C. MÜƏSSİSƏLƏR ÜÇÜN NÜMUNƏVİ TƏLİM STANDARTI
Gəmidə elektromexanik-mühəndis
Təlim standartına dair qısa məlumat
Hazırkı təlim standartı müəssisələr, təlim mərkəzləri və institutları, təlim iştirakçıları üçün
hazırlanmışdır və gəmidə elektromexanik-mühəndis
üçün tələb olunan səriştələri əks etdirir. İşlə bağlı
səriştənin nümayiş etdirilməsi üçün tələb olunan bilik və bacarıqların əldə edilməsinə xidmət edən
təlim proqramları, kurikulumlar və təlim materiallarının hazırlanmasında bu standartdan təlimat kimi
istifadə etmək olar. Bu standart əsasında hazırlanmış təlim digər peşələr üzrə səriştələrə malik olan,
mövcud səriştələrini inkişaf etdirmək, mövcud iş yerində digər vəzifələri icra edə bilmək, yaxud digər
müəssisədə və ya digər peşə üzrə iş tapmaq üçün yeni ümumi səriştələr əldə etmək istəyən şəxslər
üçün də uyğun ola bilər.
Məşğulluq Təsnifatında (MT) (bu təlimin müvafiq
olduğu) peşənin kodu:
7412 (Elektromexanik)
MT-də ixtisas (bacarıq) səviyyəsi:
2 (tövsiyə olunan səviyyə: 3)
ISCO 08-də işin kodu:
7412 (Mechanic, electrical)
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi:
2
Milli İxtisas Çərçivəsi ilə əlaqə:
...
ISCED-də kodu:
...
Hazırlanma tarixi:
Noyabr, 2012-ci il
Təsdiq edən qurum:
...
Təsdiq tarixi:
...
Təklif olunan yenilənmə tarixi:
Noyabr, 2017-ci il
C.1. SƏRİŞTƏLƏRİN QISA TƏSVİRİ
Bilik:
Müasir dövürün mühəndis qrafika vasitələri;
Layihələşdirmə və texniki sənədlərin hazırlanması qaydaları və üsulları;
Mexanikanın və kinematikanın əsas anlayış və qaydaları;
Mexanizmlərin qovşaq və detallarının təsnifatı, onların funksionallıq meyarları
və onların işinə təsir edən faktorlarnı sintez və analiz (təhlil) üsulları;
Qazların və mayelərin statikası, termodinamikanın əsas qaydaları;
Materialların xassələri və onlardan verilmiş istismar səviyyələrinə müvafiq
məmulatların hazırlanma üsulları;
Materialların quruluş və xüsusiyyətləri, onların istismar müddəti ərzində
daxillərində baş verən proseslərin və hadisələrin mahiyyəti;
Tənzimləmənin əsas qaydaları, əməliyyat gücləndicilərində onların düzülüş və
tipləri;
Avtomatik tənzimləmə qovşaqlarında əks əlaqə və onların təyinatı;
Gəmilərin texniki vasitələrinin idarə olunmasının avtomatlaşdırılmasının
əsasları;
Avtomatik tənzimləmə sisteminin xassələri;
Metrologiyada vahid ölçülmələri təmin edən əsas standartlar, sertifikatlar, və
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
21
anlayışlar;
Dövlət metrologiyasının idarəedilməsinin və nəzarətinin prinsipləri;
Standartlardan, standartlar kompleksindən, digər normativ sənədlərdən, (İSO)
Beynəlxalq standartlar sistemlərindən istifadə qaydaları;
Sertifikatlaşmanın və kefiyyət sisteminin sertifikatlaşdırılması qaydaları və
onların əsas məqsəd və tapşırıqları;
Elektron sxemlərin əsas analoqlu və rəqəmsal elementləri, onların quruluş,
xarakteristika və parametrləri;
Analoqlu və rəqəmsal sxemlərdə tipik qovşaqlar, onların tərkibi,
xarakteristikaları və əsas hissələri;
Statik güc çeviriciləri, onların xarakteristikaları və istifadə sahələri;
Sabit və dəyişən cərəyanların elektrik dövrələrinin nəzəriyəsinin əsas anlayış və
qaydaları;
Elektrodinamikanın və elektromaqnitizmin əsas anlayış və qaydaları;
Dəyişən və sabit cərəyanlı elektrik və maqnit dövrələrinin hesablanma üsulları;
Elektrik dövrələrində qeyri-xətti elementləri;
Dəyişən cərəyanlı dövrələrdə rezonans;
Aktiv, induktiv və həcmi yüklərdə bir və üç fazalı dövrələrin iş rejimi;
Elektrik dövrələrinin təhlili (analizi) zamanı vektor diaqramının tədbiqi üsulları;
Elektrik dövrələrinin kompleksli və operatorlu hesablama üsulları;
Sabit və dəyişən cərəyanlarda maqnit dövrələri;
“İnsan və ətraf mühit” sistemində təhlükəsizliyin nəzəri əsasları;
Həyat fəaliyyətinin təhlükəsizliyinin hüquqi, texniki və təşkilati əsasları;
Zərərli təsiredici və travmatoloji faktorların təsirinin anatom-fizioloji nəticələri,
insan fiziologiyasının və fəaliyyətinin rasional şəraiti;
Travmatoloji, zərərli və digər təsirli faktorların fövqaladə hallarda
identifikasiyası, təhlükəsizlik və qəza hallarının prosedurları, gəmi
yanğınsöndürmə sistemləri, onların növləri, maddənin kimyəvi tərkibi və
yanğınların qarşısının alınma üsulları;
Təhlükəsiz idarəetmə sistemi, milli qanunların və normativ aktların tələbləri;
Dəniz mühitinin qorunmasına və insan həyatının təhlükəsizliyinə dair
Beynəlxalq Dəniz Təşkilatının Konvensiyaları;
Dəniz mühitinin çirklənməsinin qarşısının alınmasına dair milli və beynəlxalq
tələblər;
Ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə mübarizənin üsulları və
vasitələri;
Qəzaların növləri və onların yaranma səbəbləri;
Limanda və ya dənizdə olarkən baş vermiş qəza hallarında hərəkətlərin təşkili;
Ətraf mühitin çirklənməsininə qarşı mübarizə prosedurları;
“Fəlakət”, “Yanğın” “Axtarış” və “Qəzaya uğramış gəmiyə yardım” əməliyyatları
zamanı verilən siqnallar üzrə hərəkətlər;
Məlumat ölçü sistemlərinin düzülüş prinsipləri, əsas qoşaqlar və onların
funksiyaları;
Gəminin əsas konstruktiv elementləri, qurğu və sistemləri;
Gəminin davamlılığının təmin olunmasına dair milli və beynəlxalq tələblər;
Gəminin tarazlığının hesablanması üçün gəmi quruluşunun nəzəriyyəsi, manevr,
inersiya və istismar kefiyyətləri, avar vintlərin xarakteristikası, propulsiv
kompleks anlayışı;
Fiziki kəmiyyətlərin ilkin ölçülərinin elektrik siqnalına çeviriciləri, onların
idarəetmə mexanizmlərinin tipləri və idarəetmə mikroprosessor sistemləri ilə
əlaqə üçün interfeys qovşaqları;
Gəmi elektroenergetik sistemlərin düzülüş prinsipi, gəmilərdə elektrik
enerjisinin paylanması;
Gəmi elektroenergetik sistemlərində cərəyanın və tezliyin tənzimlənməsi
prinsipləri;
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
22
Gəmi generatorlarının paralel işləməsinin xsusiyyətləri, elektroenergetik
sistemlərin qəza və istismar hallarınında keçid prosesləri, gəmilərdə elektrik
enerjisinin keyfiyyəti;
Gəmi elektroenergetik sistemlərin avtomatik idarəolunması prinsipləri
Gəmi elektroenergetik sistemlərin layihələşdirilməsinin standartları və sahə
metodikası;
Gəmi elektroenergetik sistemlərin istismar rejimləri, nəzarət və müdafiə
sistemi;
Gəmi elektrik hərəkətləndiricisinin quruluşu, onun tərkibində elektrik
mühərrikinin işə salınma, tormozlanma və tənzimlənmə rejimləri;
Kompressorların, ventelyatorların, lyebyotkaların, köməkçi mexanizmlərin sabit
və dəyişən cərəyanlı elektrik hərəkətləndiricilərinin idarəetmə sxemləri, statik
və dinamik iş rejimləri, aqreqatların tərkibində yarımkeçiricilərlə işin
xüsusiyyətləri;
Gəmi texniki vasitələrinin riyazi modelləri və müxtəlif iş rejimlərində onların
tədqiqatı;
Mikroprosesorlu idaretmə sistemlərinin düzülüş prinsipləri (kəsilmə, yaddaşa
birbaşa müdaxilə, mikroproqram idarə, böyük inteqral sxemlərin
proqramlaşdırılması), əsas funksional qovşaqlar, mikroprosessor sistemlərinin
inteqral və struktur sxemləri, interfeys və periferiya, icraedici mexanizmlərlə və
cihazlarla əlaqə, ümumigəmi və qlobal məlumat sisteminə müdaxiləni
(daxilolmanı) təmin edən sistemlər, özütestləşmə sisteminin proqram təminatı;
Sabit və dəyişən cərəyanlı elektrik maşınlarının quruluşu, onların tərkibində
elektrik mühərriklərinin işə salma, tormozlama, həmçinin sabit və dəyişən
cərəyanlı elektrik maşınlarının dövrlər sayının tənzimlənməsi;
Sabit və dəyişən cərəyanlı elektrik maşınlarının elektrik enerjisinin statik
çeviricilərinin tərkibində işləməsi zaman iş xüsusiyyətləri;
Gəmi transformatorları, onların quruluşu, xarakteristikaları , iş rejimləri, onların
azad hərəkətdə istismarı zaman sınaq rejimləri və qısa qapanmaları;
Transformatorların istismar qaydaları;
Gəmilərin elektrik avadanlıqlarının istismarı ərəfəsində onların müxtəlif təmir-
bərpa və profilaktik texniki təmir işlərinin yerinə yetirilməsinin müddət və
qaydaları;
Təmir zamanı istifadə olunan alət və materiallar;
Elektrik maşınları, aparat və xəttlərinin təmiri qaydaları;
Elektrik avar qurğularının (EAQ) gəmilərdə tədbiq sahələri, elektrik
maşınlarının və gəmi baş enerji qurğularının (GBEQ-nın) aparatlarının əsas
elektrik sxemləri, GBEQ-nın işinin hesablanma və təhlil üsulları;
Gəminin əsas energetik qurğularının növləri, əsas aqreqatlar və köməkçi
mexanizmləri, onların iş rejimi və gəmi enerji qurğularının istismarı;
Xarici dil (Ərəb, çin, ingilis, fransız, rus və ya ispan dillərindən ən azı biri).
Bacarıq:
Normativ sənədlərdən istifadə, qüvvədə olan qaydalara, norma və standartlara
riayət edilməsi;
Gəminin avtomatlaşdırılmış elektroenergetik sistemlərinin, gəmi qurğu və
avadanlıqların elektrik hərəkətləndiricilərinin texniki istismarı;
Gəmi texniki qurğularının istismarı zaman müxtəlif ölçülərin çıxarılmasını,
nəzarət ölçü aparatlarından istifadə;
Layihə və texnoloji sənədlərin hazırlanması;
Məlumat ölçü sistemi ilə qarşılıqlı əlaqədə olunması, sistemə operator qismində
qulluq edilməsi, məntiq blokunda, cihazlarda və icraedici mexanizmlərin işində
mövcud nasazlıqların aşkar edilməsi;
Tüstü, su, buxar və yanğınla mübarizə xidmətlərinin həyata keçirilməsi;
Xilasetmə qurğu və vasitələrindən istifadə, xilasetmə qayığı, sal, növbətçi qayıq
“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması”
23
və onun suya salma qurğu və avadanlığı, xilasetmə vasitələrinin
radioavadanlıqları, qəza radio buyu, transponderlərlə, hidrokastyumlarla,
isitiliyə davamlı vasitələrlə davranmaq;
İlkin tibbi yardım vasitələrinin tətbiqi;
İlk tibbi yardımın göstərilməsinin təmin olunması, radio vasitəsi ilə verilmiş ilk
tibbi məsləhətlərin tədbiq edilməsi və gəminin davamlılığı uğrunda mübarizə
bacarığı;
Nəzəri və araşdırma üsullarının tətbiqi;
Elektrik avadanlıqlarının və materialların texniki istifadəsi və sınaqlarının
keçirilməsi;
Maqnit sahələrinin və elektrik cərəyanının zərərli təsirinin və travmaların
təsirinin azaldılması;
Gəmi elektroenergetik qurğuların etibarlı və işlək olmasının təmin olunması;
Ətraf mühit faktorların (temperaturun, su sıçramalarının, yırğalanmanın,
həddən artıq nəmliyin və titrəmənin) gəmi mexanizmlərinin elektrik
hərəkətləndiricilərinin işinə, elektrik avadanlıqların işçi parametrlərinin
dəyişməsinə təsirinin qiymətləndirilməsi;
Gəmi elektrik avadanlıqlarının və avtomatlaşdırma vasitələrinin texniki
istismarı zaman ölçü cihazlarının və sınaq alətlərinin seçilməsi və tətbiqi
bacarığı;
Avtomatik tənzimləmə sisteminin, həmçinin mikroprosesorlu idarəetmə
sistemlərinin tənzimlənməsi;
Müxtəlif detalların, qovşaq və maşınların elektrik sxemlərinin, eskizlərinin,
cizgilərin, yığma layihələrinin ümumi görünüş cizgiləri oxumaq bacarığı;
Elektrik maşın və aparatlarının, avtomatlaşdırma sxemlərinin və ona daxil olan
qurğuların gəmi şəraitində istismar edilməsi hallarında istilik və elektrik
davamlılığının hesablanması, güc dövrələrində və avtomatlaşdırma sistemində
mikroprosesorlu idarəetmə sistemindən və ekspert kompyuter sistemindən
istifadə etməklə nasazlıqların aşkarlanması;
Gəmi xilasetmə vasitələrinin suya salınmaya hazırlanması və suya salınması
üzrə bacarıqlar;
Gəmi heyətinin tərkibində işləməklə iş yoldaşları ilə, rəhbərliklə və gəmiyə
gələn adamlarla münasib ünsiyyətin saxlanması.
Yanaşma:
Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;
Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;
İş saatlarında çeviklik;
Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda
yeni üsulları iş prosesində tətbiq etmək;
İlkin planlara və rentabelliyə dəyən zərəri minimum səviyyəyə endirmək
məqsədilə yeni perspektivləri və həll yolları axtarmaq üçün dəyişən vəziyyətlərə
və seçimlərə operativ surətdə reaksiya vermək;
Gəmidə bütün funksiyalara riayət etmək və əməkdaşlıq mühitinin yaradılmasını
təmin etmək.
Əlavə /
ümumi
səriştələr:
Peşəkar biliklərin yenilənməsi, eləcə də yeni metod və materialların axtarışı
istiqamətində fəallıq.
Dostları ilə paylaş: |