Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə49/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

269

 

 



 

 

çəkdirməsi  haqqında  məlumat  verir.  Həmçinin  şair  ilk  iki  misrada  Qarabağı  gözəlliklər  yurdu 



adlandırır: 

Gözəlliklər yurdudur, 

Başdan – başa Qarabağ. 

Bu torpaqda doğulmuş, 

Bir zamanlar Natəvan. 

Şuşanın şair qızı, 

Şeirə, sənətə heyran. 

Qüvvət alıb, güc alıb, 

Vətən torpağından o, 

Şuşaya su çəkdirmiş, 

İsa bulağından o [2, s. 274-275]. 

Göründüyü kimi, etnik qrupların folklor və ədəbiyyat nümunələrində azərbaycançılıq xüsusi 

yer  tutur.  Bu  da    ondan  irəli  gəlir  ki,  Azərbaycan  doğurdan  da  əsrlər  boyu  öz  ərazisində  yaşayan 

müxtəlif xalqların nümayəndələrinə multikultural şərait yaratmışdır. Məhz buna görə bu cür folklor 

və  ədəbi  nümunələrin  gənc  nəslimizin  tərbiyəsinə  aşılanması  üçün  bu  nümunələrin  öz  dilimizə 

tərcüməsi zəruridir. Bu da gələcək nəsillərə dəyərli miras kimi qalacaqdır. 

ƏDƏBİYYAT

1. Azərbaycanda  yaşayan azsaylı xalqların adət - ənənələrinin təbliğində kitabxanaların rolu. 

Metodik vəsait. Bakı, 2012, 45 s.  

2. Yeni yazarlar və sənətçilər qurumu. Bir xalçanın ilmələri, Bakı, MBM, 2008, 288 s. 

3. www.azerbaijan-news/index.php?mod=3&id=96568 

Ulviyya Abbasova Vagif 

Summary 

This  article  is  about  the  folklore  of  ethnic  minorities.  The  samples  were  taken  from  the 

literature of ethnic minorities, living in Azerbaijan. A number of poems, found in their folklore, are 

devoted  to  Azerbaijan  in  general  and  its  occupied  territories,  national  heroes,  actors  and  the  like. 

Moreover,  we  could  see  that  their  folklore  is  abundant  with  multicultural  ideas  and  values  of 

tolerance. 

 

    


 

 

 



 

 

 



 

Şəlalə Bağırova, tarix üzrə fəlsəfə doktoru 

Azərbaycan Dillər Universiteti Sosial elmlər kafedrasının dosenti 

baghirova.shalala@mail.ru 

 

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM SİYASƏTİ 

 

Açar sözlər: etnik azlıqlar, multikulturalizm, tolerantlıq, birgəyaşayış, milli siyasət. 

Key words: ethnic minorities, multiculturalism, tolerance, coexistence ,a national policy. 

 

Milli  azlıqlar  müxtəlif  xalq  və  millətləri  təşkil  edən  etnik  birlikdən  qopmuş,  etnik  proseslər 



zamanı  xüsusi  forma  və  məzmun  kəsb  etmiş  ayrıca  etnik  qurumlardan  ibarətdir.  Hər  bir  etnik 

azlığın öz dili, adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq, adətən, müəyyən bir ərazidə 

kompakt halda yaşayır. Onlar üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə 

qaynayıb  qarışmasına  heç  də  mane  ola  bilməz.  Eyni  zamanda  etnik  azlıqlar,  tarixən  baş  verən 

proseslər  nəticəsində  öz  keçmiş  əlamətlərini  saxlamaqla  bərabər,  qonşu  xalq  və  millətlərdən  də 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

270

 

 



 

 

müəyyən  əlamətlər  və  xüsusiyyətlər  əxz  edə  bilərlər.  (  10,  s.21).  Azərbaycan  Respublikası  da  bu 



baxımdan  xüsusilə  seçilir.  Belə  ki,  coğrafi  cəhətdən  Asiya  və  Avropa  qitələrinin  sərhədində 

yerləşən  Azərbaycan  tarixi  keçmişdə  müxtəlif  sivilizasiyaların  kəsişməsində  bərqərar  olmuşdur. 

Tarixin  müxtəlif  dönəmlərində  Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətlər  öz  ərazilərini 

genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın, Orta Asiyanın bir sıra xalq və etnoqrafik 

qrupları  bu  torpaqlara  köçürülmüşlər.  Eləcə  də,  Azərbaycan  torpaqlarına  sasanilərin,  ərəblərin  və 

monqolların  yürüşləri, Azərbaycanın  çar Rusiyası tərəfindən işğalı zamanı bu əraziyə köçürülmüş 

xalqlar öz talelərini bu torpağa bağlamışlar.  

Müasir  dövrdə  Azərbaycan  Respublikasının  ərazisində    əsas  və  böyük  hissəni  təşkil  edən 

Azərbaycan türkləri ilə  yanaşı, milli  azlıqlar da  yaşayırlar. 2009-cu ilin siyahıya alınmasına görə 

ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir 

(3,  s.3).  Azərbaycan  ərazisində  yaşayan  rusların,  talışların,  avarların,  tatarların,  tatların, 

ukraynalıların,  saxurların,  gürcülərin,  yəhudilərin,  kürdlərin,  qrizların,  udinlərin,  xınalıqların  və 

digər millətlərin nümayəndələrinin bu torpağı öz doğma vətənləri kimi qəbul etmələrində dövlətin 

rolu  əvəzsizdir.  Ölkənin  milli  siyasəti  müxtəlif  etnik  qrup  və  dini  azlıqların  birgə  yaşaması  və 

dözümlülük prinsipləri əsasında müəyyənləşmişdir ( 5, s.8). Bu gün Azərbaycan ərazisində kompakt 

halında  yaşayan  milli  azlıq,  azsaylı  xalq  və  etnik  azlıqlarla  yanaşı,  sayının  azlığından  və 

çoxluğundan asılı olmayaraq, həmçinin digər xalqların nümayəndələri də  yaşayır. Onların bir çoxu 

başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar. 

Etnik tərkibi müxtəlif olan Azərbaycan Respublikasında milli azlıq məsələsinə Heydər Əliyev 

kimi  həssas,  diqqətli,  müdrikcəsinə  yanaşan,  birgəyaşayışın  milli-tarixi  ənənəsinin  ölkənin 

gələcəyində  rolu  baxımından  bütün  variantların  ən  optimalı,  faydalısı  kimi  seçərək  nəzarətdə 

saxlamış ikinci bir siyasətçi olmamışdır. Ötən əsrin 60-80-ci illərində konsepsiya şəklində keçirilən 

ilk  milli  siyasət  kursunun  əməli  faydası,  inandırıcı  gücü  ölkədə  mövcud  olan  milli  birliyi  daha  da 

gücləndirdi.  Birmənalı  şəkildə  qeyd  etmək  lazımdır  ki,  yenidənqurma  kampaniyasından  sonra 

keçmiş  SSRİ  respublikalarının  əksəriyyətində  baş  vermiş  milli  qarşıdurma  fəlakətlərinin 

Azərbaycanda təzahür etməməsində Heydər Əliyevin həyata keçirdiyi milli siyasət kursu başlıca rol 

oynamışdır (7,  s. 78). Düşmən qüvvələr etnik zəmində ixtilaf və toqquşmalar yaratmağa çalışsalar 

da  onların  niyyətləri  elə  həmin  illərdə  də  alınmışdır.  Heydər  Əliyevin  milli  məsələlərlə  bağlı 

fəaliyyətində  beynəlmiləlçilik  ruhunu  və  milli  azlıqlara  diqqəti  müdafiə  etməsi  sayəsində  

Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olmuşdur. Bu istər yuxarıların, istərsə də aşağıların 

biri-digərinə  olan  münasibətinin  birmənalı  olaraq  davam  etməsinin  göstəricisidir.  Yəni  topluma 

daxil olan  türkə, həm də qeyri-türkə ictimai mühitdə  yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik 

arasında  fərq  qoyulmayıb(11,s.11).  Birmənalı  şəkildə  qeyd  etmək  olar  ki,  Ulu  Öndər  Azərbaycan 

multikulturalizminin siyasi banisidir ( 6, s. 11).  

1991-ci  ildə  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  qazandıqdan  sonra  ilk  illərdə  ölkə 

daxilində  yaşayan  etnik  azlıqlarla  əsaslı  bir  iş  görülməmişdi.  1992-ci  ildə  milli  azlıqlar  arasında 

əlaqələrin  yaxşılaşdırılması  və  hüquqi  dövlətin  yaradılmasına  onların  cəlb  olunmasınının 

səviyyəsinin  artırılması  məqsədi  daşıyan    "Azərbaycanda  yaşayan  milli  azlıqlar  və  etnik  qrupların 

hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" 

haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  1992-ci il 16  sentyabr  tarixli  fərmanı  imzalansa 

da, həyata keçirilmədi. 90-cı illərin əvvəllərində respublikanı həm siyasi, həm də iqtisadi cəhətdən 

bürüyən  xaos  milli  birliklərin  də  həyatından  yan  keçmədi.  Tarazlı  milli  siyasət  kursu,  milli 

azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həllinə 

1993-cü ildə hakimiyyətə gəlmiş  prezident, ümummilli lider  Heydər Əliyevin iradəsi, cəsarəti ilə 

başlanıldı. Heydər Əliyevin  siyasi  iradəsi  nəticəsində Azərbaycan tarixən sahib  olduğu  tolerantlıq 

və  multikulturalizm  ənənələrini  hüquqi  və  siyasi  müstəvidə  yenidən  bərpa  etdi.  Həmin  illərdə 

Azərbaycanın  taleyinin  həll  edildiyi  bir  zamanda  Heydər  Əliyev  milli  birlik  ideyasını  irəli  sürdü  

Hakimiyyətinin  ilk  illərindən  başlayaraq,  dövlət  daxilində  baş  verən  siyasi  çəkişmələrlə  yanaşı, 

meydana  gələn  milli  problemlərin  və  millətlərarası  sülhü  pozmağa  çalışan  qüvvələrin  yaratdığı 

gərginlikləri Heydər Əliyev müxtəlif vasitələrlə azaltmaq məqsədilə müəyyən işlər görməyə başladı 

(9, s.2).  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

271

 

 



 

 

Heydər  Əliyev  deyirdi:”  Biz,  Azərbaycan  deyəndə  onun  sərvətini,  onun  gözəl  təbiətini 



nəzərdə tuturuq. Lakin bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda 

yaşayan,  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan,  müxtəlif  dinlərdən  olan,  müxtəlif  dinlərə 

etiqad edən adamlardır” (Niyaz Niftiyev, səh.72),  “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o 

qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini 

verər”    (  8,  s.  9).  Ümummilli  lider  bir  məqama  da  hər  zaman  xüsusi  diqqətlə  yanaşırdı: 

“Azərbaycanın  çoxmillətli,  tolerant  ölkə  olması  bizim  böyük  sərvətimizdir  və  biz  bunu  qoruyub 

saxlamalı, dünyada ən yüksək səviyyədə təbliğ etməliyik” (10, s. 31). 

Heydər  Əliyevin  milli  siyasətinin  əsas  istiqamətlərindən  biri  Azərbaycan  Respublikası 

daxilində  yaşayan  bütün  azsaylı  xalqların  və  etnik  birliklərin  dil  və  mədəniyyətinə  müəyyən 

köməyin  göstərilməsi  idi.  Bu  məqsədlə  də  milli  azlıqların  kompakt  şəkildə  məskunlaşdığı  bir  sıra 

rayonlarda ali və orta təhsil müəssisələrinin filialları açıldı, ölkənin televiziya və radio kanallarında 

milli azlıqların ana dilində verilişlərinin yayımlanması ənənəsinin əsası qoyuldu.  

1995-ci ildə bilavasitə Heydər Əliyevin rəhbərliyi  ilə hazırlanan Azərbaycan Respublikasının 

Konstitusiyasının  qəbulu  ilə  dövlət  quruculuğunun  hüquqi,  qanuni  əsasları  qoyuldu.  Konstitusiya 

bəyan  etdi:  Azərbaycan  xalqının  və  dövlətin  ən  mühüm  məqsədləri  Azərbaycan  dövlətinin 

müstəqilliyini,  suverenliyini  və  ərazi  bütövlüyünü  qorumaq,  Konstitusiya  çərçivəsində  demokratik 

quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin 

ifadəsi  kimi  qanunların  aliliyini  təmin  edən  hüquqi,  dünyəvi  dövlət  qurmaq,  ədalətli  iqtisadi  və 

sosial  qaydalara  uyğun  olaraq  bütün  dünya  xalqları  ilə  dostluq,  sülh  və  əmin-amanlıq  şəraitində 

yaşamaq  və  bu  məqsədlə  qarşılıqlı  fəaliyyət  göstərməkdir  (2,  s.350)  Azərbaycan  Respublikasının 

Konstitusiyası  mənşəyindən,  irqindən,  dinindən  və  dilindən  asılı  olmayaraq  hər  kəsin  hüquq  və 

azadlıqlarına  hörməti  təmin  edir.  Konstitusiyanın  25-ci  maddəsinə  əsasən,  Dövlət  irqindən, 

milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların 

bərabərliyinə  təminat  verir.  İnsan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını  irqi,  milli,  dini,  dil, 

mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə  məhdudlaşdırmaq  qadağandır.  Konstitusiyanın 

44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs 

milli  mənsubiyyətini  dəyişdirməyə  məcbur  edilə  bilməz”(1).  Multikulturalizm  siyasətinin  əsasını 

təşkil  edən  tolerantlıq  prinsipi  Azərbaycan  Respublikası  Konstitusiyasının  ana  dilindən  istifadə 

hüququna  həsr  olunan  45-ci  maddədə  də  təsbit  olunmuşdur.  Bunun  nəticəsidir  ki,  Azərbaycanda 

yaşayan  müxtəlif  xalqların  nümayəndələrini  bu  gün  müstəqil  Azərbaycanın  hər  bir  sahəsində  - 

siyasətdə,  iqtisadiyyatda,  təhsildə,  idmanda,  mənəvi  həyatda,  bir  sözlə,  bütün  sahələrdə  görmək 

mümkündür. Multikultural  təhlükəsizliyin  bir  vacib  prinsipi  də  ölkədə  mövcud  olan  mədəni 

müxtəlifliyin  inkişafına  dövlət  və  cəmiyyət  tərəfindən  dəstək  verilməsinin  təmin  edilməsindən 

formalaşır.  Azərbaycan  Respublikası    BMT  Baş  Assambleyasının  1992-ci  il  18  dekabr  tarixində 

milli,  etnik,  dini  və  dili  azlıqlara  mənsub  şəxslərin  hüquqları  ilə  bağlı  qəbul  etdiyi  Bəyannaməyə 

qoşulmuş  və  Avropa  Şurasının  1995-ci  il  fevralın  1-də  “Milli  azlıqların  hüquqlarının  qorunması 

haqqında”  qəbul  etdiyi  Çərçivə  Konvensiyasını  təsdiq  etmişdir.  Azərbaycan  Avropa  Şurasının 

Konvensiyasına  13  iyun  2000-ci  ildə  qoşulmuşdur.  Onu  da  qeyd  etmək  lazımdır    ki,  Heydər 

Əliyevin  2001-ci  il  1  noyabr  sərəncamı  ilə      hazırlanan  «Milli  azlıqların  hüquqlarının  qorunması 

üzrə Azərbaycan hökumətinin hesabatı» adı çəkilən qurum  tərəfindən müsbət qarşılanmışdır.  Milli 

azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın 

baxılması məqsədilə xüsusi işçi qrupu yaradılmış və bu qrup dövlət hesabatını yoxlamaq məqsədilə 

2003-cü il martın  29-dan  aprelin  4-ə  qədər  Azərbaycana  səfər  etmişdir. Bu  tədbirlər  Azərbaycanın 

milli  azlıqlara  yönəlmiş  siyasətinin  beynəlxalq  standartlara  cavab  verməsinin  əyani  göstəricisidir. 

Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir 

problemin olmamasını birmənalı şəkildə qeyd etmişlər ( 11, s. 15).  

1999-cu  ildə  AMEA-nın  Arxeologiya  və  Etnoqrafiya  İnstitutu   Prezidentin  milli  məsələlər 

üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirdi. 

Bundan  başqa  Münaqişələr  və  Dövlət  Quruculuğu  üzrə  London  İnformasiya  Şəbəkəsi  “Links”in 

təşəbbüsü ilə “Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti” mövzusunda beynəlxalq 

seminar  təşkil  olundu.  Burada  bütün  milli  azlıqların  nümayəndələri  iştirak  edirdi,  onlar  hüquq  və 

azadlıqlarını  qoruyan  Azərbaycan  dövlətinə  minnətdarlıqlarını  ifadə  etdilər.  Bu  beynəlxalq 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

272

 

 



 

 

qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün əhəmiyyətli bir tədbir kimi 



qiymətləndirilmişdir.  

Onu da qeyd etmək lazımdır  ki, 1995-ci ildə YUNESKO-nun yaranmasının 50 illik yubileyi 

münasibətilə  Beynəlxalq  Tolerantlıq  günü  təsis  edilmişdir.    Burada  əsas  məqsəd  dünyada  hamını 

bir-birinə  dözümlülük  nümayiş  etdirərək  dinc  yanaşı  yaşamağa  çağırışdan  ibarətdir.  Bundan  irəli 

gələrək  Heydər  Əliyevin  təşəbbüsü  ilə  1999-cu  ildən  etibarən  noyabrın  16-nın  Azərbaycanda 

tolerantlıq günü kimi qeyd olunması ümummilli liderin multikultural dəyərlərə, tolerant ənənələrə 

verdiyi yüksək qiymətin göstəricisidir.  

Heydər  Əliyevin  ölkə  rəhbərliyinə  qayıdışı  dini  dəyərlərə,  dövlət-din  münasibətlərində  yeni 

mərhələnin  başlanğıcı  sayılır.  Zaman  keçdikcə  bu  sahədə  həyata  keçiriləcək  siyasətin  mahiyyəti 

xalqa  açıqlanmış,  din  sahəsində,  dini  abidələrin  bərpası,  milli-mənəvi  dəyərlərin  qorunması  və 

təbliği  dövlətin  dil  siyasətinin  prioritet  istiqamətlərindən  birinə  çevrildi.  Ulu  öndərin  həyata 

keçirdiyi  uğurlu  siyasət  nəticəsində  Azərbaycan  Respublikası  ərazisində  dövlət-din 

münasibətlərində  həssas  nəzarətlə  bərabər,  ölkədə  etiqad  azadlığı  üçün  şərait  yaradıldı,  dini 

dəyərlərə  xüsusi  qayğı  göstərilməyə  başlanıldı.  Bu  işlərin  həyata  keçirilməsində  əsas  məqsəd 

dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməkdən ibarət olmuşdur.  

Azərbaycan  Respublikasında  bütün  dini  konfessiyalar  qanun  qarşısında  bərabərdir  və  eyni 

statusa  malikdir.  Ölkə  vətəndaşlarının  böyük  əksəriyyəti  müsəlmanlardan  ibarətdir.  Onların 

hüquqlarının  təmin  olunması  ilə  yanaşı,  respublikada  yayılmış  digər  dinlərə  də  qayğı  göstərilir. 

Dövlət-din  münasibətlərinin  tənzimlənməsi  istiqamətində  mühüm  addım  olaraq  ümummilli  lider, 

Azərbaycan Respublikasının Prezidenti  Heydər  Əliyevin  fərmanı  ilə 2001-ci  ildə Dini  Qurumlarla 

İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bunun ardınca “Dini etiqad azadlığı haqqında” Azərbaycan 

Respublikasının Qanunu qəbul edilmişdir (4, səh.8).  

Bu  gün  tolerantlığın  vətəni  sayilan  Azərbaycan  Respublikasının  multikulturalizm  siyasəti 

beynəlxalq müstəvidə xüsusilə seçilir. Bir çox etnosunun nümayəndələrinin Azərbaycan ərazisində 

yerli  əhali  ilə  dinc  və  eyni  hüquqda  yaşaması  təcrübəsi  azsaylı  etnosların  və  etnik  qrupların  yoxa 

çıxması  təhlükəsinin  aradan  qaldırılmasına,  etnik  və  konfessional  fərqlərə  baxmayaraq,  sülh  və 

həmrəylik  şəraitində  yaşamasına  parlaq  nümunədir.  Məhz  Azərbaycan  dövlətinin  göstərdiyi  qayğı 

və  diqqətin  nəticəsidir  ki,  dünya  ölkələrində  etnik  zəmində  münaqişələrin  və  islamafobiya 

meyllərinin baş verdiyi mürəkkəb bir şəraitdə  respublika ərazisində dini və etnik ədavət, sayından 

asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları yoxdur. Bu gün Azərbaycan radio 

verilişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, xınalıq və digər dillərdə 

dərsliklərin  çap  edilməsi  dövlətin  Azərbaycanda  yaşayan  milli  azlıqların  hüquqlarının  qorunması 

sahəsində ardıcıl və məqsədyönlü siyasətin davam etdiyini təsdiq edir.  

Ümummili  lider    Heydər  Əliyev  yolunun  davamçısı  İlham  Əliyevin  təşəbbüsü  ilə  bu 

gün   multikulturalizm  dövlət  siyasətinin  ən  önəmli  və  vacib  istiqamətlərindən  birinə  çevrilmişdir. 

Artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi 

deyil  ki,  Prezident  Heydər  Əliyevin  Sərəncamı  ilə  2014-cü   il   fevralın  28-də  Azərbaycan 

Respublikasının  Millətlərarası,   Multikulturalizm   və  Dini  Məsələlər  üzrə  Dövlət  Müşavirliyi 

Xidməti  təsis  edilmişdir.  Multikulturalizmin  həyat  tərzinə  çevrildiyi  Azərbaycanın  dünyaya 

tolerantlıq  nümunəsi  olaraq  daha  geniş  tanıdılmasının   vacibliyini,  eləcə  də  ayrı-ayrı  ölkələrdəki 

müxtəlif  multikultural  modellərə  xas  fəlsəfi,  sosial-siyasi  və  digər  aspektlərin  Azərbaycan 

reallığında  təhlili  və  təşviqinin  əhəmiyyətini  nəzərə   alan   Prezident   İlham   Əliyevin  Fərmanı  ilə 

2014-cü  il  mayın  15-də  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  yaradılmışdır.  2016-ci  ilin 

Azərbaycanda  “Multikulturalizm  ili”  elan  olunması  və  bu  ildə  bir  neçə  mötəbər  tədbirin,  o 

cümlədən,  BMT-nin  Sivilizasiyalar  Alyansının  VI  Qlobal  Forumunun    keçirilməsi  Azərbaycanın  

bütün  dünyada  tolerantlıq  ənənələrinə,  mədəniyyətlər  və  sivilizasiyalararası  dəyərlərə  mühüm 

töhfələr verdiyini və  örnək olduğunu sübuta yetirir.  

ƏDƏBİYYAT 

1. Azərbaycan Respublikasının Konstitusiyası. 

2. Azərbaycan tarixi, VII cild, Bakı-2008. 

3. Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu: 

metodiki vəsait”, Bakı-2012. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

273

 

 



 

 

4.  Elman  Nəsirov.  Heydər  Əliyev  və  Azərbaycanda  multikulturalizm  siyasəti:  varislik, 



novatorluq. Xalq qəzeti, 14 may, 2016-ci il 

5. Etibar Ağayev. Çoxmillətlilik Azərbaycanın böyük sərvətidir. Müsavat. 27 fevral, 2012. 

6.  Hadi  Rəcəbli,  Multikulturalizm  siyasətinin  Azərbaycan  nümunəsi.  Səs  qəzeti,  22  aprel 

2016-cı il. 

7. Hidayət Orucov. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı-2001. 

8.  Kamal  Abdulla.  Azərbaycanda  radio  və  televiziya  məkanı  da  milli  və  dini  azlıqlar  üçün 

açıqdır”. Xalq cəbhəsi qəzeti, 5 fevral, 2016. 

9. Mixail Zabelin. Tarix yaradan şəxsiyyət. Azərbaycan qəzeti, 17 iyun,2009. 

10. Niyaz Niftiyev, Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı-2015. 

11.Niyaz Niftiyev, Heydər Əliyev və milli azlıqlar siyasəti, Kaspi qəzeti, 9 may,2013. 

12 V. Omərov. Milli azlıqların hüquqları, Səs qəzeti. 2015, 3 oktyabr. 

SH.Bagirova 

HEYDAR ALIYEV AND the POLICY of MULTICULTURALISM 

RESUME 


In  article  the  information  is  given  about  national  associations  living  in  Azerbaijan.  With 

return to the power, the national leader Heydar Aliyev has carried out by state a number of works 

with  these  associations,  showing  cares  to  them  and  ensuring  their  rights.  As  a  result  of  this,  the 

multiculturalism  policy  of  Azerbaijan  Republic  occupies  a  special  a  significants  in  worlds  politic 

arena. 

 

 

 



 

 

 



 

 

 



Şəhla Musayeva, fəlsəfə üzrə fəlsəfə doktoru,  

AMEA-nın Fəlsəfə İnstitutu, böyük elmi işçi 

musaeva63@list.ru 

 

AZƏRBAYCAN. YENI ƏXLAQİ-DİNİ SEÇİMLƏR, QLOBALLAŞMA VƏ 



MULTIKULTURALIZM. 

 

Açar  sözlər:  Multikulturalizm,  qloballaşma,  dindarlıq,  radikalizm,  dövlətçilik,  mənəviyyat, 

inteqrasiya. 

Key  words:  multiculturalism,  globalization,  religiosity,  radicalism,  statehood,  morality, 

integration 

 

Müasir dövrdə aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal 



arasında  optimal  nisbətin  tapılmasıdır.  Qloballaşma  prosesi  milli  kimliyi  müəyyən  edən  mədəni-

mənəvi amillərə də sirayət etməyə cəhd göstərir .İstər düşünülmüş şəkildə ,istərsə də qərəzsiz olaraq 

fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə 

məqsədyönlü  surətdə  ənənəçi,  konservator  olmağın  labüdlüyünü  ziyalılar  müəyyənləşdirməlidir. 

Yeri gəlmişkən,  əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi    “ türkçülük  , islamçılıq 

və müasirliyin vəhdəti” prinsipini tövsiyə edirdilər ki, bu prinsip indi də aktuallığını saxlamaqdadır” 

(8). 

Ölkəmizin  beynəlxalq  miqyasda  tanınması  və  hörmət  qazanması  üçün  müasir  dövrdə  siyasi, 



iqtisadi və mədəni sahədə bir sıra dünya miqyaslı tədbirlər keçirilir. Bizim milli-mədəni, intellektual 

qüvvələrimiz  öz  sahələrində  Azərbaycan  dövləti  adına  olan  bütün  işlərini  Avropa  şərtlərinə  və 

standartlarına  uyğunlaşdırmağa  çalışırlar.  Əlbəttə  ki,  bu  çalışmaların  içərisində  mütləq  və  mütləq 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin