“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
253
III FƏSIL:
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN VƏ ETNİK QRUPLARIN DİLİNİN,
DİNİNİN VƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAFI İLƏ BAĞLI APARILAN DÖVLƏT
SİYASƏTİ – AZƏRBAYCAN TOLERANTLIĞI VƏ MULTİKULTURALİZMİ
BÖLMƏ 5 – FƏRHAD ZEYNALOV SALONU
Roza Eyvazova, filologiya elmləri doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutu, baş elmi işçi
roza-eyvazova@rambler.ru
MULTİKULTURAL DƏYƏRLƏR VƏ DİN SİYASƏTİ
Açar sözlər: Quran, möcüzələr, ziyalı sözü, mülahizələr, genetika, din.
Key words: Quran, miracles, word of intellectual, considerations, genetics, religion
İstifadə etdiyimiz ədəbiyyat Harun Yəhya-Adnan Oktarın “Quran möcüzələri” kitabıdır.
Harun Yəhya imzasından istifadə edən müəllif Adnan Oktar 1956-cı ildə Ankarada anadan olub.
Orta məktəbi Ankarada oxuyub. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər
fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil alıb. 1980-ci illərdən bu günə
qədər dini (imanı), elmi və siyasi mövzularda xeyli əsər hazırlayıb. Bununla yanaşı, müəllifin
təkamülçülərin (darvinistlərin) saxtakarlığını, onların iddialarının heç bir elmi həqiqətə
əsaslanmadığını göstərən, habelə darvinizmin qanlı ideologiyalarla şübhəli əlaqələrini üzə çıxaran
bir çox mühüm əsərləri var.
Harun Yəhyanın əsərləri təxminən 30000 şəkildən ibarət olan cəmi 45000 səhifəlik
külliyyatdır və bu külliyyat 60 müxtəlif dilə tərcümə edilmişdir.
Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə
hörmət əlaməti olaraq seçilib: onları yad etmək məqsədilə Harun və Yəhya adlarından istifadə
edilib. Rəsulullahın möhürünün müəllif tərəfindən kitabların üz qabığına vurulmasının simvolik
mənası isə onların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın sonuncu Kitabı və
sonuncu sözü, Peyğəmbərimizin (s) isə peyğəmbərlərin sonuncusu olmasının rəmzidir. Müəllif nəşr
etdirdiyi bütün yazılarında Quranı və Rəsulullahın yolunu rəhbər tutur. Bunlar da inkarçı düşüncə
sistemlərinin bütün əsas iddialarını bir-bir puça çıxarmağı və dinə qarşı yönələn etirazları tamamilə
susduracaq sonuncu sözü söyləməyi hədəf seçir. Çox böyük hikmət və kamal sahibi olan
Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niyyətinə bir dua kimi istifadə edilib.
Müəllifin əsərlərindəki əsas məqsəd Quranı bütün dünyaya təbliğ etmək, bununla insanları
Allahın mövcudluğu, təkliyi və axirət kimi əsas iman məsələləri barədə dərindən düşünməyə şövq
etmək, inkarçı sistemlərin çürük əsaslarını və batil tətbiqatlarını hər kəsə göstərməkdir.
Harun Yəhyanın əsərləri Hindistandan ABŞ-a, Böyük Britaniyadan İndoneziyaya, Polşadan
Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malaziyadan Haliyaya, Fransadan Bolqarıstana
və MDB ölkələrinə qədər dünyanın əksər ölkələrində maraqla qarşılanır və oxunur. İngilis, fransız,
alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, benqal, bolqar, çin, Azərbaycan, Kişvahili
(Tanzaniyada istifadə edilir), Hausa (Afrikada danışılır), Dhivelhi (Mavritaniyada danışılır),
Danimarka, İsveç kimi dillərə tərcümə edilən bu əsərlər hər yerdə geniş oxucu kütləsi tərəfindən
maraqla işlənir. Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər
insanların çoxunun iman gətirməsinə, əksər adamların da öz imanını gücləndirməsinə səbəb olur.
Quran göndərildiyi gündən indiyə qədər hər bir əsrdə yaşayan insanların başa düşəcəyi asan
və aydın üsluba malikdir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranı ibrət olmaq üçün
belə asanlaşdırdıq…” (“Qəmər” surəsi, 54/22) ayəsi ilə xəbər verir.
Quranın bu xüsusiyyətləri ilə yanaşı, onun Allahın sözü olmasını sübut edən müxtəlif
möcüzəvi cəhətləri də var. Onun bu yönlərindən biri yalnız XX və XXI əsrlərin texnologiyası ilə
aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
254
Oksford Universitetinin məşhur ərəb dili mütəxəssisi Hamilton Qibb yazır ki, Quran nəhəng
bir ədəbi abidə olaraq yeganədir. O, ərəb ədəbiyyatının bənzərsiz bir məhsuludur, öz ifadəsi ilə
desək, sələfi və xələfi yoxdur. Bütün əsrlərin müsəlmanları onun təkcə ehtiva etdiklərinin deyil,
üslubunun da təqlidedilməzliyi məsələsində həmfikirdirlər. Quranın ərəb ədəbiyyatının inkişafına
təsiri heç nə ilə müqayisə edilə bilməz. Bu təsir müxtəlif cəhətlərdən irəli gəlir. Quranın özündə
ehtiva etdiyi fikirlər, onun dili, qafiyəsi sonrakı bütün ədəbi əsərlərə az və ya çox dərəcədə sirayət
etmişdir. Onun müəyyən dil xüsusiyyətləri və sonrakı yüzilin nəsrində, nə də daha sonrakı əsrlərin
nəsr yazılarında təqlid edilə bilmədi. Lakin ən azı Quranın ərəb dilinə gətirdiyi estetika nəticəsində
mövcud olan vəziyyət sürətli bir şəkildə inkişaf edə bildi və imperiya idarəçiliyi və inkişaf edən
cəmiyyətin yeni tələblərinə uyğunlaşdı (1, s. 384-385).
Paul Kasanova “Fransız kollecində ərəb təhsili” məqaləsində nəzərə çatdırır ki, missiyanın
həqiqət olmasının bir sübutu kimi Həzrət Mühəmməddən bir möcüzə istəniləndə O, Quranın ilahi
mənbədən nəzil olunduğunu sübut etmək üçün Quran ifadələrindən və onun müqayisəedilməz
üstünlüyündən istifadə etmişdir. Əslində hətta müsəlman olmayan insanlar üçün də heç bir şey onun
anlaşıqlı bir bütünlüyə və qavranılması mümkün olan bir bitkinliyə malik dilindən daha möhtəşəm
deyil… Amiranə ahənglərlə dolu, səslərin bolluğu və fövqəladə ritmlər düşmən kimi və şübhə ilə
yanaşan insanların dəyişməsində mühüm amil olmuşdur (1, s. 385).
Quranı fransız dilinə tərcümə edən Edvard Montenin yazdıqlarından aydın olur ki, ərəb
dilində Qurana aşina olan hər bir kəs bu dini kitabın gözəlliyini öymək məsələsində həmfikirdir:
içindəki əzəməti o qədər üstündür ki, bu kitab hər hansı bir Avropa dilinə tərcümə ediləndə lazımi
qədər təqdir edilə bilmir (1, s. 386).
“Quranın hikməti” adlı kitabında Con Neyşin göstərir ki, orijinal ərəb dilində olan Quran
insanı hərəkətləndirib şövqə gətirən bir gözəlliyə və cazibəyə malikdir. Dolğun və üstün üslubu,
bütövlükdə qafiyəli olan və birdən çox mənalara gələn qısa cümlələri, sözbəsöz tərcüməsində ifadə
edilməsi son dərəcə çətin olan mənalı bir təsirə və partlayıcı bir enerjiyə malikdir (s. 386).
Quran çahanşümul olaraq ərəblərin ən nəcib və kübar Qureyş ləhcəsində, ən gözəl və ən təmiz
bir dillə yazılmışdır. Quranın üslubu gözəl və axıcıdır (Corc Seylin “Quran: ilkin mühazirə” adlı
kitabından) (1, s. 386).
Elm adamlarının Quran haqqındakı fikirlərindən bəzilərinə nəzər salaq: Obstetrik,
ginekologiya, molekulyar və insan genetikası üzrə professor Co L.Simpson yazır ki, məncə,
genetika ilə din arasında heç bir ziddiyyət yoxdur, əksinə, din bəzi ənənəvi elmi məsələlərə vəhy
əlavə edərək elmi istiqamətləndirə bilər ki, bunlar da Quranda mövcud olan sözlərdir. Əsrlərdən
sonra qüvvədə qaldığı göstərilmişdir və Quranda bu məlumatların dəstəyi Allahdandır (1, s. 391).
Quranda yazılan hər şeydə ilahi müdaxilənin olması fikrində heç bir ziddiyyət görmürəm (E.Marşal
Conson Tomas, ABŞ, Cefferson Universitetində anatomiya və inkişaf edən biologiya professoru)
(1, s. 391).
Qeyd etmək lazımdır ki, bəzi Quran ayələri insan inkişafının hüceyrənin bölünməsindən
əzaların yaradılmasına qədər çox əhatəli izahını verir. İnsan inkişafı prosesinin bütün
mərhələlərinin, terminologiyasının belə aydın və qüsursuz şəkildə qeyd edilməsi əvvəllər mövcud
olmamışdı. Hamısında olmasa da, əksər hallarda bu açıqlama ənənəvi elmi ədəbiyyatda qeyd
edilmiş insan embrionunun və insan dölünün inkişafının bir çox mərhələləri əsrlərlə öncə Quranda
bildirilir (Prof. Cerald K.Qoringer, ABŞ, Corctaun Universitetində tibbi embriologiya sahəsində) (1,
s. 391-392).
Kanada, Toronto Universitetinin anatomiya və hüceyrə biologiyası professoru Keyt L.Mur
yazır ki, Quran və Sünnədəki ifadələrdən istifadə olunaraq yeni bir təsnifat sistemi təklif edilmişdir.
Təklif edilən sistem sadədir, çox əhatəlidir və günümüzdəki embriologiya məlumatları ilə tam
uyğun gəlir (1, s. 392).
Geoloji məsələlərin sirrini açıqlamağa cəhd edən dünyanın ən məşhur geoloqlarından biri
Almaniya, Maynts Universitetinin geologiya professoru Alfred Kronor yazır ki, Həzrəti
Muhəmmədin Kainatın ortaq mənşəyi kimi məsələləri bilməyinin imkan xaricində olduğunu
fikirləşirəm, çünki alimlər bunu son dərəcə inkişaf etmiş texnoloji üsullardan istifadə edərək
axırıncı bir neçə il ərzində tapa biliblər… 1400 il əvvəl nüvə fizikası haqqında heç bir şey bilməyən
bir adam məsələn, yer üzünün və göy üzünün eyni mənbədən gəldiyini və burada müzakirə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
255
etdiyimiz başqa sualların cavablarını özü tapa bilməzdi. Bütün bunları birləşdirib bir yerə yığsanız
və Quranda dünya haqqında mövzularla dünyanın əmələ gəlməsi, ümumiyyətlə elmlə əlaqəli bütün
bu ifadələri birləşdirsəniz, əksər hallarda burada açıqlanmış ifadələrin qəti olaraq düzgün olduğunu
və indi bunların elmi üsullarla təsdiq edildiyini söyləyə bilərsiniz. Quranda qeyd edilən ifadələrin
əksəriyyəti həmin dövr üçün hələ sübut edilməmişdi, lakin müasir elmi üsullar indi
Hz.Mühəmmədin 1400 il əvvəl söylədiklərini sübut edən bir səviyyədədir (1, s. 393).
Səudiyyə Ərəbistanı, Ciddə, Kral Əbdüləziz Universitetində dəniz geologiyası professoru
Durya Rao yazır ki, belə bir məlumatın hələ o vaxt, yəni 1400 il əvvəl mövcud olduğunu təsəvvür
etmək çətindir. Bəlkə bəzi şeylər bəsit bir fikir şəklində mövcud ola bilərdi, ancaq bunları çox
müfəssəl bir şəkildə izah edə bilmək çox müşküldür. Elə isə bu məlumatlar fövqəltəbii bir
mənbədən gəlmiş olmalıdır deyə fikirləşirəm.
ABŞ-ın geologiya sahəsində tanınmış alimlərindən professor Palmarın dediklərindən: Bu
kitab (Quran) keçmişdən, yaxın dövrdən və gələcəkdən bəhs edir. Yaponiya, okean geologiyası
sahəsində dünyaca məşhur alim prof. Syavda Quranda dağların yer üzünü sabit etmək funksiyası
haqqında deyir ki, inanıram ki, bu Quran məlumatı çox maraqlı və haradasa imkan xaricindədir. Bu
kitabın təbliği çox dəyərlidir (1, s. 395).
Yaponiya, Tokio rəsədxanasının direktoru professor Yoşihid Kotsay yazır ki, Quranda düzgün
astronomiya həqiqətləri tapdığım üçün çox təsirləndiyimi söyləyə bilərəm. Bunu xüsusilə bizim
kimi kainatın ən kiçik hissəsini incələyən müasir astronomlar üçün deyə bilərəm. Ən xırda hissəni
də başa düşmək üçün bütün səylərimizi səfərbər edirik. Çünki teleskoplardan istifadə edərək və
bütün kainat haqqında düşünməyərək yalnız göy üzünün ən kiçik hissələrini görə bilirik. Elə isə
Quran oxuyaraq və suallara Quranda cavab taparaq kainat tədqiqatlarım üçün gələcək istiqamətimi
fikirləşirəm (1, s. 393).
Fransa imperatoru Napoleon Bonapart deyir: “Dünyadakı bütün alim və mütəfəkkirləri bir
yerə yığaraq yeganə doğru və insanları səadətə aparacaq tək bir vasitə olan Quranın prinsiplərinə
əsaslanan müştərək bir rejim quracağım dövrün çox yaxın olduğuna ümid edirəm” (1, s. 397).
Quranı üç dəfə oxuduğunu söyləyən İngiltərənin keçmiş baş naziri Toni Bleyer Quran
əxlaqına heyranlığını əksər açıqlamalarında dilə gətirərək, Quranın ona ilham verdiyini çıxışlarında
dəfələrlə qeyd etmişdir (1, s. 398).
2001-ci il sentyabr ayının 26-da ABŞ Prezidenti Buş Amerikanın müsəlman təşkilatlarının
liderlərini Ağ Evdə qəbul edərkən ona bağışlanan hədiyyə Qurani Kərim idi. Mətbuat konfransında
“Mənə verdiyiniz hədiyyə – Quran üçün sizə çox təşəkkür edirəm. Çox həssaslıqla seçilmiş bir
hədiyyədir” deyərək razılığını bildirmişdir (1, s. 402).
Qurana verilən bu dəyərlər onun inanılmaz möcüzələri ilə bağlıdır. Quranın riyazi möcüzələri
bunu bir daha təsdiq edir. Bu möcüzəyə bir nümunə olaraq Quranda bəzi kəlmələrin eyni sayda
təkrarlanmasını
göstərmək mümkündür. Sözlərin təkrarlanması və onların statistik
hesablanmalarına dair göstəricilərdən nümunələrə müraciət edək:
“Yeddi göy” ifadəsi 7 dəfə, Göylərin yaradılması” (“xəlqu səməvat”) 7 dəfə, “gün” (“yəum”)
sözü ismin tək halında 365 dəfə işləndiyi halda, cəm halında, yəni “günlər” (“əyyam və yəuməyn”)
kəlmələri 30 dəfə, ay 12, “bitki” və “ağac” sözləri eyni sayda 26 dəfə təkrar edilir.
Qeyd etmək lazımdır ki, “qəza” sözü 117 dəfə qeyd olunduğu halda, Quranın əsas əxlaqi
xüsusiyyətlərindən sayılan “bağışlamaq” ifadəsi bu saydan 2 dəfə çox, yəni 234 dəfə təkrar edilir.
Ayrı-ayrılıqda “dünya” və “axirət” 115, “şeytan” və “mələk” 88, “iman” (şəkilçisiz) və “küfr” 25,
“cənnət” və “cəhənnəm”77, “zəkat” və “bərəkət” 32 dəfə təkrar olunmuşdur.
Tibbi baxımından bəzi məsələləri qabartmaq yerinə düşür. Quranda “qadın” və “kişi”
kəlmələri də eyni saydadır – hər biri 23 dəfə işlədilib. Qadın-kişi sözlərinin Quranda təkrar sayı
olan 23, həmçinin insan embrionunun meydana gəlməsində yumurta və spermadan gələn xromosom
sayıdır. İnsanın xromosom sayı da anadan və atadan gələn 23-23 xromosomun cəmi olaraq 46-dır.
“İnsan” kəlməsinə Quranda 65 dəfə rast gəlinir. İnsanın yaradılış mərhələlərinin sayının cəmi də
eynidir – 65. Bu mərhələlərə nəzər salaq: Torpaq (Turabun) – 17 dəfə, Nüftə (Nuftun) 12 dəfə,
Embrion (əlaq) – 6 dəfə, Bir tikə ət (məda’a) – 3 dəfə, Sümük (İramun) – 15 dəfə, Ət (Ləhmun) –
12 dəfə. Göründüyü kimi, bu mərhələlərin cəmi 65 dəfədir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
256
Nümunə üçün verilən bu hesablamalar göz qabağındadır. Ərəb əlifbasında hər hərfin bir
dəyəri var. Yəni ərəb dilində hər hərf bir rəqəmə uyğun gəlir. Bundan istifadə edərək müxtəlif
hesablamalar aparılır. Bu hesaba “əbcəd hesabı” və ya “hisab-i cüməl” deyilir.
Qeyd edildiyi kimi (1, s. 355-356) əbcəd əlifba sisteminin hər bir hərfinin müxtəlif rəqəmlərə
uyğun gəlmə xüsusiyyətindən istifadə edən müsəlmanlar bundan müxtəlif sahələrdə yararlanıblar.
Cifr (əbcəd) elmi də belə sahələrdən biridir. Maraqlıdır ki, cifr gələcəkdə baş verməsi ehtimal edilən
işlərdən xəbər verən elmin adıdır. Buna görə simvolik şəkillər və hərflərin əbcəd sayının gəldiyi
rəqəmlərin üzərində aparılan izahlar bu sahə ilə məşğul olanların müraciət etdiyi yollardan biridir.
Əbcədlə cifr üsulları arasındakı əsas fərq budur ki, əbcəd artıq baş verənlər, cift isə baş verməsi
güman edilənlər haqqında elmdir.
Həqiqi mənada belədir ki, bu hesab üsulu kökləri çox qədimlərə çıxan və Quran
göndərilməmişdən əvvəl də çox geniş istifadə edilən bir üsuldur. Ərəb tarixində baş verən bütün
hadisələr hərflərə rəqəm dəyəri verilərək yazılır və bununla da hər hadisənin tarixi də qeyd edilmiş
olurdu. Bu tarixlər istifadə edilən hər hərfin xüsusi rəqəm dəyərlərinin toplanması ilə əldə edilirdi.
Müəllifin qeyd etdiyi kimi, Quranda qeyd edilən bəzi ayələr bu əbcəd üsulu ilə incələnəndə bu
ayələrin öz mənalarına uyğun olaraq bəzi tarixlərlə üst-üstə düşdüyünü görürük. Bu ayələrdə
haqqında danışılan hadisələrin əbcəd hesabları ilə əldə edilmiş tarixlərdə həyata keçdiyini görəndə
isə bəhs edilən ayələrdə həmin hadisələrə gizli bir işarə olduğunu başa düşürük (1, s. 356).
Ədəbi dil baxımından Qurana yanaşdıqda qeyd edilir ki, Quranı təqlidolunmaz və bənzərsiz
edən xüsusiyyətlərindən biri də onun ədəbi məziyyətləri ilə birbaşa bağlıdır. Quran ərəb dilində olsa
da, o, ərəb ədəbiyyatında işlədilən dil qəbilələrindən heç birinə oxşamır.
Qurandakı qafiyə sisteminə “səci” deyilir. Filoloqlar Quranda işlədilən bu qafiyələrin də
möcüzə olduğunu bildirirlər. Məşhur ingilis alimi, prof. Adil M.A.Abbas Quranın qrammatik
baxımdan bir möcüzə olmasını sübut etmək üçün yazdığı “Elmi möcüzələr” (“Science Miracles”)
adlı kitabında Quranda istifadə edilən hərfləri və qafiyə sistemini qrafiklər və cədvəllər vasitəsilə
geniş tədqiq etmişdir (1, s. 374-375).
Yekun olaraq qeyd etmək lazımdır ki, Qurana qafiyə baxımdan yanaşdıqda aydın olur ki,
qafiyələrin təxminən 80%-i “əlif” və ya “nun” hərflərindən ibarət elan 3 səsdən (n, m, a) təşkil
edilib. “Nun” hərfindən başqa, ayələrin 30%-i “mim”, “əlif” və “ya” ilə qafiyələnir.
ƏDƏBİYYAT
1. Harun Yəhya – Adnan Oktar tərcümə: Elşad Miri. “Quran möcüzələri” Türkiyə, İstanbul,
oktyabr 2009, 440 səh.
XÜLASƏ
Multikultural dəyərlərin və din siyasətinin öyrənilməsində Quranda verilən möcüzələrin
əhəmiyyəti böyükdür. Quranda deyilənlərin hamı tərəfindən qəbul edilməsi yolu ilə bu müqəddəs
kitab dünyanın böyük ilahi kitabları arasında mühüm yer tutur. Quran insan düşüncəsində
özünəməxsus bir nizam yaratmışdır.
Roza Huseyn qizi Eyvazova
MULTICULTURAL VALUES AND POLICY OF RELIGION
SUMMARY
The importance of the miracles that are given in Quran is great. Acceptance of the tells
mentioned in Quran by everyone gives opportunity to this holy book to take significant place
among the great divine books of the world. Quran have established capricious order in human
thought.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
257
Nəzakət Qaziyeva, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu
n.qazi@inbox.ru
DİL EKOLOGİYASI VƏ NORMA
Açar sözlər: ekolinqvistik, norma, modifikasiya, diferensiasiya, situasiya
Keywords: ekolinqvistik, norms, modification, differentiation, situation
Müasir dövrdə elmin inkişafı müxtəlif sahələrdə yeni metodların tətbiqi, yeni istiqamətlər
üzrə diferensiasiya və inteqrasiya proseslərinin baş verməsi, əldə edilən nailiyyətlərdən istifadə
olunmaqla yeni, fərqli yanaşmanın meydana gəlməsi ilə səciyyələnə bilər. İstənilən elm sahəsi və
istiqamət üzrə daha dəqiq nəticənin əldə olunması üçün tədqiqat metodunun düzgün seçiminin
xüsusi əhəmiyyətə malik olması şübhəsizdir. Məsələlərə analitik baxımdan yanaşmanın nəticəsi
kimi son dövrlərdə dilçilikdə ənənəvi istiqamətlərlə yanaşı, sosiolinqvistik, psixolinqvistik,
praqmalinqvistik yönlü multidistiplinar tədqiqatların geniş yayılması müxtəlif elm sahələrinin
qovşağında dilin və nitqin fərqli baxış bucağından araşdırılmasına şərait yaradır. Bu tədqiqatlar
dildə müəyyən təsirlərin nəticəsi kimi “törədici” proseslərin mövcudluğunu, həm dil daşıyıcısı kimi
insanın mürəkkəb və çoxyönlü varlıq olaraq dil sisteminə yalnız immanent sistem kimi yanaşmanın
düzgün olmadığını göstərir. Əlbəttə, xüsusi daxili qanunauyğunluğa malik sistem kimi dildə
immanent qanunların mövcudluğu, dilin öz təbiətindən doğan, xarici təsirlərdən asılı olmadan
gedən proseslər danılmazdır, lakin onu dil daşıyıcısı olan insandan və cəmiyyətdən təcrid edərək
tədqiq etmək də mümkün deyil. B.A.Serebrennikov dildə cəmiyyətdə baş verən hadisələrə
tamamilə laqeyd olan sahələrin mövcudluğunu, immanent qanunların məhz bu sahələrdə meydana
çıxdığını qeyd edir (1; 53).
Dilin qapalı yox, açıq sistem olduğunu xatırladan (2; 323), məhz dilin özünün eyni olaraq
qalması və eyni zamanda yeni ənənələri özünə daxil etməsinin onun dil kimi fəaliyyətini təmin
etdiyini və onun “tarixi obyekt” xarakterini müəyyənləşdirdiyini (2; 343) yazan E.Koseriuya görə,
“Dil sisteminə innovasiyalar onun digər hissələrinə təsir etmədən daxil ola bilər. Düzdür, hər cür
dəyişiklik nədəsə sistemi ... modifikasiya edir, lakin dəyişiklik sistemi dağıtmır” (2; 323). Dilçilik
sahəsində mövcud müasir təmayüllər dilə struktur yanaşmanın bəzi məhdudiyyətlərini aradan
qaldırmaqla dilin ictimai hadisə kimi daha dərindən və hərtərəfli öyrənilməsini qarşıya məqsəd
olaraq qoyur. Bir çox hallarda tədqiqatçını bir sistem olaraq dil özü yox, dildə etnik, mədəni və
sosial amillərin əksi, insanın ictimai həyatında dilin rolu kimi məsələlər maraqlandırır. Müxtəlif
elm sahələri ilə dilçiliyin qovşağında yaranan dilçilik sahələri – psixolinqvistika, etnolinqvistika,
koqnitiv dilçilik, sosiolinqvistika, linqvokulturologiya, praqmalinqvistika və digərləri dil sisteminə
immanent yanaşmanın yetərli olmadığını göstərir.
Qloballaşma dövründə dil situasiyasının təhlili, konkret dillərdə baş verən dəyişmələrin
istiqaməti sosial faktorun dilə təsirinin danılmaz olduğunu bir daha sübut edir. Qloballaşma bir
tərəfdən ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən sıx qarşılıqlı
əlaqələr inteqrasiya prosesinin güclənməsinə, milli mədəniyyətlərin, eləcə də dillərin
sıxışdırılmasına gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks
faktoru aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil müstəqilliyi,
milliliyi qorumaq meyli. Daxildən tənzimlənən sistem olmasına baxmayaraq, insan faktoru ilə
birbaşa bağlı olan dilə psixoloji, fizioloji, sosioloji faktorların təsiri izsiz ötüşmür, müxtəlif səbəbli
dəyişikliklər sistem daxilində biri digərini şərtləndirir. Milli təfəkkürün və varlığın ifadəçisi kimi
kifayət qədər əhəmiyyətli və incə məqamlarla bağlı olan dilə bəzi tarixi məqamlarda, müasir
qloballaşma dövründə olduğu kimi, dildənkənar amillərin təsiri ilə qeyri-təbii meyillərin, dilin
təbiətinə və tipologiyasına yad olan proses və “qəlib”lərin tətbiqi nəticəsində dil mənzərəsində
nəzərə çarpan “təsadüfi” dəyişikliklər özünü göstərir. Belə halların qarşısının vaxtında alınması,
uyğun prinsip və qaydaların müəyyənləşməsi norma səviyyəsində artıqlığa gətirib çıxaran
variativliyin qarşısını ala bilər.
|