Direktorun el kitabi A5 21 04 2021. indd


Mənbə: Təhsil qanunvericiliyi. 59 ̶ 4 ̶



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Mənbə: Təhsil qanunvericiliyi.


59
̶ 4 ̶
MƏKTƏB DİREKTORU 
BİR TƏHSİL LİDERİ KİMİ
- Dr. Könül Abaslı, Dr. Rza Məmmədov -
At belində dünyanı fəth etmək asandır. 
Çətin olan atdan enib dünyanı idarə etməkdir. 
Çin gi z xan
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi oxucuları məktəb direk-
torunun liderlik bacarıqları ilə tanış etmək, 
məktəbdə liderlik anlayışını necə formalaşdıra 
biləcəklərini onlara göstərməkdir. Bu bölmənin 
sonunda oxucular:
• Liderlik anlayışı ilə tanış olacaq;
• Məktəbdə liderliyin forma və üsullarını öy-
rənəcək;
• Liderlik bacarıqlarını inkişaf etdirəcəklər.
Açar sözlər: Liderlik, məktəb liderliyi, məktəb.


60
NÜMUNƏ HADİSƏ 
Mükəmməl liderin səciyyəvi xüsusiyyətləri 
nələrdir? Siz düşünün və mən sizə ən yaxşı lide-
rin əlamətlərini sayım:
ÖZÜNÜ TANIMA 
Siz daxili emosional vəziyyətiniz barədə gizli 
biliyə maliksiniz. Güclü və zəif tərəflərinizi bilir-
siniz. Siz nə zaman qaydasında işlədiyinizi və nə 
zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz. 
Maksimum potensiala çatmağınıza təkan verə-
cək imkanlarınız və çatışmazlıqlarınız da daxil 
olmaqla özünüzü tanıyırsınız.
ÖZÜNÜ İDARƏETMƏ 
Siz güclü və effektiv yolla özünüzü idarə edə 
bilirsiniz. Siz məqsədə necə nail olmaq, tapşı-
rıqları necə formalaşdırmaq və ləngimələri necə 
aradan götürmək lazım olduğunu bilirsiniz. Siz 
layihələr üçün necə enerji yaratmağı və həyə-
canlandığınız zaman özünüzü necə sakitləşdir-
məyi bilirsiniz. Siz lazım gələndə tez qərar verir, 
lakin masa arxasında bütün seçimləri tələsmə-
dən müzakirə edə bilirsiniz.
GÖRMƏ 
Siz özünüzdən daha böyük olan hədəfə doğ-
ru çalışırsınız. Bu komandanın uğuru kimi ki-
çik, lakin dünyada sülhə nail olmaq kimi böyük 
məqsəd ola bilər. Gələcəyə istiqamətlənərək 


61
çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan 
daha ruhlandırıcıdır.
MOTİVASİYA ETMƏK BACARIĞI 
Liderlər insanlara nəyi etməli olduqlarını 
deyərək rəhbərlik etməməlidirlər. Əvəzində li-
derlər insanların onlara kömək etmək istəmələ-
rinə səbəb olmalıdırlar. Bunun əsas komponenti 
başqalarına yardım etmək üçün şəxsi istəkləri-
nizi təkmilləşdirməkdir. Başqaları sizin onlara 
kömək etmək istədiyinizi düşündükdə, onlar da 
öz növbəsində sizə yardım edəcəklər.
Sosial qrupları və buradakı əsas təsirediciləri 
başa düşmək liderliyin digər əsas komponen-
tidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi ola-
raq ən böyük gücə malikdir? Kim qrupun ürəyi 
funksiyasını daşıyır?
EMOSİONAL ZƏKA VƏ LİDERLİK 
Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka 
ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya 
malik liderlər, təbii olaraq, daha çox özlərindən 
agah olurlar. Onlar zehni proseslərini dərk edir 
və özlərini necə idarə etməli olduqlarını bilirlər. 
Onlar həvəsində olduqları işlə daha çox təmas-
da olurlar. Onlar, şübhəsiz, başqalarının qayğısı-
na daha çox qalırlar və əvəzində daha çox şəfqət 
alırlar. Onlar daha sosialdırlar.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin