görə, Sarı  Aşığın qəbri 
yaxınlığındakı  kümbəz  Lələyə  aid  olmalıdır. 
                                                 
1
 
S.Paşayev.  Ozan-aşıq  yaradıcılığına  dair  araşdırmalar.  II  cilddə.  I 
cild.  Gəncə,  “Pirsultan”  nəşriyyatı,  2002.  səh.  99.  “Elm  və  həyat” 
jurnalı. № 4, 1984-cü il. 
 

 
31 
Birincisi, bütün bayatılarda Lələnin üstündə  küm-
bəz  tikildiyi  deyilir. İkincisi, Sarı  Aşıq  öləndə  
vəsiyyət    edir  ki,  onu  bir  atın  üstə  sarısınlar,  at  
harada    dayansa,  orada  dəfn    etsinlər.  Sarı    Aşıq  
həmişə  Lələnin  kümbəzini  ziyarət  etdiyindən at  
o yerə  bələd  imiş. Ona  görə də  at  rəhmətə  get-
miş Sarı Aşığı  kümbəzin  yanına  gətirir. Bu xalq  
rəvayəti olsa da,  həqiqətə yaxınlığı çoxdur. Üçün-
cüsü,  Lələnin  Füzuli  rayonundakı  Əhmədallar  
kəndi  yaxınlığındakı  “Arqalı  qəbirstanlığı”ndakı 
üstü  yazılı  daşın  nə  altında qəbir  var, nə  üs-
tündə  kümbəz.  Bizcə,  ömrü    boyu    Füzuli,  Cəb-
rayıl və Laçın rayonu ərazilərində yaşamış, oturaq 
yeri  “Arqalı  kümbəzi”  olub.  Bu  kümbəz    qə-
birstan
lıqdan xeyli aralıdır. Özü də, Lələ, rəvayətə  
görə,  lap    uzaq    bir    yaylaqda  vəfat    edib.  Onun  
yazılı  daşını    kimsə,  Həkəri  çayının  sahilindən 
“Arqa
lı  qəbirstanlığı”na  gətirmiş,  onu  “müqəd-
dəslər  sırası”na    daxil    edib,  ziyarətgaha    çevir-
mişdir. 
Heyf  ki,  indiyə  qədər  Sarı  Aşığın    cinaslı  
bayatıları  sənətkarlıq  cəhətdən  deyil,  daha  çox 
tarixilik  baxımından,  onun  tərcümeyi-halına  uy-
ğunlaşdırılaraq    tədqiqata  cəlb    edilmişdir.    Sarı  
Aşığın  bir  cinaslı  bayatısına  diqqət edək:  
 
Aşıq, qaramanlıdır, 

 
32 
Üzün qara manlıdır. 
Yaxşının tənəsindən, 
Yenə qar amanlıdır.  
 
Bizim qənaətimizə görə, bu bayatıda  müəy-
yən  anlaşılmazlıq  və  ya  qeyri-dəqiqlik  var.  Mə-
lum
dur ki, tənə  ilə qar  üşüməz  və  nə  də  aman  
çəkməz.    Burada  Yaxşının  adı  çəkilsə  də,  çəkil-
məsə də, bayatı  Sarı  Aşığındır, onun  da  bircə  
sevgilisi var, o  da  Yaxşıdır.  Bir  halda  ki, belə-
dir, tədqiqata  bayatının  əslini cəlb  etmək daha   
yaxşı olar: 
 
Aşıq, qar  amanlıdır, 
Dağlar  qar  amanlıdır. 
Yarın  soyuq  üzündən, 
Yenə  qar  amanlıdır. 
 
Göründüyü  kimi, ilk  misrada  Qaraman  ad
lı  
yer  yoxdur, “qar  amanlıdır”  ifadəsi  var  və  bu  
əsl    mənanı    açmağa  kömək  edən,  son    misrada  
deyiləcək  fikri    qabaqcadan  xəbər  verən  hazırlıq  
mərhələsinin  uğurlu  ifadəsidir. Doğrudan da, çox  
zaman  uca  dağların başından qar  əskik  olmur, 
qışda  isə  dağlar  başdan-başa qar  örtüyünə  bü-

nür, bu səbəbdən dağlar  da  qarın əlindən  aman  
çəkir.  Bu    cinaslı    bayatıda  ifadə    olunan    əsas  
məna  budur  ki, yarın  üzü  o qədər  soyuqlaşıb  

 
33 
ki, bu soyuqluqdan  hətta, qar  da  qorxub  aman 
çəkir. Aşığı  da  narahat  edən  yarın üzündəki bu 
sərt    soyuqluqdur.  Bayatıdakı  poetik    duyum  nə 
qədər  zərif  və  emosionaldır!  Belə  bənzərsiz  
müşahidələr əsasında bayatı yaratmaq, ifadə  seç-
mək, cinasları yerli-yerində tapmaq və  sənətkar-
lıqla  işlətmək bacarığı  hər  bir  adamda  heyrət 
doğurur. 
Sarı  Aşıq  bəzən  bir  bayatıda  dediyi  fikrə, 
mətləbə    başqa  bir    bayatısında  eyhamlı    şəkildə  
işarə  edərək,  onu  daha  da  qüvvətləndirir.    Məsə-
lən, yuxarıda təhlilə cəlb etdiyimiz bayatıyla  səs-
ləşən başqa  bir  bayatını bu  münasibətlə xatırlat-
maq  yerinə  düşər: 
 
Aşıq, əlaman  çəkər, 
Dilin  əlaman  çəkər, 
Yarın  soyuq üzündən, 
Dağlar  əlaman çəkər. 
 
Həqiqətən Türkiyədə Qaraman dağları, Qara-
man  vilayəti,  Göyçədə  Qara  İmanlı  kəndi,  La-
çında  Qaraman  kəndi  mövcuddur.  Yuxarıdakı 
bayatıya  görə  bu  mətləbin  Sarı  Aşığa  bağlı 
olduğunu aydınlaşdıra bilmirik. Təkcə, tədqiqatçı 
Bəhlul  Bəhcət  “Sarı  Aşığın  bayatıları”  kitabının 
müqəddiməsində Sarı Aşığın Türkiyənin Qaraman 

 
34 
vilayətindən olduğunu qeyd edir.
1
  Lakin biz Tür-
ki
yənin  heç  bir  yazılı  mənbələrində  və  el  sənət-
karları  arasında  bu  fakta  rast  gəlmədik.  Lakin 
Bəhlul  Bəhcət  “Sarı  Aşığın  bayatıları”  kitabının 
müqəddiməsində  Sarıca  Nəbinin  Türkiyədə  Hacı 
Qaramanının ailəsindən olduğunu dilə gətirir. Bu 
qeyd tədqiqata möhtacdır. 
Nə  Türkiyənin Konya şəhərində, nə də  ona 
yaxın  olan  Karaman  elləri  və  tayfaları  arasında 
Sarı  Aşığın  bayatıları  yayılmamışdır.  Burada  
“Mah
mud  və  Nigar”,  “Arzu-Qəmbər”,  “Əsli-
Kərəm”,  “Aşıq  Qərib”  dastanları  geniş  yayılmış-
dır.  Hacı  Qaramanın  adına  Cəbrayıl    rayonunun 
Dağtumaslı,  Sofulu  və  onlara  yaxın  olan  Hacı 
Qaraman  kəndlərində  Sarı  Aşığın  adı  dillər 
əzbəridir.  Dağtumaslı,  Sofulu,  Hacı  Qaraman, 
Çaytumaslı  kəndləri  arasında  Zərdüşti  ilə  Günəş 
Ata    haqqında    əsatir  və  əfsanələr    mövcuddur. 
Əvvəllər    dost    olan    Zərdüşti  ilə    Günəş  Ata 
arasında  islamiyyətin  yaranmasından  sonra 
ziddi
yyət əmələ  gəlmişdir. Zərdüştin  qəhrəmanı 
olan  Salsal    Günəş  Atanı  məhv  etmək  üçün  ona 
daş atır, sal daşlarla  məhv etməyə çalışır. Salsal  
qovur,  Günəş  Ata    gizlənməyə  cəhd  edir.  Bu 
zaman  qatır,  kəklik  və  bulaq  başındakı  qızlar 
                                                 
1
 
Bəhlul  Bəhcət,  “Sarı  Aşığın  bayatıları”,  Bakı, “Səda”, 2006. 
səh.3-4 

 
35 
Günəş  Atanın    yerini  nişan  verirlər.  Lakin  Ardıc 
ağacı  gövdəsindən  paralanır  Günəş  Atanı  qoy-
nunda  gizlədir. Qorqud ata kimi Dədə Günəşində 
qarğışı qarğış, alqışı alqış  idi. Günəş ata deyir:  
-  
Qatır  arxanca  balan  getməsin,  kəklik 
çolpan ötməsin, qız cehizin  bitməsin. Ardıc yaşıl-
lığın dörd fəsildə  itməsin.  
Ümumiyyətlə Azərbaycan əfsanələrində, aşıq 
yaradıcılığında  Zərdüştiliklə  İslamiyyət  arasında 
olan  t
əzadlar öz ifadəsini tapmışdır. Yurdumuzda 
əsatiri  obrazlarla  bağlı  nişanələr,  əfsanə  və 
rəvayətləri qalmaqdadır. Məsələn: Şamaxıda Dədə 
Günəş,  Qarabağda  Ərgünəş  dağları,  eləcə  də 
Cəbrayılın  Dağ  Tumas  kəndinə  yaxın  qəbristan-
lıqda  Dədə  Günəşin  məzardaşı,  Tovuzun  Ağdam 
kəndində  Aldədənin  qəbri  qalmaqdadır.  Onlar 
əsrlərdən  bəri  ziyarətgaha  çevrilmişlər.  Dağ  Tu-
masla  yanaşı  bu  torpaqda  Çay  Tumas,  Bərdədə 
Aran Tu
mas  kəndlərinin  olması  sübut  edir  ki, 
Tumas  və  yaxud  buna  yaxın  olan  Tomris  adını 
daşıyan qədim tayfa adlarıdır. 
Yaradıcı  sənətkarın  tam  irsini  toplamadan 
onun nələrə qadir olduğunu, aydınlaşdırmaq çətin 
olar. Nə Əndəlib Qaracadaği, nə Salman Mümtaz, 
nə də Əhliman Axundov, eləcə də Bəhlul  Bəhcət 
Sarı Aşığın bayatılarını və həyat  macəralarını ta-
mamilə  toplaya  bilməmişlər.  Axtarışlar  davam 

 
36 
etdikcə biz onun tədqiqatdan kənarda qalmış daha 
kamil  müəyyən  maddeyi  tarixi  özündə  yaşadan 
nadir  bayatılarına  rast  gəlirik.  Onun  ana  vətəni 
Qaradağ,  sonra  da  Qarabağ  olsa  da,  onun bütün 
həyatı  Laçın  rayonunun  Həkəri  çayının  sahilin-
dəki  Güləbird  kəndində  keçmiş,  onun  həyatı, 
məişəti,  sevgisi,  yaradıcılığı  bu  coğrafi  məkanla 
bağlı  olmuşdur.  Mən  Güləbird  kəndində  olarkən 
indiyə  qədər  toplanmış  bayatıları  içərisində 
olmayan  nadir  incilərini  əldə  etdim.  Sarı  Aşıq 
iftixarla deyir: 
 
Kəndimiz Güləbatdı,
 
Çiçəyə, gülə batdı.
 
Yaxşı yar gülümsədi,
 
Ağzından gülab atdı. 
 
Bu bayatının ikinci variantı belədir:
 
 
Мян ашыг, gülab аxды,
 
Чичяйя, эцля баxды. 
Yax
şı dodaq tərpətdi, 
Аьзындан эцлаб аxды.
 
 
Sarı Aşığın tədqiqatçıları elə  təsvir etmişlər 
ki, guya 
Sarı  Aşıq  bütün  bayatılarında  yalnız  və 
yalnız Yaxşını təsvir və tərənnüm etmişdir. Onun 

 
37 
bayatıları  Yaxşının  həyat  macəraları  çevrəsindən 
çıxa bilməmişdir. Son zamanlar Sarı Aşığın bizim 
tərəfimizdən toplanmış bayatıları sübut edir ki, o, 
Azərbaycan  poeziyasının  bütün  sirlərinə  bələd 
olmuşdur.  Sarı  Aşıq  gəzməyi,  görməyi  sənətkar 
üçün  böyük  yaradıcılıq  qaynağı  hesab  etmişdir. 
Çox maraqlıdır ki, Sarı Aşıq  hər bir bayatısını bir 
abidə  kimi  daha  poetik  bir  dillə  söyləməyə 
çalışmışdır.  Dilin  zənginliyini  özündə  yaşadan 
omonimlərə-cinaslara böyük əhəmiyyət vermişdir. 
O  çalışmışdır  ki,  onun  hər  bir  bayatısı  böyük 
sənətkarlıqla  –  cinas  bayatılarla  bəzənsin,  daha 
çox yaddaşlarda qalan olsun. Onun aşağıdakı ba-
yatısı  onun  dünyagörüşünü,  istedadını  vətənə 
bələdçiliyini  aydınlaşdıran  ölməz  bir  abidədir.  O 
təkcə  Laçın  rayonunun,  onun  kəndi  olan  Gülə-
birdin coğrafiyası daxilində qalmır,  vətəni gəzir, 
daha mühümü hadi
sələrə  diqqət  yetirir,  isteda-
dının gücü ilə tarixi bayatılar yaradır. Tarixi nadir 
bir inciyə diqqət yetirək: 
 
Mən aşiq, tığda gördüm,
 
Buğdanı tığda gördüm.
 
Gözəli Çanaqçıda,
 
İgidi Tuğda gördüm.
 
 

 
38 
Çanaqçı  Şuşanın  Pənahabaddan  əvvəlki  adı-
dır.  İndinin  özündə  də  Şuşa  gözəlləri  Azərbay-
canın    nadir  gözəllərindən  hesab  edilir.  Hətta 
müğənnilər  oxuduqda  Şuşa  gözəlinə-Azərbaycan 
gözəlinə  heyran  qaldıqlarını  bildirirlər.  Tuğ  da 
Şuşanın  məşhur  kəndlərindən  biridir.  Sarı  Aşıq 
gözəli  Çanaqçıda  gördüyü  kimi,  Qarabağ  igidlə-
rini  də  Tuğda  gördüyünü  müşahidə  etmiş  və 
bayatısına  gətirmişdir.  Sarı  Aşığı,  onun  yara-
dıcılığını  hərtərəfli  öyrənmək  və  ədəbi  irsini  tam 
üzə  çıxarmaq  üçün  onun  bayatı  incilərini,  həyat 
macəralarını  incədən-incəyə  böyük  hövsələ  və 
maraqla  öyrənib  toplamalıyıq.  Bunun  üçün  ha-
zırda  Ağcəbədi  rayonunda  məskunlaşmış  laçın-
lılarla,  xüsusilə  güləbirdlilərlə  tez-tez  görüşməli 
və  yaxından  əlaqə  saxlamalıyıq.  Sarı  Aşıq  elə 
sənətkardır  ki,  bu  gün  də  xalqın  sinəsində, 
hafizəsində,  şüurunda,  zehnində  yaşamaqdadır. 
Sarı  Aşığa  el  məhəbbəti  qaynar  bir  bulaq  kimi 
gün
dən-günə aşıb-daşır. Biz bu çeşmələrin qayna-
ğını  axtarıb  tapmalı,  ondan  içib  feyzyab 
olmalıyıq. 
Sarı Aşıq yığcam, lakonik tərzdə, dörd  mis-
ralı  bayatıda  öz  hissini,  məhəbbətini,  istəyini  elə  
sənətkarlıqla  çatdıra bilir, onu elə  poetik  dillə,  
canlı, yaddaqalan  bədii lövhələrlə  verir  ki, istər-
istəməz    bunlar    insanı  ilhamlandırır,  vəcdə    gə-

 
39 
tirir,  mənən  zənginləşdirib  düşündürür,  təsirlən-
dirir;  
yatmış fikir  və  duyğularını  yenidən  oya-
dır.  Bax,  budur,  Sarı  Aşıq    poeziyasının    cazibə  
qüvvəsi, fərdi  məziyyəti. 
Sarı  Aşıq  xalqın gün-güzəranına, ruhuna və  
ana  dilinin  incəliklərinə  dərindən  bələd  oldu-
ğundan, gələcək  təcnis  binalarını qurmaq  üçün  
cinaslardan  tağ  daşları  yonmuşdur.  Onun    yarat-
dığı cinaslı  bayatılar  qeyri-adi  istedada malik bir  
sənətkarın  dəsti-xəttini,  özünəməxsus  poetik  
nəfəsini    təsdiq  edir.    Bayatılarındakı    forma  və  
məzmun  vəhdəti elə  sərrast  şəkildə  qurulmuş-
dur  ki,  bunlardan  biri,  digərini    üstələyə    bilmir, 
əksinə,    forma    məzmunu,  məzmun    da  formanı  
tamamlayır, onu  bitkinləşdirib daha  dolğun  tu-
tumda  təqdim  edir.
 
Ə.Qaradaği    “Təzkireyi-Qaradaği”    əsərində  
xəbər    verir    ki,  Sarı    Aşıq    çox    erkən  Güney  
Azərbaycanın    Qaradağ    mahalından  Zəngəzura, 
ora
dan  da  Həkəri  çayının  sahilindəki  Güləbird  
qəryəsinə  gəlir, orada  Yaxşı  adlı  bir  qıza aşiq  
olur, sevgilisi  nakam  ölən  zaman özünün tarixi 
bayatısını söyləyir: 
 
Mən aşiq,  tərsinə  qoy,
 
Tər təni  tərsinə  qoy.
 
Yaxşını  qibləsinə,
 

 
40 
Aşiqi  tərsinə  qoy.
1
 
 
Sarı  Aşıq  Həkəri  çayının  sahilindəki  Gülə-
bird  qəryəsində  vəfat  etmiş  və  kənd  qəbirstan-
lığında    dəfn    olunmuşdur.  “Təzkireyi-Qaradaği”  
əsərində  Sarı  Aşığın  XVII  əsrin  əvvəlində  Qa-
radağ  mahalından  köçüb  Zəngəzur qəzasına gəl-
diyi    və  orada  Həkəri  çayının  sahilində  məskən  
saldığını  deyəndən  sonra  Mümtaz    Qaradağinin  
öz    təzkirəsində  verdiyi    rəvayətləri    əldə    əsas  
tutaraq  Sarı Aşıq  haqqında  bir  sıra  mülahizələr 
söy
ləmişdir. O, aşığın  Güləbird  kəndində  vaqe  
olduğunu, qəbir  daşının üstündə  yalnız  saz  şəkli  
çəkildiyini  və  Həkəri  çayının  o  tayında  olan   
sevgilisi Yaxşının qəbrinə tərəf “Yaxşının  qiblə-
sinə,  Aşiqin  tərsinə ”  qoyulduğunu  xəbər  ver-
mişdir. 
Zəkalı, dərin  biliyə  malik  olması  və  hazır-
cavablığı    hələ    özünün    sağlığında    Sarı    Aşığa  
böyük şöhrət  gətirmiş, onu  el içərisində  məşhur-
laşdırmışdır. Həyatla, təbiətlə, kainatla bağlı  ba-
ya
tı-bağlamalarının sorağını eşidib onunla  deyiş-
məyə, bəhsləşməyə, döyüşməyə, söz  güləşdirmə-
                                                 
1
 
Bu həmin bayatının variantıdır.  
Mən aşiqəm, yar sarı, 
Bayqu,  meylin yar sarı. 
Aşıq Məkkədə ölsə, 
Yönün qoyun yar sarı.  

 
41 
yə  gələnlər  olmuşdur.  Bu  istiqamətdə  “yurd”u   
olan bir neçə sınaq-imtahan bayatısı da el  arasın-
da yayılmışdır. Həmin rəvayətlərdən  birində  de-
yilir   ki, bir  dəfə  Sarı  Aşıq  Araz  qırağında   bir  
dəstə qızla qabaqlaşır.  Onlar Aşığı  imtahana çək-
mək  məqsədinə  düşürlər.  Qızlardan biri,  saza-
sözə  bələd  olan  dilli-dilavəri qabağa  çıxıb, aşığı 
deyişməyə  çağırır.  Qız  gözlənilmədən  bayatıyla  
soruşur. 
 
Aşıq,  bənək-bənəkdir, 
Xalın  bənək-bənəkdir. 
Səndən  soruşum, aşıq, 
Araz  neçə  sənəkdir. 
 
Aşıq özünü  itirməyib  qıza  belə  cavab verir: 
 
Ay qız, bənək-bənəkdir, 
Xalın  bənək-bənəkdir. 
Çağır  Araz  dayansın, 
Ölçüm  neçə sənəkdir. 
Aşığın  hazırcavablığı  qızları  və  ətrafdakı-
la
rı  çox  razı  salır: 
 
Yox, aşıq, o  daşdan, 
O k
iprikdən, o  qaşdan, 
Aşıq, sənə  deyirəm
Mənə  don  tik, o  daşdan. 

 
42 
 
Sarı  Aşıq bu sınaq meydanında  da fəhminin  
itiliyi    hesabına    söz    altında    qalmayıb    tutarlı 
cavab qaytara bilir: 
 
Mən  aşığam, o  daşdan, 
O kiprikdən, o  qaşdan, 
Sən  o  qumdan  sap  əyir,
1
 
Mən  don tikim,  o  daşdan. 
 
Həmin bayatı bağlamaya Sarı Aşığın təsiri ilə 
çox  sayda  bayatı  bağlama  deyişmələri  düzülüb 
qoşulmuşdur. Məsələn:  
 
Qız:  
Kəpəz gəlindi daşdan,  
Ağ ləçək düşüb başdan. 
Oğlan sənə deyirəm
 
Mənə don tik o daşdan.  
Oğlan:  
 
Kəpəzin gülü daşdan,  
Dodağı, dili daşdan. 
Gəl qumdan sap əyir,  
Mən don tikim o daşdan.  
 
                                                 
1
 
Bu bayatıda sap əyir misrası “Sən o qumdan xiyəti çək” kimi də 
işlənir. Xiyəti – sap mənasındadır. “Xəyyat” sözünün ilk başlanğıcı 
da buradan gəlir. 

 
43 
Həmin  bağlama  bayatıya  bənzədilmiş  başqa 
bir nümunə:  
 
Qız:  
 
Endim gəldim Ağdaşdan,  
Ağ ləçək düşüb  başdan. 
Oğlan, sənə deyirəm,  
Mənə don tik o daşdan.  
 
Oğlan:  
 
Endin gəldin Ağdaşdan, 
Ağ ləçək düşməz başdan.  
Ay qız qumdan sap əyir,  
Mən don tikim o daşdan.  
 
Sarı    Aşığın    bir-birindən    gözəl    və    təsirli  
de
yişmələrində hərbə-zorba ünsürləri də müəyyən  
yer  tut
ur. Doğrudur, rəvayətlərdən  də göründüyü  
kimi  aşıq  heç  kəsə meydan oxumur. Əksinə  ona  
meydan  oxuyurlar. Lakin  onun  sərrast  cavabları  
hamını  qane  edir və aşığa  üstünlük  qazandırır.  
Bütün bunlar Sarı Aşığın Azərbaycan   ədəbiyya-
tındakı    mövqeyini    yüksək    qiymətləndirməyə  
əsas  verir. 
Burada  bir  məsələni  də  qeyd  etmək  yerinə 
düşər. Azərbaycan xalq ədəbiyyatında minarələrin 

 
44 
yaranmasında  və  formalaşmasında  Sarı  Aşığın 
xüsusi  əməyi  vardır.  Məlumdur  ki,  minarələri  
sinədəftər  nənələr  nağıla  başlamazdan  əvvəl 
deyirlər,  oradakı  iştirakçıların,  uşaqların  və 
böyüklərin  diqqətlərini  bu  sahəyə  cəlb  edirlər. 
Minarələrə  başlamazdan  əvvəl  aşağıdakı  ifadələr 
işlədilir: 
A mini, mini minarə,
 
Lalənin bağrı qara. 
 
Bundan sonra minarələrdən nümunələr verilir: 
 
Neçədir ha, neçədir?
 
Xoruz bir qul beçədir. 
Aşiq səndən soruşum?
 
Göydə ulduz neçədir? 
 
Qarşıdakı cavab verir: 
 
Neçədir, ha neçədir,
 
Gündüz deyil gecədir. 
 
Göyə pilləkən qoydur,
 
Çıxım sayım neçədir. 
 
Minarələrə başqa bir nümunə: 
 
Mən  aşiq, adı nədir,
 
A
lovu, odu  nədir.
 

 
45 
Cəngi  çaxmaq, tükü  qov,
 
Bu  quşun  adı  nədir? 
 
Cavab: 
 
Aşıq, nə  müşkül işdi, 
 
Bir  ocaq  yandı,  keçdi.
 
Cəngi  çaxmaq, tükü  qov,
 
Səməndər adlı  quşdur. 
 
Sarı  Aşığın  təşbih  və  bənzətmələri  özünə-
məxsusdur,  orijinaldır.  Sarı  Aşıq  elə  bir  qıza 
aşiqdir ki, nə göydə, nə də yerdə onun gözəlliyinə, 
hüsnünün yaraşığına tay ola bilməz. 
 
Aşığam, kimsəsizə,
 
Rəhm elə kimsəsizə. 
Nə göydə mələk  bənzər, 
Nə yerdə kimsə  sizə. 
 
Sarı  Aşıq  göydə  mələyə,  yerdə  kimsəyə  tay 
olmayan, bənzəməyən, onlardan qat-qat yüksəkdə 
dayanan gözəli necə gördüyünü  poetik dillə başqa 
bir bayatıda belə təsvir edir: 
 
Mən aşiq, gözüm aya,
 
Qatarın gözü maya.
 
Yel əsdi, zülf dağıldı,
 

 
46 
Sataşdı gözüm aya. 
 
Sarı  Aşığın  sevgilisi  bulud  altdan  ay  kimi 
çıxmış, gözü ona sataşmış, “qatarın gözü maya”nı 
çox aydın görmüşdür. Burada say-seçmə sözlərin 
düzümü,  mənalandırılması  hesabına  o,  könül 
tərpədən  qənirsiz gözəlliyin, qənirsiz də təsvir və 
tərənnümünü verir.
 
Sarı Aşıq bulud zülfü üzünü örtən ay camallı 

zəli  tez-tez  görmək  istəyir,  heyif  ki,  bu  səadət 
ona çox az nəsib olur, gözəlin özünü görəndə də 
saçları camalını görməyə maneçilik törədir: 
 
Mən aşıq, ay camala,
 
Yar əldən ay cam, ala. 
Arala bulud zülfün,
 
Bir baxım, ay camala.
 
 
Gözəlliyin  vurğunu  və  sərrafı  olan  aşıq 
sözdən  rəsm  çəkir,  portret  yaradır.  Sarı  Aşıq 
sözdən,  xüsusilə  cinaslı  ifadələrdən  çox  ustalıqla 
istifadə  edərək,  elə  bayatılar  yaradır  ki,  bunlar 
insanı heyrətləndirməyə bilmir.
 
Sarı Aşığın eşq, məhəbbət, sevgi yanğısı 
nələr yaratmamışdır: 
 
Mən aşiqəm, gen axar,
 
Ar
az Kürdən gen axar.
 

 
47 
Cəfanı bülbül çəkər,
 
Gülü qucar genə xar. 
 
Sarı  Aşıq  bayatılarında  hicran,  həsrət,  ay-
rılıqdan  danışır,  sevgilisinin  uğrunda  çəkdiyi 
əzabları,  iztirabları  qeyd  edir.  O,  bayatılarını  elə 
məharətlə  və  bacarıqla  yaratmışdır  ki,  adam 
dinlədikcə, dinləmək istəyir.
 
Sarı Aşığın ədəbi irsini öyrəndikcə göz önün-
də yeni mənzərələr açılır, yeni xalq örnəkləri bir-
bir boy verir.
 
Xalq  poeziyasında  özünə  əbədi və  ölməz  
abi
də  qoymuş  Sarı Aşığın  ecazkar sənətinin  sir-
ləri  açıldıqca  onun  böyüklüyü daha  aydın  gö-
rünür.
 
Sarı Aşığın bayatılarının  ürəklərdə yurd-yu-
va    bağlamasının  səbəblərindən    biri,    bəlkə    də, 
başlıcası,    həmin    bayatıların    böyük    məharətlə, 
sənətkarlıqla  yaradılması və oradakı  səmimi   və  
ülvi  hisslərin  yüksək və bədii bir dildə  tərənnüm  
olunmasıdır.
 
Sarı  Aşıq  nəinki  bayatı   janrını  öz  şeirləri  
üçün  bir  forma  olaraq  sevib  seçmiş,  eyni  za-
man
da  o,  öz  sənətkar  qüdrəti  ilə  onu  başqala-
rına  da  sevdirə  bilmişdir.  Onun  xeyirxah  təsiri  
nəticəsində  yazılı  və  şifahi  poeziyanın  bir  sıra  
ta
nınmış  nümayəndələri  bu   sahəyə  ciddi  ma-

 
48 
raq  göstərmiş  və onlar  özləri  də  qiymətli  sənət  
inci
ləri  yaratmışlar. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin