[111]
Maddə 51. Dövlət və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai
təşkilatları
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının
hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının
Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi
üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin və sağlamlıq imkanları
məhdud uşaqların ictimai təşkilatlarının fəaliyyətinə dövlət orqanlarının və vəzifəli şəxslərin
qarışmasına yol verilmir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, ictimai təşkilatlarının mənafeyinə
toxunan məsələləri qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanları və təsərrüfat
təşkilatları əlillərinvə sağlamlıq imkanları məhdud uşaqların müvafiq ictimai təşkilatlarının
iştirakı və ya razılığı ilə həll edirlər.
Mətbuat,
radio
və
televiziya
əlillərin və
sağlamlıq
imkanları
məhdud
uşaqların həyatından bəhs edən xüsusi rubrika hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin
mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yerli orqanları,
habelə onların müəssisələrinin (birliklərinin), idarələrinin və təşkilatlarının əmək kollektivləri
əlillərin və
sağlamlıq
imkanları
məhdud
uşaqların sosial
müdafiəsi
məsələləri
barəsində müvafiq icra hakimiyyəti orqanlarına təkliflər verə bilərlər.
[112]
Maddə
52. Əlillərin və
sağlamlıq
imkanları
məhdud
uşaqların ictimai
təşkilatlarından haqq tutulması
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının məcburi dövlət
sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənir.
[113]
Əldə edilən gəlir bu cəmiyyətlərin maddi-texniki bazasının inkişafına və
möhkəmləndirilməsinə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial ehtiyaclarının
ödənilməsinə yönəldilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mədəni-kütləvi,
idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını
ödəməkdən azad edilirlər.
[114]
Maddə 53. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının
iqtisadi fəaliyyəti üçün şərait yaradılması
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müəssisələrinin və ictimai
təşkilatlarının maddi-texniki təminatı mərkəzləşdirilmiş respublika ehtiyatlarından həyata
keçirilir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasıüçün nəzərdə tutulan
müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və maddi-
texniki ehtiyatlarla birinci növbədə təmin edilir.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün obyektlər tikintisi maliyyələşdirmə
mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin siyahısına daxil edilir.
Maddə 54. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının
vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının öz vəsaiti
hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların daimi mülkiyyəti
olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının təkliflərinə əsasən
bölüşdürülür.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mənzil tikintisində
payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal
tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra
hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər.
[115]
Maddə 55. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının
beynəlxalq əlaqələri
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları öz nizamnamələrinə
müvafiq surətdə beynəlxalq (qeyri-hökumət) birliklərə daxil ola bilər, bir-başa beynəlxalq
əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya bilərlər.
Dövlət orqanları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, mədəni
əlaqələrin, turizmin və idmanın, o cümlədən əlillər və sağlamlıq imkanları məhdud
uşaqlar arasında keçirilən olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya, xoş məramlı
və başqa beynəlxalq yarışların genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici
ölkələrin oxşar ictimai birləşmələri ilə əməkdaşlıq yaratmaqda və onu inkişaf etdirməkdə
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına kömək edir, o cümlədən
maliyyə yardımı göstərir.
[116]
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar təşkilatlarının nümayəndə heyətinin xarici
ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici qonaqların respublika
ərazisində mehmanxanalarda yerləşdirilməsi respublikada tədavüldə olan pul vahidi ilə
ödənilir.
[117]
(çıxarılıb)
[118]
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 25 avqust 1992-ci il
№ 284
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 1994-cü il tarixli 831 nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1994-cü il, № 15, maddə 176)
2.
18 avqust 1995-ci il tarixli 1085 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285)
3.
26 mart 1996-cı il tarixli 47-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81)
4.
7 fevral 1997-ci il tarixli 243-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 305)
5.
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356)
6.
25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378)
7.
13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452)
8.
10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16)
9.
26 mart 1999-cu il tarixli 634-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 217)
10.
20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 3, maddə 145)
11.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731)
12.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)
13.
30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244)
14.
30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246)
15.
22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 706)
16.
9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202)
17.
18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 507)
18.
1 iyun 2004-cü il tarixli 679-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 596)
19.
10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)
20.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
21.
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
22.
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№ 03, maddə 171)
23.
5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№ 04, maddə 275)
24.
22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 11, maddə 949)
25.
21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№02, maddə 70)
26.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
27.
4 mart 2011-ci il tarixli 85-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4,
maddə 260)
28.
30 sentyabr 2011-ci il tarixli 207-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 28 oktyabr 2011-ci il, № 233; “Azərbaycan” qəzeti, 29 oktyabr 2011-ci il, № 240; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 882)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adı yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial
müdafiəsi haqqında
[2]
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun adı dəyişdirilmişdir.
Qanunun əvvəlki adı “Əlillərin sosial müdafiəsi haqqında” idi.
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun mətnində “ pensiya
fondu” və “sosial sığorta fondu” sözləri “dövlət sosial müdafiə fondu” sözləri ilə, “ xalq təhsili
orqanları”, “ sosial təminat orqanları”, “ səhiyyə orqanları” sözləri “ müvafiq icra hakimiyyəti
orqanları” sözləri ilə, “ bərpa” sözü“ reabilitasiya” sözü ilə əvəz edilmişdir.
[3]
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun preambulasında
“müəyyən edir” sözlərindən sonra “əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin
reabilitasiyasına” sözləri əlavə edilmiş, “ cəmiyyət həyatının iqtisadi, siyasi və sosial” sözləri “ ictimai
həyatın bütün” sözləri ilə əvəz edilmiş, “ onların” sözü çıxarılmışdır.
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə
preambulasında “əlillər” və “əlillərin” (hər iki halda) sözlərindən sonra ismin müvafiq hallarında “və
sağlamlıq imkanları məhdud uşaqlar” sözləri, “əlilliyi” sözündən sonra “və uşaqların sağlamlıq
imkanları məhdudluğunu” sözləri əlavə edilmişdir.
[4]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1-ci maddənin
adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri, birinci və ikinci
hissələrində “ əlillər” sözündən sonra “ və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə
edilmişdir.
[5]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə yeni redaksiyada
ikinci hissə əlavə edilmişdir, üçüncü hissəsində “əlilin” sözündən sonra “və sağlamlıq imkanları
məhdud uşağın” və “habelə” sözündən sonra “təhsil almaq,” sözləri əlavə edilmişdir, dördüncü
hissəsində “əlilliyin” sözündən
sonra
(hər
iki
halda) “,
uşaqların
sağlamlıq
imkanları
məhdudluğunun” sözləri əlavə edilmişdir və beşinci (hər iki halda), səkkizinci və doqquzuncu (hər iki
halda) hissələrində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri
əlavə edilmişdir.
[6]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 3-cü maddənin
ikinci hissəsində “əlillik”sözündən sonra “, uşaqların sağlamlıq imkanlarının məhdudluğu” sözləri,
dördüncü
hissəsində “əlilliyin” sözündən
sonra “,
uşaqların
sağlamlıq
imkanları
məhdudluğunun” sözləri əlavə edilmişdir.
[7]
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 2-ci və 3-cü maddələr yeni
redaksiyada verilmişdir. Maddələrin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 2. “Əlil” anlayışı
Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma
və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.
Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz
davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya
qismən itirməsində təzahür edir.
M a d d ə 3. Şəxsin əlil sayılması
Şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra
müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.
Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin
müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa
proqramını təsdiq edən rəsmi sənəddir.
Əlilə vəsiqə verilir. Vəsiqənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin
ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir.
[8]
30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə Qanuna 3-1-ci maddə
əlavə edilmişdir.
[9]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-cü maddənin
adında və birinci hissəsində“əlilliklə” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğu
ilə” sözləri, “əlilin” sözündən sonra (hər iki halda) “, sağlamlıq imkanları məhdud uşağın” sözləri
və “fəaliyyəti” sözündən sonra “, təhsil alma”sözləri əlavə edilmişdir.
[10]
11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 4-cü maddədə “ tibbi-sosial
ekspertiza” sözləri “ tibbi-sosial ekspert komissiyasının” sözləri ilə əvəz edilmişdir.
[11]
13
iyun
2008-ci
il tarixli 648-IIIQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-1-ci maddənin
adında və birinci hissəsində“əlil” sözündən sonra “və 18 yaşınadək sağlamlıq imkanları məhdud
Dostları ilə paylaş: |