Maddə 2 3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi
23.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan
materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onlar fitosanitar
nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində qanunvericilikdə nəzərdə tutulmuş
qaydada zərərsizləşdirilir.
23.2. Bitki və bitkiçilik məhsullarının daşınması üçün istifadə edilən nəqliyyat
vasitələri məcburi təmizlənir və zərurət yarandığı hallarda fitosanitar tələblərə uyğun olaraq
zərərsizləşdirilir.
23.3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki
şəxslərlə bağlanan müqavilə əsasında dövlət fitosanitar nəzarəti xidməti tərəfindən həyata
keçirilir.
Maddə 2 4. Pestisidlərin ehtiyatının yaradılması və saxlanması
24.1. Pestisidlərin ehtiyatı, fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi
təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, dövlət büdcəsi vəsaiti hesabına yaradılır.
24.2. Pestisidlərin növlər üzrə ehtiyat normaları və istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.3. Pestisidlərin ehtiyatı müntəzəm olaraq təzələnir və istifadəsi müvafiq icra
hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.
V I f ə s i l
FİTOSANİTAR XİDMƏTİ
Maddə 2 5. Fitosanitar xidmətinin təşkili
25.1. Azərbaycan Respublikasında fitosanitar xidməti dövlət və qeyri-dövlət
fitosanitar xidmətləri vasitəsilə həyata keçirilir.
25.2. Bu Qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi
dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə təmin edilir.
25.3. Dövlət fitosanitar xidmətinin vəzifələri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
25.4. Dövlət fitosanitar xidməti qeyri-dövlət fitosanitar xidmətinin funksiyalarını
yerinə yetirə bilər.
Maddə 2 6. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri
26.1. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən
olunmuş qaydada kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji
preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, daşınması, saxlanması,
satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərdir.
26.2. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri dövlət fitosanitar nəzarəti
funksiyalarını yerinə yetirə bilməzlər.
26.3. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən
olunmuş qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durduqdan sonra fəaliyyət
göstərirlər.
Maddə 2 7. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin hüquq və vəzifələri
27.1. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin aşağıdakı hüquqları vardır:
27.1.1. istehsal etdikləri və xaricdən gətirdikləri preparatların qanunvericiliklə
müəyyən edilmiş qaydada sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına
müraciət etmək;
27.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitar
tədbirlərinin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək;
27.1.3. dövlət, regional və yerli proqramlar əsasında kənd təsərrüfatına aqrokimyəvi
xidmət, bitki mühafizəsi və bitkilərin məhsuldarlığının artırılması tədbirlərinin həyata
keçirilməsi məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək;
27.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
27.2. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin vəzifələri aşağıdakılardır:
27.2.1. fitosanitar nəzarəti qanunvericiliyinə əməl etmək və müəyyən olunmuş
qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durmaq;
27.2.2. kənd təsərrüfatı məhsulları istehsalçılarına və bağçılıq təsərrüfatlarına
aqrokimyəvi xidmətlər göstərmək;
27.2.3. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, fitosanitar və
texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərini yerinə
yetirmək;
27.2.4. istehsal etdikləri və xaricdən gətirdikləri bitki və bitkiçilik məhsullarının,
pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət
göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək və məsuliyyət daşımaq;
27.2.5. istifadəyə yararsız pestisidlərin, bioloji preparatların və aqrokimyəvi
maddələrin zərərsizləşdirilməsini və ya məhv edilməsini qanunvericiliklə müəyyən
olunmuş qaydada təmin etmək;
27.2.6. dövlət fitosanitar müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada
qəbul etdikləri qərarlara və göstərişlərə əməl etmək;
27.2.7. xidmət etdikləri obyektlərdə zərərli orqanizmlər aşkar edildikdə dövlət
fitosanitar nəzarəti xidmətinə məlumat vermək və onların yayılmasının qarşısını alan ilkin
tədbirlər görmək;
27.2.8. fitosanitar tədbirlərin həyata keçirilməsində dövlət fitosanitar nəzarəti
xidmətinə lazımi kömək göstərmək və fitosanitar xidməti sahəsində həyata keçirdikləri işlər
barədə müvafiq icra hakimiyyəti orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada
məlumat vermək;
27.2.9. xidmət etdikləri obyektlərdə istehsal edilən bitki və bitkiçilik məhsullarının
fitosanitar normalara uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq
tədbirlər görmək;
27.2.10. bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, elmi tədqiqat
işlərinin aparılması, habelə bitki mühafizəsi üzrə dövlət proqramlarının həyata
keçirilməsində iştirak etmək;
27.2.11. qanunvericiliklə müəyyən olunmuş qaydada və formada pestisidlərin, bioloji
preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatını aparmaq;
27.2.12. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
V I I f ə s i l
ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏRİN İSTEHSALI, TƏTBİQİ VƏ DÖVRİYYƏSİNƏ TƏLƏBLƏR
Maddə 2 8. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
dövriyyəsi sahəsində dövlətin vəzifələri
28.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi
sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
(Çıxarılıb)
ii[2]
28.1.1. bitki mühafizə vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair
standartları və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;
28.1.2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət
sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların
siyahısına daxil edilməsi qaydalarını müəyyən etmək;
28.1.3. yüksək toksiki-ekoloji təhlükəli pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin siyahısını təsdiq etmək və müstəsna hallarda onların tətbiqinə
razılıq vermək;
28.1.4. fövqəladə ekoloji şərait zonalarında zəhərli kimyəvi maddələrin tətbiqini
məhdudlaşdırmaq;
28.1.5. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinin
bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;
28.1.6. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu
torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli
kimyəvi maddələrin tətbiqini qadağan etmək;
28.1.7. yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida məhsullarının
istehsalı üçün əlverişli fitosanitar və texnoloji şərait yaratmaq məqsədilə xüsusi xammal
istehsalı bölgələri təşkil etmək, onların hüdudları, hüquqi və texnoloji rejimlərini müəyyən
etmək;
28.1.8. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi
tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların
hazırlanması qaydalarını müəyyən etmək;
28.1.9. bitki və bitkiçilik məhsullarını karantin tətbiq edilən və xüsusi təhlükəli
zərərli orqanizmlərdən qorumaq üçün lazım olan bitki mühafizə vasitələrinin tədarükünə
dövlət sifarişi vermək;
28.1.10. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə
dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;
28.1.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı,
idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.
28.2. Qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək
keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədilə becərilən bitkilərə
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilmir.
28.3. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinin
vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət rəyi əsasında
bu Qanunun 28.1.7-ci maddəsində göstərilən ərazilərdə müvafiq icra hakimiyyəti orqanının
ciddi nəzarəti altında onların məhdud çeşidlərinin tətbiqinə qanunvericiliklə müəyyən
olunmuş qaydada icazə verilir.
28.4. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı,
daşınması, saxlanması, tətbiqi, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı işləri
bilavasitə yerinə yetirən və bu sahədə nəzarət müayinəsi aparan işçilərə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.
Maddə 2 9. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi
29.1. Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı
insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi şərtilə
qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq hüquqi şəxslər tərəfindən həyata keçirilir.
29.2. Pestisidlər və bioloji preparatlar istehsal edən müəssisə istehsal etdiyi
preparatların keyfiyyətinə zəmanət vermək üçün nəzarət xidməti təşkil edir, satışa
buraxdığı hər bir partiya (seriya) preparata dair müvafiq sertifikat alır və onun keyfiyyəti və
tətbiqi üçün məsuliyyət daşıyır.
29.3. İstehsal olunan hər hansı preparat qanunvericiliklə müəyyən olunmuş qaydada
dövlət sınağından keçirilir və qeydiyyata alınır, onun texniki şərtləri və standartlaşdırma
üzrə normativ sənədləri hazırlanır.
29.4.
Pestisidlərin
və
bioloji
preparatların
standartlaşdırılmasını
və
sertifikatlaşdırılmasını qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra
hakimiyyəti orqanları həyata keçirirlər.
29.5. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya
Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq standartlara uyğun
olmayan, habelə dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış və istifadəsi qadağan
olunmuş zəhərli kimyəvi maddələrin istehsalına, satışına və tətbiqinə yol verilmir.
29.6. Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısının təsdiq edilməsi və
tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29.7. Fövqəladə ekoloji şərait zonasında pestisidlərin və bioloji preparatların tətbiqi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.
Maddə 3 0. Zəhərli kimyəvi maddələrin idxalı və ixracı
30.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə
verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan
və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatlar
idxal və ixrac oluna bilər.
30.2. Mənşəyi və keyfiyyəti barədə sertifikatları olmayan pestisidlərin və bioloji
preparatların idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir.
30.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
şərtlər nəzərdə tutulmamışdırsa, pestisidlərin və bioloji preparatların idxal və ixrac
edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
30.4. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxal və
ixracına aşağıdakı hallarda yol verilə bilər:
30.4.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə
nümayiş etdirildikdə;
30.4.2. bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları ilə birlikdə
idxal və ixrac edildikdə;
Dostları ilə paylaş: |