50
Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa
qəbul olunmuş şagirdlərin soyadları yazılır. Əgər şagirdin
günüuzadılmış qrupa davamiyyəti kəsilmişsə və onun çıx-
ması məktəb direktorunun əmri ilə rəsmiləşdirilmişdirsə,
onun çıxması jurnalda qeyd edilir. İl ərzində qrupa qəbul
edilmiş uşaqların soyadları jurnala siyahının sonunda yazı-
lır. Məktəbdə 3 il saxlanılır.
5. ORTA TƏHSİL HAQQINDA ATTESTAT
BLANKLARININ UÇOTU VƏ VERİLMƏSİ KİTABI
Hər bir orta məktəbdə aparılır. Kitabın birinci hissəsində
alınmış və verilmiş orta təhsil haqqında adi və fərqlənmə
attestatları blanklarının nömrələri göstərilməklə miqdarı
qeyd olunur. Təmiz attestat blanklarının qalıqları, habelə
xarab
olmuş blanklar, onların nömrələri göstərilməklə ra-
yon (şəhər) TŞ-yə təhvil verilir. Doldurulmuş və hər hansı
bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında
attestat blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə
saxlanılır və sonra rayon (şəhər) TŞ-yə qaytarılır.
Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında
kitabda müvafiq qeyd edilir və rayon (şəhər) TŞ müdiri və
ya məktəb tərəfindən qol çəkilir.
Ekstern yolu ilə imtahan vermiş və ya dublikat almış
məzunların orta təhsil haqqında attestat blanklarının sağ
küncündə “Ekstren” və ya “Dublikat” sözləri yazılır.
Orta təhsil haqqında attestatları vermək
üçün əsas pe-
daqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi ki-
taba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol
51
çəkir. Fərqlənmə attestatı barədə müvafiq qrafada qeydiy-
yat aparılır.
Orta təhsil haqqında attestat blanklarının uçotu və ve-
rilməsi kitabına yazılan şəxslərin siyahısının
sonunda mək-
təb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və
verilmiş attestatlara qol çəkimiş azı üç nəfər müəllim imza
edirlər. Orta təhsil haqqında attestat blanklarının
uçotu və
verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə
yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxs-
lərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər)
TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin
möhürü ilə
möhürlənir. Saxlanma müddəti daimidir.
Dostları ilə paylaş: