Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Laboratoriya müdirinin nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı laboratoriya müdirinin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Laboratoriya müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il
iş stajı olan şəxs təyin edilir.
3.
Laboratoriya müdiri Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Laboratoriya müdiri bilavasitə tibb təşkilatının rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Laboratoriya müdiri aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. Azərbaycan Respublikasının səhiyyə və əhalinin sanitariya-epidemioloji
salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını;
5.3. peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri;
5.4. əməyin təşkili prinsiplərini;
5.5. tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını;
5.6. təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını;
5.7. əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını;
5.8. ilkin uçot-hesabat sənədləşdirməsinin aparılması qaydasını;
5.9. etik davranış qaydalarınn, tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasının
əsaslarını;
5.10. əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
II. Vəzifə öhdəlikləri
6.
Laboratoriya müdiri müalicə-profilaktika müəssisələrinin laboratoriyanın
fəaliyyətinə rəhbərliyini, işin mütərəqqi formalarının, tədqiqatların yüksək analitik
dəqiqlik və diaqnostik etibarlılığa malik yeni metodlarının tətbiqini həyata keçirir.
7.
Laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin
planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun
istifadəsini təmin edir.
8.
Tibb təşkilatının digər struktur bölmələri ilə laboratoriyanın fəaliyyətini
koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir.
2
9.
Laboratoriyanın həkimlərinin, orta və kiçik tibb
heyətinin işinə müntəzəm
nəzarəti həyata keçirir.
10. Laboratoriyanın işçilərinin əmək qanunvericiliyinin və əməyin
mühafizəsinin tələblərinə riayət etməsini təmin edir.
11. Laboratoriyanın işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək
intizamı qaydalarının, tədqiqatların, ölçmələrin, sınaqların standartlaşdırılması və
metroloji təmin olunma tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər
görür.
12. Laboratoriyanın işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu
planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
13. Laboratoriyanın rüblük, yarımillik və illik işini təhlil edir, iş barədə
müəyyən olunmuş qaydada hesabat təqdim edir.
14. Tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata
keçirir.
15. Laboratoriyanın işçilərinin əməyinin əsaslarının və peşə ixtisaslarının
artırılmasına imkan yaradır.
16. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
17. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
III. Hüquqlar
18. Laboratoriya müdirinin aşağıdakı hüquqları vardır:
18.1. laboratoriyanın işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək;
18.2. laboratoriyanın kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək;
18.3. laboratoriyanın işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsi üzrə
rəhbərliyə təkliflər vermək;
18.4. laboratoriyanın fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.6. laboratoriyanın işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda
və müşavirələrdə iştirak etmək;
18.7. müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq.
19. Laboratoriya müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
20. Laboratoriya müdiri aşağıdakılara məsuliyyət daşıyır:
20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
3
20.3. maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə
edilməsinə;
20.4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi
və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;
20.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
20.6. laboratoriyanın fəaliyyəti barədə statistik və digər informasiyanın
müəyyən olunmuş qaydada təqdim edilməsinə;
20.7. laboratoriyanın işçiləri tərəfindən nizam-intizam qaydalarına riayət
edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
20.8. fövqəladə hallar şəraitində laboratoriyanın işə hazırlığına görə məsuliyyət
daşıyır.
21. Laboratoriya müdiri əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.