Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü IL tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmişdir



Yüklə 66,1 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix03.05.2023
ölçüsü66,1 Kb.
#106997
növüQaydalar
1   2   3   4   5   6   7
7483 muellimlerin-etik-davranis-qaydalari

4.
Münasibətlər
4.1.
Təhsilalanlarla münasibət
4.1.1. Müəllim
təhsilalanlarla
münasibətdə qarşılıqlı hörmətə əsaslanan
ünsiyyət tərzi seçməlidir.
4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı
və müsbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı
bacarmalıdır.


4
4.1.4.
Müəllim
təhsilalanlarda
müsbət
keyfiyyətlərin formalaşmasına və
inkişafına 
təkan 
verəcək
müasir
təlim
texnologiyalarından

strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları
zərərli vərdişlərdən çəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının
qiymətləndirilməsində
obyektiv

qərəzsiz
olmalı,
təhsilalanlarda
özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir.
Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız
olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı
haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini
aradan qaldırmağa çalışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici
sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və
ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim
təhsilalanlar
tərəfindən ona verilən
şəxsi
məlumatların məxfiliyini
qorumalıdır.
4.1.11. Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən sui-
istifadəyə yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan
hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13. Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara
göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul
tələb etməməlidir.

Yüklə 66,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin