55
illiyi
MART
18
99
Ə d ə b i y y a t
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əsədov Əsəd
Soltan oğlu - AN-2 təyyarəsinin komandiri - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 25 noyabr
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 22.- S.68.- (Ölümündən sonra).
Əsgərov, V. Əsədov Əsəd Soltan oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S. 96.
Əsədov Əsəd Soltan oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.67-69.
Seyidzadə, M. Əsədov Əsəd Soltan oğlu //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S. 67.
Quliyev, F. Milli Qəhrəmanlar /F.Quliyev //Məktəb qəzeti.- 2014.- 20 oktyabr.- S. 1.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
MART
22
Əsəd Əsədov
1956-1991
Əsəd Soltan oğlu Əsədov 1956-cı il
mart ayının 22-də Zəngilan rayonunun
Turabad kəndində doğulmuşdur. 1975-
ci ildə Mincivan qəsəbə orta məktəbini
bitirdikdən sonra Sovet Ordusu sırala-
rına çağırılmışdır. Hərbi xidmətini başa
vurduqdan sonra Saratov vilayətinin
Krasnokutsk şəhərindəki Təyyarəçilik
Məktəbinin mülki aviasiya şöbəsinə
daxil olmuşdur. Amerikada ingilis dili
kurslarında təhsil almış, təhsilini başa
vurduqdan sonra Yevlax hava limanın-
da 16 il çalışmışdır.
1991-ci il oktyabr ayının 29-da AN-2
təyyarəsinin komandiri Ə.Əsədov 7
nəfər uçuş və texniki heyətlə Xocalı
hava limanına kömək məqsədilə Xana-
bad kəndi üzərindən uçarkən düşmən
tərəfindən güclü atəşə tutulmuş-
dur. Cəsur komandir bu uçuş zamanı
heyət üzvləri ilə birlikdə həlak olmuş,
Zəngilan rayonunda dəfn edilmişdir.
Hazırda erməni işğalı altında olan
Zəngilan rayonunda Turabad kənd orta
məktəbi və Mincivan qəsəbəsindəki
mərkəzi küçələrdən biri onun adını da-
şıyırdı.
Azərbaycan Respublikası Preziden-
tinin 25 noyabr 1992-ci il tarixli 337
saylı Fərmanı ilə Əsədov Əsəd Soltan
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görül-
müşdür.
Milli Qəhrəmanlar
60
illiyi
Milli Qəhrəman
100
Ə d ə b i y y a t
Haşımbəyov Əliyar bəy Mehdi oğlu //Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası: 2 cilddə.- Bakı: Lider, 2004.- C.1.- S.418.
Nəzirli, Ş. General-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov /Ş.Nəzirli //Nəzirli Ş. Arxivlərin sirri açılır.- Bakı: Elm, 1999.- S. 210-211.
Nəzirli, Ş. General-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov /Ş.Nəzirli //Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları.- Bakı, 2006.-
S.74-75.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.azerbaijan.az
www.news.lent.az
MART
8
Əliyar bəy Haşımbəyov
1856-1920
Əliyar bəy Mehdi oğlu Haşımbəyov
1856-cı il mart ayının 8-də Bakı
şəhərində anadan olmuşdur. İlk təhsilini
Ədadiyə (realnı) məktəbində almış,
1871-ci ildə Tiflisdəki hərbi-piyada
məktəbinə daxil olmuş, çar ordusuna
xidmət etmişdir. Hərbi xidmətinin otu-
zuncu ilində - 1908-ci il dekabr ayının
6-da general-mayor kimi yüksək rütbəyə
layiq görülmüşdür. Əliyar bəy I Dünya
müharibəsində III Qafqaz araba-karvan
briqadasının komandiri olmuş, artille-
riya qoşunlarının piyada hissələrində
xidmətə başlamışdır.
1917-ci ildə istefaya çıxmış, 1918-
ci ildə Azərbaycan Milli Ordusunda
könüllü xidmətə başlamış, bir müddət
Azərbaycan Xalq Cümhuriyyətinin Da-
xili İşlər nazirinin müavini vəzifəsində
çalışmışdır. 1919-cu ildə Azərbaycan
Xalq Cümhiriyyətinin Hərbi İn-
tendant İdarəsinin rəisi vəzifəsində
xidmət göstərmiş, 1920-ci ildə Zaqa-
tala qəzasının general-qubernatoru,
Cənub-Qərbi Azərbaycanın general-
qubernatoru olmuşdur.
Azərbaycanda 1920-ci il 27-28 aprel
işğalından sonra təqib edilmiş, Sovet
hakimiyyətinin əsas cəza orqanların-
dan biri - XI ordunun Xüsusi şöbəsinin
rəisi, cəllad S.A.Pankratovun rəhbərlik
etdiyi Fövqəladə Komissiya (FK-
ÇK) tərəfindən həbs olunmuş, istintaq
işgəncələrinə məruz qalmışdır.
Əliyar bəy Haşımbəyov Azərbaycan
Xalq Cümhuriyyətinin bir qrup xadimi
sırasında Respublika Ali İnqilabi Tribu-
nalının (sədri Teymur Əliyev idi) hökmü
ilə 1920-ci il may ayının 29-da Nargin
adasında güllələnmişdir.
Ordudakı qüsursuz xidmətinə görə
1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs
Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli
“Müqəddəs Anna”, 1895-ci ildə ikinci
dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci
ildə ikinci dərəcəli “Müqəddəs Anna”,
1904-cü ildə “Müqəddəs Vladimir”
ordenləri ilə təltif olunmuşdur.
Siyasət.Hüquq.Hərbi iş
160
illiyi
Hərbi xadim
101
Ə d ə b i y y a t
Beynəlxalq terrorizmin xronologiyası və kriminoloji aspekti /A.Rəfiyev, A.Abdullayev.- Bakı: İsmayıl, 2006.- 294 s.
Bir ailənin faciəsi: hekayə /A.Rəfiyev //525-ci qəzet.- 2011.- 9 iyul.- S.28
İ n t e r n e t d ə
www.anl.az
www. az.wikipedia.org
www. elibrary.az
Hüquqşünas
Akif Rəfiyev
1936
Akif Bəşir oğlu Rəfiyev 1936-cı il
mart ayının 23-də Gəncə şəhərində ana-
dan olmuşdur. 1960-cı ildə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) hüquq fakültəsini
bitirmişdir.
1960-1961-ci illərdə Azərbaycan
Elmi-Tədqiqat Məhkəmə Ekspertizası
İnstitutunda ekspert-kriminalist, 1961-
1964-cü illərdə Şəmkir rayon prokuro-
runun köməkçisi, 1964-1966-cı illərdə
Azərbaycan SSR Prokurorluğunda şöbə
prokuroru, 1966-1970-ci illərdə İsmayıl-
lı rayon prokuroru, 1970-1976-cı illərdə
Mingəçevir şəhər prokuroru, 1976-
1979-cu illərdə Zaqatala rayon prokuro-
ru, 1979-1981-ci illərdə Sumqayıt şəhər
prokuroru vəzifələrində çalışmışdır.
1982-ci ilin yanvarından 1989-cu ilin
avqust ayına kimi Azərbaycan SSR Da-
xili İşlər Nazirliyinin İstintaq İdarəsinin
rəisi, 1989-1991-ci illərdə Azərbaycan
Respublikası Daxili İşlər nazirinin müa-
vini, 1991-2002-ci illərdə isə Azərbaycan
Respublikası Ədliyyə nazirinin müavini
vəzifələrində çalışmışdır.
Hüquq mühafizə sahəsində 42 il
fasiləsiz fəaliyyət göstərmişdir. 1989-
cu ildə respublikada, xüsusilə Qara-
bağda cinayətkarlığa qarşı mübarizədə,
eləcə də sabitliyin təmin olunmasında
xidmətlərinə görə “Əməkdar hüquqşü-
nas” fəxri adına layiq görülmüşdür. 1998-
ci ildə ona Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə 3-cü dərəcəli
Dövlət ədliyyə müşaviri (Ədliyyə gene-
ral mayoru) rütbəsi verilmişdir. İşlədiyi
müddət ərzində hüquq jurnallarında
hüququn ayrı-ayrı aktual məsələləri və
problemlərinə dair 100-dən artıq məqalə
və müsahibələri çap olunmuşdur.
Akif Rəfiyev Azərbaycan Respubli-
kası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında pedaqoji fəaliyyətlə
məşğul olur. Eləcə də dedektiv janrında
hekayələrin müəllifidir.
Üç filmin (“Dronqo”, “Sarıköynəklə
Valehin nağılı”, “O qızı tapın”) baş
məsləhətçisi olmuşdur.
80
illiyi
Siyasət.Hüquq.Hərbi iş
23
MART
102
Siyasət.Hüquq.Hərbi iş
140
illiyi
Ziya Göyalp
1876-1924
MART
Mehmet Ziya (Ziya Göyalp) 1876-cı
il mart ayının 23-də Diyarbəkirdə doğul-
muşdur. Təhsilinə Diyarbəkirdə başlamış,
eyni şəhərdə 1890-1894-cü illərdə hərbi
xidmətdə olmuşdur. Tibb məktəblilərinin
despotizmə son vermək üçün qurduqları Qi-
yam Komitəsinə daxil olmuş, məktəbdəki
fəaliyyətləri və oxuduğu fransızca kitabların
zərərli sayılması səbəbilə həbs edilmişdir.
İstanbula döndükdən sonra isə məktəbdən
uzaqlaşdırılmışdır. “Zəbtiyə nəzarəti altında
saxlanılmaq şərtilə” Diyarbəkirə göndəril-
mişdir.
Rüştiyə məktəbində oxuyarkən atası
vəfat etmiş, onun yerini islam fəlsəfəsini
yaxşı bilən, ziyalı əmisi Hasib əfəndi tut-
muşdu. Bir il əmisi Hacı Nəsib Əfəndinin
himayədarlığı və təşəbbüsü ilə dərs keçmiş,
islamı, ərəb və fars dillərini öyrənmişdir.
1891-ci ildə Diyarbəkirdəki mülki liseyə da-
xil olur. Bu zaman o, artıq fransız dilini də
öyrənmişdi. Artıq dünyanın fəlsəfi irsini yeni
bir səviyyədə öyrənməyə başlayır, ancaq
həyatında baş verən dəyişikliklər onu ciddi
düşünməyə, tərəddüddən qurtulub qəti ola-
raq millətçilik yolunu seçməyə sövq edir.
O, İbn Sina, İbn Rüşd, İmam Qəzzali
kimi böyük islam filosoflarını Ziyaya tanıt-
dırmış, ərəb, fars və digər vacib araşdırma
metodlarını öyrətmişdir. Daha sonra vəfat et-
miş əmisinin vəsiyyətinə əməl edərək, onun
qızı ilə evlənmişdir.
İlk əsəri “Şaki İbrahim” dastanı olmuşdur.
II Hökumətin elanından sonra, onun qurdu-
ğu gizli cəmiyyətin yerini Osmanlı İttihat və
Tərəqqi Cəmiyyəti Diyarbəkir şöbəsi əvəz
etmişdi. 1909-cu ildə partiyanın Selanikdəki
konqresinə el nümayəndəsi kimi qatılmışdı.
Burada “Gənc qələmlər”, “Yeni fəlsəfə”,
“Rumeli” kimi jurnal və qəzetlərdəki ya-
zılarıyla Türkçülük və dildə sadələşmə
hərəkatlarının qabaqcılları arasında iştirak
edən Göyalp, milli duyğuları, tarix şüurunu,
elmə və texnikaya dəyər verən düşüncələrini
şeirləriylə təbliğ etmişdir. 1912-ci ildə İttihat
və Tərəqqi Ümumi Mərkəzi İstanbula kö-
çürülmüş, Z.Göyalp da İstanbula gəlmişdir.
Həmin il Ergani mədənindən millət vəkili
seçilmişdir.
1919-1921-ci illərdə İstanbulun işğa-
lı nəticəsində həbs olunaraq iki il Maltada
sürgündə olmuşdur. Sürgündən qayıtdıqdan
sonra 1923-cü ildə Diyarbəkirdən millət
vəkili seçilmişdir. “Hakimiyyəti Milliyə”,
“Yeni Gün”, “Respublika” qəzetlərində
müntəzəm olaraq məqalələr çap etdirmişdir.
II Hökumətdən başlayaraq Türkçülük
axınının ən böyük nümayəndəsi kimi Türk
düşüncə və siyasət həyatına güclü təsir etmiş,
milli ədəbiyyat axını içində yazdığı əsərlərlə
Türk ədəbiyyatının forma və dil cəhətdən
yeniləşməsini təmin etmişdir.
1923-cü ildə “Qızıl işıq”, “Türkçülüyün
əsasları”, “Türk adəti” kimi kitablarını nəşr
etdirmişdir. Respublika Xalq Partiyasının
proqramını araşdıran və şərh edən “Doğru
Yol” (1923) adlı araşdırmasını da yenə bu
dövrdə qələmə almışdır. O dövrdə yazdı-
ğı “Türk mədəniyyət tarixi” adlı kitabı isə
1926-cı ildə ölümündən sonra çap olunmuş-
du. Yenə ölümündən sonra müxtəlif qəzet
və jurnallarda çıxmış yazılarıyla məktubları
müxtəlif kitablarda yığılmışdır. 1939-cu ildə
“Çinaraltı”, 1947-ci ildə “Təriqət nədir?”,
1950-ci ildə “Ziya Göyalp deyir ki” adlı ki-
tabları işıq üzü görmüşdür. Ziya Göyalpın
nəşr edilməmiş yeddi əsəri və ailə məktubları
olmuşdur.
Görkəmli ictimai xadim və yazıçı 25
oktyabr 1924-cü ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Türkçülüyün əsasları
/Z.Göyalp; Azərb.
türkcəsində hazır.,
ön söz, açıqlamala-
rın müəl. E.Mustafa;
red. Z.Bayramlı; rəyçi
Ə.Elçibəy.-Bakı: “Xəzər
Un-ti”, 2010.- 208 s.
Aydın, A.A. Ziya Göyalp:
Anadan olmasının
130 illiyi münasibətilə
/Aydın Abi Aydın; red.
R.Təhməzoğlu.-Bakı:
[s.n.], 2006.- 64 s.
Aydın, A.A. Türkçü
ideoloq Ziya Göyalp:
Onun fəaliyyətinə Əlibəy
Hüseynzadənin də təsiri
olub /A.A.Aydın //Xalq
cəbhəsi.-2013.- 29 no-
yabr.- S.14.
Nərimanoğlu, H. Ziya
Göyalp /H.Nərimanoğlu
//Turan aşiqləri.- Bakı,
2011.- S.47-75.
Ziya Göyalpın müəllimi
Əli bəy Hüseynzadə
//Azadlıq.-2011.- 22
yanvar.- S.14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
23
İctimai xadim
103
Ə d ə b i y y a t
Azərbaycan Səfəvilər
dövləti /O.Əfəndiyev.-
Bakı: Şərq-Qərb, 2007.-
344 s.
Əliyeva, E. Qəlblərdə iz
qoyub getdi: Azərbaycan
dövlətçiliyi tarixinin
görkəmli tədqiqatçısı
Oqtay Əfəndiyevi
xatırlayarkən /E.Əliyeva
//Kaspi.- 2013.- 15 mart.-
S.12.
Oqtay Əbdülkərim oğlu
Əfəndiyev //Azərbaycan.-
2013.- 28 fevral.- S.3.
İ n t e r n e t d ə
www.science.gov.az
www.archaeology.org.az
www.anl.az
Tarixçi
Oqtay Əfəndiyev
1926-2013
Oqtay Əbdülkərim oğlu Əfəndiyev
1926-cı il mart ayının 26-da Bakı
şəhərində anadan olmuşdur. 1945-ci
ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) şərqşünaslıq fakültəsinə
daxil olmuş, bir il sonra ali təhsilini
Moskvada davam etdirmiş və 1946-
1950-ci illərdə orada Şərqşünaslıq İns-
titutunun İran bölməsində oxumuşdur.
1951-ci ildə Azərbaycan Elmlər Aka-
demiyası (indiki AMEA) Tarix İnstitu-
tunun aspiranturasına qəbul olunmuş,
elə həmin il Moskvaya ezam edilərək
1955-ci ilədək SSRİ Elmlər Akademi-
yasının Şərqşünaslıq İnstitutunun aspi-
rantı kimi təhsil almışdır.
Əmək fəaliyyətinə 1955-ci ildən
Tarix İnstitutunda başlamış, kiçik elmi
işçi, sonra baş elmi işçi olmuş, 1975-
ci ildən isə “Azərbaycanın orta əsrlər
tarixi” şöbəsinin müdiri kimi fəaliyyət
göstərmişdir.
Oqtay Əfəndiyev 1955-ci ildə Mosk-
vada namizədlik, 1969-cu ildə doktor-
luq dissertasiyalarını müvəffəqiyyətlə
müdafiə etmiş, 1993-cü ildə professor
elmi rütbəsini almışdır. 2001-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyası-
nın müxbir üzvü seçilmişdir.
Azərbaycanın tarix elminə layiq-
li töhfələr verərək, onun nailiyyətlərlə
zənginləşməsi və yeni mərhələyə
yüksəlməsində rolu olan görkəmli alim
respublikada sanballı elmi, ensiklope-
dik və elmi-kütləvi nəşrlərdə tariximizə
dair çoxsaylı məqalələrin, orta əsrlər
tarixinə dair xəritələrin müəllifi olaraq
tanınmışdır. Səfəvilər dövlətinin sosial-
iqtisadi, siyasi və mədəni tarixinə dair
araşdırmaları alimə geniş şöhrət qazan-
dırmışdır.
Gözəl
tarixçi-şərqşünas
və
mənbəşünas kimi o, həm də fars dilindən
tərcümələri ilə fərqlənmişdir. Səmərəli
elmi yaradıcılığı pedaqoji fəaliyyətlə
uğurlu şəkildə əlaqələndirərək ixtisas-
lı kadrların hazırlanmasına və elmin
təşkilinə böyük qüvvə sərf etmişdir. Ali-
min Azərbaycan tarixinə, xüsusən Qa-
rabağ probleminin tarixi aspektinə həsr
olunmuş mühazirələri ölkəmizdə və
onun hüdudlarından kənarda, mötəbər
beynəlxalq konfrans və simpozium-
larda maraqla qarşılanmış, bu çıxışlar
tarixi mənbələrə professional yanaşma
tərzini nümayiş etdirmişdir.
Azərbaycan elminin inkişafındakı
xidmətlərinə görə 1982-ci ildə “Şərəfli
əməyə görə” medalı ilə, 1986-cı ildə
“Şərəf nişanı” ordeni, 2004-cü ildə isə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli alim Oqtay Əfəndiyev
2013-cü il fevral ayının 26-da vəfat et-
miş, II Fəxri Xiyabanda dəfn edilmiş-
dir.
90
illiyi
Tarix
26
MART
104
Ə d ə b i y y a t
Azərbaycan mifologi-
yası: tədqiqi tarixindən
/A.Şükürov.- Bakı: Çıraq,
2005.- 72 s.
Hamı üçün fəlsəfə
/A.Şükürov, M.Şükürov.-
Bakı: Mütərcim, 2010.-133
s.
Fəlsəfə:ali məktəblər üçün
dərslik /A.Şükürov; elmi
red.: İ.Əliyev, Z.Hacıyev.-
Bаkı: Adiloğlu, 2008.-485 s.
Fəlsəfə və qloballaşma
/A.Şükürov; elmi red.
İ.Əliyev.-Bаkı: Adiloğlu,
2002.-442 s.
Müstəqil dövrün fəlsəfəsi
və filosofları /A.Şükürov.-
Bakı: Səda, 2007.- 396 s.
Ağayar Şükürov: biblioq-
rafiya /tərt.: Y.Babayev,
A.Gözəlov.- Bakı: Ruh,
2000.- 107 s.
Ağayar Şükürov-60:
fəlsəfəyə həsr olunmuş
ömür /tərt. R.Əkbər, A.Əvəz
oğlu.- Bakı: Mütərcim,
2006.- 256 s.
İ n t e r n e t d ə
www.elibrary.azlib.net
www.az.wikipedia.org
www.anl.az
www.muallim.edu.az
Filosof
Ağayar Şükürov
1946-2008
Ağayar Məhəmməd oğlu Şükürov
1946-cı il mart ayının 25-də Biləsuvar
rayonunda anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra 1963-1967-
ci illərdə Azərbaycan Dövlət Universi-
tetinin (indiki BDU) tarix fakültəsində
təhsil almışdır.
1971-1974-cü illərdə Azərbaycan
Elmlər
Akademiyasının
(indiki
AMEA) Fəlsəfə və Hüquq İnstitutu-
nun aspiranturasına daxil olmuşdur.
1975-ci ildə “Milli və dini ənənələr”
mövzusunda dissertasiya müdafiə et-
miş, fəlsəfə elmləri namizədi elmi
dərəcəsi almışdır.
1975-1976-cı
illərdə
Bədən
Tərbiyəsi İnstitutunun Fəlsəfə kafed-
rasında baş müəllim işləmiş, sonra
Fəlsəfə və Hüquq İnstitutuna qayıt-
mışdır.
Əsasən fəlsəfə və din tarixi, mi-
fologiya, mədəniyyət və ekoloji
problemlərin tədqiqi ilə məşğul olmuş-
dur. 1984-cü ildə “Elm” nəşriyyatında
çap etdirdiyi “Müasir dövrün qlobal,
ekoloji və demoqrafik problemlərinin
sosial-fəlsəfi mahiyyəti” adlı əsəri
ilə Azərbaycan fəlsəfəsində yeni
bir istiqamətin - qlobal problemlər
istiqamətinin bünövrəsini qoymuşdur.
1989-cu ildə “Müasir qlobalistika-
da ekoloji problemlərin yeri və rolu”
adlı doktorluq dissertasiyasını müdafiə
edərək fəlsəfə elmləri doktoru elmi
dərəcəsi almışdır.
1990-cı ildən Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda şöbə
müdiri vəzifəsində çalışmışdır. 1991-
ci ildə keçmiş SSRİ məkanında ilk
dəfə olaraq “Ekologiyanın fəlsəfi
problemləri” şöbəsini yaratmışdır.
Şöbə yarandığı gündən məhsuldar
fəaliyyət göstərmiş, 2006-cı ilə qədər
“Ekologiya. Fəlsəfə. Mədəniyyət” adlı
məcmuənin 42 buraxılışı çap olun-
muşdur.
A.Şükürov bir sıra beynəlxalq konf-
ranslarda iştirak və məruzələrlə çıxış
etmişdir. Əsərləri Rusiya və Türkiyədə
çap olunmuşdur. Onun 30-a qədər kita-
bı, o cümlədən, “Azərbaycan fəlsəfəsi”
(qədim dövr), “Fəlsəfə”, “Kulturolo-
giya”, “Sosial ekologiya” dərslikləri,
330-dən artıq elmi məqaləsi çapdan
çıxmışdır. Alim 2 elmlər doktoru, 25
elmlər namizədi yetişdirmişdir. 4 mart
2003-cü il tarixində Beynəlxalq Eko-
logiya və Təbiətdən İstifadə Akademi-
yasının həqiqi üzvü, akademiki seçil-
mişdir.
Görkəmli filosof Ağayar Şükürov
2008-ci il noyabr ayının 7-də vəfat et-
mişdir.
70
illiyi
Fəlsəfə.İqtisadiyyat
25
MART
105
Mədəniyyət.Maarif.Təhsil
80
illiyi
Yaşar Qarayev
1936-2002
MART
Yaşar Vahid oğlu Qarayev 1936-cı il
mart ayının 5-də Şəki şəhərində anadan
olmuşdur. 1946-cı ildə ailəsi ilə birgə
Bakıya köçmüş, burada 31 saylı şəhər
orta məktəbini bitirmişdir.
1954-1958-ci illərdə ADU-nun (in-
diki BDU) filologiya fakültəsində təhsil
almış, 1987-ci ildə Azərbaycan EA-nın
Nizami adına Dil və Ədəbiyyat İnsti-
tutunda baş laborant, kiçik elmi işçi,
baş elmi işçi, Nəzəriyyə və ədəbi pro-
ses şöbəsinin müdiri, institutun elmi
işlər üzrə direktor müavini və direktoru
vəzifələrində çalışmışdır.
1955-ci ildə “Lenin tərbiyəsi uğ-
runda” və “Azərbaycan gəncləri”
qəzetlərində ədəbi fəaliyyətə başlamış-
dır. Ədəbiyyatşünaslıq, ədəbi tənqid,
ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, es-
tetika və nəhayət, humanitar elmlərin
nəzəri-metodoloji problemləri əsas
tədqiqat obyekti olmuşdur. 1964-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin (AYB)
üzvü idi.
1976-1991-ci
illərdə
“Yaşar”,
“Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc
olunmuşdur. 1990-cı ildən Ali Attestasi-
ya Komissiyasının, Azərbaycan Milli Ya-
radıcılıq Akademiyası Rəyasət Heyətinin
üzvü və humanitar bölməsinin həmsədri,
1991-ci ildən tənqid və ədəbiyyatşünaslıq
üzrə AYB-nin katibi seçilmişdir.
Həmçinin, 1993-cü ildən Azərbaycanda
daimi fəaliyyətdə olan Şəhriyar konq-
resi komitəsinin sədri, “Ədəbi pro-
ses” adlı illik elmi-tənqidi məcmuənin
təşəbbüsçüsü, müəlliflərindən biri və
məsul redaktoru olmuşdur.
“Şərqin dahisi”, “Tənqid: problemlər,
portretlər”, “Azərbaycan ədəbiyyatında
faciə janrı”, “Tarix: yaxından və uzaq-
dan” adlı əsərlərin müəllifidir.
Respublikanın elmi və ədəbi-mədəni
inkişafında fəal çalışmış, “Dünya
ədəbiyyatının inkişaf qanunauyğun-
luqları” problemi üzrə əlaqələndirmə
şurasının sədri, Ədəbiyyat İnstitu-
tu elmi şurasının sədri, Memarlıq və
İncəsənət İnstitutunun, Türkmənistan
EA Dil və Ədəbiyyat İnstitutu elmi şu-
rasının, Azərbaycan Yazıçılar İttifaqı
İdarə Heyətinin, Mədəniyyət Nazirliyi
bədii şurasının, “Yazıçı” nəşriyyatının
bədii şurasının, “Azərbaycan” və “Ul-
duz” jurnalı redaksiya heyətinin, “Bilik”
cəmiyyəti redaksiya heyətinin, ensiklo-
pediya elmi redaksiya heyətinin üzvü ol-
muşdur. Eyni zamanda SSRİ Yazıçılar İt-
tifaqı Rəyasət Heyəti yanında Tənqid və
ədəbiyyatşünaslıq şurasının, Azərbaycan
Yazıçılar İttifaqı M.F.Axundov adına
mükafat komissiyasının üzvü olmuşdur.
1994-cü ildən “Füzuli vəqfi” fondu-
nun rəyasət heyətinin üzvü kimi fəaliyyət
göstərmişdir. 1980-ci ildə Azərbaycan
Dövlət mükafatı laureatı, 1982-ci ildə
“Azərbaycanın Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş, 1985-ci ildə
professor, 1990-cı ildə Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının həqiqi üzvü,
2002-ci ildə AMEA-nın müxbir üzvü se-
çilmişdir.
Yaşar Qarayev 2002-ci ildə vəfat et-
miş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: |