Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri


Mövzunun elmi işlənməsinin səviyyəsi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   2   3   4   5   6   7   8   9   ...   29
sg-rov-Elm-ddin

Mövzunun elmi işlənməsinin səviyyəsi. Azərbaycanda maşınqayırma 
sənayesinin yenidənqurulması və inkişaf prespektivləri hər zaman keçmiş sovet
respublikalarında iqtisadiyyat elminin mərkəzində olmuşdur.Bununla əlaəqədar 
dissertasiya üzərində işləyərkən əsasən maşınqayırma sənayesinin nəzəri aspektlərini 
ətraflı əks etdirən MDB ölkələrinin alimlərinin elmi əsərlərindən geniş istifadə 
edilmişdir. 
Bu 
sırada 
L,İ.Abalkinin, 
D.A.Baranovun, 
V.N.Barisovun, 
M.A.Vilenskinin, A.Q.Qranberqin, Y.M.İvanovun, V.P.Kalininin, Y.L.Kontorun,
A.F.Kovalyovun, 
S.M.Kuzmen-konun, 
V.İ.Kuşlinin, 
Y.İ.Lyubimtsevin, 
A.A.Malqinin, P.M.Pavlovun, M.İ.Rimer-in, V.Q.Zaxarovun, A.L.Qaponenkonun, 



Y.B.Kvaşanin, D.M.Palteroviçin, R.M.Petuxovun və s. işlərini mənbə bazası kimi 
göstərmək olar. 
A.K.Ələskərovun, T.N.Əliyevin, M.M. Alarverdiyevin, M.A.Axundovun, 
M.C.Atakişiyevin, 
R.T.Həsənovun, 
T.A.Hüseynovun, 
R.M.Cəbiyevin, 
A.A.Nadirovun, 
A.H.Nuriyevin, 
A.Q.Nağıyevin, 
Z.A.Səmədzadənin, 
R.P.Sultanovanın, 
R.K.İsgəndərovun, 
Q.Ə. 
Səfərovun, 
N.B.Böyükkişinin, 
E.M.Hacızadənin, 
Ş.M.Muradovun, 
Q.S.Süleyma-novun, 
F.A.Fərəcovun 

Q.Z.Yüzbaşıyevanın və s. kimi milli iqtisadçıların elmi əsərlərində həmçinin 
müəssisələrin özlərinin vəsaitlərinin məhdudluğu, onların investisiya cəlbediciliyinin 
aşağı səviyyədə olması və dövlət tərəfindən köməyin kifayət qədər olmaması 
şəraitində sənaye müəssisələrin əsas istehsal fondlarının təkrar istehsalı probleminin 
yüksək əhəmiyyəti vurğulanır. Bununla yanaşı onun həllinin aşağıdakı istiqamətləri 
göstərir: 
-Strateji - əsas fondların təkrar istehsalı prosesinin dövlət tənzimlənməsi
tədbirləri kompleksinin işlənməsi və həyata keçirilməsi yolu ilə dövlətin rolunun
gücləndirilməsi;
-Taktiki istehsal potensialının saxlanması məqsədi ilə təlabat subyektlərinin 
özləri tərəfindən tədbirlərin görülməsi.
Göstərilən problemin həlli yollarından biri maşınqayırma sənyaseinə dair təkrar 
istehsal proseslərinin investisiyalaşdırılmasıdır. 
Maşınqayırmanın təşkilati və iqtisadi əsasları aşağıda göstərilmiş xarici
alimlərin əsərlərində tədqiq edilmişdir: İ.A.Babayev, M.İ.Buxalkov, P.L.Vilenski, 
V.D.Qazman,V.İ.Qoloşapov, V.A.Qoremkin, V.M.Cux , R.Kantino, V.V.Koma-rov, 
İ.M. Korşunov, N.R. Kravçuk , E.A.Krasyeva, M.L.Leşenko, M.Miller, F.Modilyani, 
P.Nevitt, M.Harvi, M.Hoyer, X.İ.Şpittler və s. 
Yuxarıda göstərilmiş müəlliflər elmi əsərlərində maşınqayırma müəs-
sisələrinin əsas inkişaf istiqamətlənin təhlini verərək, istehsal proseslərinin
səmərəliliyi səviyyəsinin qiymətləndirilməsi metodlar kompleksini işləmişdirlər. 



Bununla belə, qeyd etmək istərdim ki, müasir şəraitdə maşınqayırma
müəssisələrinin 
yenidənqurulmasının 
əsas 
strateji 
istiqamətləri, 
investisiyalaşdırılmasının bir sıra məsələsi iqtisadi ədəbiyyatda kifayət qədər tam 
həcmdə əksini tapmamışdır. 
Eyni zamanda maşınqayırmanın iqtisadiyyatı məsələlərinə həsr edilmiş elmi 
əsərlərin sayının çox olmasına baxmayaraq maşınqayırmanın bəzi problemləri 
kifayət qədər tədqiq edilməmiş qalmaqdadır. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin