MƏKTƏB KONTEKSTİNDƏ TƏHSİLİN
İDARƏ OLUNMASI
Təhsil sistemində əsas istehsal prosesi məktəbdə həyata
keçirildiyi üçün məktəb strateji və əvəzolunmaz mərkəzdir.
Məktəb, cəmiyyətin təhsil və xidmət anlayışı ilə tanıdığı
qurum olaraq, şagirdlərin təhsil sisteminin məqsəd və
prinsiplərinə uyğun bilik, bacarıq və davranışlar əldə et-
dikləri ictimai və açıq bir sistemdir. (Açıkalın, 1997; Bal-
cı, 2010). Bir təşkilat olaraq məktəb, idarəetmə və təhsil
məqsədlərinə, eləcə də sosial, iqtisadi və siyasi vəzifələrə
malikdir (Bursalıoğlu, 2010). Bu baxımdan məktəblərin
ən vacib vəzifəsi fərqli təhsil səviyyələrində fərqli təhsil pro-
qramları həyata keçirərək ölkənin ehtiyac duyduğu ixtisaslı
işçi qüvvəsini yetişdirməkdir (Açıkalın, 1997). Məktəbin
davamlılığını səmərəli təmin etmək, ətraf mühitə uyğun-
laşmaq, yəni məktəb təşkilatını özünəməxsus fərqləri
çərçivəsində hədəflərinə uyğun saxlamaq məktəb kontek-
stində təhsil idarəçilərinin vəzifəsidir.
Effektiv və səmərəli nəticələrin əldə edilə biləcəyi bir
təlim-tədris mühitinin yaradılmasında bir çox amillərdən
danışmaq olar. Bununla birlikdə, effektiv təhsilin məlum
komponentlərindən biri təhsil lideri olaraq məktəb direk-
torlarıdır. Məktəb direktorları ilk növbədə təhsil sistemi-
nin davamlılığına və sistemdə edilmiş dəyişikliklərin həyata
keçirilməsinə məsuldurlar, eyni zamanda təhsil təşkilatlarını
19
formalaşdıran və onları öz həyat fəlsəfələri və açıqlığı ilə
mütənasib şəkildə modernləşdirən insanlardırlar (Dönmez
ve Bakır, 2016). Odur ki, məktəb şəraitində təhsilin idarə
olunması məktəbdəki bütün insan və maddi qaynaqlardan
ən səmərəli şəkildə istifadə edərək məktəbi hədəflərinə
uyğun olaraq yaşatmaqdır. Bu baxımdan məktəbin imti-
yazlı, təsirli və xüsusi mövqeyi həm də məktəb direktorunu
ön plana çıxarır.
İfadə edilənlərə əsasən demək olar ki, məktəb konteks-
tində təhsilin idarə olunmasının beş əsas müdaxilə sahəsi
vardır. Bunlar tədris proqramının idarə olunması, insan
kapitalının idarə olunması, təhsilalanlarla əlaqəli işlərin
idarə olunması, məktəb idarəçiliyi və məktəbin ətrafla
əlaqələrinin idarə olunmasıdır. Məktəblərdə təlim-tədris
fəaliyyətinin planlanması, tətbiqi və nəzarətinə məsul şəxs
məktəb direktorudur. Direktorun təlim-tədrislə əlaqəli
əsas vəzifəsi məktəbin illik tədris planını hazırlamaq, eyni
zamanda məktəbin gələcəkdə çatmaq istədiyi hədəflərin və
bu hədəflərə çatmaq üçün həyata keçiriləcək strategiyaların
müəyyənləşdirilməsi prosesidir (Şişman və Taşdemir, 2008).
Bu prosesdə direktordan tədris proqramının hədəflərini
müəyyən etmək, proqramın məzmununu hazırlamaq və
buna uyğun təşkilatlandırma etmək, vaxt bölgüsü apar-
maq, məktəbi maddi-texniki resurslarla təmin etmək, təftiş
və son olaraq, işçilərin xidmət daxili təlimlərdə iştirakını
təmin etmək gözlənilən vəzifələrdir.
Məktəb mühitində direktordan gözlənilən ikinci vəzifə isə
insan kapitalının idarə olunmasıdır. Direktor məktəbə təyin
20
olunmuş müəllimləri işə qəbul edir, rəsmi sənədlərlə əlaqəli
işləri yerinə yetirir. Eyni zamanda, o, məktəbdəki işçilərin
sağlamlığı, təhlükəsizliyi və digər vacib məsələlərlə bağlı
işlərin yerinə yetirilməsinə məsul şəxsdir (Taymaz, 2003).
Beləliklə, direktor məktəbin nizam-intizam qaydalarına
uyğun olaraq pedaqoji fəaliyyətin vaxtında, müntəzəm və
lazım olan şəkildə yerinə yetirilməsini təmin etməlidir.
Direktorun məktəbdə təhsilin idarə olunması üzrə üçün-
cü vəzifəsi təhsilalanlarla əlaqəli işlərin icrasıdır. Mək təb
direktoru təhsilalanı məktəbə qəbul edir, yaş xü su siy yətinə
görə siniflərə ayırır, davamiyyəti izləyir, imta han ları və yu-
xarı sinfə keçməni təmin edir və onu məzun edir.
Dördüncü vəzifə məktəb idarəçiliyidir. Məktəbin
təh lükəsizliyi, tə mizliyi, sağlam öyrənmə mühiti məktəb
ida rəçiliyi vəzifəsinin sahələridir. Sonuncu vəzifə isə məktəb
və cəmiyyət əlaqəsinin idarə olunmasıdır. Direktor mək-
təbin ən ya xın ətrafı hesab edilən valideynlərdən başlayaraq
bütün ətraf mühitlə qarşılıqlı əlaqəni tənzimlə yir və təhsil-
alan ların bilik və bacarıqlarının artırılması üçün on larla
əməkdaşlıq edir (Özdemir, 2018).
Məktəbi qanun və qaydalara uyğun idarə etməyə mə-
sul olan direktor ilə müəllimlər arasındakı əlaqə məktəbin
səmərəli idarə olunmasında və uğurlu bir təhsil mühitinin
yaradılmasında çox vacibdir. Mövcud qaydaları qoruyan,
bütün səlahiyyətləri toplayan, planlara həddindən artıq
bağlı olan, müəyyən hədəflərə xidmət edən və nəzarətçi
idarəetmə stili deyil, müəllimləri məktəbin dəyərləri
ətrafında toplaya bilən və onlarla hörmət çərçivəsində
21
ünsiyyət qura biləcək bir idarəetmə tərzinin seçimi məktəb
daxilindəki bir çox problemin yerindəcə həllinə mühim
töhfələr verir. Xüsusilə məktəbin bütün maraqlı tərəfləri
arasında yaxınlaşma və həmrəylik təmin edəcək mühitlər
təşkil edə bilən, həmrəylik və ehtiyac anında müəllimlərlə
birlikdə hərəkət edən və bütün işçilərə dəyərli olduqlarını
hiss etdirən rəhbərliyin fəaliyyətinin daha təsirli olduğunu
demək olar (Özdemir, 418 :2006).
Məktəb kontekstində idarə olunmaya məktəb daxili
prob lemlərin həlli də aiddir. Çünki problem həlletmə prosesi
müəyyən mənada qərar qəbuletmə prosesidir. Hər bir şagir-
din məktəbdə öyrənməsi üçün uyğun bir tədris mühiti yarat-
maq və müəllimlərin mənəviyyatını yüksək tutmaq təsirli
bir məktəb idarəçisinin fərqləndirici keyfiyyətlərindəndir.
Eynilə problemi düzgün müəyyənləş dir mək və vaxtı effek-
tiv şəkildə dəyərləndirmək zamanı və ziy yətin, şəxsin və di-
rektorun xüsusiyyətlərinə uyğun olaraq qənaətbəxş, inkişaf
etdirici və rasional qərar qəbuletmə strategiyalarını bilmək
lazımdır. Qərar qəbul etmə və problem həll etmə müddətin-
də ən yaxşı bir yanaşmanın ola bilməyəcəyini nəzərə alaraq,
ən yaxşı yanaşmanın vəziyyətə ən uyğun strategiyanı qəbul
etmək olduğu vurğulanır. Bu mənada direktorun bilik səvi-
yyəsi və idarəetmə təcrübəsi, hadisələri və insanları təhlil
etmək bacarığı vacibdir (Hoy və Miskel, 2010: 336).
Məktəbin effektivliyini təmin etmək, səmərəli tədrisə
nail olmaq və problemlərin həlli üçün direktorların gücün-
dən istifadə edilir. Bu güc qaynağına görə beş yerə ayrılır
(French və Raven, 1959):
22
MƏCBUREDİCİ GÜC:
Əsas olaraq direktorun işçilərinin davranışlarına cəza
tədbirləri yoluyla təsir etməsidir. Bu gücü çox istifadə et-
mək direktora qarşı mənfi fikirlərin formalaşmasına səbəb
ola bilər. Məcburetmə gücü səlahiyyətə əsaslanır.
MÜKAFATLANDIRMA GÜCÜ:
Direktor işçilərinin davranışlarına müxtəlif həvəsləndi-
rici vasitələrlə təsir edir. Mükafatlandırma gücündən çox
istifadə müəyyən vaxtdan sonra əlaqələrdə qarşılıqlı maraq-
ların ön plana çıxmasına səbəb ola bilər. Mükafatlandırma
gücü də səlahiyyətə əsaslanır.
QANUNİ GÜC:
Direktorun işçilərinin davranışlarına rəsmi qaydalara
uyğun olaraq təsir etməsidir. Bu güc hər kəs tərəfindən ali
olaraq qəbul edilməkdədir. Bu gücdən çox istifadə etmək
mümkün deyil. Çünki qaydalar əsasında müəyyən edilmiş
davranışlar hər kəs tərəfindən qəbul edilir və ona uyğun
davranılır. Qanuni güc də səlahiyyətə əsaslanır.
PEŞƏKARLIQ GÜCÜ:
Direktorun malik olduğu məlumat və bacarıqları ilə
işçilərinin davranışlarına təsiretmə gücüdür. Bu gücə ma-
lik olan direktorlar təhsil təşkilatlarındakı vəzifələrin ic-
rası haqqında tam məlumatlı və bacarıqlıdırlar. Xüsusilə
mühim olan problemlərin həllində rol oynayan direktorlar
daha çox peşəkarlıq gücünə malikdirlər. Bu gücə malik olan
direktorlara qarşı işçilərdə sədaqət yaranır. Peşəkarlıq gücü
şəxsiyyətə əsaslanır.
23
EYNİLƏŞMƏ GÜCÜ:
İşçilərin çox dəyər verdikləri, sevdikləri, sədaqət əsasın-
da direktora bağlı olduqları zaman direktorun əldə etdiyi
gücdür. İşçilər direktorun təqdirini və qəbulunu qazanmaq
və bunun davamlı lı ğı üçün onun istədiyini edirlər, ona ox-
şamağa çalışırlar və onun dav ra nış la rını mənimsəyirlər. Bu
güc direktorun bacarıq və qabiliyyəti ilə qa zandığı gücdür.
Eyniləşmə gücü də şəxsiyyətə əsaslanır.
Dostları ilə paylaş: |