Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   2   3   4   5   6   7   8   9   ...   19
Mehdizad-F-rid

Tədqiqatın predmeti və obyekti. Tədqiqatımızın obyekti beynəlxalq 
maliyyə böhranı şəraitində korperativ maliyyə idarəetmə problemidir. Bu 
istiqamətdə aparılan təkmilləşdirmə işləri tədqiqatımızın predmetini təşkil edir.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqat işində əsas məqsəd 
korperativ maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərini 
öyrənməkdir. Bu məqsədə nail ola bilmək üçün aşağıdakı vəzifələrin yerinə 
yetirilməsi nəzərdə tutulmuşdur: 
 Korporativ idarəetmə sistemi, modelləri, standartları haqqında nəzəri məlumat 
vermək 
 Korporativ maliyyə menecmentinin məqsədi və təşkili məsələlərini araşdırmaq 
 Beynəlxalq maliyyə böhranı və onun korperativ maliyyə idarəetmə sisteminə 
təsirinə nəzər salmaq 
 Azərbaycanda kredit institututlarında korperativ idarəetmə və onun mövcud 
vəziyyətini qiymətləndirilmək 
 Beynəlxalq maliyyə böhranı vəziyyətində İnkişaf Etmiş Ölkələrdə korperativ 
maliyyə idarəetmə sisteminin fəaliyyətinin təhlil etmək 
 Korperativ maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərini 
müəyyənləşdirmək 
 Korperativ maliyyə idarəetmə sistemi üzrə beynəlxalq təcrübənin Azərbaycan 
reallığına tətbiqi imkanlarını nəzərdən keçirmək 
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Korporativ 
idarəetmə və maliyyənin öyrənilməsi ilə məşğul olan iqtisadçı alimlərin elmi 



əsərləri, tədqiqatları, bu sahədə dərc edilmiş dərslik və dərs vəsaitləri, Beynəlxalq 
Maliyyə Korporasiyasının hesabatları və s. tədqiqatın informasiya bazasını təşkil 
edir.
Dissertasiya işində iqtisadi təhlil, müqayisə, tarixi-sistemli yanaşma 
metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Elmi yenilik ondan ibarətdir ki, korporativ 
maliyyə idarəetmə sistemi beynəlxalq maliyyə böhranı şəraitində hərtərəfli nəzəri-
praktik əsaslandırılmışdır. Bununla əlaqədar olaraq, korporativ idarə etmə anlayışı, 
məqsədi, modelləri, standartları araşdırılmış, korporativ maliyyə menecmentinin 
məqsədi və təşkili tədqiq edilmiş, beynəlxalq maliyyə böhranının korporativ 
maliyyə idarəetmə sisteminə təsiri öyrənilmiş, Azərbaycanda kredit institutlarında 
idarəetmənin mövcud vəziyyəti qiymətləndirilmiş, korporativ maliyyə idarəetmə 
sisteminin təkmilləşdirilməsi yolları və istiqamətləri müəyyən edilmişdir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin