İş № 2(107)-51/2015
Surət
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
08 yanvar 2015-ci il
Şəki şəhəri
Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyası hakim Əsədli Mahir
Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səlimov Hümbət Qamuna
oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib
oğlunun katibliyi,
İddiaçı Əsgərov Qalib Qurban oğlunun, cavabdeh Hümmətov Fəxri Mahir
oğlunun və vəkili Həsənov Tural Həsən oğlunun iştirakı ilə,
Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(075)-2192/2014 saylı
qətnaməsindən cavabdeh Hümmətov Fəxri Mahir oğlu tərəfindən verilmiş apellyasiya
şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq
məhkəmə kollegiyası
müəyyən etdi:
İddiaçı Əsgərov Qalib Qurban oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
cavabdeh Hümmətov Fəxri Mahir oğlundan buraxılış ili 2010-cu il, mühərrik nömrəsi
9680779 olan, VAZ-21074 markalı, 55-BM-540 dövlət qeydiyyat nişanlı avtomobilə
görə ödədiyi 5350 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsinə dair
qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(075)-2192/2014 saylı
qətnaməsi ilə (hakim C.İmanov) iddia tələbi təmin edilmiş, Hümmətov Fəxri Mahir
oğlundan buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, VAZ-21074
markalı, 55-BM-540 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 5350 (beş
min üç yüz əlli) ABŞ dolları Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra
edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla alınaraq
Əsgərov Qalib Qurban oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.
Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh Hümmətov
Fəxri Mahir oğlu apellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya
şikayəti
onunla
əsaslandırılmışdır
ki,
birinci
instansiya
məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normalarını düzgün tətbiq
etməməklə qəbul edildiyindən həmin qətnamə ləğv olunmalıdır. Belə ki, hazırda
mübahisə edilən, buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779, dövlət qeydiyyat
nişanı 55-BM-540 olan VAZ 21074 markalı avtomobili 01 mart 2013-cü ildə
Mirzəyev Elçin Ehtibar oğlundan almışdır. Əvvəlki qeydiyyat nömrəsi 90-XM-275
2
olan avtomaşının üzərində hər hansı bir həbs olmamasına dair sənədlər əldə etdikdən
sonra aldığı həmin avtomaşını öz adına qeyd etdirməklə 55-BM-540 nömrə ilə
qeydiyyata aldırmışdır. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ QİŞ tərəfındən verilmiş 07
mart 2013-cü il tarixli arayışa əsasən qeyd edilən avtomaşının, həbsdə, girovda və
axtarışda olmaması göstərilmişdir. O, həmin avtomaşını alarkən üzərində hər hansı
həbs və axtarışda olması barədə məlumatı olmamışdır. Avtomaşını bir müddət idarə
etməklə təmir etdirmiş və 2013-cü ilin aprel ayının 7-də saz vəziyyətdə iddiaçı
Əsgərov Qalib Qurban oğluna 5350 ABŞ dollarına satmışdır. Bundan başqa birinci
instansiya məhkəməsi yalnız iddiaçı tərəfin vəsatəti əsasında çağırılan şahidləri
dindirərək birtərəfli mövqe əks etdirmişdir. Şahidlərin ifadəsindən də birmənalı olaraq
görünür ki, o, Qalib Əsgərovdan pulu, ona verdiyi avtomaşının əvəzində almışdır.
2013-cü ilin aprel ayında saz vəziyyətdə etibarnamə əsasında Qalib Əsgərova
avtomaşını satan zaman dəfələrlə ona demişdir ki, avtomaşını öz adına keçirərək
qeydiyyata aldırsın. Lakin iddiaçı tərəfindən buna heç bir məhəl qoyulmamış, yenidən
1 il müddətdən sonra Şəki şəhərinə gəlmiş və ona 28 mart 2014-cü il tarixdə
etibarnamə vermişdir. Odur ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü
il tarixli, 2(075)-2192/2014 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin rədd
edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hümmətov Fəxri Mahir
oğlu və vəkili Həsənov Tural Həsən oğlu apellyasiya şikayətinin məzmununa uyğun
izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin
qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişlər.
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əsgərov Qalib Qurban
oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə Şəki
Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə
yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib
qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon
Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(075)-2192/2014 saylı qətnаməsi ləğv
edilməli, yeni qətnamə qəbul edilməli, və iddia ərizəsi təmin edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə
əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan
və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və
ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə
yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə
əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası
məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual
hüquq normalarına riayət etməsini yoxlayır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə
əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və
düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv
edilməsi üçün əsasdır.
3
İş materiallarına əlavə edilmiş etibarnamədan görünür ki, Hümmətov Fəxri Mahir
oğlu, mülkiyyətində olan buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, 55-
BM-540 dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı avtomobili baş etibarnamə ilə
Əsgərov Qalib Qurban oğluna etibar etmişdir.
İş
materiallarına
əlavə
edilmiş
nəqliyyat
vasitələrinin
qeydiyyat
şəhadətnaməsindən görünür ki, buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779,
dövlət qeydiyyat nişanı 55-BM-540 olan VAZ-21074 markalı avtomobil Hümmətov
Fəxri Mahir oğlunun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti ilə dindirilən şahid Əsgərov
Qurban Kamil oğlu ifadə verərək bildirmişdir ki, 07 aprel 2014-cü il tarixdə övladı
Əsgərov Qalib Qurban oğluna avtomobil almaq üçün Gəncə şəhərinə gəlmişlər. Bir az
maşın axtardıqdan sonra Hümmətov Fəxri Mahir oğluna məxsus avtomobili
bəyəndikdən sonra ona 5350 ABŞ dolları ödəməklə həmin avtomobili almışlar.
Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti ilə dindirilən şahid İsmayılov
Şaiq Teymur oğlu ifadə verərək bildirmişdir ki, 2013-cü ilin aprel ayında tanışı
Abdullayev Sahib Tofiq oğlu ona zəng edərək qohumu Əsgərov Qalib Qurban oğlunun
avtomobil almaq istədiyini lakin, 200 ABŞ dollarının çatmadığını bildirmiş və ondan
200 ABŞ dolları borc istəmişdir. O, 200 ABŞ dollarını götürərək Abdullayev Sahib
Tofiq oğlunun avtomobili ilə Göy-Göl rayonundan Gəncə şəhərinə gələrək, həmin
pulu Qalib Əsgərova vermişdir. Qalib Əsgərov onun yanında avtomobildə 5350 ABŞ
dollarını sayaraq Hümmətov Fəxri Mahir oğluna vermişdir.
Birinci instansiya məhkəməsində şahid Abdullayev Sahib Tofiq oğlu da digər
şahid İsmayılov Şaiq Teymur oğlunun ifadəsinə uyğun, məzmunca oxşar ifadə
vermişdir.
Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh Hümmətov
Fəxri Mahir oğlu mübahisə edilən buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779
olan, VAZ 21074 markalı, 55-BM-540 dövlət qeydiyyat nişanlı avtomobili 01 mart
2013-cü ildə Mirzəyev Elçin Ehtibar oğlundan almışdır. Avtomaşını alarkən qeydiyyat
nömrəsi 90-XM-275 olmaqla həmin avtomaşının üzərində hər hansı bir həbs
olmamasına dair sənədlər əldə etdikdən sonra almış və avtomaşını öz adına qeyd
etdirməklə 55-BM-540 nömrə ilə qeydiyyata aldırmışdır. Nəqliyyat vasitəsini öz adına
qeyd etdirən zaman avtomaşın, həbsdə, girovda və axtarışda olmamışdır. Avtomaşını
2013-cü ilin aprel ayının 7-də iddiaçı Əsgərov Qalib Qurban oğluna 5350 ABŞ
dollarına satmışdır. İddiaçı həmin avtomobili bir il müddətində istifadə etmiş, 1 ildən
sonra 28 mart 2014-cü il tarixdə iddiaçıya yeni etibarnamə vermişdir.
İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla
əsaslandırmışdır ki, iddiaçı cavabdehdən VAZ-21074 markalı, 55-BM-540 dövlət
qeydiyyat nişanlı avtomobili görə verdiyi 5350 (beş min üç yüz əlli) ABŞ dollarının
alınaraq ona verilməsini tələb edir, eyni zamanda cavabdeh də iddianı etiraf etmişdir.
Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə
razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini cavabdehin iddianı etiraf
etməsi ilə əsaslandırsa da, işin bu halı iş materialları və məhkəmə protokolları ilə
təkzib edilir. Ona görə də kollegiya belə hesab edir ki, birinici instansiya məhkəməsi
tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq
normalarını düzgün tətbiq etməmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı
müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul
edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
4
İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında mübahisəli avtomobilə dair
faktiki olaraq alqı-satqı
müqaviləsi olsa da, tərəflər həmin müqaviləni
rəsmləşdirməmişlər. Lakin hər iki tərəfin izahatları ilə müəyyən edilir ki, cavabdeh
həmin avtomobili satmış iddiaçı isə almışdır.
İddiaçı Əsgərov Qalib Qurban oğlu öz iddiasını onunla əsaslandırmışdır ki,
cavabdeh Hümmətov Fəxri Mahir oğlu mübahisə edilən buraxılış ili 2010-cu il,
mühərrik nömrəsi 9680779 olan, VAZ 21074 markalı, 55-BM-540 dövlət qeydiyyat
nişanlı avtomobili alarkən cavabdeh ona avtomobilin heç bir yüklülüyünün
olmamasını və həbsdə olmamasını bildirmiş, lakin cavabdeh həmin avtomobili ona
yüklü vəziyyətdə satmışdır.
İşin faktiki hallarından görünür ki, cavabdeh Hümmətov Fəxri Mahir oğlu
mübahisə edilən buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, VAZ 21074
markalı, 55-BM-540 dövlət qeydiyyat nişanlı avtomobili 01 mart 2013-cü ildə
Mirzəyev Elçin Ehtibar oğlundan almışdır. Avtomaşını alarkən qeydiyyat nömrəsi 90-
XM-275 olmaqla həmin avtomaşının üzərində hər hansı bir həbs olmamasına dair
sənədlər əldə etdikdən sonra almış və avtomaşını öz adına qeyd etdirməklə 55-BM-540
nömrə ilə qeydiyyata aldırmışdır. Nəqliyyat vasitəsini öz adına qeyd etdirən zaman
avtomaşın, həbsdə, girovda və axtarışda olmamışdır.
Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əsgərov Qalib
Qurban oğlu iddia ərizəsinin əsasını təşkil edən halları təsdiq edən hər hansı mötəbər
sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən sübutların əsli və
lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə,
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir.
Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və
etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,
qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq
normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur.
Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün
əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər
sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir.
Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız
məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında
sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit
probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi
rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm
mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər
(§ 68).
Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli
Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı
şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
5
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə
əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və
ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv
edilməsi üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1,4-cü
maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin
hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv
edilməsi üçün əsasdır.
Həmin məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi
hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər
normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə
gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və
prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş
faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq
edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin
edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qətnаməsi
ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
Göstərilənlərə əsasən
və
Azərbaycan Respublikası Mülkü Prosessual
Məcəlləsinin 382, 384, 386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq,
məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Hümmətov Fəxri Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti
təmin edilsin.
İş üzrə Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(075)-
2192/2014 saylı qətnaməsi ləğv edilsin.
Yeni qətnamə qəbul edilsin.
İddiaçı Əsgərov Qalib Qurban oğlunun cavabdeh Hümmətov Fəxri Mahir oğluna
qarşı buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, VAZ-21074 markalı,
55-BM-540 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 5350 ABŞ dolları
məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali
Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra
qanuni qüvvəyə minir.
Sədrlik edən: imza var
Hakimlər: imza var
Düzdür:
Hakim: Mahir Əsədli
Dostları ilə paylaş: |