“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
289
Xanlar Məhəmməd oğlu Məmmədov
Bakı şəh.,Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
10 saylı köməkçi yardımçı stansiyasının səyyar həkimi
xanlar1955@mail.ru
MULTİKULTURAL DÜNYADA ÖZÜNÜDƏRK
Açar sözlər: Adəm övladı, dünyəvi, dini, dünyagörüşü, multikultural, dərketmə.
Keywords: Adam’s son, worldly, religious, outlook, multicultural, comprehension
Dünyaya gələn hər bir Adəm oğlu xoşbəxt olmaq istəyir. Adəmin xoşbəxt olması üçün o,
insan olmalıdır. İnsan nədir? İnsan can yuxusundan ayılmış Adəmdir. Adəm nədir? Can yuxusunda
olan insandır. İnsan mahiyyətdir, Adəm formadır. İnsan daxili gözü ilə dünyaları görür və dərk edir.
Adəm isə xarici gözü ilə dünyanın yalnız xarici, kobud, fiziki sferasını görür və dərk edir. Demək,
Adəmin xoşbəxt olması üçün, o, can yuxusundan ayılmalıdır. Ona bu işdə ruhani ustadlar (Allaha
açılan qapılar) yardımçı ola bilərlər. Üsulu ruhani ustad verir, əməli isə Adəm özü etməlidir.
İnsanları çox olan cəmiyyətlər sağalmağa doğru, adamları çox olan cəmiyyətlər isə
xəstələnməyə doğru gedən cəmiyyətlərdir. Demək, xoşbəxtliyin yeganə yolu can yuxusundan
ayılmaqdır; həm də diri ikən ayılmaqdır. Bu isə bütün dövrlərdə olan Allaha açılan qapılar (ruhani
ustadlar) vasitəsi ilə olur. Qurani-Kərimdə Allah deyir ki, Mən heç bir vaxt bəşəriyyəti höcətsiz
qoymadım. Can yuxusundan ayılmayanların, istər şah olsun, istərsə də nökər, nəsibi iztirab
çəkməkdir (3-lü iztirab çəkməkdir; ağıl və hisslərin, başqa canlı varlıqların və təbii fəlakətlərin
verdiyi iztirabları çəkməkdir). Can yuxusundan ayılmaq üçün bütün canlı varlıqlara Allahdan
yardım diləyirəm.
Mən belə hesab edirəm ki, həyat sevginin-məhəbbətin sinonimi olmalıdır. Cəmiyyətdə bəzi
kənaraçıxmalar olarsa, o, mərhəmətlə yoluna qoyulmalıdır. Ən son hədlər isə ədalətlə həll
olunmalıdır. Bəşər cəmiyyətləri üçün ədalətdən kənar hədlər olmamalıdır. Çünki ədalətsiz toplum,
artıq, insan cəmiyyəti adlandırıla bilməz. İnsan adlanan varlığın cəmiyyəti məhəbbət, mərhəmət və
ədalətə əsaslanmalıdır. Hal-hazırda dünyamızda yuxarıda adları çəkilənlərin defisiti yaşanılır.
Cəmiyyətlərdə olan ahəngsizlik təbiətdə təlatümlərlə müşahidə edilir. Cəmiyyət təbiətdən ayrı
olmadığı üçün psixologiyamızda baş verən bu pozuntular fiziologiyamızda və xarici mühitimizdə
də əks olunur. Dünyamızda əmin-amanlığın, sabitliyin, dinc-yanaşı yaşamağın yeganə meyarı
insanlıqdır. Toplumun dinc-yanaşı yaşaması üçün multikulturalizmin alternativi olmamalıdır.
Azərbaycan tarixən multikultural dəyərlərlə yaşayan ölkə olub. Ölkəmizdə ayrı-ayrı dinə, irqə,
millətə mənsub olanlar bir yerdə dinc-yanaşı yaşayıblar. Hal-hazırda da yaşayırlar. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət, multikulturalizmin ölkəmizdə
daha da inkişaf etməsinə öz töhfəsini verməkdədir. Bu sahədə ölkəmiz başqa ölkələrə nümunə ola
bilər. Təsadüfi deyil ki, prezidentimiz 2016-cı ili multikulturalizm ili elan etmişdir. Hazırkı
dünyamızı xaosa aparan ideologiyalara multikulturalizmdən yaxşı cavab yoxdur. Çünki bəşər
cəmiyyəti yaranandan multikultural olub. Əgər lazım olsaydı, Allah bir din, bir də ümmət, yaxud
millət yaradardı. Hal-hazırda dünyanı xaosa sürükləyənlərin neqativ qüvvələr olduğu artıq heç kimə
sirr deyil. Hətta yer kürəsində yaşayan neqativ qüvvələrə kosmik neqativ qüvvələr də kömək
edirlər; onları buna sövq edirlər. Çünki bu, onların marağındadır; bu, onların həyat tərzidir.
Dünyapərəstlik (sərvət toplamaq, dünya şöhrəti əldə etmək, hakimiyyətlərini artırmaq və
möhkəmləndirmək) və şeytançılıq (insanları bəlalara, qan-qadalara düçar etmək) insanlığın tam
əksidir. Bunlar Allahın və insanlığın (yəni məhəbbətin, mərhəmətin və ədalətin) düşmənləridir.
Onlar bu yolu tutmuşlar, yəqin ki, sonda da nəsiblərini alacaqlar. Bunlarla işim yoxdur. Sözüm
insanlığa can atan canlaradır. Gəlin, bizi Allahımıza qovuşduran insanlıq yolunda, bir-birimizə
dayaq olaq. Çünki neqativ qüvvələr birləşib, qara niyyətlərinə çatmağa çalışacaqlar. Onlara qarşı
mübarizədə tək Allahımız bizə yetər. Allahımıza dualar edək ki, dünyamızda çatışmayan əmin-
amanlığı və xoşbəxtliyi bərpa etsin. Amin!
Dünya yaranandan bu günə kimi hər bir kəs xoşbəxt həyat istəyində olub. Ancaq bu, tək-tək
insanlara nəsib olub. Bunlar kimlərdir və onlar buna necə nail olublar? İnsan formasında doğulmuş
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
290
hər bir kəs hər şeydən əvvəl bunlar haqqında, yəni öz əzəli və əbədi kimliyi haqqında düşünməli və
onu əldə etməyə çalışmalıdır. Nə qədər ki, bu maddi dünyadayıq, diriyik, ruhi canımızı (əslində biz
nə maddi bədən, nə hisslər, nə ağıl, nə də dərrakə deyilik, elə ruhi canlarıq) oyatmağa çalışmalıyıq.
Ruhi canımızı oyatmaq üçün ağıl və hisslərimizi təmizləməliyik. Ağlın və hisslərin təmizlənməsi
əhdi-ətiqdə, ruhi canın oyadılması isə əhdi-cədiddə verilib. İslamda isə ağıl və hisslərin
təmizlənməsi Quranın şəriət hissəsində, ruhi canın oyadılması isə təsəvvüfdə verilib.
Müxtəlif dünyagörüşlərin müqayisəli təhlili:
Allah (C.C.) dərgahına müraciət edənlər bilməlidirlər ki, O, bəşər cəmiyyətləri üçün
multikulturalizmi məsləhət bilmişdir. Qurani-Kərimdə Allah (C.C.) deyir ki, Mən istəsəydim, bir
din və bir ümmət yaradardım. Yəni çox dinlər (əslində, burada dini etiqadlar nəzərdə tutulur. Çünki
din birdir, o da ruhi canın oyadılmasıdır) və çox mədəniyyətlər Allahın təqdiridir.
Allah zaman-zaman ruhani ustadlar vasitəsi ilə Adəm övladının ağlına və ruhuna müraciət
edən təlimlər verir. Bəşər mövcud olan gündən bu günə kimi Adəm övladı Allah haqqında, kainat
haqqında və özlərinin kimliyi, nəliyi haqqında düşünmüşlər və nəticədə müxtəlif dünyagörüşləri
sistemləri əmələ gəlmişdir. Yuxarıda adı çəkilən bu üç məfhuma münasibətdə dünyagörüşlərin
mövqeləri müxtəlifdir. Maraqlısı budur ki, şüur formalarının hamısı son həqiqətə iddialıdır.
Bəzi məsələlərdə dünyagörüşlərin oxşar, bəzilərində isə fərqli yanaşmalarına rast gəlirik.
Məsələn: Allahın kimliyinə münasibətdə induizmin, iudaizmin, xristianlığın və islamın oxşar
yanaşması ondan ibarətdir ki, bu dünyagörüşlərin hər biri hesab edir ki, Allah-Xaliq maddi dünyada
yaratdıqlarından fərqli olaraq əbədi mövcuddur. Hər bir şeyin yaradıcısı Odur və heç bir xilqət Ona
tay ola bilməz. Xilqətin Xaliqi aydınlaşdıran heç bir sözü Onu ifadə etmir. Onun bənzəri və şəriki
yoxdur.
Vaişnavizmdə Çaytaniya Mahapurabhinin dərkolunmaz eynilik və fərqlilik fəlsəfəsinə görə
Allah-Yaradan-Kişna öz yaratdıqları ilə keyfiyyətcə eyni, kəmiyyətcə isə fərqlidir.
Daosizmə görə Allah adlanan ayrıca bir varlıq yoxdur. Onlara görə təbiət (kainat, mövcüdat)
və Allah eyni bir anlamdır (onların fəlsəfəsi panteizmdir). Onlara görə bütün yaradılış, obyektlər
sirli bir aləmdən – boşluqdan bizim dünyaya gəlir (təzahür edir). Müəyyən vaxt burada qaldıqdan
sonra yenidən o sirli aləmdə yoxa çıxır. Onlara görə ruh, Allah, tale və karma qanunu (cəza və
mükafat qanunu) yoxdur.
Hindu şamanlarının dünyagörüşü də daosizmə oxşardır. Onlara görə də Allah və təbiət eyni
anlamdadır. Dünyalarını dəyişdikdən sonra başqa canlı varlıqlar şəklində yenidən dünyaya
gəlmələri (reinkarnasiya) haqqında təsəvvürləri induizm, buddizm və caynizmlə səsləşir.
Ramta təliminə və əsası Balavatskaya tərəfindən “Dziyan” kitabını təhlili əsasında qoyulan
teosofiyaya görə Allah boşluqda əməmlə gələn 1-cili şüurdur (bütöv şüurdur, bütöv birlikdir).
Yaradılış isə 1-cili şüurdan törəyir, yaranır. Hər aşağı sferada olanlar özlərindən yüksəkdə,
özlərindən incə planlarda olan kollektiv şüurla idarə olunurlar. Bu müddəa kainatda yaşayan yüksək
sivilizasiyalarla yer adamları arasında olan çennelinqlər ilə (əlaqələrlə) səsləşir.
1936-cı ildə əsası Brahma Baba tərəindən qoyulan Raca yoqaya görə isə bütün peyğəmbərlər,
o cümlədən, Hz. Musa, Hz., İsa, Hz. Məhəmməd (s), Hz. Krişna, Hz. Budda və nəhayət, bütün
insanların çox hissəsi hal-hazırda yer kürəsində yenidən doğulmuşlar. Yuxarıda adları çəkilən canlı
varlıqlar belə, hələ ki, Allhın dərgahına getməmişlər (Yer kürəsində təkrar-təkrar doğulmuşlar). Bu
təlimə görə Hz. Krişna Allah deyil, Allah Hz. Şivadır. Bu təlimdə deyilir ki, dünyanın yaranma və
məhvolma tsikli cəmi 5 000 ildir. Hz. Şivanın deməyinə görə, bütün canlı varlıqların ruhi canlarının
ölçüsü və forması ilə, Onun özünün ruhi canının ölçüsü və forması arasında heç bir fərq yoxdur.
Dünyanın yaranması və dağılması sanki əzəldən yazılmış, 5 000 illik tarixə malik ssenaridir. Bu
ssenaridə hərənin öz rolu var. Bu rol dəyişmir və 5 000 ildən bir təkrar olunur. Deyilənə görə, ən
axırda dəmir (kali) dövrü ilə qızıl (satya) dövrü arasında brilyant dövrü (sanqam yuqa) gəlir. Şiv
Baba qızıl dövrdə Krişna kimi, dəmir dövründə isə Brahma Baba kimi doğulan canlı varlığın
bədənindən istifadə edərək, bu məlumatı verir. Onun dediyinə görə brilyant dövrü təqribən 100 ilə
yaxın bir dövrdür. Bu dövr ərzində bütün adamlar, yəni 7 milyard yarım adamın ruhu Yer kürəsində
Adəm kimi doğulandan sonra dünya əvvəlki sakitlik halına, statik hala keçəcək və bizə məlum
olmayan müəyyən müddətdən sonra, yenidən həmin ssenari üzrə təzahür edəcək (yaranacaq).
Ruhlar öz rollarını yenidən dinamiki dünyada oynamağa başlayacaqlar. Krişnaizmə görə Vaikuntha,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
291
yəni ruhi dünya və Krişnaloka (Krişnanın məskəni – Qoloko vrndavan) peyğəmbərlərin dedikləri
cənnətlərdən yüksəkdədir; maddi dünya hüdudlarından kənardadır. Cənnət planetləri, bu
yaşadığımız fiziki dünyanın arxasında olan, incə (astral) maddi sferadadır.
Sant matın deməsinə görə isə hətta Krişnaloka və Vaikunthalar belə, yüksək cənnət
planetlərində, yəni mental cənnətlərdə, fövqəlsəbəb dünyası ilə mental dünya arasında Meru,
Sumeri və Kəylas dağlarının üzərində yerləşirlər ki, bura da maddi dünyaya aiddir. Yəni fiziki astral
və mental dünyalar yuxarı qalxdıqca incələşən sferalar-planlar dünyasıdır. Bu dünyalar əslində ruhi
canın özünü unutduğu yoxluq dünyalarıdır.
Cnanilər deyirlər ki, özünüreallaşdırmada hər cür cəhd faydasızdır. O, öz-özünə baş verən
prosesdir. Hərənin öz vaxtı var. Vaxtı gələndə hamı reallaşacaq.
Sahaca yoqada deyilir ki, adam özü özünün müəllimidir. Bu fikir Ramta təlimində və yüksək
sivilizasiyaların çennellinqlərində də var.
İslama, xristianlığa, iudaizmə, krişnaizmə, buddizmə, caynizmə, daosizmə, racayoqaya -
sahaca yoqaya, cnana yoqaya və bir çox təlimlərə görə insan formasını almış öz mahiyyətini axtarıb
tapmalıdır. Bu, onun prioritet məsələsidir. Əgər o, öz mahiyyətini dərk etməklə məşğul deyilsə, ona
adam demək olmaz. Özünü, mahiyyətini, həqiqəti, haqqı, Allahı axtaran adam üçün bu
labirintlərdən (spektral maddi şüur labirintlərindən) çıxmaq o qədər də asan məsələ deyil.
Sant mata, islam sufizminə və xristianlıq qnostsizminə görə adamın şüuru səbəb dünyasından
yuxarı çıxanda, Allahın qorxu aspekti aradan gedir. Cnanilərdən Maharişi, Allahdan qorxan və Ona
sual verən adamın, sən Allaha inanırsanmı sualına cavab olaraq demişdir: “Kainatda sənin
qorxduğun Allah var, ancaq mən Ona tabe deyiləm. Mən kainatı sənin Allahına kirayə vermişəm”.
Həqiqi ruhani ustadların (məsələn: Hz. Krişnanın, Hz. Buddanın, Hz. İsanın və Hz. Məhəmmədin
(s) nəzərdə tutduqları, daim həzz içində, harmoniyada, məhəbbətdə, sevinc içində, tam azadlıqda,
sakitlikdə olan və son nəticədə deyilən sözlərin heç birinin ifadə edə bilməyəcəyi, yeganə və əzəli-
əbədi olan Allah (Absolyut) anlayışı Maharişinin kainatı kirayə verdiyi Allah anlayışından fərqlənir.
Ramta təlimindəki və yüksək sivilizasiyaların cennellinqlərindəki Allah anlayışları da Maharişinin
Allah anlayışından fərqlənir.
Hz. Məhəmməd (s) deyir ki, elm, bilik Çində də olsa, get, öyrən. Hz. Budda deyir ki, buddizm
sənə darısqallıq edirsə, kənara çıx, başqa təlimlərlə tanış ol. Hz. Krişna deyir ki, Mütləqi, Absolyutu
– Allahı öyrənmək istəyirsənsə, bütün vasitələrdən, üsullardan və təlimlərdən istifadə et.
Cnanilərdən Oşo isə deyir ki, həqiqət axtaranlar özünü reallaşdırmış müxtəlif insanların təlimləri ilə
tanış olarlarsa, onların reallaşması tezləşər və onların yaratdıqları təlimlər daha uca zirvəyə malik
olar.
Sant mata görə biz eyni zamanda həm Yaradan və həm də yaradılanlarıq. Maddi səbəb, ağıl
dünyası yaranmamışdan, Adəm övladının deyəcəyi heç bir sözlə ifadə olunmayan, ancaq özümüzün
başa düşməyimiz üçün Allah adlandırdığımız bir varlıqla birlikdə olanda, Ona qovuşmuş halda
olanda, Yaradan, yaradılışdan sonra, differensiasiya halında, atomar ruhi varlıqlar şəklində olanda
isə yaradılan, xilqət adlanırıq. Damla və oken misalında olduğu kimi: nə qədər ki, damla okeandan
ayrılmayıb, yalnız okean var. Damla okeandan ayrılandan sonra isə həm okean var, həm də damla
var. Damla yenidən okeana qarışandan sonra isə yenidən yalnız okean mövcuddur. Yəni yaranma
varsa, yaranışdan əzəli hala qayıdış da olmalıdır.
Materialistlərin dünyagörüşünə görə heç bir Allah və ruh yoxdur; dünyanın əsasını maddi
ünsürlər təşkil edir. Şüur effekti isə maddi ünsürlərin kombinasiyalarının müəyyən mərhələsində
baş verən fenomenal hadisədir. Materialist alimlər, maddi hissəcikləri daha dərindən tədqiq edərkən
müşahidə etmişlər ki, həmin hissəciklər hərəkətdədirlər; onlar sahələr (maqnit, qravitasiya, elektrik
sahələri) əmələ gətirir. Bu hərəkətlərin səbəbi haqqında isə düşünmək istəmirlər. Materialistlərin bu
mövqeyi buddizm və daosizmlə səsləşir. Materialistlərə görə hər şey kortəbii baş verir. Buddizmə
və daosizmə görə də belədir.
Patancaliyə görə dünyanın, kainatın əsasını əzəli səbəbi olmayan iki enerji təşkil edir (Puruşa
və Prakriti). Bu enerjilərin müxtəlif kombinasiyalarından dünya, onun obyektləri yaranır.
Patancalinin mövqeyi bəzən buddizm, daosizm və cnanilərin mövqeləri ilə səsləşir.
İslama, xristianlığa, iudaizmə görə adam dünyaya bir dəfə gəlir (bu fikir təşkilatlanmış islama,
xristianlığa və iudaizmə görədir). Buddizmə, caynizmə və induizmə görə isə adam qurtuluş əldə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
292
edənə kimi (maddi dünya hüdudlarından qurtulana kimi) dəfələrlə dünyaya gəlirlər. Təkcə Yer
planetində yox, başqa planetlərdə də doğulurlar.
Vaişnavizmə görə Allah Ali Şəxsdir və O, 6 sərvətin sahibidir: 1. Ən tərkidünya; 2. Ən
qüdrətli; 3. Ən varlı; 4. Ən bilikli; 5. Ən gözəl; 6. Ən məşhur, əbədilik, bilik və həzz formasında
olan varlıqdır. Ondan üstün varlıq yoxdur.
İslama görə Allah: 1. Hər şeyə qadir olan; 2. Hər şeyi bilən; 3. Hər yerdə olan (laməkan –
məkansız), həm də zamansız; 4. Qiyamət gününün sahibi; 5. Ən böyük olan; 6. Ən ədalətli olan; 7.
Vədinə sadiq; 8. Ən yaxın dost olan varlıqdır.
İudaizmə görə Allah islamda olan keyfiyyətlərə malikdir. Xristianlığa görə Allah hər şeyə
qadir, hər şeyi bilən, hər yerdə olandır. O, atadan, oğuldan və müqəddəs ruhdan ibarətdir.
Buddizm və daosizm nəinki Allahın, həm də ruhun varlığını qəbul etmirlər.
Caynizm ruhi canın varlığını qəbul edir, Allahın varlığını isə qəbul etmir, yaxud canın özü elə
Allahdır deyirlər.
Teosoflar, Ramta təlimi və kainatda yaşayan yüksək sivilizasiyaların cennelinqi (onlar
dünyanın 7 sferadan ibarət olmasını və hər yuxarıda olan kollektiv şüuru, özündən aşağı sferanın
Allahı hesab edirlər) boşluqda yaranan 1-cili şüuru Allah hesab edirlər.
Cnanilərə görə son reallıq özü haqqında heç nə bilmir, sadəcə olaraq mövcuddur. Onlar
varlıqları kainatın hissəsi hesab edirlər. Cnanilərə görə adam özünü müəyyən dövr hissə kimi,
müəyyən dövr isə bütöv kimi aşkar edir. Cnanilər həyata sirr kimi baxırlar. Onlara görə kainatda hər
şey kortəbii baş verir.
Materialistlərin, islamın, iudaizmin, induizmin, caynizmin, daosizmin, teosofların, Ramta
təliminin, yüksək sivilizasiyaların mövcudluğa, Allaha, insana və kainata olan münasibətləri
müxtəlif olsa da, hamısını birləşdirən bir yanaşma var. O da ondan ibarətdir ki, yuxarıda adı çəkilən
bütün təlimlər Adəm övladının özünü dərk etməsini vacib bilirlər (hər dünyagörüş Adəm övladının
özünü dərk etməsini özünəməxsus başa düşür).
Yuxudan azad olmanın yeganə müalicəsi ayılmaq olduğu kimi, maddi dünyalarda adəmlər
arasında gedən psixo-fizioloji mübarizənin yeganə müalicəsi can yuxusundan (ağıldan) ayılmaqdır.
Allahın təlimlərini isə can yuxusundan oyananlar adəmlərə çatdırmışlar. Can yuxusundan (ağıldan)
oyanana kimi adəmlər arasında həmişə ixtilaf olur (hansı dünyagörüşünə aid olmasından asılı
olmayaraq. Hətta bir dünyagörüşə özlərini aid edənlər arasında belə). Peyğəmbərlər vasitəsi ilə
gətirilən təlimlər astral və mental dünyalara (cənnətlərə) çağırış təlimləridir. Can yuxusundan
oyanan ruhani ustadlar vasitəsi ilə verilən təlimlər isə ruhi təlimlərdir. Biz mahiyyətimizə görə ruhi
varlıqlar olub, əvvəl ruhi dünyalardan boşluq dünyasına, sonra fövqəlsəbəb dünyasına, sonra da
yaradılışın həbsxanası adlandırılan mental, astral-fiziki (doğum-ölüm dövranının hökm sürdüyü ən
kobud maddi dünya) dünyaya gəlirik.
Bizim əsl kimliyimiz haqqında isə ruhi təlimlərdə məlumat verilir.
Bütün canlı varlıqların şüuru başqa-başqa dünyagörüşlərin müəyyən nisbətdə qarışığından
ibarətdir. Kimsə deyə bilər ki, o, teist, ateist, buddist, daosist və caynist şüuruna malikdir. Əslində,
həmin adamlarda bu şüurlar dominantlıq edir (müəyyən zaman, məkan və şəraitdə). Onların gizli
şəkildə başqa dünyagörüşləri də var.
Bütün dünyagörüşləri materializmdə və idealizmdə qruplaşdırmaq olar. Materialistlər və
idealistlər bir məsələdə həmrəydirlər: hər şeyin səbəbi var. Fərq yalnız səbəblər zəncirində olan son
səbəbin məqsədli, yaxud məqsədsiz olmasındadır. İdealistlərə görə son səbəb məqsədli,
materialistlərə görə isə məqsədsizdir. Hər iki dünyagörüşün öz tərəfdarları var.
Həqiqi ruhani ustadlar Allahın təmsilçiləridir. Buna baxmayaraq, onların heç biri digərini
təkrarlamır, digərinə bənzəmir, hərəsi özünəməxsusdur. Allah öz təmsilçilərində təkrarolunmazdır.
Deyəsən, Onun təbiiliyi, gözəlliyi də elə bundadır. Atomar canlı varlıqlar həm illüzor şüurda (maddi
şüurda) mövcud olarkən və həm də ruhları oyanmış vəziyyətdə biri o birini təkrar etmirlər.
Son olaraq: hər kəs öz daxili səsinə (məhz daxili səsinə) qulaq asaraq, öz həqiqətini tapa bilər
(mən belə hesab edirəm). Bu işdə hər birimizə uğurlar arzulayıram.
Bu yazılar mənim intuitiv-ezoterik, buddhi-yoqa agaholmalarım və oxuduqlarımdan
çıxartdığım interpretasiyalar əsasında tərtib olunub.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
293
Ədəbiyyat
1. “Bibliya”, Rusiya Bibliya Cəmiyyəti, 1995.
2. “Bhaqavad-qita”, Bakı, 1991.
3. Həzrət Əmir - əl mömininin Əli İbn Əbu Talib (ə.s), Nəhcül-Bəlağə, Tehran, 1995
4. Xatəmi – “Ənbiya, Hz. Məhəmməd (s) və həyatı”, Əli Himmət Bərki və Osman Kəskioğlu,
Azərbaycan türkcəsinə çevirən: Rəcəb Qaya, Ankara, 1997
5. “İncil. Əhdi-cədid, yaxud Rəb İsa Məsihin xoş xəbəri”, Bibliya Tərcümə İnstitutu, 1993
6. İslamda əxlaq, Ayətullah Məhəmmədrza Məhdəvi, Kəni, tərcüməçi: Ceyhun Cəfərov, Bakı,
“Qələm”, 2005
7. “Quran”. Tərcüməçilər: Ziya Bünyadov, Vasim Məmmədəliyev, “Azərnəşr”, 1992
8. “Qurani-Kərim”. Tərcüməçi: Nəriman Qasımoğlu, “Azərnəşr”, 1993
9. “Quran, tərcümə və şərhlər”. İ.Y.Kraçkovski, Bakı, “Yazıçılar”, 1990
10. “Qurani-Kərim”. Tərcüməçi: Mirzə Rəsul İsmayılzadə, Duzal, Beynəlxalq “Əl-Huda”
nəşriyyatının Bakı şöbəsi, çap tarixi: h.ş. 1383, h.q. 1425, m. 2005
11. Merac, Nəcm surəsinin təfsiri, Ayətullah Şəhid Dəstiqeyb, tərcüməçilər: M.Ramiz və
Ş.Mətin, Bakı, 2006
12. Şrimad Bhaqavatam 12 cilddə, Moskva, 1990-2006
Xülasə
Dünyaya gələn hər bir Adəm övladı müxtəlif dünyəvi və dini dünyagörüşləri ilə qarşılaşır.
Özünü və dünyasını dərk etmək üçün bunlardan birini seçir. Adəm övladı hər şeydən əvvəl
özünüdərklə (həm fizioloji, həm psixoloji və həm də ruhi varlıq kimi) məşğul olmalıdır.
X.Mammadov
Summary
Every son of Adam, who are born meet with various secular and religious perspectives. In
order to understand himself and the world he chooses one of them. That is why the generation of
Adam first of all, should deal with comprehension (both physiological and psychological and the
spiritual essence).
Pərvanə Teyyubova
M.Füzuli adına Əlyazmalar İnstitutu, kiçik elmi işçi
teyyubova.mp@gmail.com
Dostları ilə paylaş: |