3
Giriş
Mövunun aktuallığı. Müasir sənaye cəhətdən inkişaf
etmiş istənilən ölkənin
maşınqayırması onun nəinki emal sənayesinin hətta ümumən iqtisadiyyatının əsas
aparıcı sahəsidir. Maşınqayırma dedikdə müəssisələrin
texniki cəhətdən yenidən
silahlanmasını, əhalinin müxtəlif növ məişət cihaz və avadanlıqlara olan təlabatının
ödənilməsini, iqtisadi və hərbi potensialın yaradılmasını təmin edən maşın və
avadanlıqları istehsal edən qarşılıqlı asılı olan sahələr sistemi nəzərdə tutulur.
İqtisadiyyatın bütün sahələrinin ən yeni maşın və avadanlıqlarla təmin edilməsi
hesabına
əmək
məhsuldarlığının
yüksəldilməsi,
iqtisadi
inkişafın
intensivləşdirilməsi, elmi- texniki tərəqqinin templərinin sürətləndirilməsinə
maşınqayırmanın tövhəsi daha əhəmiyyətlidir. Maşınqayırma üçün
daha səciyyəvi
olan xüsusiyyətlər sahədaxili strukturun mürəkkəbliyi
və sahəliyi məhsulun geniş
çeşidliyi, beynəlxalq və ərazi əmək bölgüsündə fəal iştirakıdır.
Hal-hazırda yaşadığımız bazar iqtisadiyyatı şəraitində ölkə maşınqayırma
müəssisələrində inkişaf mexanizmi problemlərinin ətraflı öyrənilməməsi, kompleks
şəkildə əhatə edən elmi əsərlərin olmaması dissertasiya
işinin mövzusunun
aktuallığını şərtləşdirir.
Bizim tədqiqatımız bu məsələnin həllinə yönəlmişdir və həmin işin mövzusunun
aktuallığını və ona olan tələbatı müəyyənləşdirir.
Dostları ilə paylaş: