Direktorun el kitabi A5 21 04 2021. indd


AZE: Əliyev D., Abaslı K., Məmmədov R., Məhərrəmov Q. Direkto-



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə2/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   2   3   4   5   6   7   8   9   ...   66
Direktorun el kitabi A5 21 04 2021

AZE: Əliyev D., Abaslı K., Məmmədov R., Məhərrəmov Q. Direkto-
run əl kitabı. Bakı, Mücrü nəşriyyatı, 2021, 224 səh.


MÜNDƏRİCAT
1. TƏHSİLİN İDARƏ OLUNMASININ ELMİ ƏSASLARI .......... 9
2. MƏKTƏBİN İDARƏ OLUNMASI ........................................... 27
3. MƏKTƏB SƏNƏDLƏŞMƏSİ .................................................. 41
4. MƏKTƏB DİREKTORU BİR TƏHSİL LİDERİ KİMİ ............. 59
5. MƏKTƏBDƏ TƏDRİSİN TƏŞKİLİ 
VƏ İDARƏ OLUNMASI........................................................... 85
6. MƏKTƏB VƏ TƏRƏFDAŞLARI ............................................. 101
7. MƏKTƏBDƏ EFFEKTİV ÜNSİYYƏT VƏ NİTQ .................. 121
8. MƏKTƏB MƏDƏNİYYƏTİ VƏ İQLİMİ ............................... 137
9. MƏKTƏBDƏ TƏŞKİLATİ DAVRANIŞ ................................... 167
10. DƏYƏR YARADAN MƏKTƏBLƏR...................................... 193
11. MƏKTƏBDƏ STRATEJİ PLANLAŞDIRMA .......................... 207



5
Azərbaycan Respublikası Təhsilin Nazirliyinin keçirdiyi 
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin 
qalibi olmuş “Direktorun əl kitabı: məktəbin idarə olunması” 
layihəsi çərçivəsində Dadaş Əliyev, Könül Abaslı, Rza Məmmə-
dov və Qoşqar Məhərrəmov tərəfindən hazırlanmış “Direktorun 
əl kitabı: məktəbin idarə olunması” metodik vəsaitinə
R Ə Y
Ümumtəhsil müəssisələrinin idarə olunmasının elmi-nəzəri və 
praktik problemlərinə həsr olunmuş bu vəsaiti lazımlı və faydalı 
hesab edirik. Çünki “Ümumi təhsil haqqında” Azərbaycan Res-
publikası Qanununda idarəetmə sahəsində əsaslı dəyişikliklərin 
aparılması bir tələb kimi irəli sürülmüşdür. Bu mənada ümumitəh-
sil məktəbi direktorunun işinin müasir tələblərə cavab verən şə-
kildə yenidən qurulmasına kömək edəcəyini nəzərə alaraq vəsaiti 
pedaqoji sifarişin icrası kimi qəbul edirik. 
Müəlliflər vəsaitin annotasiyasında bu məsələyə belə aydınlıq 
gətirir: “... məqsəd məktəb direktorlarının gündəlik fəaliyyətlərini 
təkmilləşdirmək, məktəbdə praktik işin səmərəliliyini artırmaq, 
onların bir lider kimi şəxsi və peşəkar inkişafına töhfə vermək-
dir”. Məqsədə uyğun olaraq vəsaitin bölmələrində “Təhsilin idarə 
olunmasının elmi əsasları”, “Məktəbin idarə olunması”, “Məktəb 
sənədləşməsi”, “Məktəb direktoru bir təhsil lideri kimi”, “Mək-
təbdə tədrisin təşkili və idarə olunması”, “Məktəb və tərəfdaşları”, 
“Məktəbdə effektiv ünsiyyət və nitq”, “Məktəb mədəniyyəti və 
iqlimi”, “Məktəbdə təşkilati davranış”, “Dəyər yaradan məktəb-
lər” və “Məktəbdə strateji planlaşdırma” mövzuları işlənmişdir. 
Bölmə, fəsil və yarımfəsillər arasında məntiqi bir bağlılıq vardır. 
Belə ki, hər bölmənin əvvəlində “bölmənin məqsədi”, “nümunə 
hadisə”və “açar sözlər” verilmişdir. Məqsədlərdə məktəb direktoru 
vəsaitdə qoyulan problemlə tanışlığın sonunda məsələn, təhsilin bir 
elm kimi tərifi və formalaşma prosesini öyrənəcəyi, elmin inkişaf 


6
mərhələləri haqqında məlumatlanacağı, idarəetmə elminin inkişaf 
xüsusiyyətləri ilə tanışlığının yüksələcəyi bildirilir.
Vəsaitdə Azərbaycan və xarici ölkə alimlərinin fikirlərinə isti-
nad olunmaqla yanaşı müəlliflərin müstəqil mülahizələrinə də rast 
gəlmək mümkündür. Bölmə və fəsillərin məzmununda ümumtəh-
sil məktəbi direktorları üçün yeni olan məsələlər yer almaqdadır. 
Məktəb direktorunun “təhsilə sosial və mədəni təsirləri analiz et-
mək və bilmək; müəllim profili və təlim prosesini bilmək; təşkilati 
işlər; liderlik və idarəetmə prosesləri; təhsil siyasəti; təhsilin hüquqi 
və etik tərəfləri; təhsilin iqtisadi və maliyyə tərəfləri”ni müəyyən-
ləşdirmək bacarığına malik olması əsaslandırılmışdır.
Təhsilin idarə olunmasında 18 məcburedici: cəza tədbirləri 
yolu ilə təsir etmə, mükafatlandırma gücü, qanuni güc, peşəkar-
lıq gücü, eyniləşmə gücü və s. gücün qəbul olunduğu vurğulanır.
Vəsaitdə məktəb direktorunun fəaliyyətinə praktik cəhətdən 
kömək edəcək əsas bölmələrdən biri də məktəbdə sənədləşmənin 
aparılması və saxlanması haqqında təlimatın verilməsidir. Bura 
ümumi qaydalar; tədris-pedaqoji sənədlər: şagirdin şəxsi işi, si-
nif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış 
qrupun jurnalı, orta təhsil haqqında attestat blanklarının uçotu 
və verilməsi kitabı, əsas təhsil haqqında şəhadətnamə blanklarının 
uçotu və verilməsi kitabı, pedaqoji işçilərin şəxsi heyətinin uçotu 
kitabı, məktəbin pedaqoji şurasının protokol kitabı, məktəb şura-
sının protokol kitabı, məktəb üzrə əmr kitabı; buraxılan və əvəz 
edilən dərslərin uçotu kitabı və maliyyə-təsərrüfat sənədləri aid 
edilir. Bununla yanaşı məktəbin texniki pasportu, əsas vəsaitlə-
rin inventar siyahısı, materalların anbar uçotu kitabı, məktəbin 
kitabxana fondunun inventar kitabı, müəssisənin ehtiyacı üçün 
materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez 
işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəlinin 
də olması göstərilmişdir.


7
“Məktəb direktoru bir təhsil lideri kimi” bölümündə liderlik 
yanaşmalarına aydınlıq gətirilir və təhsil liderinə xas xüsusiyyətlər 
(obyektivizm, transferizm, didaktikizm, səlahiyyətlilik, məsafəlilik, 
subyektivizm, konstruktivizm, interaktivlik) üzərində dayanılır. 
Məktəb liderliyi və məktəb direktorunun liderlik rolları aydın-
laşdırılır.
Tədrisin təşkili və idarə olunmasında məktəb direktorunun ro-
luna tədris proqramlarının formalaşdırılması; gözləntilərin nəzərə 
alınması; koordinasiyanın təmin edilməsi; materialların təmin edil-
məsi; bacarıqlara diqqət yetirilməsi; inkişafla bağlı görüş; inkişaf 
ehtiyaclarının müəyyənləşdirilməsi; qiymətləndirilmə və inkişaf; 
vaxtın səmərəli idarə olunması; planlaşdırma; nəzarət və qiymət-
ləndirmə; sıx təmasda olma; inkişafın və müvəffəqiyyətin davamlı 
izlənməsi; standartların yaradılması; statistik məlumatların top-
lanması; maraqlı tərəflərin məlumatlandırılması; müvəffəqiyyətlə-
rin qiymətləndirilməsi və mükafatlandırılması aid edilmişdir.
Vəsaitdə məktəb və tərəfdaşları, məktəb və ətraf mühit, 
məktəb və valideyn, məktəb və icma tərəfdaşlığı - əməkdaşlığı 
məsələlərinin yeni müstəvidə qurulması məsələlərinə aydınlıq gə-
tirilmişdir. Eyni zamanda məktəb mədəniyyəti anlayışı və məktəb 
mədəniyyətinin formalaşmasında direktorun rolu, təşkilati iqlim 
və bir təhsil müəssisəsi olaraq məktəb iqlimi problemlərinin həlli 
yolları göstərilmişdir. 
Məktəbdə təşkilati davranış, təşkilatın fəaliyyətinə müsbət təsir 
edən davranışlar və təşkilati tükənmişlik yarımfəsilləri də vəsaitin 
adına və məzmununa uyğun işlənmişdir. Dəyər yaradan məktəb-
lər və məktəbdə strateji planlaşdırma fəsilləri də təhsil islahatı-
nın tələblərinə cavab verən şəkildə hazırlanmışdır. Strateji planın 
fərqləndirici xüsusiyyətlərinə: uzun müddətli olması; gələcəyin 
hazırlanması; dünyanın gələcək tendensiyalarının və məktəbin 
mövcud və gələcək resurslarının diqqətə alınması önəmli sayıl-
mışdır. Strateji plan hazırlanarkən: “Haradayıq? Haraya getmək 


8
istəyirik? Həmin yerə necə çata bilərik? Uğurlarımızı necə izləyə 
və qiymətləndirə bilərik?” kimi suallara konkret və dəqiq cavab 
tapılmalıdır. Sonra strateji planlaşdırma prosesi, strateji plan üçün 
təşkilatlanma, monitorinq və qiymətləndirmə, monitorinq üçün 
maneələr və s. məsələlər işlənmişdir.
Ümumitəhsil müəssisələrinin idarə olunması sahəsində hazır-
lanmış bu vəsait təlabatı ödəmək üçün lazımlıdır, yazılışı və di-
zaynı maraqlıdır. Bütün bu müsbət cəhətləri ilə yanaşı aşağıda 
göstərilənlərin nəzərə alınması işin daha da təkmilləşməsinə kömək 
edər:
1. Birinci bölmədə M.Ə.Rəsulzadəyə istinad edilərək gətirilən fikir 
vəsaitin məqsədinə uyğun əsaslandırılmamışdır. “Nümunə ha-
disə”də verilən - başqa dildə təhsilə yanaşma normativ hüquqi 
sənədlərimizdə öz əksini tapan fikirlərlə ziddiyyət təşkil edir.
2. Vəsaitdə dilimizin üslubi imkanlarından yetərincə istifadə olun-
mamışdır. Bəzən bir cümlədə eyni söz bir necə dəfə təktar olu-
nur. Məs., səh. 24-də verilmiş “...mövcudluğumuzun məqsədi 
haqqında, çətinliklərin və böhranların səbəbləri haqqında, hə-
yatımıza nəzarət etməyin zəruriliyi haqqında, düzgün qərarların 
vaxtında qəbul edilməsi haqqında suallar veririk”. 
3. “Məktəbdə effektiv ünsiyyət və nitq” bölümündə ikinci kompo-
nent olan “nitq” yetərincə və məzmuna uyğun işlənməmişdir.
4. Elə bölmələr var ki, mətndə sitatlar bir-birinin ardınca verilmiş-
dir, müəllifin fikrinə yer qalmamışdır.
Bütün bu deyilənlər vəsaitin elmi-pedaqoji dəyərinə xələl gətir-
mir, çap olunaraq istifadəyə verilməsi məqsədəuyğun sayılır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin