59
̶ 4 ̶
MƏKTƏB DİREKTORU
BİR TƏHSİL LİDERİ KİMİ
- Dr. Könül Abaslı, Dr.
Rza Məmmədov -
At belində dünyanı fəth etmək asandır.
Çətin olan atdan enib dünyanı idarə etməkdir.
Çin gi z xan
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi oxucuları məktəb direk-
torunun liderlik bacarıqları ilə tanış etmək,
məktəbdə liderlik anlayışını necə formalaşdıra
biləcəklərini onlara göstərməkdir. Bu bölmənin
sonunda oxucular:
• Liderlik anlayışı ilə tanış olacaq;
• Məktəbdə liderliyin forma və üsullarını öy-
rənəcək;
• Liderlik bacarıqlarını inkişaf etdirəcəklər.
Açar sözlər: Liderlik, məktəb liderliyi, məktəb.
60
NÜMUNƏ HADİSƏ
Mükəmməl liderin səciyyəvi xüsusiyyətləri
nələrdir? Siz düşünün və mən sizə ən yaxşı lide-
rin əlamətlərini sayım:
ÖZÜNÜ
TANIMA
Siz daxili emosional vəziyyətiniz barədə gizli
biliyə maliksiniz. Güclü və zəif tərəflərinizi bilir-
siniz. Siz nə zaman qaydasında işlədiyinizi və nə
zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz.
Maksimum potensiala çatmağınıza təkan verə-
cək imkanlarınız və çatışmazlıqlarınız
da daxil
olmaqla özünüzü tanıyırsınız.
ÖZÜNÜ İDARƏETMƏ
Siz güclü və effektiv yolla özünüzü idarə edə
bilirsiniz. Siz məqsədə necə nail olmaq, tapşı-
rıqları necə formalaşdırmaq və ləngimələri necə
aradan götürmək lazım olduğunu bilirsiniz. Siz
layihələr üçün necə enerji yaratmağı və həyə-
canlandığınız zaman
özünüzü necə sakitləşdir-
məyi bilirsiniz. Siz lazım gələndə tez qərar verir,
lakin masa arxasında bütün seçimləri tələsmə-
dən müzakirə edə bilirsiniz.
GÖRMƏ
Siz özünüzdən daha böyük olan hədəfə doğ-
ru çalışırsınız. Bu komandanın uğuru kimi ki-
çik, lakin dünyada
sülhə nail olmaq kimi böyük
məqsəd ola bilər. Gələcəyə istiqamətlənərək
61
çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan
daha ruhlandırıcıdır.
MOTİVASİYA ETMƏK BACARIĞI
Liderlər insanlara nəyi etməli olduqlarını
deyərək rəhbərlik etməməlidirlər. Əvəzində li-
derlər insanların onlara kömək etmək istəmələ-
rinə səbəb olmalıdırlar.
Bunun əsas komponenti
başqalarına yardım etmək üçün şəxsi istəkləri-
nizi təkmilləşdirməkdir. Başqaları sizin onlara
kömək etmək istədiyinizi düşündükdə, onlar da
öz növbəsində sizə yardım edəcəklər.
Sosial qrupları və buradakı
əsas təsirediciləri
başa düşmək liderliyin digər əsas komponen-
tidir. Kim təşkilatda rəsmi və qeyri-rəsmi ola-
raq ən böyük gücə malikdir? Kim qrupun ürəyi
funksiyasını daşıyır?
EMOSİONAL ZƏKA VƏ LİDERLİK
Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka
ilə birbaşa bağlıdır.
Yüksək emosional zəkaya
malik liderlər, təbii olaraq, daha çox özlərindən
agah olurlar. Onlar zehni proseslərini dərk edir
və özlərini necə idarə etməli olduqlarını bilirlər.
Onlar həvəsində olduqları
işlə daha çox təmas-
da olurlar. Onlar, şübhəsiz, başqalarının qayğısı-
na daha çox qalırlar və əvəzində daha çox şəfqət
alırlar. Onlar daha sosialdırlar.
Dostları ilə paylaş: