§ 5.6.4. Qədim Hindistanın iqtisadiyyatı
Qədim Hindistan – ilk dünya sivilizasiyalarına aiddir. Burada insan
məskunlaşması (arxeoloqların şəhadətinə görə) daş dövründən başlanır.
Tunc mədəniyyətinə aid olan məmulatlar nd çayının sahilində (3 min il
b.e.ə.) aşkarlanmışdır. Hesab edilir ki, ən qədim sinifli cəmiyyət b.e.ə. 3-
cü minilliyin ikinci yarısından 2-ci minilliyin birinci yarısına qədər
mövcud olmuşdur.
Qədim Hindistan tarixi aşağıdakı dövrlərə bölünür:
Dünya iqtisadiyyatının tarixi
170
1.
Qədim ( nd, Xarrap) sivilizasiyalar – b.e.ə XXII-XVIII əsrlər. lk
şəhərlərin, erkən dövlət yaranışlarının meydana çıxması;
2.
“Vedi” dövrü – b.e.ə II minilliyin sonu – I minilliyin ortalarına
qədər:
a) Erkən dövr - b.e.ə. XIII-X əsrlər; Ari tayfaların Şimali
Hindistanda məskunlaşması;
b) Son dövr – b.e.ə. IX-VI əsrlər; Sosial və siyasi təbəqələşmə,
Qanq çayı hövzəsində ilk dövlətlərin yaranması;
3.“Budda” dövrü – b.e.ə. VI-III əsrlər; Buddizmin yaranması və
yayılması; Urbanizasiya prosesi və ilk böyük dövlətin – Mauri dövlətinin
yaranması;
4.“Klassik epoxa” – b.e.ə. II - b.e V əsrləri; Qədim Hind
sivilizasiyası, Cənubi Asiyanın mədəniyyəti və sosial təşkilinin
xarakterik xüsusiyyətlərinin formalaşması.
Cənubi Asiya – qədim dünyanın fərqli xüsusiyyətlərinə malik
regionu olmuşdur. Belə ki, burada inkişafın varisliyi, sosial münasibətlər
və mədəniyyətdə dayanıqlılıq əsas səciyyəvi cəhətlər kimi çıxış edir.
Qədim Hindistan sivilizasiyasına münasibətdə yekdil fikir yoxdur.
Bir qrup tədqiqatçılar hesab edirlər ki, ind sivilizasiyası kənardan, ari
tayfaları tərəfindən gətirilib. Bəziləri onun şumer əsaslı olduğunu
göstərirlər. Arxeoloq R.Qeyne-Qelden
136
isə yazır ki, Hindistanda
sivilizasiya qəflətən meydana çıxıb. Belə ki, onun əvvəlki inkişafının
izləri tapılmamışdır. Eyni zamanda, Hind sivilizasiyasının yerli mənşəli
olduğunu qeyd edən tədqiqatçılar da vardır. Hesab edilir ki, Hind
sivilizasiyası qədimliyinə görə kiçay arası və Misirdən sonra üçüncüdür.
Qədim Hindistanın ən iri şəhərlərində (ticarət, sənətkarlıq və
inzibati hakimiyyət şəhərlərdə cəmlənmişdir) yüz minə qədər insan
yaşayırdı. Bu şəhərlərin əsas xarakterik cəhətləri aşağıdakılardan
ibarətdir:
1.Şəhərlər iki yerə - “Yuxarı” və “Aşağı”ya – bölünürdü ki, bu
hissələr arasında gediş-gəliş məhdudlaşdırılırdı. “Yuxarı”da
zadəganlar və s., “Aşağı”da isə əhalinin əsas hissəsi məskunlaşırdı;
2.Şəhərin yaşayış hissəsi düzbucaqlı formasında qurulmuşdur;
3. ctimai anbarlar və taxıl anbarları şəhərlərdə yerləşirdi;
4.Tikinti ciddi plan əsasında aparılırdı. Məsələn, əsas küçələrin eni 10
metr götürülürdü;
136
Антонова К.А. История Индии (краткий очерк). М.: Мысль, 1973.- С.13-22
Dünya iqtisadiyyatının tarixi
171
5.Əkinçilər və heyvandarlar icma şəklində şəhər divarlarından
kənarda, kənddə yerləşirdilər;
6.Kərpic - əsas tikinti materialı idi;
7.Su təchizatı və kanalizasiya sistemi mövcud olmuşdur.
Qədim Hindistanın iqtisadiyyatında əsaslı irəliləyişlər Mauri
dövlətinin yarandığı andan müşahidə edilməyə başlanmışdır. Kənd
təsərrüfatı (düyü, taxıl arpa) yüksək səviyyəyə çatmış, heyvandarlıq isə
köməkçi sahə kimi inkişaf etməkdə idi. Eyni zamanda, bağçılıq və
bostançılıq da xeyli irəliləmişdir.
Bir sıra yerlərdə süni suvarma sistemindən müvəffəqiyyətlə istifadə
olunurdu. ldə iki dəfə məhsul götürmək adi hala çevrilmişdir.
Qədim dövrdən başlayaraq orta əsrlərə qədər Qədim Hindistanda
sənətkarlıq durmadan inkişaf etmiş, əsas məmulatlar, ələlxüsus pambıq
parça digər ölkələrə ixrac edilməyə başlanmışdır. Eyni zamanda, hind
sənətkarları metallurgiyada da böyük uğurlar qazanmışlar.
Sənətkarlıq əsasən şəhərlərdə mövcud olmuş və başlıca olaraq
dövlət ehtiyaclarının, eləcə də elitanın təmtəraq məmulatlarına olan
tələbatını ödəməklə məşğul idi.
Təsərrüfatın natural tipinin hökmran olmasına baxmayaraq ticarət
inkişaf etməkdə davam edirdi. Ticarətin əsas obyekti təmtəraq
məmulatları olmuş və əsasən karvan ticarəti formasında həyata
keçirilmişdir.
Ticarət əlaqələrində su yolları, ələlxüsus Qanq çayı müstəsna rol
oynamağa başlamışdır. Qədim Hindistanın digər ölkələrlə (Mesopo-
tamiya, Misir, ran, Orta Asiya və s.) ticarət əlaqələri mövcud idi.
Ticarətin inkişafı metal pulların yaranmasına gətirib çıxardı. Hələ
b.e.ə. I minillikdə mis qırıqları gümüş və qızıl (müəyyən çəkidə) pul kimi
istifadə olunurdu. B.e.ə. V-IV əsrlərdə karşapana, yaxud dxarana adlanan
gümüş pullar yarandı. Bununla belə, əmtəələrin sadə mübadiləsi ticarətin
mühüm forması kimi qalmaqda idi.
Sözügedən dövrdə ticarət əməliyyatları dövlət tərəfindən ciddi
şəkildə reqlamentləşdirilmişdir. Bazarda çəki və ölçülərin düzgünlüyü
xüsusi məmurlar tərəfindən yoxlanılırdı. Keyfiyyətsiz məhsul satışı,
yaxud fırıldaqçılıq cəzalandırılırdı. Əksər hallarda cərimə şəklində.
Hətta çarın özü də ticarətlə məşğul olurdu. Bir sıra məhsulların
ticarəti (dağ-mədən məmulatları, duz, spirtli içkilər) çarın inhisarında
olmuşdur.
Qədim Hindistanın siyasi və sosial strukturu haqqında irəli sürülən
fikirlər yalnız təxminlərə əsaslanır. Bir tərəfdən, vahid çəki və ölçü
Dünya iqtisadiyyatının tarixi
172
sistemlərinin, tikintinin oxşar prinsiplərinin, yazının mövcudluğu bütün
ərazi miqyasında idarəetmənin mövcud olması təəssuratını yaradır. Digər
tərəfdən, bu idarəetmənin necə və haradan həyata keçirildiyi aydın deyil.
Bir sıra tədqiqatçılar cəmiyyətin quldarlıq prinsipləri ilə idarə
olunduğunu, digərləri Qədim Mesopotamiya ilə oxşarlığı, üçüncülər isə
respublika quruluşunu önə çəkirlər.
Ümumiyyətlə,
nd
sivilizasiyasının
əsas
xüsusiyyətlərinə
aşağıdakılar aid edilir:
1.
Dini-ruhani komponentin dominantlığı;
2.
Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən
əlahiddələşməsi;
3.
Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil
etməsi;
4.
Varno-Kasta sistemi; “Varna”- növ, dərəcə, rəng deməkdir
və cəmiyyətin əsas sosial təbəqələrinin bir-birindən
fərqləndirilməsində istifadə olunur. Cəmiyyətin bir-birinə
qarşı duran təbəqələrə bölünməsi labüddür. Varna sistemi
zaman keçdikcə nəinki dağılmadı, əkisnə daha da inkişaf
edərək kasta sisteminə çevrildi. Həmin sistem müasir
Hindistanda bu gün də mövcuddur.
§ 5.7. Antik epoxa (b.e.ə. VIII əsr-b.e. V əsri):
Qə dim Yunanıstan və Qə dim Roma
Antik cəmiyyətin formalaşması Qədim Şərq sisteminin yunan
sosio-orqanizmlərinə hərtərəfli təsiri altında baş vermişdir. Sistemli təsiri
– Qədim Şərq cəmiyyəti tərəfindən – tarixçilər istiqamətləndirici təsir
kimi səciyyələndirirlər. Yunanlardan sonra antik istehsal üsulu digər
yerlərə də yayıldı: Etrusk, Karfagen, Latın. Birgə götürülmüş antik
sosiotarixi orqanizmlər yeni tarixi arenanı – Aralıq dənizi hövzəsini
ortalığa çıxardı ki, yekunda da ümumdünya tarixi inkişafın mərkəzi məhz
bu zonaya keçdi. Dünya epoxalarının növbələşməsi baş verdi: Qədim
Şərq epoxası Antik epoxa ilə əvəzləndi. Yeni dünya sistemi bəşəriyyəti
tarixi inkişafın yeni mərhələsinə yüksəltdi.
B.e.ə. IV əsrdə Yaxın Şərq və Aralıq dənizi tarixi arenaları birlikdə
yeni super sistemi – mərkəzi tarixi məkanı formalaşdırdılar. Tərəflərarası
münasibət baxımından sözügedən supersistemdə iki tarixi zona yarandı:
Dünya iqtisadiyyatının tarixi
173
Aralıq dənizi zonası tarixi mərkəz, Yaxın Şərq zonası isə daxili əyalət
keyfiyyətində çıxış etməyə başladılar.
Mərkəzi tarixi məkanın sərhədlərindən kənarda xarici əyalət
yerləşirdi. Qədim Şərq epoxasından fərqli olaraq, antik epoxada xarici
əyalət keyfiyyətində çıxış edən tarixi arenalar arasında müxtəlif
istiqamətli əlaqələr mövcud olmuşdur.
Beləliklə, köhnə dünyada Şərqi Asiya, ndoneziya, Hind, Mərkəzi
Asiya və böyük çöl (türk imperiyaları) arenaları formalaşmışdır. B.e.ə. I
minillikdə isə (yeni dünya) and və mezoamerikan tarixi arenaları
meydana çıxmışdır. Antik cəmiyyətə keçid məhsuldar qüvvələrin
əhəmiyyətli inkişafı ilə müşayiət olunurdu.
Lakin, qeyd edilən yüksəlişin əsasında texniki amillər deyil,
demoqrafik situasiya ilə, işçi qüvvəsinin ümuməhalinin sayında xüsusi
çəkisinin artması dayanırdı. ndistrializməqədərki epoxada sosiotarixi
orqanizmin daxilində əhalinin ümumi sayının artmadığı şəraitdə işçi
qüvvəsinin xüsusi çəkisinin yüksəlməsi yalnız bir amilin –
immiqrantların hesabına ola bilərdi. ctimai istehsalın məhsuldarlığının
qeyd edilən üsulu birmənalı olaraq ekzogen xarakter daşıyırdı. Yəni,
söhbət kənardan gətirilən qulların say artımından gedir. Qul əməyinə
əsaslanan istehsal üsulu formalaşırdı.
Beləliklə, antik cəmiyyətin mövcudluq şərti fasiləsiz olaraq digər
sosiotarixi orqanizmlərdən gətirilən insan resursları ilə birbaşa determinə
olunur.
Qədim Şərqdən fərqli olaraq Avropanın cənubunda ilk dövlətlər
nisbətən gec – b.e.ə. II minillikdə meydana gəlmişlər. Arxeoloji tapıntılar
göstərir ki, Qədim Yunanıstan və Qədim Roma hələ paleolit dövründə
yaşayış məskənləri olmuşlar. B.e.ə. VII minillikdə Balkan yarımadasının
cənubunda əkinçilik və heyvandarlıq yaranmışdır. B.e.ə. IV minilliyin
sonlarında mis əmək alətləri, b.e.ə. III minilliyin başlanğıcında isə tunc
alətlər yayılmağa başlamışdır. B.e.ə. II minilliyin sonlarına yaxın yunan
iqtisadiyyatında artıq dəmirdən düzəldilmiş alətlərdən istifadə
olunmuşdur. Məhz həmin dövrdən etibarən dulusçuluq inkişaf etmiş, ilk
şəhərlər yaranmışdır.
Apennin yarımadasının qədim sakinləri liqurlar, italiklər və
illiriyclər olmuşlar. Neolit mədəniyyəti məhz həmin tayfalar tərəfindən
inkişaf etdirilmişdir. Yarımadada b.e.ə. IX-VIII əsrlərdən etibarən
dəmirdən geniş surətdə istifadə edilməyə başlanmışdır. B.e.ə. VIII-VI
əsrlərdə etruskların mədəniyyəti inkişaf etməyə başlamışdır.
Dünya iqtisadiyyatının tarixi
174
Qədim Yunanıstan və Qədim Roma iqtisadiyyatında qul əməyi
maddi istehsalın əsas hərəkətverici qüvvəsi kimi çıxış edirdi. Bir qayda
olaraq, hərbi əsirlər və ələ keçirilmiş yerli sakinlər, qul ailəsində anadan
olanlar, digər tayfaların satışa çıxardığı insanlar və s. qulların sırasına
daxil edilirdi.
§ 5.7.1. Qədim Romanın iqtisadiyyatı
Qədim Roma respublikası b.e.ə. II minilliyin ortalarında
yaranmışdır. Apennin yarımadasının əksər tayfalarını özündə
birləşdirmiş, b.e.ə. I əsrdən b.e. II əsrinə qədər bütün Şimali Afrikanı,
Avropanın xeyli hissəsini və Ön Asiya ölkələrini zəbt edərək Aralıq
dənizi regionunun ən güclü dövlətinə çevrilmişdir.
Qədim Romanın sosial-iqtisadi və siyasi tarixini aşağıdaki kimi
dövrləmə bölmək olar:
1)
“Çar dövrü” (b.e.ə. VI əsr), yaxud erkən Roma respublikası
(b.e.ə V-IV əsrlər).
2)
“ stehsal” iqtisadiyyatının qərarlaşdığı (quldarlıq) dövr:
a.
Birinci dövr: Klassik quldarlıq (b.e.ə. II-I əsrlər) dövrü;
b.
kinci dövr: Erkən imperiya dövrü (b.e. I-II əsrləri);
3)
Roma imperiyasının ümumi böhranı (b.e. III əsri);
4)
Təsərrüfatçılıq sisteminin (quldarlıq istehsal üsulu) böhranının
dərinləşməsi (b.e. IV-V əsrlər), Qərbi Roma imperiyasının
süqutu.
Roma imperiyasında qul əməyinə əsaslanan antik təsərrüfatçılıq
modeli özünün ən yüksək səviyyəsinə çatmışdı. mperiyanın süqutu antik
sivilizasiyanın sonu demək idi.
Qədim Romanın tarixi 12 əsrə yaxın davam etmişdi. B.e.ə. VIII-VI
əsrlərdə icma münasibətləri dağılmağa başlamış, qan qohumluğu
əsasında formalaşmış icma ərazi prinsipi ilə yenidən qərarlaşmış, əmlak
bərabərsizliyi güclənməyə başlamışdır.
Qullar da daxil olmaqla böyük patriarxal ailə əsas təsərrüfat vahidi
kimi çıxış edirdi. Ailənin başçısı mütləq hakimiyyətə malik idi. Hər bir
patriarxal ailə icma torpaqlarından (öz mülkiyyətinə keçmə şərti ilə) 2
yuqer (0.5 hektar) torpaq payı alırdı. Gəlmələr yalnız ticarət və
sənətkarlıqla məşğul olurdular. Kənd təsərrüfatı – təsərrüfat həyatının
əsasını təşkil edirdi. Ticarət ləng inkişaf edirdi. B.e.ə VI əsrdə
plebeylərin patrisilərə qarşı uzun müddət davam edən mübarizəsi icma
münasibətlərinin qalıqlarını tamamilə aradan qaldırdı, bütün azad
Dünya iqtisadiyyatının tarixi
175
insanların hüquq bərabərliyi və Roma dövlətinin yaranması ilə başa çatdı.
taliyanın işğalı, Karfagen və Makedoniya ilə 100 il davam edən
müharibə nəticəsində (b.e.ə. II minilliyin ortalarında) Roma güclü
quldarlıq dövlətinə çevrildi: Qul əməyi – kənd təsərrüfatı, tikinti, dağ-
mədən sahələrində, yəni Roma dövlətinin iqtisadiyyatının əsas
sferalarında əsas məhsuldar qüvvə kimi çıxış edirdi. Müharibələr
təsərrüfat sistemində mühüm dəyişikliklərə səbəb oldu. Şimali Afrika və
Siciliyadan gətirilən ucuz taxıl təsərrüfatın intensiv inkişaf tipinə keçidi
üçün əlverişli şərait yaratmışdır.
Təbii ki, kəndli təsərrüfatı yaranmış şəraitdən səmərəli istifadə
etmək gücündə deyildir.
Qrakx aqrar islahatları ilə kiçik torpaq sahiblərini “xilas” etmək
cəhdi uğursuzluğa düçar oldu. Bizim eraya yaxın dövrdə Roma
imperiyaya çevrildi. Ərazinin ifrat genişliyi ərazi əmək bölgüsünün
dərinləşməsinə, ticarətin, sənətkarlığın, kənd təsərrüfatının inkişafına
təkan verdi. stehsal vasitələrinin fasiləsiz təkmilləşməsi – yeni oraq
növlərinin, bağ qayçılarının, təkərli kotanın yaranması irəliyə doğru
böyük bir addım idi.
Quldar təsərrüfatının əsas tipi 100-400 yuqer (25-100 hektar)
ərazisi və qullardan ibarət işçi qüvvəsi olan villalar idi. Villalarda
təsərrüfat sahələrinin demək olar ki, hamısı - əkinçilik, heyvandarlıq,
üzümçülük, zeytunçuluq və s. mövcud olmuşdur.
Villaların kəndli təsərrüfatı ilə müqayisədə üstün cəhətləri vardı:
1.
əməyin daha yaxşı təşkili və əmək kooperasiyası;
2.
müxtəlif istehsal vasitələrindən istifadə imkanları;
3.
qabaqcıl aqronom üsulları və texniki təcrübədən yararlanma.
Qul əməyindən istifadənin rasional təşkilinə baxmayaraq intensiv
inkişaf tipini saxlamaq mümkün olmamışdır.
B.e.ə. II əsrdən etibarən ekstensiv inkişaf tipi hakim mövqeyə
keçdi.
Bu dövrdə Roma iqtisadiyyatı əsas iki sektora bölünürdü:
1.
Quldarlıq təsərrüfat sistemi.
2.
Kəndli-icma təsərrüfat sistemi.
B.e.ə. II-I əsrlərdə kənd təsərrüfatının güclü inkişafını şərtləndirən
səbəblərə aşağıdakıları aid etmək olar:
1. qul əməyindən geniş stifadə;
2. sadə əmtəə istehsalının təşkili;
3. kiçik təsərrüfatlardan iri təsərrüfatlara keçid.
Dünya iqtisadiyyatının tarixi
176
Kənd təsərrüfatının inkişafı şəhər və kənd arasında bazar
əlaqələrinin qurulmasına, əmtəə mübadiləsinin intensiv xarakter almasına
təkan verdi.
Bazar münasibətlərinin inkişafı, yeni şəhərlərin yaranması, şəhər
əhalisinin, ictimai və fərdi tələbatın artımı sənətkarlığın müxtəlif
növlərinin inkişafına stimullaşdırıcı təsir göstərmişdir.
Eyni zamanda, dəmir, mis, qurğuşun və digər əvvəllər də istifadə
edilən metallarla yanaşı, poladın yeni növləri, xəlitələr, civə və sinkdən
də yararlanmağa başlanmışdır.
B.e.ə. II-I əsrlər həm də güclü tikinti ilə də xarakterizə olunur.
Romada çoxmərtəbəli yaşayış evlərinin tikintisinə başlanılır.
Ticarət – xüsusi intensivliklə yüksəlməyə başlayır. Dəniz ticarətinin
inkşafı ixrac əməliyyatlarının həm həcmcə artımına, həm də ixrac olunan
məhsulların çeşidinin genişlənməsinə gətirib çıxarmışdır.
B.e.ə. III-II əsrlərdə dövriyyəyə buraxılan gümüş pullar (sestersiya,
denar) tezliklə Aralıq dənizi regionunun əsas valyutasına çevrilir.
Ssuda faizi taliyada illik 6%, əyalətlərdə isə 48% təşkil edirdi.
B.e.II əsri üçün icarə münasibətləri və kolonatların yaranması
xarakterik olmuşdur. Hüquqi cəhətdən kolon – azad insan olmaqla,
müqavilə əsasında (5 il) işə qəbul ediləndir. Bir çox yerlərdə kolonlar
əbədi icarədarlara çevrilirdilər.
§ 5.7.2. Qədim Yunanıstanın iqtisadiyyatı
Qədim Yunanıstanın sosial-iqtisadi və siyasi tarixi 5 dövrə bölünür:
1.
Egey, yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər).
2.
Ibtidai icma münasibətlərinin bərpası, sonrakı prosesdə antik
mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması
dövrü (b.e.ə. XI-IX əsrlər).
3.
Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) – Polislərin yaranması.
4.
Klassik dövr (b.e.ə. V-IV əsrlər).
5.
Ellin dövrü (b.e.ə. IV- əsrlər).
B.e.ə. VIII-VII əsrlərdə Qədim Yunanıstan (Ellada) Şərqi Aralıq
dənizi adalarında və Balkan yarımadasında yaranmış çoxsaylı kiçik
müstəqil dövlətlərdən ibarət olmuşdur.
cma münasibətlərinin dağılmağa başlaması və məhdud ərazilərin
intensiv məskunlaşması nəticəsində b.e.ə. VIII-VII əsrlərdə böyük yunan
dünyası formalaşdı. Bura artıq Kiçik Asiyanın sahilyanı əraziləri, Qara
Dünya iqtisadiyyatının tarixi
177
dəniz sahilləri, Şimal-Şərqi Afrika, Apennin yarımadasının və Fransanın
cənub əraziləri daxil idi.
Yunan kolonları ilə metropoliyalar arasında ticarət münasibətləri
formalaşmışdır. Kolonlaşma (məskunlaşma) dövründə yunan icmalarının
sosial-iqtisadi inkişafında mühüm irəliləyişlər baş vermişdir.
Qul əməyindən istifadə edilməsi daha da genişlənmiş, dəmir əmək
alətləri üstünlk təşkil etməyə başlamış, sənətkarlıq kənd təsərrüfatından
ayrılmışdır. ri şəhərlər kənd yerlərini özünə birləşdirməklə şəhər-
dövlətlərə, polislərə çevrilmişlər. Polisin klassik nümunəsi – b.e.ə. VI
əsrdə yaranmış Afina şəhər-dövləti idi.
Qədim Yunanıstan iqtisadiyyatının inkişafında Böyük Yunan
məskunlaşması (kolonizasiya) mühüm rol oynamışdır. Böyük Yunan
məskunlaşmasının əsas səbəbləri sırasına aşağıdakıları aid etmək olar:
1.
Ticarətin (o cümlədən, dəniz ticarətinin) inkişafı.
2.
Polislərdə (şəhər-dövlətlərdə) siyasi, iqtisadi və sosial
situasiyanın pisləşməsi.
3.
Torpaq çatışmazlığı və əhalinin sıxlığı.
4.
Ticarətin
inkişafı
üçün
Aralıq
dənizi
sahillərinin
məskunlaşdırılması zəruriliyi.
Məskunlaşma Şərqi Aralıq dənizi ölkələri ilə ticarət əlaqələrinin
inkişafına səbəb olmaqla Qədim Yunanıstanın uzun tarixi dönəmdə
rastlaşdığı təcridliyi (ticarət əlaqələri nöqteyi-nəzərindən) aradan
qaldırmaqda mühüm rol oynadı.
lkin olaraq məskunlaşma ticarət üçün əlverişli olan ərazilərdə
həyata keçirilirdi.
Ticarət məskunlaşmasının iki növü mövcud olmuşdur:
1.
Emporiya – məskunlaşan ərazi.
2.
Anoykiya - əkinçi və sənətkarların daimi məskunlaşması.
Sonrakı prosesdə məskunlaşmanın növləri arasındakı fərqliliklər
aradan qalxmış və vahid iqtisadi istiqamət – ticarət və vasitəçilik
qərarlaşmışdır.
Böyük Yunan məskunlaşması ticarətin inkişafında əhəmiyyətli rol
oynamışdır:
1.
ticarət əlaqələrinin intensivləşməsinə şərait yaratmış;
2.
ticarətin xarici bazarlara çıxışına imkan vermişdir ki, bu da bir
çox sosial, iqtisadi cə siyasi problemlərin həllinə yardım
etmişdir;
3.
sənətkarlığın intensiv inkişafına təsir göstərmişdir.
Dünya iqtisadiyyatının tarixi
178
Böyük Yunan məskunlaşması epoxasının məntiqi yekunu olaraq
Qədim Yunanıstan primitiv natural təsərrüfatla müqayisədə daha yüksək
inkişaf səviyyəsi əldə etmişdr. Məhz bu proseslərin yekunu kimi polislər
(şəhər-dövlətlər) meydana gəlməyə başlamışdır.
Qədim Yunanıstanda şəhər-dövlətlərin (polis) yaranması prosesinin
əsas tiplərinin qərarlaşması b.e.ə. XI əsrdən başlayaraq b.e.ə IV əsrə
qədər davam etmişdir.
Dünya iqtisadiyyatının tarixi
179
Q rb:
ə
taliya
v Si
ə çiliya
Böyük Yuna-
nıstan adlanır-
dı
Şimal-Ş rq:
ə
Qarad niz
ə
sahill ri
ə
C nub v
ə
ə
C nub
ə -
Ş rq:
ə
Ön v Kiçik
ə
Asiya
2) Ticar t
ə -s n tkarl
ə ə
ıq: əmtəə-pul
münasib tl rinin inki
ə ə
şafı (Afina,
Milet v s.)
ə
Ə
ə ə ə
hali sas n kin çil r v
ə ə
maldarlar idi. S n tkarl
ə ə
ıq və
ticar t inki
ə
şaf etm mişdir.
ə
Xarici laq l r yox s viy-
ə ə ə
ə
y sind idi.
ə
ə
btidai-icmanın dağıldığı,
quldarlığın formlaşdığı dövr.
S n tkarl
ə ə
ığın, ticarətin v ə
s l m
ə ə çiliyin inkişafı;
Böyük Yunan m skunla
ə
şması: 3
istiqam?td? olmuşdur
“Homer
dövrü” b.e. .
ə
XI-IX srl r
ə ə
“Arxaik dövr”
b.e. . VIII
ə
-VI
ə ə
srl r
Genezisi
“Klassik dövr” b.e. .
ə
V-IV srl r
ə ə
Əsas xarakterik
c h tl r
ə ə ə
1) Polisl rin tam
ə
hökmranlığı;
2) Ticar t
ə -s n tkarl
ə ə
ıq
polisl rind an
ə
ə tik tipli
klassik quldarlıq;
3) Asılılığın
saxlanılması
Ş h r
ə ə - dövl tl r (polisl r)
ə ə
ə
Ş h r
ə ə – dövl tl rin (polisl rin) sas tipl ri
ə ə
ə
ə
ə
1) Aqrar: K nd t s rr
ə ə ə üfatının mütləq
üstünlüyü, mt
ə əə-pul münasib tl rinin
ə ə
z if inki
ə
şafı (Sparta)
Şə
kil 5.4. Şəhər-dövlətlərin (polislərin) genezisi
Şəhər-dövlətlərin (Polislərin) hər iki tipi üçün xarakterik olan
prinsiplərə aşağıdakılar aiddir:
1.
Dövlət və xüsusi mülkiyyət;
Dünya iqtisadiyyatının tarixi
180
2.
Polisin torpaq üzərində ali hüquqi prinsipi;
3.
Yalnız polisin vətəndaşı olanların torpaq sahibliyi hüququ
prinsipi;
4.
Azadlığın əsası kimi avtarkiya prinsipi;
5.
Əkinçi əməyinin digərlərindən üstünlüyü prinsipi.
Polislərin birinci tipi – Aqrar polislərdə münasibətlərin
tənzimlənməsi Likurq qanunları (b.e.ə.IX əsr) ilə həyata keçirilirdi. Bu
qanunlar bır sıra tədqiqatlarda Likurq inqilabı adlanır.
Polislərin ikinci tipi – Ticarət-sənətkarlıq polislərində isə Drakonta
(b.e.ə. 621 il), Solona (b.e.ə.594 il) və Klisfena (b.e.ə.509 il) qanunları
dövriyyədə olmuşdur. kinci tipə xas olan əsas cəhətlər sırasına
aşağıdakıları aid etmək olar:
1.
Xüsusi mülkiyyət hüququ;
2.
Polisin vətəndaşları arasında hüquq bərabərliyi;
3.
Afinanın vətəndaşı qul ola bilməz;
4.
Torpaq payının maksimumunun təsbiti;
5.
cma münasibətlərinin ləğvi.
Müəyyən fasilədən sonra – XII əsrdən başlayaraq şəhərlərin iqtisadi
əhəmiyyəti sürətlə artmağa başladı. Qeyd edilən yüksəliş əsasən 2 amillə
şərtlənir:
1.
Feodal asılılığından azadolma (şəhərlərin özünəməxsus
silahlı müdafiəyə dəstələri yaranmışdır).
2.
Feodalın təsir dairəsindən kənarda azad bazar, azad ticarətin
mövcudluğu.
Təxminən həmin dövrdə inkişafa mane olan icma təşkilatları ləğv
edilmiş, nəsil imtiyazları əmlak senzi və xüsusi mülkiyyətlə
əvəzlənmişdir. Bütün əhali əldə edilən gəlirin həcminə görə dörd
dərəcəyə bölünürdü ki, bu dərəcələr əsasında da siyasi hüquqlar (bu və ya
digər vəzifəni tutma) və hərbi mükəlləfiyyətlər müəyyənləşirdi.
Afina quldarlıq respublikasının yaranması məhsuldar qüvvələrin
inkişafına güclü təkan vermişdir. B.e.ə. VII-VI əsrlərdə daha mürəkkəb
alətlərdən - əl dəyirmanı, zeytun yağı və şərab istehsalı üçün xüsusi
qurğulardan istifadə edilməyə başlanmışdır. Metaləritmə sobaları
meydana çıxdı və s.
Yunan-Persiya müharibələri (e.ə 500-449-cu illər) əksər yunan
dövlətlərinin (nəticə etibarilə) möhkəmlənməsinə, Afina başda olmaqla
dəniz ittifaqı yaratmalarına gətirib çıxardı. Afina – birləşmiş güclü
dövlətə çevrildi. Müharibə nəticəsində ölkəyə qul axını gücləndi.
Qulların əsas hissəsi istehsalat sferasına cəlb olunmuşdu.
Dünya iqtisadiyyatının tarixi
181
B.e.ə. V əsrin ortalarında Afina bütün Yunanıstanın siyasi və
iqtisadi mərkəzi kimi çıxış etməyə başladı. Ticarət əlaqələri sürətlə
genişlənməkdə idi. Bu prosesə paralel olaraq sələmçilik geniş vüsət
almışdır. Ssuda əmlak girovu (torpaq, ev, gəmi, əmtəə) əsasında verilir,
illik faiz dərəcəsi 12-18%-dən 30 %-ə qədər dəyişirdi. Pul vahidlərinin
çoxluğu pul mübadiləsini ticarət üçün mühüm sahəyə çevirmişdir. Pul
mübadiləsi ilə - trapezitlər məşğul olurdu. Onlar, eyni zamanda bəzi
primitiv bank xidmətləri də göstərirdilər: pul köçürmələrini həyata
keçirir, pulun saxlanmasını təmin edirdilər.
Lakin Afinanın inkişafı uzunömürlü olmadı. Ziddiyyətlər
iqtisadiyyatın tənəzzülünə, kiçik istehsalçıların müflisləşməsinə və heç
bir yaşayış vasitəsi olmayan əhalinin xüsusi çəkisinin artımına (60%)
gətirib çıxardı.
B.e.ə. IV əsrdə Afina Makedoniya, b.e.ə. II əsrdə isə bütün
Yunanıstan Roma tərəfindən işğal edildi və yeni dövlət – Roma
imperiyası yarandı.
Beləliklə, Qədim Yunanıstan iqtisadiyyatı quldarlığın antik
formasına əsaslanaraq inkişaf edirdi. F.Engels yazırdı ki, “... Yalnız
quldarlıq əkinçilik və sənaye arasında daha irimiqyaslı əmək bölgüsünü
mümkün etmişdr... Qullarsız nə yunan dövləti, nə də yunan incəsənəti və
yunan elmi, eləcə də, bütövlükdə Roma imperiyası ola bilməzdi.”
137
Qullarla yanaşı sənətkarlıq və kənd təsərrüfatı sferalarında azad
insanlar da çalışırdılar. Bunlara əsasən sənətkarlar, kiçik emalatxana
sahibləri, yaxud sadəcə olaraq, ustalar aid edilirdi.
Kənd təsərrüfatının əsasını üzümçülük, zeytunçuluq, meyvə və
tərəvəz istehsalı, o cümlədən taxıl və arpa bitkiləri təşkil edirdi. Kənd
təsərrüfatına paralel olaraq sənətkarlıq da inkişaf edirdi. Müxtəlif
sənətkarlıq məmulatları istehsal edən emalatxanalar – erqasteriya
(“erqa”- iş) adlanırdı. Bu emalatxanalarda orta hesabla 20-30 nəfər
çalışırdı.
Sənətkarlığın inkişafı həm daxili, həm də xarici ticarətin artımı ilə
müşayiət olunurdu.
Attikanın əsas limanına – Pirə xarici ticarət gəmiləri gəlirdi.
Məhsuldar torpaqların kasadlığı və əlverişli coğrafi mövqe, bir
tərəfdən, kənd təsərrüfatında maksimum səylə çalışmağı tələb edirdi,
digər tərəfdən ölkənin xarici əlaqələrini əhəmiyyətli dərəcədə
137
История Древнего Мира. Расцвет древних обществ// под ред. И.М. Дьяконова,
М.: 1989г.
Dünya iqtisadiyyatının tarixi
182
genişləndirməyə imkan verirdi. Bütün bunlar yekun etibarilə
sənətkarlığın inkişafı üçün stimul yaradırdı.
Dostları ilə paylaş: |