İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
16
Milli Qəhrəman
368
Milli Qəhrəman
Milli Qəhrəmanlar
60
illiyi
Riad Əhmədov
1956-1992
DEKABR
Riad Fikrət oğlu Əhmədov 1956-cı
il dekabr ayının 20-də Bakı şəhərində
anadan olmuşdur. 1972-ci ildə Ba-
kıdakı 134 saylı məktəbi bitirmiş,
Azərbaycan Dövlət Universitetinə (in-
diki Bakı Dövlət Universiteti) daxil ol-
muşdur. 1976-cı ildə hüquq fakültəsini
bitirərək 1981-ci ilə qədər Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində hü-
quq məsləhətçisi vəzifəsində işləmişdir.
1982-ci ildə Minsk Ali Hərbi Məktəbini
bitirmiş, Bakıya qayıdaraq Milli
Təhlükəsizlik Nazirliyinin əks kəşfiyyat
idarəsində
fəaliyyətə
başlamışdı.
Azərbaycan torpağında gedən müharibə
bir zabit kimi onu rahat buraxmamış,
1989-cu ildən etibarən tez-tez Qarabağın
sərhəd bölgələrinə getmiş, döyüşlərin
fəal iştirakçısına çevrilmişdi. 1991-ci
ildə erməni yaraqlılarının mühüm stra-
teji dayaq məntəqələrindən biri sayılan
Çaykəndin azad edilməsi əməliyyatında
xüsusi xidmət göstərdiyinə görə yüksək
mükafata layiq görülmüşdü. 1992-ci
ilin yanvar ayında keçmiş Əfqanıstan
döyüşçülərindən xüsusi təyinatlı dəstə ya-
radan polkovnik-leytenant R.Əhmədov
Şuşaya göndərilmişdir. Yanvarın 26-da
ona daha bir çətin döyüş tapşırılmış, Riad
dəstədən 11 nəfər götürərək Şuşa-Laçın
yolunun üstündə ən böyük maneə olan
Daşaltının düşməndən təmizlənməsində
iştirak edənlərə kömək göstərmişdir.
Qeyri-bərabər gedən döyüşdə Riad it-
kin düşmüşdür. Sonrakı taleyi haqqında
məlumat yoxdur.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyul 1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Əhmədov Riad Fikrət oğ-
luna “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir.
203 saylı orta məktəb onun adını da-
şıyır. Yaşadığı binaya və adını daşıdığı
məktəbə xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında
[Əhmədov Riad Fikrət oğlu - podpolkovnik - Azərbaycan Respublikasının suverenliyi və ərazi Dekabr 55 illiyi Riad Əhmədov 1956-1992
Milli 20 Qəhrəman 341 bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə
görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.-
№13.-S.25.-(Ölümündən sonra).
Cavadlı M. Riad: poema /M.Cavadlı; red. və ön sözün müəl. F.Qoca.-Bakı: Qismət, 2011.- 115, [5] s.
Əhmədov Riad Fikrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.- Bakı, 2008.-
S.52.
Əsgərov, V. Əhmədov Riad Fikrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.71-72.
Xaçınçaylı, Q. Qan yaddaşımıza çevrilən Daşaltı harayı: Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovun döyüş
yolu /Q. Xaçınçaylı //Həftə içi.-2014.- 28 yanvar.- S.7.
Nazirlər Kabineti Milli Qəhrəman Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul etmişdir //Azərbaycan.- 2012.- 2
fevral.- S.1.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
20
369
Milli Qəhrəmanlar
60
illiyi
Vəzir Orucov
1956-1993
DEKABR
Vəzir Surxay oğlu Orucov 1956-cı il
dekabr ayının 26-da Tərtər rayonunun
Xoruzlu kəndində anadan olmuşdur.
Orta təhsilini burada almış, 1974-cü
ildə Bakı Yüngül Sənaye Texnikumu-
na daxil olmuş və bir ildən sonra hərbi
xidmətə çağırılmışdır. 1977-ci ildə hərbi
xidmətdən tərxis olunaraq, yarımçıq
qalmış təhsilini davam etdirmişdir.
İlk əmək fəaliyyətinə Tərtər Çörək
Zavodunda başlamışdır. 1984-cü il Rusi-
yanın Arxangelsk vilayətinə köçmüş, la-
kin 1992-ci ildə Qarabağ müharibəsində
iştirak etmək üçün könüllü olaraq
Vətənə dönmüşdür. 1992-ci il 4 may
Tərtər özünümüdafiə batalyonlarından
birinə daxil olmuşdur. Vəzir sıravi dö-
yüşçü olduğu halda komandir müavini
vəzifəsinədək yüksəlmişdir. Batalyo-
nun kəşfiyyat bölməsinin rəhbərliyini
öz üzərinə götürmüşdür. Onun həmişə
uğurlu keçən əməliyyatları döyüş yol-
daşlarını ruhlandırmış, onları qələbəyə
səsləmişdir.
V.Orucov Marquşevan, Drombon,
Levonarx, Madagiz, Akop Komari,
Sərsəng su ambarı, Çıldıran, Vaqauz
kəndləri uğrunda gedən döyüşlərdə
kəşfiyyatçı olaraq düşmənin saysız plan-
larını puç etmişdir. 1 sentyabr 1992-ci il
Çıldıran kəndi uğrunda gedən döyüşdə
ağır yaralanmışdır. Bir müddət müalicə
olunan Vəzir yenidən cəbhəyə dönmüş-
dür. Cəsur bir döyüşçü kimi həmişə
döyüş əməliyyatlarının önündə getmiş,
əfsanəvi qəhrəman kimi tanınmışdır.
22 mart 1993-cü ildə Ağdərənin
Qlobus yüksəkliyi uğrunda gedən ağır
döyüşdə qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 27 mart 1993-cü il tarixli 495 saylı
Fərmanı ilə Orucov Vəzir Surxay oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Vəzir Surxay oğlu Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Batalyon komandirinin müavini- Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 27 mart 1993-cü il //Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı.-1993.- № 6.- S.7.- (Ölümündən sonra).
Əsgərov V. Orucov Vəzir Surxay oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.235-236.
O, vətən torpağı üçün doğulmuş bir qəhrəman idi...: Orucovların faciəvi ailə dramı //Azadlıq.-2011.- 27 oktyabr.- S.14.
Orucov Vəzir Surxay oğlu: (1963-1993) //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov adına Milli Kitabxana; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.168.
Səmədov, V. Vəzir Surxay oğlu Orucov (1963-1993) /V.Səmədov, S.Aslanov //Təki vətən yaşasın.- Bakı, 1992.- S.49-54.
Zeynalov, R. Orucov Vəzir Surxay oğlu: (1963-1993) /R.Zeynalov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.37.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
26
Milli Qəhrəman
370
İctimai xadim
Siyasət.Hüquq.Hərbi iş
75
illiyi
Məhəmməd Əsədov
1941-1991
DEKABR
Məhəmməd Nəbi oğlu Əsədov 1941-
ci il dekabr ayının 5-də Zəngilan rayo-
nunun Baharlı kəndində anadan olmuş-
dur. 1958-ci ildə orta məktəbi Zəngilan
rayonunun Mincivan qəsəbəsində
bitirmiş, həmin ildə Bakı Statistika
Texnikumuna daxil olmuşdur. 1960-cı
ildə texnikumu müvəffəqiyyətlə başa
vuraraq Zəngilan rayonunda inspektor
vəzifəsində çalışmışdır.
1961-1964-cü illərdə orduda xidmət
etmiş, tərxis olunduqdan sonra Sumqa-
yıt şəhərində 1 saylı trestdə çalışmış-
dır.
1965-ci ildə Azərbaycan Dövlət
Universitetinə (indiki BDU) da-
xil olmuşdur. Eyni zamanda 2 saylı
trestdə mühasib işləmiş, 1967-1968-ci
illərdə trestdə plan şöbəsinin müdiri
vəzifəsində çalışmışdır.
1968-ci ildə Sumqayıt Şəhər Partiya
Komitəsinin Sənaye şöbəsinə təlimatçı
vəzifəsinə irəli çəkilmişdir. 1970-ci
ildə D.Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun Maliyyə
və kredit ixtisası üzrə tam kursunu bi-
tirmişdir. 1973-1975-ci illərdə Sumqa-
yıt Şəhər Partiya Komitəsində sənaye
şöbəsinin, 1975-1978-ci illərdə isə
Təşkilat şöbəsinin müdiri olmuşdur.
1978-1980-ci illərdə Ağsu Ra-
yon İcraiyyə Komitəsinin sədri kimi
fəaliyyət göstərmişdir. 1982-ci ildə
Moskva Təhlükəsizlik Akademiya-
sını qırmızı diplomla başa vurmuş,
Azərbaycan Təhlükəsizlik Nazirliyində
məsul vəzifədə çalışmışdır.
1983-1986-cı illərdə Jdanov (indiki
Beyləqan) Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsində işləmiş,
işlədiyi müddətdə göstərdiyi işgü-
zarlığına, biliyinə, qabiliyyətinə görə
onu Mərkəzi Komitəyə dəvət etmişlər.
1986-1988-ci illərdə İnzibati orqanlar
şöbəsinə müdirlik etmişdir.
1988-1989-cu illərdə Ağdaş Ra-
yon Partiya Komitəsinin birinci kati-
bi vəzifəsində işləmiş, öz təşkilatçılıq
qabiliyyəti ilə təsərrüfatın bütün
sahələrini ön cərgəyə çıxarmışdır.
1989-1990-cı illərdə fəaliyyətini Quba
Rayon Partiya Komitəsinin birinci ka-
tibi kimi məsuliyyətlə davam etdirmiş-
dir.
M.Əsədov 1990-cı ilin may ayında
Azərbaycan Respublikasının Daxili
İşlər naziri vəzifəsinə təyin edilmiş-
dir. Nazir işlədiyi müddətdə vaxtının
çoxunu Qarabağ bölgəsində keçirmiş,
əsgərlərlə çiyin-çiyinə səngərlərdə
gecələmişdir.
1990-cı il noyabr ayının 5-də general-
mayor rütbəsini almışdır. 1991-ci ilin
noyabr ayına qədər Daxili İşlər naziri
vəzifəsində çalışmış, göstərdiyi şücaətə
görə müşavir kimi yüksək vəzifəyə
təyin edilmişdir.
Məhəmməd Əsədov 1991-ci il no-
yabr ayının 20-də dövlət xadimləri ilə
birlikdə öz vəzifə və vətəndaşlıq borc-
larını yerinə yetirmək üçün vertolyotla
Ağdam şəhərinə uçmuş və Qarakənd
səmasında dəhşətli, yaddaşlardan
silinməyən və xalqımızı həmişə ağrı-
dan o qanlı vertolyot faciəsi baş ver-
mişdir. Vertolyot ermənilər tərəfindən
vurulmuş və xalqımızın azadlığı,
torpaqlarımızın bütövlüyü uğrunda
gedən mübarizədə Məhəmməd Nəbi
oğlu Əsədov da qəhrəmanlıqla, faciəli
şəkildə həlak olmuşdur.
Adına Qarabağ müharibəsinin ilk
günlərində Famil Mehdi tərəfindən
yaradılmış “Nicat” cəmiyyətinin təsis
etdiyi “General Məhəmməd Əsədov”
mükafatı yaradılmışdır.
Ə d ə b i y y a t
Mehrəliyev, E. Gene-
ral Məhəmməd Əsədov
/E.Mehrəliyev; Qərib Ə.-R.
Qarannı.-Bakı: Elm və
təhsil, 2011.- 606 s.
Yolunu gözləyirik /
tərt. ed.: T.Mehdixanlı,
N.Əsədov, R.Əsədov;
red. S.Kəlbixanlı.- Bakı:
Mütərcim, 2000.-280 s.
Abdullayev, S. General
Məhəmməd Əsədov: böyük
vətənpərvər, unudulmaz
şəxsiyyət /S.Abdullayev
//525-ci qəzet.- 2013.- 17
yanvar.- S.4.
Abdullayev, S. Unudul-
mayan şəxsiyyət - gene-
ral Məhəmməd Əsədov
/S.Abdullayev //Ədalət.-
2013.- 18 yanvar.- S.4.
Əliyarlı, İ. Soykökü türk,
nəsil şəcərəsi Qaraqoyun-
lu: Məhəmməd Əsədov-70
/İ.Əliyarlı //Kaspi.-2011.- 7
dekabr.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
5
371
İlham Əliyev
1961
Azərbaycan Respublikasının
Prezidenti
Siyasət.Hüquq.Hərbi iş
55
illiyi
DEKABR
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi,
Azərbaycan Respublikasının Prezidenti İlham
Heydər oğlu Əliyev 1961-ci il dekabr ayının 24-
də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci
illərdə orta təhsilini Bakıda almışdır. 1977-ci ildə
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna
(MDBƏİ) qəbul olunmuşdur. MDBƏİ-ni bitirdikdən
sonra 1982-ci ildə institutun aspiranturasına daxil
olmuş, 1985-ci ildə dissertasiya müdafiə edərək ta-
rix elmləri namizədi elmi dərəcəsi almışdır. İlham
Əliyev 1985-1990-cı illərdə MDBƏİ-də müəllim
kimi çalışmışdır. 1991-1994-cü illərdə özəl biznes
sahəsində çalışmış, bir sıra istehsal-kommersiya
müəssisələrinə rəhbərlik etmişdir.
Cənab İlham Əliyev 1994-cü ildən 2003-cü ilin av-
qust ayınadək Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-
prezidenti olmuşdur. Ulu öndər Heydər Əliyevin
neft strategiyasının həyata keçirilməsində fəal işti-
rak etmişdir. Azərbaycanın neft siyasətinin geosiyasi
aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.
Siyasi elmlər doktorudur. İlham Əliyev iki dəfə -
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublika-
sı Milli Məclisinə millət vəkili seçilmişdir. 1997-ci
ildən Azərbaycan Milli Olimpiya Komitəsinin pre-
zidentidir. İdmanın və Olimpiya hərəkatının inkişa-
fında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya
Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu
ildə “Yeni Azərbaycan Partiyası” sədrinin müa-
vini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci
ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü
illərdə Avropa Şurası Parlament Assambleyasında
(AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin
nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin
yanvarında Avropa Şurası Parlament Assambleyası
sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş-
dir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində
fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə
AŞPA-nın Fəxri üzvü diplomu və AŞPA medalı ilə
təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən
təsdiq edildikdən sonra İlham Əliyev Azərbaycan
Respublikasının Baş Naziri təyin edilmişdir. 2003-
cü ilin oktyabr ayının 15-də Azərbaycan Respubli-
kasının Prezidenti seçilmişdir. Prezident seçkilərində
seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs
vermişdir. XXI əsrin ilk Prezident seçkilərində xalqı-
mızın iradəsinə arxalanan, siyasətini milli maraqla-
rımızın tam təmin olunması üzərində quran, ümum-
milli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
dinamik inkişaf strategiyasını rəhbər tutan və regi-
onda çox böyük nüfuza malik olan İlham Əliyevin
dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə
keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş-
dur. 2003-cü il oktyabrın 31-də cənab Prezident
vəzifəsinin icrasına başlamışdır. Prezidentliyinin ilk
günlərindən özünü peşəkar siyasətçi kimi təsdiqləyən
İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını
təşkil edən komponentlər onun Azərbaycan siyasi
arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğu-
nu sübut etdi. O, öz siyasi simasında Qərb standart-
larının, aristokratik siyasi rəftarın, rasional düşüncə
tərzinin, praqmatizmin milli mentalitetlə son dərəcə
dəqiqliklə uzlaşdırılmış ansamblını yaratmağa nail
olmuşdur. Cənab İlham Əliyev bu keyfiyyətləri ilə
Azərbaycan siyasətinə yeni nəfəs, siyasi abu-hava və
müasirlik gətirdi. Başqalarından fərqli olaraq siyasi
24
372
romantizm, saxta vətənpərvərlik, arxaik siyasi ide-
ologiyalar kimi amillər onun bir siyasətçi kimi for-
malaşmasına zəmin yaradan komponentlər sırasında
mövcud deyildir. On ildən artıq hakimiyyəti ərzində
ümummilli lider Heydər Əliyevin siyasi kursunun la-
yiqli davamçısı olan Prezident İlham Əliyevin apar-
dığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güc-
lü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin
maraq və mənafelərini özündə əks etdirmişdir. Cənab
İlham Əliyev 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə isə
3-cü dəfə yenidən Prezident seçilmişdir. Prezident
İlham Əliyev seçki qabağı platformasının bütün
istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq
yerinə yetirdiyi üçün seçicilər məhz növbəti 5 ildə də
taleyini ona etibar etdilər. Azərbaycanın hərtərəfli və
dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji
sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə
nail olmaq, milli sahibkarlığın formalaşması və in-
kişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə
hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi,
diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi,
Azərbaycanın milli mənafeyinə cavab verən balans-
laşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə in-
teqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi
platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı
bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
Cənab Prezident rus, ingilis, fransız və türk
dillərini bilir.
Prezident İlham Əliyev çoxsaylı orden, mükafat
və fəxri adlarla təltif olunmuşdur: “Heydər Əliyev”
ordeni (Azərbaycan Respublikası), Beynəlxalq
münasibətlər və sülh naminə İhsan Doğramacı mü-
kafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumı-
niya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı
Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legio-
nunun Böyük Xaçı” ordeni (Fransa), “Şeyxülislam”
ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav
Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” bi-
rinci dərəcəli ordeni, “Böyük Kordon” Şərəf ordeni
(Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrinin
İdman Təşkilatlarının Beynəlxalq Konfederasiya-
sının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən
yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublika-
sının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa),
“I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukray-
na), “Mübarək əl-Kəbir” ordeni (Küveyt dövləti),
Yunanıstan Parlamentinin Qızıl medalı (Yunanıstan),
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı,
“Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi;
Linkoln Universitetinin Fəxri doktoru (ABŞ), Mosk-
va Dövlət Beynəlxalq Münasibətlər Universitetinin
Fəxri doktoru, L.N.Qumilyov - Avrasiya Milli Uni-
versitetinin professoru (Qazaxıstan), Bilkənt Univer-
sitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli
Akademiyanın Fəxri doktoru (Ukrayna), Ploesti Neft
və Qaz Universitetinin Fəxri doktoru (Rumıniya),
Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri
professoru (Bolqarıstan), Kyung Hee Universitetinin
Fəxri doktoru (Cənubi Koreya), İordaniya Univer-
sitetinin Fəxri doktoru (İordaniya), Korvinus Uni-
versitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Ma-
carıstan), M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Fəxri professoru (Rusiya Federasi-
yası), Taras Şevçenko adına Kiyev Milli Universi-
tetinin Fəxri doktoru (Ukrayna), Məhdumqulu adına
Türkmənistan Dövlət Universitetinin Fəxri professo-
ru (Türkmənistan Respublikası), Bakı Dövlət Uni-
versitetinin Fəxri doktoru (Azərbaycan), Belarus
Dövlət Universitetinin Fəxri professoru (Belarus
Respublikası).
Ə d ə b i y y a t
İnkişaf məqsədimizdir:çıxışlar, nitqlər, bəyanatlar, məktublar, məruzələr, fərmanlar /İ.Əliyev; [bur. məs. R.Mehdiyev].- Bakı: Azərnəşr, 2008-
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev-50 /[Azərb. Resp. “Kitab” cəmiyyəti].-Bakı: [s. n.], 2011.- 67, [1] s.
Prezident İlham Əliyev və mədəniyyət (2003-2008): 2 cilddə.- Bakı: [Şərq-Qərb], 2013.-C.1.- 506 s.; C.2.-568 s.
Prezident İlham Əliyevin seçilmiş nitqləri 2003-2013 /məsləhətçi: E.Aslanov, F.Məmmədov; tərc. ed.: Rəşad, S. Kərimov, Xu Fenxua.-Bakı:
[Strateji Araşdırmalar Mərkəzi SAM], 2013.-191, [1] s.
Каспийская нефть Азербайджана /И.Алиев; науч. ред. А.Х.Мирзаджанзаде; [отв. ред.: Л.Гусейнов, Р.Аббасов, М.Ахмедов].-Москва:
Известия, 2003.- 710, [2] с.
Алиева, Л. С днём рождения, дорогой Президент!: 24 декабря 2011 года /[Л.Алиева].- Баку: [б. и.], 2011.- 182, [2] с.
Озерев, М. Ильхам Алиев: Я верю в мой Азербайджан /[М.Озерев].- Москва: Бослен, 2007.- 352 с.
Президент Ильхам Алиев: [многотомник] /сост. Н.Мамедов; гл. конс. Н.Джафаров; Фонд поддержки политики тюркоязычных
государств.- Бишкек: Бийиктик, 2011-
Цыганов, О. Ильхам Алиев: Открытий мир /О.В.Цыганов; cост. А.В.Караев; перевод на англ. ООО “Первая Переводческая
Компания”.-Москва: Хроникер, 2008.- 291, [6] с.
373
Tarixçi alim
Tarix
75
illiyi
Ağalar Abbasbəyli
1941
DEKABR
Ağalar Nəriman oğlu Abbasbəyli
1941-ci il dekabr ayının 31-də Bakı
şəhərində anadan olmuşdur. 1957-ci
ildə Bakı şəhəri 6 nömrəli orta məktəbi
fərqlənmə attestatı ilə bitirmişdir.
1957-1962-ci illərdə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin
tələbəsi, 1967-1968-ci illərdə aspirantı
olmuşdur. 1968-ci ildə Moskva Dövlət
Universitetində namizədlik dissertasi-
yasını müdafiə etmişdir.
1968-1986-cı
illərdə
indiki
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində kafedra müdiri kimi
fəaliyyət göstərmişdir. 1980-ci ildə
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
Tarix elmləri doktoru elmi dərəcəsi
və iki - tarix və beynəlxalq münasibətlər
istiqamətləri üzrə professor elmi adı var.
500-dək elmi əsərin müəllifidir. Bunlar-
dan 50-si monoqrafiya və dərsliklərdir.
Elmi-pedaqoji fəaliyyət dövründə
30-a yaxın alim - elmlər namizədi və
elmlər doktoru hazırlamış, o cümlədən
Azərbaycan Respublikasında ilk dəfə
siyasi elmlər istiqamətində 10 siyasi
elmlər namizədi və 3 elmlər doktoru-
nun elmi rəhbəri və məsləhətçisi olmuş,
Beynəlxalq münasibətlər ixtisası üzrə
50 nəfər magistrin ərsəyə gəlməsində
mühüm rol oynamışdır. 100-dən yuxarı
elmi-nəzəri konfransda, o cümlədən xa-
rici ölkələrdə keçirilən 30 konfransda iş-
tirak etmişdir. Müxtəlif illərdə müxtəlif
dövlət və partiya vəzifələrində çalış-
mış, xarici ölkələrdə Sovet səfirliyində
müşavir, uzun müddət SSRİ Sülh Fon-
dunun sədr müavini və Azərbaycan
Respublikası Sülh Fondunun sədri ol-
muş, Azərbaycan KP Bakı şəhər Partiya
Komitəsinin katibi, Azərbaycan SSR Ali
və Orta İxtisas Təhsil naziri, Azərbaycan
KP Təşviqat Komissiyasının sədr müa-
vini və sədr əvəzi, MSK-nın üzvü və s.
vəzifələrdə çalışmışdır. Uzun müddət
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının
Dissertasiya Şurasının üzvü, dəfələrlə
Birdəfəlik Elmi Müdafiyə Şuraların
sədri olmuş, beş elmi jurnalın redaksiya
heyətinin, BDU-nun və AMEA - İnsan
Hüquqları İnstitutunun Elmi Şuraları-
nın üzvüdür. 1991-ci ildən BDU-nun
Beynəlxalq münasibətlər kafedrasına
rəhbərlik edir. Rus, ingilis, portuqal, serb
və ispan dillərində sərbəst danışır.
Görkəmli alim, tarix elmləri dok-
toru, professor Ağalar Abbasbəyli
“Heydər Əliyev və dünya siyasəti”,
“Azərbaycan mənim ürəyimdir” (Heydər
Əliyevin siyasi tərcümeyi-halından
səhifələr), “Azərbaycanın gələcəyi
naminə”, “Azərbaycan müasir dövrdə”,
“Azərbaycan beynəlxalq və regional
təşkilatlar sistemində”, “XXI əsrin as-
tanasında Rusiyanın Qafqaz siyasəti”,
“XXI əsrdə Rusiya Federasiyasının xa-
rici siyasəti”, “XXI əsrin geostrategiya-
sı”, “Qloballaşma və müasir beynəlxalq
münasibətlər sistemi”, “Qafqaz müasir
geostrategiyada”,
“Konfliktologiya”,
“Beynəlxalq münaqişələr: nəzəri və
konseptual yanaşmalar”, “Beynəlxalq
münasibətlərin
proqnozlaşdırılma-
sı nəzəriyyəsinin bəzi problemləri”,
“Diplomatik protokol”, “Diplomati-
ya terminləri lüğəti” və s. əsərlərin
müəllifidir.
Dostları ilə paylaş: |