55
III. BURAXILAN VƏ ƏVƏZ EDİLƏN DƏRSLƏRİN
UÇOTU KİTABI
Hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə
müavini tərəfindən aparılır. Oraya buraxılan və əvəz edilən
dərslər haqqında məlumatlar yazılır. Qeydlər yalnız lazımi
qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır (məktəb
üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s.).
Əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda
imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və
əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olma-
lıdır. Daimi saxlanılır.
Dostları ilə paylaş: