211
15. Rəqabət Üstünlüyü. Güclü və zəif tərəflər,
imkanlar və təhlükələr rəqiblər kontekstində
qiymətləndirilməlidir. Müəssisə müəyyən xüsu-
siyyət baxımından güclü olsa da, rəqibləri on-
dan daha güclü olduğu təqdirdə onun güclü
tərəfi spesifik zəif tərəfə çevrilə bilər. Eynilə,
müəssisənin rəqibləri ondan daha zəif olduq-
ları təqdirdə, onun zəif tərəfi spesifik güclü
tərəfə çevrilə bilər. İmkanlar və təhlükələr də
eyni üsulla qiymətləndirilə bilər. Beləliklə, bu
qiymətləndirmə spesifik güclü və zəif tərə-
flərin, spesifik imkan və təhlükələrin müəyyən
edilməsinə zərurət vardır.
16. Strateji Marketinq. Operativ marketinqdən
(yaxud marketinqin kommunikasiya sistemi)
fərqli olaraq, strateji marketinq ilk növbədə daha
əhəmiyyətli məsələyə - müəssisənin ətrafındakı
bazarlara nəzər salır. Bu isə öz növbəsində, hansı
bazarlarda xidmət göstərmək, hansı bazarlar-
dan isə şüurlu olaraq uzaq durmaq barədə və
təşkilatın missiyasi və rəqabət üstünlüyü əsasin-
da strateji marketinq qərarlarinin qəbul edilmə-
si ilə nəticələnir.
Dostları ilə paylaş: