ASİF ATA
On Qutsal Bitiq’in (Onluğun)
Yan Bitiqləri
I Yan Bitiq:
RUHANİ SƏNƏDLƏR
3
ASİF ATA
(İNAM ATA)
On Qutsal Bitiq’in (Onluğun)
Yan Bitiqləri
(Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı)
Birinci Yan Bitiq:
RUHANİ SƏNƏDLƏR
Mütləqə İnam Ocağına yönəlik
Atakənd
30-il
4
Türkün (İlk) Ruhaniyyat Ocağı –
Asif Atanın (İnam Atanın)
Mütləqə İnam Ocağı
ASİF ATA
On Qutsal Bitiq’in (On Müqəddəs Kitabın – Onluğun) Yan
Bitiqləri (Əlavə Cildləri).
Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı. Birinci Yan Bitiq
(Əlavə Cild): Ruhani Sənədlər – Mütləqə İnam Ocağına yönə-
lik. Atakənd. 30-il.
Asif Atanın “Onluğu” Türk xalqından başlayan Yeni Bəşər
İnamının nəzəri əsaslarını və fəlsəfəsini özündə daşıyır. Ona
görə də dünyabaxış özüllü bu kitabı təkcə yurdumuzun
oxucularına deyil, bütövlükdə İnsanlığa təqdim edirik.
Birinci Yan Bitiq’ə Asif Atanın, əsasən Mütləqə İnam Oca-
ğına yönəlik Ocaq ilsırası boyunca yazmış olduğu və “Ruhani
Sənədlər” adlandırdığı deyimləri, buyuruqları, dəyərlən-
dirmələri və b.k. daxildir.
5
İNSANLAŞMAQ
Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).
7
SAFRUHA
1. Kiçik çətinlikdə böyük çaşqınlıq göstərmədin. Ancaq
“bizi tutacaqlar” – sözündəki təlaş Adi idi.
Özünü Yoxlamalısan!
2. Müqəddəs Əməlin konkret təcəssümü – Övladdan İnam,
İdrak, Mənəviyyat, İradə tələb edir.
Qüdrətinizi aşkara çıxarmaq üçün – Məqsəd böyükdür...
3. Ata Mərasimi Tam dərk olunmayıb.
Bu, müasir dünyanın təsiri deyil, inkarıdır.
İndikilər Atanın əlini öpmür, cibinə girir.
50 illik Yubiley – Müasir Murdarlıq olardı.
Ata Günü – Müqəddəs Başlanğıc, Müqəddəs Hesabat,
Müqəddəs Görüş günüdür.
Səcdə – Müqəddəslik Qaydasıdır.
4. Atayla Görüşmək istəyəni ”Əməl”də, “Səcdə”də, “Həyat
Tərzi”ndə təsdiq olunan Qaydalar əsasında Ruhən hazırla-
yırsan.
Hazırlıqsız Görüş olmur.
5. İrəliləyirsən, ancaq Atanı redaktə etmək körpəliyindən əl
çəkmirsən!...
6. Övlad Ata hüzuruna hazırlanmış Yazıyla gəlir.
Görüş yarım saatdan artıq olmur.
7. Müqəddəs Əmələ – Kəndlərdən Başlamaq olar. Qohum-
lardan, ən sınaqlı dostlardan.
Sonra rayona Müqəddəs Toxum səpmək olar.
İş yerində də Darıxan var.
Ancaq Karıxan daha çoxdur.
Satılan da Yox deyil.
8
Bu səbəbdən də ora münbit torpaq deyil.
Ancaq qadağan sahə də deyil!
Ruhunun Yetkin çağında Risk eləyərsən!
8. Şər Həqiqətin Düşmənidir.
Onunla Yalanla danışmaq lazımdır.
“Asif Əfəndiyevdən başqa Asif tanımıram!”
9. Azlığımız – Çoxluğumuzdur.
10. Təbii şəkildə, Vəhyin təsiriylə – Sonuncu Kitabça yara-
nır – “Rəmzlər”.
Gələndə - Ayın sonuncu beşinci günündə aparacaqsan.
Bununla da 6 Müqəddəs Kitabımız və 4 Kitabçamız olur.
11. Sənin Odu suyun içində qurtarmaq Missiyan –
Müqəddəs Missiyadır və onun öhdəsindən Ləyaqətlə gəldin!
Ataya Müqəddəs Fərəh gətirdin!
12. Şər Atadan Zəifdir – Onun Safruhu Yoxdur!
13. Giriş Əvəzini (İnsanlaşın...) Müqəddəs Kitabların
hamısına əlavə etmisənmi?
14. Ruhani Hökmləri ayırmısanmı?
15. “Müqəddəs Əməl”i köçür, əslini qaytar.
Xəzan Ayı, 7-ci il. Bakı.
9
SAFRUHA
Əsilə deynən, Muğama aid məqalə və plan (balaca dəftərdə)
çamadandadır.
Çıxarsın, sabah gündüz saat Birdə gətirsin.
“Rəmzlər”i çap elə və gələn görüşdə 4 balaca əsərləri bir
yerdə gətir, baxım qaytarım.
Giriş əvəzini kitabların hamısına əlavə et.
Eləmədiklərini Əsildəki çamadandan götür və tam nizamla.
Vəziyyət haqqında Mülahizə.
Müraciət Sözünü eşidiblər, oxuyublar və sənin vasitənlə
Ataya çatdırıblar ki, elə iş görülməsin...
Müqəddəs Əməllə bağlı görəcəyin işlərin yetkin planını tut,
Ataya gətir.
Plansız hərəkətə bulunma!
Tələsmə, həm də Fəalsızlığa qapılma!
Müqəddəs Kitablar heç kəsə verilmir, şərh olunur.
Tanınmış, Sınanmışlar Əsilgildə əsərləri köçürürlər.
Ağlına gələn ilk fikri, ürəyində doğan ilk duyğunu həqiqət
sayma.
(Həqiqət olsa belə).
Onlara tay olan, yaxud onlarla döyüşən 4 başqa fikir və
duyğu doğ, onlar ilkinləri ya ləğv edəcəklər, ya da onlara
qayıdacaqlar.
Atanın məişətinnən məşğul olmağı Zəruriyyət say...
Ürəyin Qaranlıqları Yarsın.
10
P.S. Mənə Azərbaycan, Rusiya (SSRİ), Türkiyə və Dünya
xəritələri lazımdır.
Özüm axtarsam, şübhələnərlər.
Onları mənim üçün tap.
Orxana, Anasına, Bacılarına Ata Uğurları!
25 Xəzan Ayı, 7-ci il. Bakı.
SAFRUH ÜÇÜN
1. Əmələ həsr olunmuş kitabçanın adını “Sədaqət” qoymaq.
2. Safruhun Kitabını “Ata işığında” adlandırmaq.
3. “Rəmzlər”də carçılar yox, çarçılar (yəni rus çarının sadiq
bəndələri) səh. 66.
4. “Ruhani Hökmlər”i ayırmaq (o hələ bitməyib və uzun
müddət bitməyəcək).
5. “Ata İşığı”nı Asif Ataya həsr olunmuş Epiqraf səviyyəli
deyimlə başlamaq.
(Mücərrəd Atanın arxasınca getmirlər, canlı, şəxsi Atanın
ardınca gedirlər).
(“Asif” sözü ərəbcə şiddətli külək – yəni əslində Ruh –
deməkdir.
Evladlar Ataları üçün layiqli ad tapmayınca Asif sözü
Müqəddəslikdə yaşamalıdır).
6. Ocağa Müraciəti adi günlərdə yaşatmaq, Ataya Müraciəti
çətin günlərdə, Ülvi Günlərdə, Səfər üstə, Şərlə üzləşəndə,
Xeyirlə görüşəndə özümləşdirmək (“Ocaq” – Atanın İşığıdır).
11
7. “Rəmzlər”də Bir torpaqda becərilməyən (yəni bar
verməyən) səh. 41.
8. Mütləq Riayət:
Ataya təzim ideyasının bütün mərhələləri: baş əymə,
sədaqətli ürək, müqəddəs əl.
Ata Təqvimi, Ata Yeni ili, Ata günü, Özüylə Döyüş, Ruhani
Təkmilləşmə...
Müqəddəs Dəftərdə əks olunur.
Hər ay Görüş vədəsi Ataya təqdim olunur.
(“Evladlıq”da Tələb olunan Şərdən ayrılma, “İqbal”
səviyyəsində, Ruhani Billurlaşma, Qorxudan azad olmaq,
Yırtıcıdan azad olmaq, Xudbindən azad olmaq, Naşıdan azad
olmaq, Əyyaşdan azad olmaq, Kölədən azad olmaq, Hərisdən
azad olmaq, Şöhrətdən azad olmaq və s. yolunda səy, nəticə,
Bugünkü, Sabahkı...).
9. Bir Ruhani vərəqə, sətir belə itməməli, qorunmalı, sabaha
çatdırılmalı.
Ruhani Tariximiz – Ruhani Hesabatımız, Davamız.
(Təzə Kitab – Ruhani Tariximizə aid məlumatlar kitabı
yaradılır, həmin kitab indi başlanır və qurtarmır).
10. Atayla görüş tarixləşir, təqvimləşir, Kəlamlaşır.
11. “Əməl”ə Mütləq Əməl!
Ürəyin Qaranlıqları yarsın.
Sərt Ay. 7-ci il. Bakı.
12
DÜNYAYA MÜNASİBƏT
Safruha, Sadiqə, Əsilə
1. Türkiyəylə, İranla, Ərəbistanla əlaqə yaratmaq gərəkdir.
Əlaqə - qeyri-siyasi, xəlqi olmalıdır.
Müqəddəs Kitablar həmin ölkələrdə Mütləqçi yetirə bilər,
Mütləqçi Amalımızı həmin ölkələrdə yaya bilər.
Ata Yurduna gələnlər arasında imperiya casuslarıyla yanaşı,
layiqli şəxslər də ola bilər.
Onlarla insani, ruhani münasibət Amalımıza kömək olardı.
Həyatını bu çətin işə həsr eləyən Evlad istəyirəm!
2. SSRİ-də yaşayan əski türk xalqlarıyla ünsiyyət yarat-
malıyıq. Bunun üçün Müqəddəs Kitablar rus dilinə tərcümə
olunmalıdır və yayılmalıdır.
Şərq xalqları biri-birinin dilini çoxdan yadırğayıb.
Bu işi öhdəsinə alan Evlad istəyirəm.
3. Müasir Şərq nəinki gözünü, hətta qulağını belə Avropaya
uzadıb. Amalımız Avropaya çatmalıdır.
Bu işi görə biləcək Evlad istəyirəm.
Sərt Ay, Yeddinci il. Bakı.
SAFRUH ÜÇÜN
Ataya Səcdə Müqəddəsliyində Atanın portreti, büstü
haqqında söhbətin ülvi mənası anlaşılmaz.
Bunu bugünkü bütpərəstliyin təsiri sayarlar.
Bu səbəbdən də həmin müddəanı Müqəddəs Qanundan
çıxartmaq lazımdır.
Siz, Evladlar – Atanın surətini Amalımızın İfadəsi səviyyə-
sində dərk etsəniz, Zahirin Daxili Mahiyyətinə yüksəlsəniz –
Atanın Portreti məsələsini hökmsüz də həll edərsiniz.
Ləyaqətinizin Tələbi bunu sizə öyrədər.
Sərt Ay, Yeddinci il. Bakı.
13
MƏLUMAT
Bu ayın 13-də Dövlət Təhlükəsizlik Komitəsinin Şöbə
müdiri Tofiq Heydərov Ata Evinə gəldi.
– “Niyə çap olunmursunuz?
Niyə doktorluqla bağlı Moskvaya zəng vurmursunuz?
Niyə kitablarınızın nəşriylə maraqlanmırsınız?
Bilirik ki, dəyişməmisiniz...”
Dedim ki, “cavanlıqda müxtəlif balaca qazanlar qaynadır-
dım.
İndi bir Böyük Qazan qaynadıram”.
Çaşqın idi – narahat idi.
13 Qar – 7-ci il.
SAFRUH ÜÇÜN
1. Müqəddəs İllə Görüşə Ruhani səviyyədə hazırlaşırsan.
Qayda yazılıb.
Onun hərfinə və Ruhuna tam riayət etmək gərəkdir.
Görüşü Hadisəyə çevirmək lazımdır.
Texniki tərəfi hərtərəfli düşünürsən, Yetkin şəkildə hər şeyi
Dəqiqliklə müəyyən eləyirsən, Əsillə birgə.
(Harada, saat neçədə, kimlə?)
Maqnitofon olsa – Ata Müraciətini yazarsan, bu təsirli olar;
olmasa – oxuyarsınız Biriniz.
Məndən olsa – Sən.
2. Zəruri saysan, Atayla Mərasimlə bağlı ayda iki dəfə
görüşə bilərsən.
İkinci həftənin beşinci günü, bir də əvvəlki.
Sənədlərimizi tənzim et, diqqətlə, məsuliyyətlə qoru.
Ürəyin Qaranlıqları Yarsın!
Qar Ayı.
14
SAFRUH ÜÇÜN
1. Zəruriyyət.
15 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 30 yaşı olacaq.
18 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 33 yaşı olacaq.
2. İnamsız həyat gənclik yavanlığını Yamanlığa çevirir.
Evladlaşdırmaq – Yamanlıqdan uzaqlaşdırmaq...
Qəddarlıq Yamanlığı görürəm gənclərdə, haramlıq yaman-
lığı görürəm gənclərdə, yabançılıq yamanlığı görürəm gənc-
lərdə, bir hissəsində də məscid hədyanlığı, avamlıq...
Dəbbə arxasında hədsiz yazıqlıq...
(Yazıqlığın qəddarlığından olmaz!)
Dəhşətli Atasızlıq!
Bilmir nə eləsin, ona görə də yamanlıq eləyir cavan.
Lap uşaq yaşından yaşamır...
3. “Dindarlar Ataya daha yaxındır!” – fikri səhvdir.
Dünənkilər – bəli, bugünkü dindarlar – yox.
Onlar Xomeyni bədnamlığına yaxındır.
Qoyun mütiliyi onu yaratdı ki, südəmər körpələri analarının
qucağından alıb raketin qabağına yollayırlar mollalar!
Bizə özümüzdən başqa Yaxın olan yoxdur...
Bu səbəbdən də başqalarını özümləşdirməliyik.
Dindarları yalançı İnamdan xilas eləməliyik, onlardan Evlad
yetişdirməliyik və Dindarların xilasına göndərməliyik.
4. Müqəddəs İlimiz Novruz Bayramından fərqlidir. Onun
vaxtını fərqli müəyyənləşdirmək lazımdır.
1 Günəş Ayı, 1979-cu il köhnə təqvimlə.
5. İllə görüş Qaydalarıyla Əsili tanış elə. O, Qaydayla tanış
deyil.
Ruhani Hökmlər, “Sədaqət” Səfər ayağında Əsil tərəfin-
dən öyrənilir.
15
6. Günəş Ayının başqa günündə də Müqəddəs İllə görüş-
mək olar.
Ancaq Novruzdan fərqli.
28 Köçəri Ay, 7-ci il. Bakı.
ATAYA MÜQƏDDƏS TƏZİM QANUNU
Baş əymək, əlini ürəyin üstünə qoymaq, Əlini öpmək.
Baş əymək – Hörmət rəmzi.
Ürək vermək – Məhəbbət rəmzi.
Əlini öpmək – Səcdə Rəmzi.
Biz sübut etmək istəyirik ki, dövlətdən başqa xalq da var.
Bizə sübut etmək istəyirlər ki, dövlətdən başqa heç nə
yoxdur.
Akademiyanın kitabxanasında iki cavan və bir yaşlı Atanı
izləyir.
Akademiyanın Arxitektura və İncəsənət İnstitutunda bir
çaqqal sayaq adam Atanı izləyir.
Bulvarda bir yaşlı şəxs Atanı izləyir.
Akademiyanın bağında bir nəfər möhtəşəm bədənli Atanı
izləyir.
Ata isə xüsusi qoruyucuya ehtiyac hiss eləmir.
Ataya elə təzə Evlad lazımdır ki, ətrafdakı həyatsızlıqdan,
həyasızlıqdan, İnsansızlıqdan tam əl çəkə bilsin, Yeni Həyat
həsrətiylə yansın, Bütünlüklə, Hərtərəfli Yalançı Dünyayla
hesabını çürüdüb qurtarsın, Atalığa qovuşsun, özünü dünyaya
qarşı qoya bilsin, İnamımızın təzəliyi, Bənzərsizliyi səviyyə-
sində yaşaya bilsin, kamilləşmə ləyaqətinə yüksəlsin!
Xalq bizə belə Evladlar verməyə qadirdir, ancaq səbrimiz
də dərya boyda olmalıdır.
16
SAFRUH ÜÇÜN
Bənzərsizliyimiz: “Heç nə eləməyə-eləməyə” hər şey
eləmək.
Ataya Təzim Qanununun Son, Yetkin çeşidini yazmışam.
Ona əməl eləmək – Müqəddəs Borcdur.
Seçdiyin, Dəyərləndirdiyin, Məsul olduğun Şəxsləri Ata
Görüşünə hərtərəfli hazırlayanda həmin Qanuna Mütləq riayət
Zəruriliyini də öyrət.
Əvvəl tərəddüd edib sonra Qayıdanlar tərəddüd çirkabını
Əməl Suyuyla yumalıdırlar.
Tərəddüd bağışlanmır – Tərəddüdçü tərəfindən Murdar çirk
kimi silinir.
Tərəddüdçü çox çətin və ağır Vəzifəni boynuna götürməli,
həyata keçirməli, tərəddüdsüzlüyünü Əməllə sübut etməlidir.
“Mənə Ölümlə üzləşən İş Buyur – Naqisliyimi Yuyum!”
Tərəddüdçü bu ricayla Ata hüzuruna gəlməlidir.
“Müqəddəs İllə görüş”ü Ata Tələbinin hərfinə və Mənasına
Mütləq Uyğunluq səviyyəsində keçirdin.
Mərasimi təsvir elə, hifz elə, Sabahkılara çatdır.
Tərəddüdçüləri, Qaçqınları dəvət etmə.
Say Ruhani hesabda əsas rol oynamır.
Vətəni Müqəddəs Ənənələr nuruna boyayacağıq!
Ruhaniyyat Düsturu: “Ucalıb Mənəvi Günəşə çatmaq,
Günəş yerində dayanmaq!”
Ürəyin Qaranlıqları Yarsın!
Köçəri Ay, 7-ci il.
17
EVLADLARA
Ənənə yarandı.
Amalın Əməl dövrü başlandı.
Mübarək gündür Günümüz!
Nəbini Oğulluğa götürürəm.
Onun oğulluğunu halal sayıram.
Evimdə gözləyirəm.
Safruhum, Əsilim, Halalım.
Üçüm – Üç Dünyam.
Ürəyinizdəki Mütləq Sizə Yar olsun.
Müqəddəs Gün. 8-ci il.
Bakımız.
HALAL ÜÇÜN
Adını Halal qoydum – adına layiq olasan!
Ömrünü səndən alıb Amala həsr elədim – Amallaşdırdım!
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!
23 Günəş Ayı, 8-ci il.
SAFRUH ÜÇÜN
1. Şər oynadılır və buna görə də qeyzlənir.
Qorxuda bilmir, bu səbəbdən də qorxur.
2. Yazılarında “Ata Şər qeyzində” bölgüsü ayır.
3. Şər Evladlara ciddi təsir edəcəyinə inanmır, cüzi təsirə
ümid bəsləyir.
Cüzi təsir belə Evlad üçün Məğlubiyyətdir.
Evladlarımdan Məğlubiyyət gözləmirəm.
18
4. Oxucu haylayırsan: Kitablarımızın hər sətrini, nöqtəsini,
vergülünü gözünə təpəcəklər – saysız-hesabsızdır.
Ancaq Şər Müqəddəs Sözün hər hərfi üçün ələk-vələkdir:
ələ keçirsin, yandırsın. Oğlum nədənsə unudur ki, Atanın hərə-
katımızla bağlı düşünmədiyi, daşınmadığı məsələ yoxdur.
Əgər Ata Vacib bir məsələni görmürsə, o, nə Atadır?
Ruhaniyyatda Mütləq səbrə xilaf çıxmaq – qeyri-yetkinlik
sayılır.
Bizim bənzərsiz vəziyyətimizdə o, ciddi zərər törədər.
5. Hərəkatımızın Adı Bəllidir: Asif Ata Hərəkatı.
6. Zamanla Təmas Qaydası (Diplomatiya əvəzinə):
Əlçatmazlıq, Bənzərsizlik, Müstəqillik.
7. Müqəddəs Kitabları Ata səsiylə Maqnitofona yazmaq
lazımdır.
Bununla Şərin bəd niyyəti puç olur.
Əsillə birgə hərtərəfli düşünün: nə vaxt, harada, hansı
müddətdə neçə kaset gərək olacaq, maliyyə problemi.
Vəziyyəti hazırlayın.
8. Əmələ başlayın, Səfərə çıxın, xalqı Amallaşdırın.
Bunun üçün nə lazımsa deyilib, yazılıb – İnamınıza hopdu-
run, İdrakınıza həkk eləyin, Mənəviyyatınıza çiləyin, İradənizə
calayın.
Amala layiq Əməl tələb eləyirəm sizdən.
9. Evlad Savadı – Müqəddəs Kitablar.
Hər sətrinə qovuşmaq.
Ürəyiniz Qaranlıqları Yarsın!
Daxilinizdəki Mütləq Sizə Yar Olsun!
20 Günəş Ayı, 8-ci il. Bakı.
(“Atayla Görüş” dəftəri tut, ora yaz.
Əslini qaytar. Əsilə oxu).
19
MƏLUMAT
1. Dünən Heydərovla görüşdük.
2. O, sübut etmək istədi ki, Safruh “Ata məndən müraciət
tələb elədi” – deyib, “Əsərlərimi çap elə” – deyib.
Mən sübut etdim ki, Safruhun Ocaqla, Atayla heç bir əlaqəsi
olmayıb və yoxdur; o, yalnız filosof-tənqidçi Asif Əfəndiyev
tanıyır, onu evində bir neçə gün qonaq saxlayıb, avtoreferatını
çap eləyib.
3. Heydərov Safruhun Müəssisəyə təqdim etdiyi yazısını
görsətdi və mən bildim ki, Safruh Ata hökmünə tam əməl
eləyib və heç bir sirr verməyib – əslində Müəssisə heç nə
bilmir. (Özünü hər şeyi bilən görsətsə də).
4. Safruhun sevimli Qardaşı Sadiq haqqında “Gombul”
ifadəsini daxili qeyzlə yazdığını, “Atayla əlaqəni kəsməyə söz
verirəm” patetikasında daxili inamı bariz hiss etdim.
5. Ən ibtidai və şablon bir üsulla: Evladla Ata arasında
münaqişə yaratmaq; Ataya “Evlad satqındır”, Evlada “Ata
naqisdir” – Fikrini təlqin etməklə – döyüşürlər.
Əlifba səviyyəsində Fənd qururlar, çünki başqa səviyyələri
yoxdur.
6. Güman eləyirlər ki, Ata Təzə bir iş görür.
Nə iş, harda, necə – gümansızdırlar.
7. Atanı cismani Ailə çərçivəsinə salmaq, keçmiş həyat
yoldaşını onun üzərində nəzarətçi qoymaq, məişətləşmə bəxti-
yarlığına yüksəltmək cəhdi var.
Bu, deyəsən, hələlik Müəssisə müdrikliyinin zirvəsidir.
Yəqin ki, Safruha da buna bənzər iqbal “hazırlayırlar”.
20
8. Tam əmin oldum ki, Müəssisəylə münasibətin Ata Xətti
özünü tam doğruldur.
Onun hərfinə və Ruhuna əməl etmək – Müqəddəs
Borcdur.
28 Günəş Ayı, 8-ci il. Bakı.
Dostları ilə paylaş: |