MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
Monitorinq strateji planın tətbiqinin
sistemli şəkildə iz-
lənməsi və hesabat hazırlanmasıdır. Qiymətləndirilmə isə
tətbiqin nəticələrinin hədəflərlə müqayisəsi və bu yolla hə-
dəflərin uyğunluğunun təhlilidir.
Hesabatlar monitorinq
üçün vasitədir. Bunun üçün aşağıdakı suallar soruşulmalıdır:
• Nə etdik?
• Uğur qazandığımızı necə anlaya bilərik?
• Strateji planın tətbiqi nə dərəcədə effektiv olur?
• Nələr dəyişməlidir?
• Diqqətdən kənarda qalanlar nələrdir?
Monitorinq hesabatları şəffaf və obyektiv olmalı, müsbət
224
nəticələrlə yanaşı mənfiləri də qeyd etməlidir.
Monitorinq
və qiymətləndirmənin normal aparıla bilməsi üçün hədəf-
lərin oyektiv və konkret göstəriciləri olmalıdır. Ancaq bu
halda monitorinq və qiymətləndirilmə aparıla bilər. Çünki
ölçə bilmədiyimizi yoxlaya və qiymətləndirə bilmərik.
MONİTORİNQ ÜÇÜN MANEƏLƏR
Müəssisə əməkdaşları bəzən hesabatlılıqdan uzaq dur-
mağa çalışır və hesabatları manipulyasiya edə bilirlər. Bu
mə qamda onlara işin əhəmiyyəti izah olunmalı və başqa
ma neələr varsa aradan qaldırılmalıdır. Maddi çatışmazlıq
varsa, bu da strateji planı həyata
keçirməyə mane ola bilər
və bunun üçün də lazımi tədbirlər görülməlidir.
Nəticə olaraq məlumdur ki, strateji planın
uğurla həyata
ke çirilməsi və məqsədlərə çatması onun hamı tərəfindən
mə nimsənilməsinə bağlıdır. Strateji planın həyata keçiril-
məsi bir və ya iki insanın deyil, hamının işidir.
Strateji plan,
mü əssisənin bütün işçiləri, hətta digər bütün tərəfdaşları
tə rəfindən mənimsənilmədikdə funksional
ola və irəliyə
gedə bilməz.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
https://nt-csm.ru/az/metody-i-instrumenty-strategic-
heskogo-planirovaniya-strategicheskoe.html
http://anl.az/el/Kitab/2018/10/cd/Azf-304417.pdf
http://unec.edu.az/application/uploads/2016/07/Strate-
ji-planla-d-rma-prosesinin-t-kili-x-susiyy-tl-ri-.pdf