Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə4/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   2   3   4   5   6   7   8   9   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Məlahət Mürşüdlü


12
GİRİŞ
Təhsilin idarə olunması ümumi idarəetmə elmində for-
malaşdırılmış nəzəriyyələrdən faydalanaraq, təhsildə ida-
rə çilik fenomenlərini anlamağa və açıqlamağa çalışır. Bu 
səbəbdən təhsilin idarə edilməsini anlamaq üçün, əvvəlcə 
ümumi idarəetmə anlayışını bilmək lazımdır. İdarə olunma 
və ya idarəetmə ifadəsi iki mənalıdır. Misal üçün, məktəb 
idarəetməsi dedikdə, direktor və direktor muavini kimi ida-
rə çilik vəzifələri başa düşülür. Belə ifadə statik, yəni durğun 
ifadədir. Digər tərəfdən, idarəçilik işin yerinə yetirilməsində 
doğruluğu vurğulamaqdadır ki, bu, proseslə bağlı anlayış-
dır. Bu səbəbdən proses anlayışı dinamik ifadədir. İdarəçi-
liyin əsas faktorları şəkil 1-də verilmişdir. 
Şəkil 1. İdarəetmənin əsasları (Özdemir, 2018: 41).
İdarə olunma və ya idarəetmə konsepsiyası Simon, 
Smith burg və Thomp son (1950) tərəfindən 
“müştərək məq-
səd lərə çatmaq üçün əməkdaşlıq edən in sanların fəaliyyəti” kimi 
izah olunur. Burada vurğulanan nöqtələr müştərək məqsəd 
və əməkdaşlıqdır. Müştərək məqsəd, insanları bir araya gə-
tirən əsas faktordur. Misal üçün, məktəblərdə eyni fənni 


13
tədris edən müəllimlər tərəfindən qruplar formalaşdırılması 
müştərək məqsədləri həyata keçirmək üçün bir yerdə olan 
insanların bir araya gəlməsidir. Digər tərəfdən isə əməkdaş-
lıq müştərək məqsəd üçün bir yerdə olan şəxslərin məqsə-
din həyata keçməsinə töhfə vermələrinin sintez şəklində 
bütünləşdirilməsi mənasını daşıyır. Misal üçün, məktəbdə 
təşkil olunan bir tədbir proqramında məsul şəxs, müəllim 
və şagirdlər əməkdaşlıq edərək onu həyata keçirirlər. 
Təhsilin idarə olunması isə bütün təhsil səviyyələrində və 
xüsusən də məktəblərdə idarəetmə elminin ümumi prinsip-
lərinin tətbiqi prosesini əhatə edir. Təhsilin idarə olunma-
sının əhatə etdiyi mövzular və hadisələr ümumilikdə təhsil 
elmləri və xüsusən də məktəb idarəçiliy və təşkilatlanması 
ilə əlaqədardır (Oplatka, 2010). Beləliklə, təhsilin idarə 
olunması bir elm kimi effektiv təhsil proqramı hazırlamaq 
və həyata keçirmək üçün məktəblə əlaqəli kadrların koor-
dinasiyası və liderliyini tələb edən, bir məktəb sistemində 
təhsil siyasətinin həyata keçirilməsinə cavabdeh olan bir 
sahədir (Paulsen, 1957). Başqa sözlə, idarəetmə cəmiyyətin 
təhsil ehtiyaclarını ödəmək üçün qurulan təhsil təşkilatı-
nın əvvəlcədən təyin olunmuş məqsədlərini reallaşdırmaq, 
təhsil təşkilatlarını müəyyən edilən məqsədlərə çatmaq 
üçün insan və maddi-texniki baza ilə təmin edərək onlar-
dan səmərəli istifadə etmək prosesidir (Başaran, 1996: 12; 
Taymaz, 2011: 20).
Təhsilin idarə olunması tədqiqat və peşə praktikasını 
əhatə edən bir sahədir. Tədqiqat sahəsi olaraq, təşkilati qu-
ruluş, liderlik və qərar qəbuletmə kimi bir çox məsələlərə 


14
diqqət yetirir. Praktika sahəsi olaraq, ibtidai məktəb, orta 
məktəb, universitet və digər təhsil müəssisələrinin rəhbər-
ləri üçün inkişaf sahəsidir (Balmores, 1988).
Təhsilin idarə olunması üç idarəetmə və təşkilati düşün-
cə məktə bin dən təsirlənmişdir: bunlar Max Weber, Frederi-
ck Taylor, Henri Fayol, Ulick və Gurwick əsərləri ilə 
klassik 
məktəb, Elton Mayo, Frederick Herzberg, Douglas McGre-
gor, Chris Argyris, və Rensis Likertin fəaliyyətlərinin yer 
araldığı 
neoklassik və ya davranışçı məktəb və Amitai Etzioni, 
Talcott Parsons, Robert Merton, David Easton, Getzels ve 
Gubanın işlərini əhatə edən

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin