Direktorun el kitabi A5 21 04 2021. indd


Azərbaycan Respublikasının Təhsil İnstitutu



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   2   3   4   5   6   7   8   9   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Azərbaycan Respublikasının Təhsil İnstitutu


9
̶ 1 ̶ 
TƏHSİLİN İDARƏ OLUNMASININ
ELMİ ƏSASLARI
- Dr. Rza Məmmədov -
“Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, 
təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün 
mövcud imkanlardan daha da çox istifadə etməliyik”.
Heydər Əliyev
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Kitabın bu bölməsinin məqsədi təhsilin və mək-
təbin idarə olunmasının elmi əsaslarını izah et-
məkdir. Bu bölmənin sonunda oxucular: 
• Təhsilin bir elm kimi tərifi və formalaşma 
pro sesini öyrənəcək;
• Təhsilin idarə olunmasının elmi inkişaf mər-
hələləri haq qında məlumatlanacaq;
• İdarəetmə elminin inkişaf xüsusiyyətləri ilə 
ta nış olacaqlar.
Açar sözlər: Təhsil, idarəetmə, məktəb.


10
NÜMUNƏ HADİSƏ
Məktəblərdən, alimlərdən yaxşı ilə pisi şəxsən 
müstəqil fərq ləndirən vasitələrə sahib namuslu 
bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istəni-
lirdi”- yazırdı Məhəmməd Əmin. 21-ci əsr mək-
təbinin qarşısında duran müstəqil dü şüncəyə, 
milli mənlik şüuruna, vətən əxlaqına malik və -
təndaşlar yetişdirmək vəzifələrini bu böyük 
ma arifçi hələ 100 il bundan öncə müəyyənləş-
dirmişdi. “Dil həmən millətdir” – deyən M.Ə. Rə-
sulzadə müasirlərindən fərqli olaraq Azər bay can 
türkcəsinin qorunmasını millətin, döv lətin ən 
ümdə vəzifəsi hesab edirdi. Çünki mil lətin oya-
nışını, bir millət kimi var olmasını dil də görürdü. 
“Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin 
ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir 
heyətin hansı bəşər dəstəsinə mənsub oldu-
ğunu göstərən bir lövhədir... Bir milliyyəti məhv 
edib, aradan götürmək qəsdində olan siyasətlər 
də əsil bunun üçündür ki, təməssül (assimilasi-
yon) əməliyyatı icra edərkən, ən birinci fikirlərini 
dilə verər və ən əvvəl bir millətin dilini yaddan 
çıxarmağa səy edirlər”.
M.Ə.Rəsulzadəyə görə yad dildə təlim-tər-
bi yə verilən məktəblərdə məqsəd birbaşa ol-
masa da, dolayısı ilə gənc nəsli yad bir ruhda 
tər biyələndirməyə xidmət edir, gəncləri öz soy-
kö kündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, 


11
adət-ənənəsini unutdurur, nəticədə vətəninə, 
xalqına fayda verə bilməyən yad əxlaqlı bir in-
sana çevirir. Onu da qeyd etmək istərdik ki, Əli 
bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Abdulla 
Şaiq kimi dövrün mütərəqqi fikirli ziyalıları da 
tam olaraq onu dəstəkləyirdilər.
M.Ə.Rəsulzadənin böyük uzaqgörənliklə yaz-
dıqlarını bi zim nəsil 70-ci illərin məktəblərində 
yaşadı və gördü. Millət onun “Milli dirilik” məqa-
ləsində təsvir etdiyi kimi neçə-neçə “öylə gözəl 
bir cavanı itirdiyinə görə mütəəssir oldu, fəqət o 
gənc də öz millətindən ayrıldığı üçün bədbəxt 
olub qaldı.” ”Uşaqlarımızı haman öz ruhumuzda 
tərbiyə etməliyik” yazan M.Ə. Rəsulzadə tər bi yə-
də şəxsi nümunəni örnək göstərirdi. Məhz onun 
həyatı, Vətən əxlaqı milyonlarla insana örnək ol-
du və örnək olmaqda davam edir.
Pedaqogika üzrə fəlsəfə doktoru

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin